Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə21/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

creaüvity

 yaradıcılıq .istedadı, yaradıcı qabiliyyət 

səviyyəsi 

deməkdir. 

Şəxsiyyətin 

nisbətən 

davamlı 

xarakteristikasına daxildir), humanist, ahəngdar şəxsiyyət tərbiyəsi 

kimi son dərəcə önəmli problemlər ümumiləşdirildi. 

Kitabın  birinci  hissəsi  ali  təhsil  sistemində  pedaqoji 

problemlərin  şərhinə  həsr  olunub.  Burada  Rusiyada  və  xaricdə 

təhsilin  müasir  inkişaf  istiqamətləri,  ali  məktəb  didaktikasının 

əsasları,  pedaqoji  fəaliyyətin  strukturu,  ali  məktəbdə  ləlim 

prosesinin təşkili formaları və metodları, pedaqoji layihələşdir- mə, 

pedaqoji texnologiyalar, pedaqoqun kommunikativ mədəniyyəti və 

pedaqoji  kommunikasiya  problemlərinin  izahı  verilib.  Əvvəlki 

dərsliklərdən fərqli olaraq burada ali məktəb müəlliminin pedaqoji 

mədəniyyəti, qabiliyyətləri və ustalığı məsələlərinə daha geniş yer 

verilib.  Dərslikdə  pedaqoji  pro-  yektləşdirmənin  mərhələləri  və 

formaları,  tədris  fənninin  məzmununun  modul  quruluşu  (tədris 

materialının  məntiqi  surətdə  tamamlanmış  və  tələbələr  tərəfindən 

mənimsənilməsinə  nəzarət  olunan  hissəsi)  və  reytinq  nəzarəti, 

təlimin  intensifikasiyası  (geniş  tədris  informasiyasının  verilməsi) 

və  problemli  təlim,  aktiv  ləlim,  işgüzar  oyunlar,  təlimin  evristik 

distant  və  informasiya  (məlumatverici)  təlim  texnologiyalardan 

geniş bəhs olunur. 

Dərsliyin ikinci bölməsi «Ali məktəb psixoiogiyası» adlanır. 

Burada  tələbə  şəxsiyyətinin  inkişaf  xüsusiyyətləri,  tələbə  və 

müəllim  şəxsiyyətinin  tipologiyası,  tələbə  şəxsiyyətinin  psixoloji 

və  pedaqoji  xarakteristikasının  öyrənilməsi,  peşə  istiqamətinin 

psixoloji  əsaslan,  peşənin  kompromis  seçimi  zamanı  psixoloji 

korreksiya işi, tələbə şəxsiyyətinin  mütəxəssis kimi  formalaşması 

və  professional  təfəkkürün  təşəkkül  prosesinin  psixoloji  əsasları 

kimi məsələlərinə həsr olunmuşdur. 

53 



Kitabda  məzmunun  dərk  edilməsinə  kömək  edən  maraqlı 

sxemlər, qrafiklər, diaqramlar, müqayisələr, əlavələr və s. təqdim 

edilmişdir. 

Son  dövrün  uğurlu  dərsliklərindən  biri  də  D.V.Çerni- 

levskinin 

«j!İHÄaKTHHecKHe 

rexHOJiorMH 

B

 Bbicuıeu 



ujKOJie» 

(M.2002)  adlı  dərsliyidir.  Onun  üstün  cəhəti  tətbiqi  istiqamət 

daşımasıdır.  Burada  peşə-ixtisasla  bağlı  sistematik  bilik  və 

bacarıqların qazanılması, təhsil-tərbiyənin məqsədinə uyğun olaraq 

şəxsi keyfiyyətlərin formalaşmasını təmin edən didaktik proseslər, 

əməliyyatlar 

sistemindən 

ibarət 


kompleks 

didaktik 

texnologiyalardan  çox  müfəssəl  şəkildə  bəhs  olunur.  Didaktik 

oyunlar,  problemli  təlim,  təlim  nəticələrinin  keyfiyyətinin 

diaqnostikası kimi innovasiya texnologiyalarının geniş şərhi verilir. 

D.V.Çernilevski öz dərsliyini belə bir məntiq üzərində qurur: 

təlimin  proqnostik  məqsədlərinin  (nə  məqsədlə  öyrətmək) 

müəyyənləşdirilməsi, məzmunun seçilməsi və layihələş- dirilməsi 

(nəyi öyrətmək?), təlim prosesinin təşkili (necə öyrətmək?), təlimin 

vasitə  və  metodlarının  seçilməsi  (hansı  vasitələrlə  öyrətmək?), 

müəllimin  ixtisas  səviyyəsi  (kim  öyrədir?),  təlimin  nəticələrinin 

diaqnostikası (nə alındı?). 

Müəllif  pedaqogikanın  üç  əsas  konseptual  müddəasına  - 

<

  və 


mec^  öyr^tnwk?»

 

suallarına  cavab  verməyə  çalışır.  Dərslikdə  pedaqoji  innovasi- 



yalara  geniş  yer  verən  D.V.Çernilevski  texnologiya  kateqorii- 

yasını  -  psixopedaqoji  durumların,  forma,  metod,  qayda  və  tərz 

komponentlərinin  məcmusu  kimi  təqdim  edir.  Onun  fikrincə,  ali 

məktəbdə təlim texnologiyaları sivil cəmiyyətin ali ixtisas təhsilinə 

verdiyi tələblərə uyğun olmalıdır. 

Psixopedaqoji proseduraların, forma, metod, qayda, priyom 

(tərz) və şərtlərin (amillərin) sistemli kompleksindən ibarət olan 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə