Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə12/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

«monotexmzm»

  prinsipi  üzərində  qurulur.  Ali  məktəb 

«ümumiyyətlə  mütəxəssis»  deyil,  konkret  peşə  sahibi,  əməyin 

bütün  növləri  ilə  məşğul  ola  bilən  «universal  işçi»  deyil,  əməyin 

konkret  sahəsi  üçün  mütəxəssis  hazırlayır.  Lakin  bu  mütəxəssis 

fasiləsiz təhsil almalı, özünütəhsillə məşğul olmalı, arzusundan və 

sosial  səbəblərdən  asılı  olaraq  öz  peşəsini,  ixtisasım  dəyişməyə 

hazır olmalıdır. 

Ümumi  pedaqogikadan  fərqli  olaraq,  ali  məktəb 

pedaqogikası öz araşdırmalarını xüsusi təhsil (ixtisas təhsili), peşə 

hazırlığı,  konkret  əmək  fəaliyyəti  üçün  monotexnik  mütəxəssis 

formalaşdırılması problemlərinin həllinə yönəldir. 

Buradan məntiqi olaraq, ali məktəb pedaqogikasını ümumi 

pedaqogikadan fərqləndirən 



digər bir xüsusiyyət

 də irəli gəlir. Belə 

ki, məktəb pedaqogikasının iqtisadi nəzəriyyə və bazar iqtisadiyyatı 

ilə  əlaqəsi  dolayı  olsa  da,  ali  məktəb  pedaqogikasının  əlaqəsi 

birbaşa aşkar görünür. Məktəb pedaqogikası yetişməkdə olan nəslin 

tərbiyəsi  nəzəriyyəsini  təkmilləşdirərkən,  şəxsiyyətinin  inkişafı 

problemini  araşdırarkən  fəlsəfə,  tarix,  etika,  estetika  və  digər 

ictimai  elmlərin  aparıcı  müddəalarına  istinad  edir.  Ali  məktəb 

pedaqogikası  elmlərlə  bilavasitə  üzvi  əlaqədədir,  bazar 

iqtisadiyyatının  tələblərinə  uyğun  əqli  əmək  adamlarının 

formalaşdırılması prosesinin fəal və nüfuzlu iştirakçısıdır. 

Bazar  iqtisadiyyatının  tələblərinə  uyğun  işçi  qüvvəsinin 

hazırlanmasının həlledici amili - 

peşə oriyentasiyasıdır.

 Mək- 


26 


təb  pedaqogikası  şagirdlərin  peşə  oriyentasiyası  problemini 

mücərrəd və ümumi səviyyədə həll edir: məktəblilərə əməyə, əmək 

adamlarına məhəbbət  və hörmət  hissi  aşılamağa  çalışır, şagirdləri 

psixoloji  cəhətdən  müxtəlif  peşə  və  ixtisaslara  hazırlayır.  Ali 

məktəb  pedaqogikası  isə  ölkə  iqtisadiyyatı  üçün  prioritet  olan  bu 

problemi konkret elmi nəzəriyyə və praktika əsasında həll edir. 

Sivil cəmiyyət əxlaqca saf, mənəviyyatca zəngin, ahəngdar 

inkişaf  etmiş,  çevik,  həyatın  hər  cür  təsadüflərinə  hazır,  rəqabətə 

dözümlü  insanlar  tələb  edir.  Orta  məktəb  bu  ciddi  və  mürəkkəb 

məsələləri  vahid  pedaqoji  proses  çərçivəsində  həll  etməyə  cəhd 

göstərir.  Şagirdlərin  elmlərin  əsaslarına  yiyələnməsini  təmin 

etməklə  təlim  prosesi  ilə  sinifdənxaric  işləri  əlaqələndirib 

məqsədəuyğun  istiqamətə  yönəltməklə  onların  əqli,  əxlaqi,  fiziki, 

mənəvi, estetik inkişafını təmin etməyə çalışır. 

Bu problemi ali məktəb pedaqogikası necə həll edir? 

Müasir  ali  təhsil  müəssisələrində  tələbə  şəxsiyyətinin 

inkişafının biri-birinə zidd iki istiqaməti mövcuddur: bir tərəfdən ali 

məktəbdə  tərbiyə  prosesi,  informasiya  bolluğu,  kollektiv  həyatın 

müxtəlif  formaları,  kommunikasiyaların  zənginliyi  tələbənin 

ahəngdar şəxsiyyət kimi inkişafını istiqamətləndirir. Digər tərəfdən, 

tələbəlik  həyatının  bir  sıra  obyektiv  və  subyektiv  amilləri 

şəxsiyyətin ahəngdar formalaşma tendensiyasına zidd olan birtərəfli 

inkişaf meyilləri doğurur. 

Bu amillər aşağıdakılardır: 

dar ixtisaslaşma

tədris  planlarının  utilitar  (fransızca 



utUitalre,

  latınca 



utiHtas

  -  fayda,  mənfəət  deməkdir.  Yalnız  əməli  fayda, 

yaxud xeyir götürməyə uyğunlaşdırılan) xarakteri; 

ali məktəb proqramlarının həcminin durmadan artması və 

vaxt çatışmazlığı; 

ümumi və ictimai fənlərin tədrisinə geniş yer verilməsi və 

s. 

Bütün bunlar tələbəni hədsiz dərəcədə yükləyir. Bu da asudə 



vaxtı  məhdudlaşdırır.  Ona  görə  də  tələbə  asudə  vaxtını  fiziki  və 

intellektual inkişafına, şəxsi maraqlarının təmin 

27 



edilməsinə,  fərdi  imkanlarının  və  qabiliyyətlərinin  ləkmilləş- 

dirilməsinə yönəldə bilmir. Paradoksal vəziyyət yaranır: ali məktəb 

hərtərəfli  yetişmiş  mütəxəssis  əvəzinə  birtərəfli  inkişaf  etmiş 

peşə-sənət sahibi formalaşdırır. 

Deməli,  ali  məktəb  pedaqogikası  bu  ziddiyyəti  həll  etmək 

üçün 


tələbə 

şəxsiyyətinin 

inkişafındakı 

«birlərəniyi». 

«məhdudluğu» aradan qaldırmaq yollarını müəyyənləşdirməlidir. 

Ali məktəb pedaqogikasının 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə