Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə13/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

mühüm xüsu.siyycythriıubn 

biri 


də  tədqiqat  predmetinin  və  praktik  fəaliyyətinin  çoxpianlı 

olmasıdır.  Ali  məktəb  pedaqogikasının  predmetinin  çoxpianlı 

olması  ali  təhsil  müəssisələrinin  müxtəlifliyi,  peşə  və  ixtisasların 

geniş  spektri,  hər  bir  ali  təhsil  müəssisəsində  pedaqoji  prosesin 

özünəməxsus  şəkildə  qurulması,  tərbiyə  prosesinin  ali  məktəbin 

profilinə uyğunlaşdırılması və şairədən irəli gəlir. 

Əlbəttə, bu heç də ali məktəb pedaqogikasının peşələr üzrə 

(məsələn, tutaq ki, mühəndis hazırlığı pedaqogikası və s.) sahələrə 

ayrılmasına  gətirib  çıxarmamalıdır.  Ali  məktəb  pedaqogikası, 

sadəcə  olaraq,  ali  təhsilli  mütəxəssis  hazırlığının  səmərəli  yol  və 

vasitələrini  deyil,  ali  təhsil  müəssisələrində  pedaqoji  prosesin 

ümumi qanunauyğunluqlarını aşkarlamah, bu istiqamətdə pedaqoji 

fəaliyyətin müvəffəqiyyətini təmin edən ümumi prinsipləri işləməli, 

səmərəli  fəaliyyət  növləri  müəyyənləşdirməli,  bu  sahədə  qabaqcıl 

təcrübəni öyrənməli və ümumiləşdirməlidir. 

Orta  məktəbdən  fərqli  olaraq,  ali  təhsil  müəssisələrində 

praktikanın, 

xüsusən 


də 

istehsalat 

praktikasının 

rolu 


əvəzedilməzdir.  Ali  təhsil  müəssisələrində  praktika  ümumtəhsil 

məktəbindən  fərqli  olaraq, 



çoxcəhətlidir.

  Orta  məktəbdə  praktika 

daha  çox  biliklərin  möhkəmləndirilməsinə  yönəldiyi  halda,  ali 

təhsil müəssisələrində praktika mütəxəssis hazırlığının üzvü tərkib 

hissəsidir  və  bu  səbəbdən  də  son  dərəcə  müxtəlif  istiqamətləri 

(müəllim hazırlığı, həkim hazırlığı, mühəndis hazırlığı və s.) əhatə 

edir. 

Ali  təhsil  sistemində  praktikanın  həlledici  mövqeyi  -  ali 



məktəbin  həyatla, cəmiyyət  quruculuğu ilə,  bazar iqtisadiyyatı ilə 

əlaqəsinin təzahürüdür. Bu əlaqə həm də ölkə 

28 



iqtisadiyyatının  ali  təhsil  qarşısında  qoyduğu  qlobal  vəzifələrin 

yerinə yetirilməsinə istiqamətlənir. 

Ciddi  və  məqsədəuyğun  surətdə  təşkil  olunmuş  istehsalat 

praktikası  ali  məktəbin  çoxcəhətli  və  müxtəlif  istiqamətli 

fəaliyyətinin  keyfiyyət  göstəricisidir.  Ali  məktəbin  mütəxəssis 

hazırlığı  sahəsində  qazandığı  uğurlar 



istehsalai  praktikcisımn 

təşkilindən  çox  asılıdır:  istehsalat  praktikası,  hər  şeydən  əı»ı>ə/, 

tələbəyə gələcək ixtisası ilə daha dərindən tanış olmağa imkan verir, 

ikincisi,

  tələbənin  seçdiyi  peşə-ixtisas  istiqamətində  praktik  bilik, 

bacarıq  və  vərdişlər  qazanması  üçün  əlverişli  şərait  yaradır; 

üçüncüsü,

  ali  təhsil  prosesində  qazanılmış  nəzəri  bilikləri 

möhkəmləndirir  və  dərinləşdirir; 

dördüncüsü,

  tələbədə  seçdiyi 

peşəyə  daha  dərin  maraq  və  məhəbbət  formalaşdırır; 

beşincisi,

 

tələbə istehsalat prosesinin qanunauyğunluqları və insanlar arasında 



istehsal münasibətləri haqqında aydın təsəvvürlər əldə edir; 

altıncı,

 

istehsalat  praktikasında  tələbə  Öz  qüvvə  və  imkanlarını  sınayır, 



təşkilatçılıq qabiliyyətlərini inkişaf etdirmək imkanı əldə edir. 

Adaptasiya  dövründə  təcrübəçi  tələbənin  şəxsiyyətində 

özünəməxsus  «yenidən  qurulma»  prosesi  baş  verir:  o,  əmək 

kollektivinə daxil olur, müvafiq müəssisənin istehsal prosesində öz 

yerini və rolunu müəyyən edir, yen münasibətlər formalaşır, əmək 

kollektivinin  üzvünə  çevrilir.  Əsasən  nəzəri  biliklər  ehtiyatına 

malik  olan  təcrübəçi  tələbə  tədricən  əmək  prosesinin  fəal  üzvünə 

çevrilir,  ali  məktəbdə  qazandığı  bilikləri  tətbiq  etməyi  öyrənir, 

istehsalla bağlı xüsusi bacarıq və vərdişlər qazanır. 

Bütün  bunlar  bir  daha  sübut  edir  ki,  ali  təhsilli  mütəxəssis 

kadrlarının  hazırlığında  təcrübənin  rolu  çox  böyükdür.  Bununla 

əlaqədar olaraq, ali məktəb pedaqogikası ali məktəbdə praktikanın 

növləri,  təşkili  formaları, tələbənin  mütəxəssis kimi formalaşması 

qanunauyğunluqlarını öyrənir, müxtəlif peşələrin professioqramını 

tərtib  edir,  konkret  mütəxəssis  üçün  zəruri  keyfiyyətləri 

müəyyənləşdirir  və  ali  məktəbdə  pedaqoji  prosesin,  xüsusən  də 

praktikanın təşkili zamanı bütün bunları əsas götürür. 

29 



Aydındır  ki,  ali  məktəbə  daxil  olan  gənclər  müxtəlif 

ixtisas-peşə sahələrinə marağı olan, xüsusi qabiliyyətləri ilə seçilən 

adamlardır. Məhz ali 'məktəbdə ixtisasla bağlı qabiliyyətlərin daha 

artıq inkişafının təmin edilməsi məqsədi aparıcıdır. Bu məqsəd isə 

təlim 

prosesinin 



məqsədəuyğun 

və 


effektiv 

surətdə 


fərdiləşdirilməsini,  peşə-ixtisas  hazırlığını  fərdi  plan  və  qrafik 

əsasında qurmağı tələb edir. Ali məktəbdə təlimin fərdiləşdirilməsi 

tələbələri müvafiq kafedraların elmi- tədqiqat işlərinə cəlb edilməsi 

ilə  sıx  bağlıdır.  Bu  da  tələbədə  yaradıcılıq  qabiliyyətlərinin 

təşəkkülünə imkan yaradır. Elmi- tədqiqat işlərinə qoşulan tələbədə 

elmi təfəkkür və tədqiqatçılıq qabiliyyəti formalaşır. 

Ali  məktəbdə  təlimin  fərdiləşdirilməsində  məqsəd  gələcək 

mütəxəssisin  müvafiq  qabiliyyətlərinin  inkişafım  səmərəli, 

məqsədyönlü  təmin  etməkdən  ibarətdir.  Bu,  ictimai  həyatda, 

istehsal  prosesində,  elmi-tədqiqat  işlərində  uğur  qazanmağın  əsas 

yoludur.  Unutmaq  olmaz  ki,  peşə  qabiliyyətlərinin  inkişaf 

səviyyəsinin  ən  etibarlı  kriteriyası  -  seçilmiş  peşə  sahəsində 

səmərəli  fəaliyyətdir.  Bu  isə  hər  bir  tədris  ilində,  bütövlükdə  ali 

məktəbdə təhsil müddətində tələbənin  bütün  fəaliyyətinin  diqqətli 

təhlilini və diferensial qiymətləndirilməsini tələb edir. 

Digər  tərəfdən,  peşə  bacarığının  strukturuna  şəxsiyyətin 

psixoloji  hazırlığından  (tələbələrin  maraq  və  meyliləri, 

dünyagörüşü və s.), bilik, bacarıq və vərdişlərə yiyələnmənin fərdi 

formalarından  tutmuş,  bu  və  ya  digər  fəaliyyətin  icrası  yollarına 

qədər  bir  sıra  keyfiyyətlər  daxildir.  Bunlar  da  tələbənin  peşəyə 

hazırlıq səviyyəsinin komponentləri kimi özünü göstərir. 

Bu  komponentləri  nəzərə  alaraq  tələbənin  bu  və  ya  digər 

praktik  fəaliyyət  növünə  hazırlıq  səviyyəsini  müəyyənləşdirmək 

məqsədilə «sərbəst xarakteristikalar)) metodundan istifadə olunur. 

Bu  halda  tələbənin  fərdi  keyfiyyət  və  xüsusiyyətləri  bir  sıra 

kompetent şəxslər (dekanlar, kafedra müdirləri, aparıcı müəllimlər 

və  s.)  tərəfindən  biri-birindən  asılı  olmayaraq  qiymətləndirilir  və 

sonda ümumiləşdirilir. 




Ali  məktəb  pedaqogikası  məktəb  pedaqogikasından  təlim 

prosesinin təşkili formalarına görə də seçilir. Belə ki. ali məktəbdə 

müstəqil  işlərə  daha  artıq  yer  ayrılır.  Bu,  ali  məktəbin  yüksək 

səviyyədə ixtisaslaşmış mütəxəssis hazırlamaq funksiyasından irəli 

gəlir. 

Tələbə müstəqil işləri təkcə həcminə görə deyil, keyfiyyətinə 

görə də şagird müstəqil işlərindən seçilir. Orta məktəbdə şagirdlər 

bazis  bilikləri  əsasən  dərsdə  müəllimin  rəhbərliyi  altında 

mənimsəyirlər.  Müstəqil  işlər  şagirdin  sinifdə  qazandığı  bilik  və 

bacarıqların möhkəmləndirilməsinə, habelə sinifdə icrası mümkün 

olmayan tapşırıqların yerinə yetirilməsinə həsr olunur. 

Ali 


məktəbdə 

müstəqil 

iş 

formaları 



tələbələrdə 

təşəbbüskarlığın,  şüurluluq  və  fərdi  imkanlarının  inkişafına 

qüvvətli  təkan  verir.  Tələbə  zəruri  bilikləri  müstəqil  surətdə  əldə 

edir,  ixtisasa  uyğun  lazımi  təcrübəni  mənimsəyir  və  bu  yolla 

konkret  peşəyə  yönəlir.  İnformasiyaların,  biliklərin  müstəqil 

axtarışı - təlim fəaliyyətinin səciyyəvi xüsusiyyətidir. Ali məktəbdə 

məqsədyönlü,  planlı  və  mütəşəkkil  təşkil  olunmuş  ləlim  prosesi, 

həm  də  tələbənin  müxtəlif  məzmunlu  müstəqil  işlərinin, 

özünütəhsilin 

vəhdəti 


kamil 

mütəxəssis 

şəxsiyyətinin 

formalaşmasını təmin edir. Müstəqil işləmək bacarığının əsası orta 

məktəbdə  qoyulur,  ali  məktəbdə  isə  tələbənin  özünütəhsil  səyləri 

artır, müstəqil işləmək bacarıqları daha da təkmilləşir. 

Ali məktəb pedaqogikası müstəqil işləri müəyyənləşdirərkən 

tələbənin  hansı  kursda  oxuduğunu  da  nəzərə  almalıdır.  Məsələn, 

birinci  və  ikinci  kurslarda  tələbənin  müstəqil  işi  əsasən  mühazirə 

mətnləri  üzərində  aktiv  işi  əhatə  edir  {mühazirə  materialı 

mənimsəmək,  mövzu  üzrə  əlavə  mənbələri  öyrənmək  və  s.). 

Seminar,  laborator  və  praktik  məşğələlərə  hazırlıq  (məruzə 

hazırlamaq, şifahi çıxış üçün tezislər yazmaq, müxtəlif tapşırıqları 

icra  etmək,  məsələ  həlli,  hesablama-qrallk  işlər,  xarici  dilin 

öyrənilməsi ilə bağlı işlər və s.) aşağı kurslarda geniş istifadə olunan 

müstəqil iş formalarıdır. Kollekvium, zaçot və imtahanlara hazırlıq 

da bu qəbildən olan işlərdir. 

Yuxarı  kurslarda  müstəqil  iş  daha  mürəkkəb,  ən  başlıcası, 

yaradıcı xarakter daşıyır. Ilk mənbələrin dərindən 

31 



öyrənilməsi,  arxiv  materialları  və  sənədlər  üzərində  iş,  kurs 

layihələrinin hazırlanması, buraxılış işlərinin yazılması və s. yuxarı 

kurs tələbələrinin icra etdiyi müstəqil işlərin formalarıdır. 

Tələbə  müstəqil  işi  ali  təhsil  müəssisəsində  pedaqoji 

prosesin  bütün  mərhələlərinə  və  struktur  elementlərinə  nüfuz 

etməlidir.  Birinci  kursdan  başlayaraq  son  kursa  qədər,  istisnasız 

olaraq, bütün tələbələr müstəqil işlərə cəlb olunmalıdır. 

Ali 


məktəb 

pedaqogikasının 

özünəməxsus 

xüsusiyyətlərindən  biri  də  tələbələrin  biliyinin  yoxlanılmasının 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə