Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə15/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

Aü məktdb pedaqogikası -

 tələbə şəxsiyyətinin inkişafının və 

şəxsiyyət-mütəxəssis  kİmi  hazırlığının  nəzəri  və  praktik 

problemlərini  öyrənməklə  məşğul  olur.  Onun  predrhetini  ali 

məktəbdə pedaqoji proses təşkil edir. 

Ali 


məktəb 

pedaqogikasının 

tədqiqat 

aspektləri 

aşağıdakılardır: 

 



ali  təhsil  müəssisəsində  təlim  prosesinin  elmi  surətdə 

təşkili və idarə olunması; 

 

tələbələrin  təlim-idrak  fəaliyyətinin  pedaqoji-psixolo-  ji 



əsaslarının öyrənilməsi

 



tələbə  ilə  iş  metodlarının  modernləşdirilməsi  və  onları 

yaradıcı təfəkkür fəaliyyətinə cəlb etmək; 

 

ali  məktəbdə  təlim  prosesinin  komponentlərinin 



təkmilləşdirilməsi; 

35 



 

ali  təhsil  müəssisələrində  tədrisin  metodlarımın 



modernləşdirilməsi; 

 



ali məktəbdə tələbə elmi işlərinin təşkili metodikası; 

 



ali təhsil sistemində təlimin ən müasir texniki vasitələrinin 

tətbiqi metodikasının işlənilməsi

 

ali məktəb pedaqogikasının yaranması və inkişafı tarixinin 



araşdırılması. 

Bununla  yanaşı,  ali  məktəb  pedaqogikası  mütəxəssis 

hazırlığı  prosesində  səmərəli  pedaqoji  fəaliyyətin  məzmununu 

öyrənir,  istiqamətlərini  və  texnologiyalarını  müəyyənləşdirir.  Bu 

zaman  belə  bir  konseptual  ideya  əsas  götürülür;  ali  təhsilin 

məzmunu  və  mütəxəssisin  hazırlıq  səviyyəsi  elmin  və  texnikanın 

inkişaf proqnozları ilə müəyyənləşdirilməlidir. Bu ideyaya istinad 

edən  ali  məktəb  pedaqogikası  təlim  prosesinin  keyfiyyətini 

yüksəltməyə  imkan  verən  metodlar  aşkarlamağa  və  onları 

tələbələrin fərdi imkanlarının, maraq və meyillərinin, yaradıcılıq və 

təfəkkür qabiliyyətlərinin inkişafı istiqamətinə yönəltməyə çalışır. 

Ali  məktəb  pedaqogikası  pedaqoji  prosesi  obyektiv  və 

subyektivin,  müəyyən  və  qeyri-müəyyənliyin  vəhdətindən  ibarət 

mürəkkəb,  çoxplanlı,  dinamik  bir  sistem  kimi  tədqiq  edir,  bu 

sistemdə  müntəzəm  olaraq  baş  verən  keyfiyyət  və  kəmiyyət 

dəyişmələrinə müvafiq nəticələri ümumiləşdirir. 

Ali  məktəbdə  bütövlükdə  pedaqoji  prosesi,  xüsusən  də 

didaktik  prosesləri  yalnız  təlimin  qanunauyğunluqlarına  müvafiq 

izah  etmək  və  dəyərləndirmək  mümkün  deyil.  Bu  məqsədlə 

didaktik  qanunauyğunluqların  digər  elmlərin  paradiq-  maları 

(yunanca 

paradiqma

 - nümunə, misal deməkdir) ilə vəhdəti nəzərə 

alınmalıdır. Yalnız bu halda ali təhsil kimi son dərəcə mürəkkəb və 

dinamik prosesin optimal təşkilinə nail olmaq mümkündür. Digər 

tərəfdən, məhz bu əlaqələrin nəzərə  alınması əsasında ali məktəb 

pedaqogikası  özünün  bir  sıra  spesifik  qanunauyğunluqlarını 

müəyyənləşdirə bilmişdir. Bu qanunauyğunluqlar aşağıdakılardır; 

36 



 

mütəxəssis  hazırlığının  bütöv,  tam  pedaqoji  prosesdən 



(təhsil, tərbiyəedici, inkişafetdici fəaliyyət prosesində) asılılığı; 

 



tələbə şəxsiyyətiıyn təhsili, təlimi, tərbiyəsi və inkişafının 

vəhdətdə götürülməsi; 

 

biliklərin  varisliyi  və  tələbənin  intellektual  inkişafının 



vəhdəti; 

 



ali  məktəbdə  təhsilin  fasiləsizliyi  ilə  diskret  xarakterinin 

vəhdəti; 

 

ali təhsil müəssisəsində təlim prosesinin yüksək səviyyədə 



aparılması  ilə  tələbənin  axtarıcılıq  və  tədqiqatçılıq  imkanları 

arasındakı asılılıq.

 

Bu 


qanunauyğunluqlar 

ali 


təhsilin 

özünəməxsus 

xüsusiyyətlərini, qaydalarını və amillərini doğurur. 

Tələbələrin yaradıcı təfəkkür fəaliyyətinin təşkili və inkişaf 

etdirilməsi  istiqamətində  aparılan  axtarışlar  ali  məktəb 

pedaqogikasının  nəzəri,  praktik  və  tətbiqi  vəzifələrini 

konkretləşdirməyə  imkan  verir.  Ali  məktəb  pedaqogikasının 

vəzifələri aşağıdakılardır: 

 

ixtisasla 



bağlı 

bilik, 


bacarıq 

və 


vərdişlərin 

mənimsənilməsinin ən səmərəli yollarının müəyyənləşdirilməsi

 

tələbələrin  təlim-idrak  fəaliyyətinin  psixi  proseslərin 



fəallaşdırılması əsasında təşkili və idarə olunması; 

 



təhsilin məzmununun müasir dövrün tələbləri baxımından 

seçilməsi; 

 

təlim  məqsədlərinin  reallaşdırılmasının  müntəzəm  olaraq 



yoxlanıması və qiymətləndirilməsi

 



təlim  metodlarının  təkmilləşdirilməsi  istiqamətlərinin 

psixoloji baxımdan əsaslandırılması; 

 

tələbələrin elmi-tədqiqatçılıq fəaliyyətinin səmərəli təşkili 



yollarının müəyyənləşdirilməsi; 

 



tələbələrə  müxtəlif  pedaqoji  təsirlərin  və  nəticələrinin 

psixoloji  təhlili  (hansı  hallarda  və  nə  üçün  müsbət  nəticə  alınır, 

yaxud uğursuzluq nə ilə bağlıdır və s.). 

37 



Elmi  ümumiləşdirmələr  ali  məktəb  müəllimlərinə  təhsil 

alanların  təlim-idrak  fəaliyyətin?  onların  maraqları,  motivləri 

əsasında  qurmağa  və  idarə  etməyə  Irrikan  verir.  Bu  istiqamətdə 

axtarışlar  zamanı  ali  məktəb  pedaqogikası  belə  bir  ideyanı  əsas 

götürür:  tələbənin  ləlimi,  idrak  maraqları  və  motivləri,  ixtisasla 

bağlı bilik, bacarıq və Vərdişlərin mənimsənilməsi səviyyəsi peşə 

təcrübəsinin formalaşması üçün bazis rolunu oynayır. 

Ali təhsil müəssisəsində təlim prosesinin forma və məzmunu 

-  informasiyalar  axını  və  onun  dinamik  xarakteri  ilə  səciyyələnən 

mürəkkəb  sistemdir.  Ali  məktəb  pedaqogikası  mütəxəssis 

hazırlığını  təmin  edən  elmi-tədqiqatçılıq  işlərinin  təşkili 

vasitələrini, forma və metodlarım bu mürəkkəb sistemlə vəhdətdə 

öyrənir.  Eyni  zamanda  tələbələrin  təlim  və  elmi  fəaliyyətinin 

metodikası  aspektində  araşdırmaları  zamanı  mütəxəssis  hazırlığı 

üçün zəruri olan bilik, bacarıq və vərdişlər sisteminin elmi və tətbiqi 

əhəmiyyətini dəqiqləşdirməyə çalışır. 

Ali  məktəb  pedaqogikasının  bu  aspektdə  axtarışları  ali 

məktəbdə  təlim-idrak  fəaliyyətinin  əsas  metodik  istiqamətlərini 

müəyyənləşdirməyə,  təlim  və  elmi  proseslərin  həllinin  evristik, 

modelləşdirmə,  diferensiasiya,  inteqrasiya  və  digər  müasir 

texnologiyalarını formalaşdırmağa imkan verir. 

Ali  məktəb  pedaqogikası  təhsil  müəssisələrində  pedaqoji 

prosesin  elmi  surətdə  təşkili  və  idarə  olunması  məsələlərini 

öyrənərkən və aşağıdakı ideyalara istinad edir: 

 

təlimin  hər  bir  mərhələsində  öyrənilən  problemin, 



məsələnin,  sualın  mahiyyətinin  dərindən  qavranılması  və  dərk 

edilməsi təmin olunmalıdır; 

 

təlimin 



hər 

bir 


pilləsində 

informasiyanın 

mənimsənilməsinin  əsasını  təşkil  edən  anlama  (əks  əlaqə)  təmin 

olunmalıdır; 

 

təlim  fəaliyyətinin  idarə  oj,6nması  öyrənənlərin  zehni 



əməyinin səmərəliliyini, intensiyliyirif və etibarlılığını artırmalıdır; 

 



idarəetmə  təlim  prosesinin  ümumi  strategiyasını  və 

taktikasını  dəqiqləşdirməyə,  təlimin  hər  bir  aktının  (məqamının) 

ardıcıllığını 

düzgün 


müəyyənləşdirməyə 

əlverişli 

şərait 

yaratmalıdır; 

38 



Ali  məktəb  pedaqogikasının  bu  istiqamətlərdə  apardığı 

araşdırmaların  nəticələri  tqləbə  auditoriyasında  «operativ» 

pedaqoji  təsirləri  reallaşdirnlağa,  'tələbə  auditoriyasını  reflek-  siv 

surətdə  idarə  etməyə,  təlim’informasiyasının  qavranılması-  nın 

psixoloji  mahiyyətini  nəzərə  almağa,  tələbələrin  öyrənmə 

fəaliyyətini dəqiq surətdə idarə etməyə imkan verir.' 

Ali  məktəb  pedaqogikasının  əsas  aspektlərindən  biri  də 

təlimin  ən  müasir  texniki  tələblərinin  gözlənilməsi,  inkişaf 

etdirilməsi və tətbiqi metodikasının işlənməsidir. 

Ali  məktəb  pedaqogikası  ali  təhsilin  nəzəri  problemləri 

istiqamətində 

araşdırmalar 

aparır, 

təhsilin 

məzmununu 

müəyyənləşdirərkən  ali  təhsil  haqqında  dövlət  standartlarına 

istinad  edir  və  bu  əsasda  mütəxəssis  hazırlığını  modelləşdirir. 

Təhsilin  məzmununu  və  məzunun  gələcək  fəaliyyətini 

modelləşdirərkən ali məktəb pedaqogikası ümumi təhsil, ali təhsil, 

diplomdan sonrakı hazırlıq və ixtisasartırmanın varisliyini diqqətlə 

təhlil edir və bu istiqamətdə araşdırmaları ilə vahid təhsil sistemi 

daxilində təlimi daha artıq diferensiallaşdırmaq və fərdiləşdirmək 

imkanlarım aşkarlamağa çalışır. 

Ali  məktəb  pedaqogikasının  tədqiqat  istiqamətlərindən  biri 

də ali təhsilin  spesifik  prinsiplərinin reallaşdırılması Qollarım və 

texnologiyalarını müəyyənləşdirməkdir. 

Ali  məktəb pedaqogikasının uğurlu  axtarışları daha bir sıra 

perspektivlər  doğurur:  təlim  prosesinin  sistemli  və  elmi  surətdə 

idarə  olunması,  informasiyalar  bolluğunun  təmin  edilməsi, 

tələbələrin  konseptual-problemli  fəaliyyətinin  təşkili,  təlimin  və 

elmi fəaliyyətin əlaqələrinin dərinləşdirilməsi, elmlərin və müvafiq 

tədris fənlərinin inteqrasiyası və s. 

Müasir  dövrdə  ali  məktəbin  problemləri  bunlarla 

məhdudlaşmır.  Cəmiyyətin,  elmin,  texnikanın  müasir  inkişafı  ali 

məktəb  pedaqogikasını  yeni  tədqiqatlara  istiqamətləndirir.  Bu 

prioritet istiqamətləri belə ümumiləşdirmək olar: 

 

sivili cəmiyyətdə ali təhsilin rolunun artması; 



 

ali məktəbdə fundamental təhsilin həyata keçirilməsi



 

ali  məktəbdə  təhsilin  humanistləşdirilməsi  və  huma- 



nitarlaşdırılması; 

39 



 

ali məktəbdə pedaqoji diaqnostika, proyektləşdirmə və ən 



yeni pedaqoji texnologiyaların tətbiqi; 

 



distant (latınca 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə