Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə22/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

ali 

təhsil texnologiyaları

 öyrənənlərin tələblərinə, davranış formalarına 

və  fəaliyyətlərinə  uyğun  olmalı  və  beləliklə,  ali  məktəbdə 

təhsil-tərbiyə 

prosesinin 

şah 


damarı 

rolunu 


oynamalı, 

pedaqogikanın dəqiq elmlərlə qovuşmasını təmin etməli, pedaqoji 

praktikanı və müəllimin intellektual 

54 



yaradıcılığını  idarə  və  tənzim  olunan  və  pozitiv  nəticələri 

qabaqcadan müəyyənləşdirilə bilən prosesə çevirməlidir. Müəllifin 

fikrincə,  pedaqoji  texnologiya  təlim-tərbiyə  prosesinin  canlı  və 

dinamik komponetidir, dərindən düşünülmüş, yaradıcı, məhsuldar, 

səmərəli işdir, pedaqoji prosesin effektivliyini təmin edən bir çox 

faktorların ahəngdarlığının təmin edilməsidir. Buradan müəllif belə 

qənaətə gəlir ki, təlim texnologiyası tam, bütöv didaktik sistemdir 

və  o  təhsil-  tərbiyənin  konkret  məqsədlərinin  reallaşdırılmasma 

şərait yaradır. 

Müəllif təhsil prosesinin.layihələşdirilməsindən danışarkən, 

haqlı  olaraq  qeyd  edir  ki,  müasir  dövrdə  fənnin  məzmununun 

öyrənilməsi  deyil,  real  gerçəkliyin,  ətraf  aləmin  qavranılması  və 

dərk edilməsi təlim prosesinin əsas, universal komponenti olmalı və 

yalnız  bundan  sonra  konkret  təlim  materialının  ənənəvi  olaraq 

qavranılması  təmin  edilməlidir.  D.V.Çernilevski  belə  bir  fikri 

xüsusilə  vurğulayır  ki,  təlimin  məqsədləri  həyatiliyə,  reallığa, 

zəruriliyə,  dəqiqliyə,  tamlığa  (artıq  «yüklənmədən»  uzaq), 

sistemliliyə,  müəyyənliyə  əsaslanmaqla  şəxsiyyətin  bütövlükdə 

çevik xüsusiyyətlərinə uyğun olaraq diaqnostlaşdırılmalıdır. 

Pedaqoji  prosesin  inkişaf  istiqamətlərinin  əsas  sahəsini 

müəyyənləşdirməyə  çalışan  müəllif  öz  dərsliyində  belə  bir 

konseptual  ideyanı  əsas  götürür: 



sağlam  cəmiyyət  ahəngdar, 

harmonik, dəyərli, mükəmməl, yararlı vətəndaşlara əsaslanır. Belə 

vətəndaşları isə yeni, effektiv təhsil sistemi yetişdirə bilər. 

2.1.2.


 

AZƏRBAYCANDA ALİ MƏKTƏB 

PEQAQOGİKASININ İNKİŞAFI 

Azərbaycanda  ali  məktəb  pedaqogikasının  yaradılması 

təşəbbüsləri XX əsrin 7G-ci illərinə təsadüf edir. Əgər 70-ci illərdə 

ali məktəbdə pedaqoji prosesin tənzimlənməsi  və idarə olunması, 

ali məktəbdə təlim prosesinin mahiyyəti və vəzifələri, ali məktəbdə 

təlimin  təşkili  formaları,  tələbə  elmi  tədqiqat  işləri,  ali  məktbədə 

pedaqoji  təcrübə,  ali  məktəbin  müəllim  və  tələbələrinin 

fəaliyyətinin məzmunu ilə bağlı metodiki xarakterli 

55 



əsərlər yazılırdısa, 80-ct illərdə problemlə bağlı sistemli tədqiqatlar 

aparılmağa  başlandı.  Ali  pedaqoji  təhsil  sistemində  tələbələrin 

tədris,  elmi  və  ictimai  fəaliyyətlərinin  qarşılıqlı  əlaqəsi,  tələbə 

kollektivində  şəxsiyyətin  tərbiyəsinin  pedaqoji  əsasları,  pedaqoji 

fakültə  tələbələrində  yaradıcı  təxəyyülün  tərbiyəsi  problemləri 

namizədlik 

dissertasiyası 

(T.Məmmədov. 

A.Həsənov, 

G.Axundova, 

M.Dadaşova) 

səviyyəsində 

tədqiq 

edildi. 


N.Əhmədov,  S.Axundov,  S.Paşayev  və  B.Bəşirovun  ali  məktəb 

pedaqogikasının mühüm problemi ilə bağlı araşdırmaları meydana 

gəldi. 

M.Ə.Muradxanov  müəllimlər  üçün 



«Ali 

maktDhtb 

mühazir?f»

  (1976)  adlı  metodik  vəsait  hazırladı.  Burada  ali 

məktəbdə  mühazirəyə  verilən  pedaqoji  tələblər,  mühazirə  zamanı 

əyani  və  texniki  vasitələrdən  istifadə  edilməsi  məsələləri 

işıqlandırıldı. Mühazirəyə hazırlaşmağın yolları ilə bağlı tövsiyələr 

verildi. 

80-ci illərdən tələbə gənclərin ictimai fəallığının məzmun və 

mahiyyəti,  kriteriyalan,  səviyyələri,  motivləri,  formalaşması 

amilləri,  demoqrafik  məsələləri  ilə  bağlı  ilkin  araşdırmalar 

(F.Məmmədov) meydana gəldi. 

Ali məktəb müəlliminə verilən etik tələblər, tələbə-gənclərin 

öz  müəllimlərini  qiymətləndirərkən  əsaslandığı  mənəvi  dəyərlər, 

müəllim-tələbə  münasibətlərinin  inkişaf  dinamikası,  ali  məktəbdə 

pedaqoji  ünsiyyəti  şərtləndirən  amillər,  ali  məktəb  müəlliminin 

elmi-pedaqoji ustalığının, ictimai fəaliyyətinin tələbə şəxsiyyətinin 

formalaşmasına təsiri, ali məktəb müəlliminin əxlaqi siması, tələbə 

gənclərin  əxlaqi-psixoloji  xüsusiyyətləri  və  inkişafını  şərtləndirən 

etnopsixoloji faktorların müəyyənləşdirilməsi ilə bağlı A.Həziyevin 

silsilə məqaləjələri nəşr olundu. 

Ali  məktəbdə seminar məşğələlərin əhəmiyyəti,  mahiyyəti, 

mərhələləri,  növləri,  seminar  məşğələləri  ilə  mühazirə  arasında 

qarşılıqlı  əlaqə,  seminar  məşğələlərinə  hazırlıq  və  keçirilməsi, 

seminarda  müəllimin  rəhbər  rolu,  seminar  məşğələlərində 

tələbələrin müstəqil işi və ali məktəbdə təlimin seminar formasının 

təşkili ilə bağlı digər vacib məsələlər Ə.S.Tağıyevin 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə