Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə10/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

F^ls!)fi

  biliklərin  də  pedaqogika  elmi  üçün  əhəmiyyəti  çox 

böyükdür.  Pedaqogikanın  müasir  inkişaf  səviyyəsində  pedaqoji 

prosesin  məqsəd  və  vəzifələrini,  mahiyyətini  fəlsəfi  biliklər 

olmadan  dərk  etmək  mümkün  deyil.  İdrak  nəzəriyyəsi  təlimdə 

idraki  fəaliyyətin  qanunauyğunluqlarını  müəyyənləşdirməyə, 

pedaqoji  prosesin  mexanizmlərini  işləməyə  əsas  verir.  Zərurət  və 

təsadüflər,  ümumi,  xüsusi  və  təkcə,  səbəb  və  nəticə  əlaqələri  və 

asılılıqları, inkişaf və hərəkətverici qüvvələr, ziddiyyətlərin vəhdəti 

və mübarizəsi və s. haqqında fəlsəfi müddəalar pedaqogika elminin 

metodoloji əsasını təşkil edir. 

21 



Kibernetika

  elmi  təlim-tərbiyə  proseslərinin  tədqiqi  üçün 

pedaqogika  elmi  qarşısında  yeni  imkanlar  açır.  Kibernetikanın 

nailiyyətlərindən  istifadə  edən  pedaqogika  elmi  təlim  prosesinin 

idarə 

edilməsinin 



qanunauyğunluqlarını, 

yollarını 

və 

mexanizmlərini  müəyyənləşdirir.  Dəyişən  mühitdə  dinamik 



sistemləri Öyrənən kibernetikanın nailiyyətlərindən istifadə edərək 

pedaqogika  elmi  təliin  prosesinin  effektivliyini  və  keyfiyyətini 

yüksəltməyə imkan verən proqramlaşdırılmış təlim mexanizmlərini 

hazırlayır. 

Pedaqogika  elmi  müxtəlif  xalqların  əmək  formalarını,  adət 

və  ənənələrini  öyrənən 



etnoqrafiya;

  xalq  eposu  abidələrini 

toplamaqla məşğul olan 

folklorşünaslıq:

  əmək  prosesində  insanın 

funksional  imkanlarım  öyrənən,  işçinin  əmək  məhsuldarlığını  və 

qanunauyğunluqlarım  aşkara  çıxaran,  fəaliyyətdə  olan  insanın 

xüsusiyyətlərini  konkret  iş  şəraitində  və  maşınla  daxili  əlaqədə 

(İSM)  tədqiq  edən 



erqonomika  {erq

  - 


metr,  nomos  -

  qanun 


deməkdir); əxlaq nəzəriyyəsini öyrənən 

etika;

 gerçəkliyin gözəllik 

qanunları  əsasında  dərk  edilməsindən  bəhs  edən 

estetika;

  fiziki 

inkişafın qanunauyğunluqlarını, insanın normal və sağlam həyatım 

təmin  edən  səhiyyə  tələblərini  tədqiq  edən 



gigiyena;

  genlər  və 

irsiyyət 

problemlərini 

öyrənən 

genetika

 

elmlərinin 



nailiyyətlərindən  istifadə  etməklə  pedaqoji  problemlərin  həllini 

reallaşdırır. 

Pedaqoji  tədqiqatlarda 

riyaziyyat,  informatika,  statistika, 

hüquq, ekologiya, iqtisadiyyat, politologiya, tarix, texniki

 və digər 

elmlərin də məlumatlarından istifadə olunur.

 

Pedaqogikanın başqa elmlərlə sıx əlaqəsi sayəsində bir sıra 

inteqrativ  elmlər  meydana  gəlmişdir.  Bunlara  aşağıdakıları  misal 

göstərmək olar: 

 

pedaqoji psixologiya, 



psixopedaqogika. pedaqoji 

erqonomika. kibernetika 

pedaqogikası, kompüter 

pedaqogikası, məktəb 

gigiyenası, sosial 

pedaqogika. 

22 



riyazi pedaqogika

təhsilin iqtisadiyyatı və s. 

Pedaqogika elminin başqa elmlərlə inteqrasiyasını sxematik 

olaraq aşağıdakı kimi göstərmək olar: 

 

23 



1.3.

 

ALI MƏKTƏB PEDAQOGİKASI ÜMUMİ 



PEDAQOGİKANIN SAHƏSİ KİMİ 

Ümumi pedaqogikanın inkişaf etmiş sahələrindən biri də ali 

məktəb  pedaqogikasıdır.  Ali  məktəb  pedaqogikası  ümumi 

pedaqogikanın 

əsas 

kateqoriyalarından, 



anlayışlarından, 

qanunauyğunluqlarından,  prinsip  və  qaydalarından,  başlıca 

müddəalarından,  tədqiqat  metodlarından  istifadə  edir.  Lakin 

bununla  belə,  ali  məktəb  pedaqogikası  məktəb  pedaqogikası  ilə 

eyni deyil. Ali məktəb pedaqogikasının tədqiqat obyekti, predmeti 

və bir sıra özünəməxsus xüsusiyyətləri onu ümumi pedaqogikadan 

fərqləndirir. 

Ali  məktəb  pedaqogikasının  spesifik 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə