Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə1/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)



FƏRRUX RÜSTƏMOV 

TAMİLLA DADAŞOVA 

ALİ MƏKTƏB 

PEDAQOGİKASI 

(Magistratura pilləsi üçün dərslik) 

Azərbaycan  Respublikası  təhsil 

nazirinin  əmri  ilə  dərslik  kimi 

təsdiq edilmişdir. 

BAKI - «NURLAN» - 2007 



Elmi redaktoru: 

Rəyçilər: 

ƏJdər AĞAYEV, 

pedaqoji elmlər doktoru, professor 

İramin İSAYEV, 

pedaqoji elmlər namizədi, dosent 

ƏmruUa PAŞAYEV 

pedaqoji elmlər doktoru, professor 

Ramiz ƏLİYEV 

psixologiya elmləri doktoru, professor 

F.A.Rüstəmov, TY.Dadaşova. Ali məktəb pedaqogikası. 

Magistratura pilləsi üçün dərslik.

 Bakı, «Nurlan», 2007, 568 səh



 

D

 

ərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi 

Elmi-Metodiki Şurasının «Pedaqogika və psixo- 

logiya» bölməsinin 17 may 2006-cı il tarixli 05 

N°-li protokolu ilə ali təhsilin magistratura pilləsi üçün təsdiq 

olunmuş proqram əsasında hazırlanmışdır. 

Dərslikdə ali məktəb proqramının ümumi əsasları, ali məktəb 

təhsilinin  məzmunu,  təlimin  mahiyyəti,  metodları,  təşkili  formaları, 

pedaqoji  texnologiyalar,  təlim  keyfiyyətinin  diaqnostikası,  tərbiyə 

prosesinin əsasları, ali məktəbə rəhbərlik və idarəetmə məsələləri öz 

əksini tapmışdır. 

Dərslik  magistrantlar,  ali  məktəb  müəllimləri  və  gənc 

tədqiqatçılar üçün nəzərdə tutulmuşdur. 

4702000000 

/V-098-2007 

Qrifli nəşr 

©

 «Nurlan», 

2007 

© 

«F.Rüstəmov», 



2007 

© 

«T.Dadaşova», 



2007

 



ÖN SÖZ 

^^^zərbaycanda  ali  məktəb  pedaqogikasımn  mühüm 

problemlərinin  araşdırılmasına  XX 

\^y/

  əsrin  70-ci  illərindən 

başlansa  da,  80-ci  illərdən  bu  sahədə  müyyən  uğurlar  qazaml- 

mışdır.  İlk  vaxtlar  ali  məktəbdə  tədris-tərbiyə  prosesinin  spesifik 

xüsusiyyətlərindən,  müəllim-tələbə  münasibətlərindən,  təlimin 

təşkili  formalanndan  metodiki  xarakterli  əsərlər  yazılırdısa,  80- 

90-cı illərdə problemlə bağlı ciddi araşdınlmalara başlandı. Dərslik 

və  dərs  vəsaitləri  nəşr  olundu.Həmin  kitablar  ilk  təşəbbüs  kimi 

dəyərli olsa da bu gün magistrantların, ali məktəb müəllimlərinin, 

tədqiqatçıların  ehtiyacım  tam  ödəmir.  Belə  ki,  həmin  kitabların 

yazılmasından və nəşrindən xeyli vaxt keçmişdir. Buna görə də bu 

kitablarda 

son 

elmi-pedaqoji 



nailiyyətlər, 

yeni 


təlim 

texnologiyaları,  metodları  və  təşkili  formalan  öz  əksini 

tapmamışdır. 

Diqqətəlayiq  haldır  ki,  “Ali  məktəb  pedaqogikası” 

Azərbaycanda  fəaliyyət  göstərən  ali  məktəblərin  magistratura 

pilləsinin bütün istiqamət və ixtisaslarında tədris olunur. Ali məktəb 

pedaqogikası  kursu  magistrantlan,  aspirant  və  dissertantlan  ali 

məktəb həyatımn mühüm problemləri ilə tanış edir, onlan sonrakı 

pedaqoji ozünütəhsilə və peşəkarlığa istiqamətləndirir. Ona görə də 

müasir  məzmuna,  geniş  mündəricəyə,  pedaqoji  elmin  son 

nailiyyətlərinə əsaslanan yeni dərslik və dərs vəsaitlərinin yazılması 

zəruri və vacibdir. 

Bu  sahədə  yaranmış  ehtiyaa  ödəmək  baxımından  prof. 

F.Rüstəmovun

 və dos. 



T.Dadaşovamn

 birgə qələm məhsulları olan 



“Ali  məktəb  pedaqogikası**

  dərsliyi  xüsusi  maraq  doğurur, 

elmi-nəzəri səviyyəsi və praktik yönümlüyü ilə seçilir. 

Dərslik  Azərbaycan  Respubükası  Təhsil  Nazirliyi  Elmi- 

Metodiki  Şurasının  “Pedaqogika  və  psixologiya”  bölməsinin  17 

may  2006-cı  ildə  magistratura  pilləsi  üçün  təsdiq  etdiyi  proqram 

əsasında  hazırlanmış  və  bütün  magstrantlar  üçün  nəzərdə 

tutulmuşdur. Elə buna  görədir ki,  dərsliyin mündəricəsi  və həcmi 

kifayət qədər genişdir. “Maarif’ istiqamətindən fərqli olaraq digər 

istiqamət  və  ixtisaslarda  (iqtisadçı,  texnoloq,  mühəndis,  memar, 

politoloq və s.) təhsil alanlar bu latab vasitəsilə pedaqoji prosesin ən 

zəruri və vacib məsələlərini mənimsəyə biləcəklər. 

Dərslik 4 bölmə və 16 fəsildən ibarətdir. 



Birinci bölmə 

''Ali məktəb pedaqogikasının ümumi əsasları" 

adlanır. Burada pedaqogika elminin predmetinə aydınbq gətiririlir, 

əsas"  kateqoriy^an  şərh  olunur,  diferensiasiya  və  inteqrasiya 

proseslərinin  mahiyyətinə  toxunulur,  ali  məktəb  pedaqo^asının 

spesifik  xüsusiyyətləri  açıqlamr.  Rusiyada  və  Azərbaycanda  ali 

məktəb pedaqogikasımn inkişaf xüsusiyyətlərini və tendensiyalanm 

şərh  edən  müəlliflər  elmi  dərəcə  və  elmi  adların  yaranmasına  və 

Azərbaycanda  elmi  dərəcə  və  elmi  adlann  verilmə  proseduruna 

aydınlıq  gətirir.  Azərbaycan  Respublikasında  təhsil  sisteminin 

quruluşu və prinsipləri, dünya təhsil sisteminin inkişaf strategiyası, 

ali  məktəb  müəlliminin  funksiyalan,  onun  pedaqoji  ustalığı, 

tərbiyəçi  kimi  işinin  xüsusiyyətləri,  ozünütəkmılləşdirməsinin 

səmərəli  yolları,  ali  məktəb  müəllimin  attestasiyası  və  digər 

məsələlər birinci bölmə öz geniş elmi-pedaqoji həllini tapmışdır. 

ikinci bölmə 

“Ali məktəb didaktikasının əsasları’"

 adlanır.Bu 

bölmədə ali məktəbdə təlimin mahiyyəti, hərəkətverici qüvvələri və 

prinsipləri,  təhsilin  məzmunu  və  onun  təkmilləşdirilməsinin 

pedaqoji  əsaslan  ,təlim  metodları  və  təşkili  formaları  ,pedaqoji 

texnologiyalar,  təlim  keyfiyyətinin  diaqnostikası,  tələbələrin 

pedaqoji  praktikası  və  ümumiyyətlə,  mütəxəssis  hazırlığımn 

pedaqoji-psixoloji məsələləri əhatəli şəkildə şərh edilmişdir. 



“Ali  məktəbdə  tərbiyə  prosesP’

  III  bölmədə  əhatə 

olunmuşdur.  Burada  ali  məktəbdə  tərbiyə  prosesinin  mahiyyəti, 

tələbələrin tərbiyəsinin sosial-pedaqoji əsaslan,tələbə kollektivi və 

şəxsiyyətlərarası  münasibətlər  pedaqoji-psixoloji  və  sosioloji 

tədqiqatlann son nailiyyətlərinə əsasən izah edilmişdir. 

Ən  çətin  sənət  idarəetmə  sənətidir.  Dərslikdə  bu  məsələyə 

xüsusi  diqqət  yetirilmiş,  VI  bölmədə  ali  məktəbə  rəhbərlik  və 

idarəetmə  məsələləri  şərh  edilmiş,  ali  məktəb  fəaliyyətinin  əsas 

istiqamətləri təhlil olunmuşdur. 

Dərslikdə diqqəti cəlb edən ən mühüm cəhət müasir ali təhsil 

nəzəriyyəsinin 

yeni 

pedaqoji 



təfəkkür 

baxımından 

araşdınlması,mövcud  təcrübənin  ümumiləşdirilməsi  və  tədrisə 

gətirilməsidir.  Müəlliflərin  Rusiyada  və  Azərbaycanda  bu  sahədə 

apanlan  tədqiqatlarla  dərindən  tanış  olmalan  və  ali  məktəb 

təcrübələri dəyərli bir dərsliyin yaranmasına səbəb olmuşdur. 

ƏJDƏR AĞAYEV 

Pedaqoji elmlər doktoru, professor 




 


 



Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə