Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə23/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

«Ali ımktabıh 

seminar ma^ğsbbrinin aparılmasına aid metodik göst;>ri;ş»\x\dz) 

(1984) öz ifadəsini tapdı. 

56 



1989-cu ildə A.Qurbanovun 

«Kumtor v? t^hbi>»

 adlı kitabı 

nəşr  olundu.  Kitabda  ali  məktəbdə  kuratorun  fəaliyyəti  ilə  bağlı, 

demək  olar  ki,  bütün  məsələlər  (kurator  işinin  mahiyyəti,  təşkili, 

hüquq və vəzifələri, kuratorun şəxsiyyəti tərbiyə amili kimi və s.) 

əhatə  olundu  və  beləliklə,  ali  məktəb  kuratorlan  üçün  kompas 

rolunu oynadı. 

90-cı illərdə Azərbaycan AAK-nın qərarı ilə bütün ixtisaslar 

üzrə  aspirant  və  dissertantların  ali  məktəb  pedaqogikasından 

minimum  imtahanı  verməsi,  universitet  və  institutların 

magistraturasında  ali  məktəb  pedaqogikasının  tədrisi  ali  məktəb 

pedaqogikası ilə bağlı tədqiqatlann daha geniş vüsət almasına şərait 

yaratdı.  B.Bəşirovun 

«Ali  məktub  pedaqogikası»

  (APU.  1992)  və 



«Aliımktdb didaktikast»

 (1992) kitabları nəşr olundu. 

1999-cu  ildə  N.Kazımov 

«Ali  mnktsb  pedaqogikası»

  adlı 


dərslik  hazırladı.  Dərslikdə  pedaqogikanın  nəzəri-metodoloji 

məsələləri,  pedaqogika  elminin  sahələri,  digər  elmlərlə  əlaqəsi, 

tədqiqat  üsulları  və  pedaqoji  cərəyanlar,  pedaqoji  prosesdə  təlim, 

tərbiyə,  təhsil  və  psixoloji  inkişafın  vəhdəti,  pedaqoji  prosesdə 

ziddiyyət, qanunauyğunluq və qanun anlayışları, pedaqoji prosesin 

ümumi prinsipləri, əsas mərhələləri, üsulları, təşkili formaları kimi 

ümıımpedaqoji  məsələlər  şərh  olundu.  Bununla  yanaşı, 

magistratura  pilləsində  pedaqoji  təcrübə,  ali  məktəbdə 

elmi-tədqiqat  işi,  ali  məktəbdə  yüksək  ixtisaslı  elmi-  pedaqoji 

kadrların hazırlanması, ali məktəbdə rəhbərlik və pedaqoji nəzarət 

kimi sırf ali məktəb pedaqogikasının problemləri də özünün ətraflı 

şərhini tapdı. 

Hazırda ADPU-nun (H.Əhmədov, F.Rüstəmov, M.Həsənov, 

H.Bayramov,  İ.İsayev,  M.İlyasov,  K.Quliyeva,  H.Cəfərov, 

BDU-nun  (N.Muxtarova,  H.Əlizadə,  T.Dadaşova,  A.Həziyev, 

F.Məmmədov,  R.Mahmudova,  S.Allahverdiyeva,  N.İmamver- 

diyeva).  Dillər 

Universitetinin 

(N.Kazımov, 

F.Sadıqov), 

Azərbaycan  Müəllimlər  İnstitutunun  pedaqogika  kafedralarında 

{R.Hüseynzadə,  A.Həşimova),  Təhsil  Problemləri  İnstitutunun 

müvafiq  şöbələrində  (A.Mehrabov.  A.Abbasov,  Ə.Agayev, 

V.Xəlilov,  R.Əliyev)  ali  məktəb  pedaqogikasının  bu  və  ya  digər 

problemləri ilə bağlı araşdırmalar aparılır, proqramlar tərtib olunur, 

dərslik və dərs vəsaitləri hazırlanır. 

57 



2.2.

 

ELMI DƏRƏCƏ 



 

ELMİ



 

ADLARIN


 

YARANMA


 

TARİXİ 


Elmi dərəcələr və adlar ali təhsil müəssisəsində mütəxəssisin 

təlim-tərbiyə  prosesində  rolunun,  elmi  kvalifikasiyasınm  rəsmi 

surətdə  müəyyənləşdirilməsi,  elmi  dərəcələrin  və  elmi  adların 

verilməsindən ibarət attestassiyası formasıdır. Elmi ad alimin elmi 

kadr  hazırlığında,  tədris  və  elmi  ədəbiyyatın  yazılmasında 

xidmətlərinin  elmi  cəmiyyət  tərəfindən  rəsmi  surətdə  qeyd 

edilməsi, dəyərləndirilməsi deməkdir. 

Elmi dərəcələrin verilməsi ilk universitetlərin yaranması ilə 

bağlı olmuşdur. 

XII  əsrdə  ilk  «hüquq  doktoru»  dərəcəsi  Boloniya 

universitetində, 

«ti)babət dokton<»

  dərəcəsi  isə  İtaliyadakı  Salem 

İnstitutunda 

müəyyənləşdirilmişdir. 

XIII 

əsrdə 


Paris 

Universitetində 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə