Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi


Rusiyada ali məktəb pedaqogikasının inkişafı



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə20/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

Rusiyada ali məktəb pedaqogikasının inkişafı 

Rusiyada 

ali 


məktəb 

pedaqogikasının 

inkişafı 

M.V.Lomonosov, 

N.İ.Lobaçevski, 

N.A.Dobrolyubov 

və 

N.İ.Piroqov, 



K.D.Uşinski  və  digərlərinin  Moskva,  Kazan,  Peterburq,  Derpt, 

Vilnus  universitetlərində  yaratdıqları  ənənələrlə  bağlı  olmuşdur. 

Derpt  universitetində  yaradılmış  «Professorlar  institutu»nun  bu 

sahədə rolu xüsusilə böyük olmuşdur. 

Ali məktəb problemləri rus alimləri N.A.Umovu, 

M.V.Ostroqradskini,  D.İ.Mendeleyevi  daha  çox  özünə  cəlb 

etmişdir. Maraqlıdır ki, L.N.Tolstoy, D.İ.Pisarev və başqaları 

50 



tia  öz  əsərlərində  irəli  sürdüyü  ideyaları  ilə  ali  təhsil  sistemində 

mövcud olan çətinliklərin aradan qaldırılmasına çalışmışlar. 

L.

 

İ.Petrajiski  «Universitet  və  elm»  (1907)  adlı  əsər 



yazmaqla Rusiyada ilk ali məktəb pedaqogikası dərsliyinin əsasını 

qoymuşdur. 

Rusiyada XX əsrin 20-ci illərindən bir sıra elmi məktəblərin 

yaradıcıları ali məktəb pedaqogikasının inkişafı ilə bağlı xeyli işlər 

gördülər.  Bu  sahədə  A.P.Pinkeviç  və  Y.N.Medin-  skinin  rolunu 

xüsusilə qeyd etmək olar. 

XX  yüzilliyin  60-cı  illərindən  başlayaraq  ali  məktəb 

pedaqogikası  kompleks  şəkildə  öyrənilməyə  başlandı.  Tələbə 

gənclərin  təhsili  və  tərbiyəsinin  özünəməxsus  xüsusiyyətləri,  ali 

təhsil  müəssisəsində  pedaqoji  və  elmi  fəaliyyətin  vəhdəti,  ali 

məktəbin  təşkili,  idarə olunması  və ona rəhbərlik məsələləri elmi 

tədqiqatların əsas istiqamətlərindən oldu. 

Ali  məktəb  pedaqogikasında  ümumi  psixologiyanın  və 

məktəb pedaqogikasının nailiyyətlərindən geniş istifadə olunmağa 

başlandı.  A.S.Makarenko,  V.A.Suxomlinski,  L.S.Vı-  qotski, 

B.Q.Ananyev  irsindən  bəhrələnən  ali  məktəb  pedaqogikası  öz 

hüdudlarını  genişləndirməyə  başladı  və  bununla  bağlı 

ümumiləşdirici əsərlər yarandı. 

RSFSR  PEA  tərəfindən  V.A.Samarinin  «OHepKH  ncnxo- 

jıoi'HH  yMa»  (1962)  əsəri  nəşr  olundu.  Bununla  da 

tələbə-gənclərin  əqli  fəaliyyətinin  tədqiqinin  nəzəri  əsasları 

haqqında təlim formalaşmağa başladı. Tələbəlik dövrünün psixoloji 

xüsusiyyətlərinin öyrənilməsinə maraq artdı. 

1966-cı  ildə  SSRİ  Ali  və  Orta  İxtisas  Təhsili  Nazirliyi 

yanında ali məktəb pedaqogikası üzrə elmi-metodik şura yaradıldı. 

1969-cu ildə Voronej  Dövlət Universiteti  «neÄarorHKa Bbicuıefi 

ujKOJibD) kitabını nəşr etdirdi. Həcmcə o qədər də böyük olmayan 

bu  kitabda  ali  məktəbdə  təlim  və  tərbiyə  prosesinin 

təkmilləşdirilməsinin  əsas  istiqamətləri,  ali  məktəbdə  təlim 

prosesinin  psixoloji  əsasları,  ali  təhsildə  mühazirələrin  rolu,  ali 

məktəb  müəllimi  təlimdənkənar  prosesdə  tərbiyəçi  kimi,  ali 

məktəbdə  tələbə-müəllim  münasibətlərinin  etik  xüsusiyyətləri, 

təlimin təşkili, texniki vasitələrin təlim prosesinə tətbiqi və digər 

51 



problemlər  qismən  də  olsa  işıqlandırıldı.  Bu  vəsait  ali  məktəb 

pedaqogikasının formalaşmasına müəyyən qədər öz töhfəsini verdi. 

1969-cu  ildə  Lvov  Dövlət  Universiteti  «CoBpeMenın,ıe 

cpencToa 

B

  rexHHHecKOM  By3e»  adlı  dərslik  nəşr  etdirdi.  Kitab 



bütövlükdə  ali  məktəb  problemlərinə  deyil,  texniki  institutların  tədris 

prosesində təlimin müasir texniki vasitələrindən istifadə probleminə həsr 

olunmuşdu. 

1972-ci  ildə  Leninqrad  Dövlət  Universitetinin  əməkdaşları 

«OcHOBbi ByaoBCKOH neÄarorHKH» 

adlı dərslik hazırladı. 

N.V.Kuzminanın  redaktorluğu  ilə  bir  qrup  pedaqoqun  hazırlamış 

olduğu bu kitabda ali məktəbdə təhsil-tərbiyənin bir neçə istiqaməti 

-  gəncliyin  ikinci  dövrü  -  tələbəlik,  ali  məktəb  kollektivinin 

xüsusiyyətləri,  ali  məktəbdə  komsomol  təşkilatının  fəaliyyətinin 

məzmunu  və  vəzifələri;  tələbələrin  pedaqoji  praktikasının  təşkili 

məsələləri öz əksini tapmışdı. 

70-ci illərin əvvəllərində Y.K.Babanskinin redaktorluğu ilə 

«rieÄarorHKa  BbicıneH  uiKonbi» 

(1972),  İ.D.Nikandrovun 

redaktorluğu ilə 

«neÄarorHKa BbicıneK uiKOJibi» 

(1974) və 

S.İ.Zinovyevin 

«y4e6Hbifı npouecc 

B COBCTCKOH

 Bbicıuefi 

ujKone» 

(1975) adlı kitabları nəşr olundu. 

Bu kitablar ali təhsil sistemində ali məktəb pedaqogikasının 

nəzəri  əsaslarım  özündə  ehtiva  etməklə  onun  inkişafına  qüvvətli 

təkan verdi. 

1977-ci  ildə  S.Y.Batışev  və  S.A.Şaporinskayanın  redaktəsi  ilə 

«OcHOBbi  npo4>eccnoHajibHOH  nenaro™KH»  kitabı  işıq  üzü  gördü. 

Kitabın  ən  böyük  məziyyəti  ondadır  ki,  burada  texniki  peşə  təlimi 

problemi geniş işıqlandırılmışdır. 

Ali  məktəb  pedaqogikasının  inkişafında  müəyyən  dur- 

ğunluqdan  sonra  XX  əsrin  sonları  və  XXI  əsrin  əvvəllərində  bu 

sahədə yenidən dirçəliş hiss olunmağa başlandı. Rus müəlliflərinin 

biri-birinin ardınca əsərləri işıq üzü gördü. Ali məktəb pedaqogikası 

ilə bağlı sanballı dərsliklər yarandı. 

2001-

 

ci  ildə  V.A.Popkov  və  A.V.Korjuyevin  birlikdə 



yazdıqları  «)D(nnaKTHKa  Bbicuıen  ıUKonbi»  adlı  vəsait 

mütəxəssislərin ixtiyarına verildi. Kitabda didaktik kateqoriyalar. 

52 



qaydalar və qanunauyğunluqlar, ali məktəb müəlliminin hazırlığı və 

yaşlıların təhsili problemləri özünün dərin şərhini tapdı. 

2002-

 

ci  ildə  «neaarorHica  u  ncHxoaoruH  Bbicuıefi 



ıj,ııcojibi» adlı kitab nəşr olundu. Dərslikdə ali təhsilin məzmunu, 

təlim 


texnologiyaları, 

professional 

təfəkkürün 

sistemli 

formalaşdırtl-  ma  metodları,  geniş  profilli  mütəxəssis  hazırlığı, 

kreativ (ingiliscə 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə