Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə19/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

Ədəbiyyat 

 

Paşayev Ə.X., Rüstəmov F.A. Peda- 



qogika. B., Çaşıoğlu, 2002. 

Əhmədov B., Rzayev A. Pedaqo- 

gikadan mühazirə konspektləri. B., 

Maarif, 1983. 

fIe.aarornKa u ncHxojıorHH Bbicmen lUKonu (

OTB


. pe^axrop M.B.Byna- 

HOBa-TonopKOBa). PocTOB-H//l:(beHHKc, 

2002.

 

Ağayev Ə., Talıbov Y., İsayev İ., Eminov A. Pedaqogika. Bakı, 2006. 



Kazımov N. Ali məktəb pedaqogikası. B., Nicat. 1999. 

Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. B., Çaşıoğlu, 2003. 

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. B., Çinar-Çap, 2002. 

3ıiHOBbCB 

C.H. VMeÖHbiH npoıtecc 

B COBCTCKOH UIKOJIC

.

 

M., 



Bbicmaa 

ıiiKOJie, 1975. 

Dadaşov T.Y. Ali məktəb pedaqogikasının aktual problemləri. 

Ümumrespublika elmi konfransın məruzə tezisləri. B. 2003. 

Həsənov A., Ağayev Ə. Pedaqogika. B., Nasir, 2007. 

48 



II

 

FƏSIL



 

ALİ MƏKTƏB PEDAQOGİKASININ TƏŞƏKKÜLÜ VƏ 

FORMALAŞMASI 

2.1.


 

ALİ MƏKTƏB PEDAQOGİKASININ TƏŞƏKKÜLÜ 

Elmlərin hələ az diferensiasiya etdiyi dövrdə təhsil xarakter 

və məzmununa  görə ümumi səciyyə daşıyırdı. Təhsilin  məzmunu 

fəlsəfə, teologiya (yunanca 

theologia; then.s -

 Allah deməkdir) və 

yeddi  sərbəst  sənətdə  ifadə  olunduğundan  dinləyicilər  həmin 

sahələr üzrə eyni hazırlıq mərhələləri keçirdi. Orta əsrlərdə yaranan 

ilk  universitetlər  ümumi  təhsil-  ensiklopedik  biliklər  vermək 

məqsədilə yaradılırdı (studium generale). 

Zaman  keçdikcə  elm  inkişaf  edir,  təkmilləşir,  genişlənir, 

dərinləşir,  müxtəlif  istiqamətlərə  şaxələnir  və  diferensiasiya 

prosesləri  baş  verirdi.  Beləliklə,  bir  nəfərin  bütün  elm  sahələrinə 

yiyələnməsi qeyri-mümkün işə çevrilirdi. 

Digər  tərəfdən,  orta  əsrlərdə  şəhərlərin  böyüməsi, 

mədəniyyətin  inkişafı  yeni  sosial  tələbatlar  doğurdu.  Kilsənin  öz 

dini  məqsədlərini  uğurla  həyata  keçirməsi  üçün  yüksək  təhsil 

görmüş  keşişlərə  ehtiyacı  artdı.  Kilsənin  hakim  dairələrdə 

mübahisəli  məsələləri  həll  etməyə  qabil  olan  hüquqşünaslara, 

siyasətçilərə  tələbatı  meydana  gəldi.  Əhali  içərisində  yayılmış 

müxtəlif  xəstəliklərin  müalicəsi  üçün  həkim  hazırlığına  ehtiyac 

yarandı. 

Bu tələbat nəticəsində orta əsrlərdə universitet təhsili üç əsas 

istiqamət  üzrə müəyyənləşdirildi: ilahiyyat,  tibb və hüquq (hüquq 

fakültəsi  bir  çox  hallarda  kanonik,  yəni  «kilsə  hüququ»  fakültəsi 

adlanırdı).  Bu,  ali  təhsildə  ixtisaslaşmanın  başlanması  demək  idi. 

Ali  təhsil  sahəsində  sonrakı  ixtisaslaşma  cəmiyyətin  tələbləri 

əsasında elmin inkişafı ilə vəhdətdə baş verdi. 

Ali  təhsilin  inkişaf  dinamikası  bu  gün  də  həmin  istiqamət 

üzrə  davam  etməkdədir.  Elmin  və  texnikanın  tərəqqisinə  rəğmən 

ixtisasların da sayı artır, yeni tipli ali təhsil müəssisələri 

49 



yaranır.  Universitetlər  isə,  həmişə  olduğu  kimi,  indi  də  «elm 

məbədi» rolunu oynayır, elmin yeni sahələrinin yaranmasına təkan 

verir,  bununla  əlaqədar  olaraq  yeni  ixtisaslar  və  ixtisaslaşma 

istiqamətləri müəyyənləşir, hətta ali təhsilin yeni sahələri təşəkkül 

tapır. Fakültativlər, tələbələrin seçiminə əsaslanan alternativ kurslar 

tədris  edilir.  Bir  sözlə,  universitetlər  elmi-tədqiqat,  tədris,  ixtisas 

hazırlığı 

mərkəzinə 

çevrilərək, 

ölkənin 


ictimai-siyasi, 

iqtisadi-mədəni həyatına qüvvətli təsir edir. 

Təbii  ki,  ali  təhsilin  inkişafı  ali  məktəb  pedaqogikasına 

ehtiyac  doğurdu.  Çünki  dəqiq  elmi-nəzəri  əsaslar  olmadan  ali 

təhsilin sonrakı inkişafına nail olmaq mümkün deyildi. 

Ümumi  pedaqogikanın  sahələrindən  biri  olan 



labbə 

şəxsiyyətinin  inkişafı  və  ali  təhsil  müəssisəsində  peşə-ixtisas 

hazırlığı  problemlərini  öyrənməklə  məşğul  olan  ali  məktəb 

pedaqogikası

  məqsədyönlü  inkişaf  yolu  keçmişdir.  M.F.Kvinti- 

liandan  başlayaraq  qədim  dünyanın  klassik  pedaqoqları  öz 

əsərlərində ali məktəbdə təlimin təşkili formaları kimi mühazirə və 

disputlardan geniş istifadə etmişlər. Bu cəhətdən XI- XII əsrlərdə 

Avropada  fəaliyyətə  başlayan  Bolonya,  Oksfort,  Paris,  Praqa  və 

başqa universitetlərin təcrübəsi diqqətəlayiqdir. Zaman keçdikcə ali 

məktəblərin  fəaliyyət  parametrlərini  müəyyən  edən  əsasnamə  və 

nizamnamələri yazılmış, həmin sənədlərdə ali təhsilin bir sıra nəzəri 

və praktik məsələləri ümumiləşdirilmişdir. 

2.1.1.

 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə