Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə2/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

I

 

FƏSİL 

ALİ MƏKTƏB PEDAQOGİKASININ PREDMETİ 

VƏ VƏZİFƏLƏRİ 

1.1.


 

PEDAQOGİKA ELMİNİN PREDMETİ VƏ 

ƏSAS KATEQORİYALARI 

Elm ictimai şüur formalarından biri olub, təbiət, cəmiyyət 

və təfəkkürün obyektiv inkişaf qanunlarım özündə ehtiva edərək 

bəşəriyyətin tarix boyu yaratdığı biliklər sistemindən və həmin 

biliklər  zəminində  yeninin  yaradılması  mahiyyətinin  açılması 

üçün göstərilən fəaliyyətdən ibarətdir. 

Elm yeni nəzəriyyələrin yaradılmasına, üçün yeni biliklərin 

müəyyənləşdirilməsinə 

və 


ümumiləşdirilməsinə 

yönəlmiş 

mürəkkəb idrak fəaliyyətidir. 

Bizi əhatə edən gerçək aləm vahid olduğundan onu öyrənən 

elm də vahiddir, bütövdür. Bu, eyni zamanda, elmin bütün sahələri 

üçün  ümumi  olan  anlayışlarda,  tədqiqat  vasitələrində  və  tədqiqat 

metodlarında  ifadə  olunur.  Lakin  elm,  spesifik  xüsusiyyətləri 

nəzərə  alınmaqla  müxtəlif  sahələrə  bölünür,  başqa  sözlə, 



diferensiasiya

 

(ayırma,  fərqləndirmə  dərəcələrinə  ayırma, 



tədəqələşmə)  olunur.  Elmin  diferensiasiyası,  müəyyən  mənada 

şərtidir  və  varlığın  müxtəlif  xüsusi  sahələrini  daha  dərindən 

öyrənməyə imkan verir. 

Elmin 


müxtəlif 

aspektləri 

biri-birindən 

aşağıdakı 

xüsusiyyətlərinə görə fərqlənir: 

 



hər  bir  elm  sahəsi  özünəməxsusluğu  ilə  fərqləndiyindən 

onların tədqiqat obyekti və predmeti var; 

 



hər bir elm sahəsi spesifik terminologiyası olması (leksik 

vasitələr, adlar sistemi, kateqoriyaları) ilə fərqlənir; 

 



hər  bir  elm  sahəsinin  öz  obyektini  və  predmetini 

öyrənməsi üçün xüsusi tədqiqat metodları var. 

Elmin  «obyekt»  və  «predmet»  anlayışları  biri-birilə  sıx 

vəhdətdə olsa da, onları qarışdırmaq olmaz. Çünki: a) «ob- yekt» 

anlayışı  «predmet»  anlayışından  daha  genişdir,  bütün  real 

gerçəklik elmin obyektidir. Predmet (aspekt) anlayışı isə obyektin 

hansı nöqteyi-nəzərdən öyrənilməsi ilə bağlıdır; b) 




obyekt orijinalla, predmet isə orijinalın elmdəki modelinin ayrı-ayrı 

komponentləri ilə əlaqədardır. 

Obyekt sözü latınca 

«obyektum»

 sözündən götürülüb, mənası 

predmet  deməkdir.  Obyekt  insandan  kənarda,  onun  şüurundan  və 

iradəsindən asılı olmayaraq mövcud olan xarici aləmdir. Pedaqoji 

gerçəklik  -  bu,  ümumi  obyektin  yalnız  bir  hissəsidir  və  onu 

pedaqogika  elmi  tədqiq  edir.  Azərbaycan  dilində  olan  pedaqoji 

ədəbiyyatda, xüsusən də dərslik və dərs vəsaitlərində «predmet» və 

«mövzu»  anlayışları  eyniləşdirilir,  «pedaqogikanın  predmeti»  ilə 

yanaşı,  «pedaqogikanm  möv-  zusu»  ifadəsi  də  işlədilir.  Bu, 

yanlışdır.  Çünki  «predmet»  və  «mövzu»  eyni  tutumlu  anlayışlar 

deyil. «Predmet» anlayışının daha tutumlu olduğunu nəzərə alaraq 

«pedaqogikamn 

pred- 

meti» 


ifadəsini 

İşlətmək 

daha 

məqsədəuyğundur.  «Mövzu»  isə  predmetin  tematik  struktur 



ayrılığını ifadə edir. 

Hər  bir  elm  kimi  pedaqogika  da  cəmiyyətin  praktik 

tələbatlarından irəli gəlmişdir. Pedaqogika cəmiyyətdə gənc nəslin 

ictimai  istehsal  münasibətlərinə  girişmək  və  onu  inkişaf  etdirmək 

fəaliyyətinə  daha  effektli  hazırlığına  olan  tələbatı  ilə  əlaqədar 

yaranmışdır. Tərbiyə öz varlığı ilə insan cəmiyyətinin yaranması ilə 

şərtləndiyi halda, pedaqogika bir elm kimi çox sonralar, cəmiyyətin 

çoxəsrlik  təcrübəsinin toplamış və ümumiləşdirərək onun  gələcək 

inkişafının tələbatından irəli gələrək böyüməkdə olan nəslin həyata 

daha  məqsədəuyğun  və  planlı  hazırlığını  təmin  etmək  üçün 

təlim-tərbiyə 

müəssisələrinin 

yaradılması 

ilə 


əlaqədar 

formalaşmışdır.  İlk  öncə  fəlsəfənin  tərkibində  formalaşan 

pedaqogika  tədricən  ondan  ayrılmış,  xüsusi  tədqiqat  sahəsi  olan 

müstəqil  bir  elm  kimi  inkişaf  etməyə  başlamış,  hüdudları 

genişlənmiş, mürəkkəb və dinamik bir sistemə çevrilmişdir^ 

Müasir  pedaqogika  təhsilin  müxtəlif  texnologiyalarının 

konstruksiyası  ilə  məşğul  olaraq  real  təlim  mərkəzi  və  bu 

istiqamətdə  axtarışların mərkəzinə  milli  və  ümumbəşəri  dəyərlərə 

yiyələnən şəxsiyyət tərbiyəsini qoyur. Pedaqogika elmi bu məqsədə 

çatmaq  üçün  dövlətin  sosial  -  iqtisadi  inkişafında,  cəmiyyətin 

humanitarlaşdıniması, manistləşdirilməsi və demokratikləşdirilməsi 

prosesində təhsilin prioritet (almanca 




 

 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə