Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə28/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

((E!mi 

.vıwkdaşıı, «elnn i.^-çi», ((aspirant»

 kimi anlayışlar arasında dəqiq 

fərq 

qoyulmamışdı. 



Onların 

hüquq 


və 

vəzifələri 

müəyyənləşdirilməmişdi.  Elmi  kadrlar  hazırlamaq  üçün  maliyyə 

vəsaiti  ayrılmamışdı.  İlk  dəfə  ADU-da  və  Azərbaycan  Polilexnix 

İnslitunda  (indiki  Neft  Akademiyasında)  aspirantura  şöbələri 

yaradıldı. 1929-cu ilin may ayının 18-də respublika XMK nəzdində 

Dövlət  Elm  Şurası  elmi  işçilər  hazırlamaq  üçün  «Əsas-  namə» 

təsdiq  etdi.  Bu  əsasnamədə  göstərilirdi  ki,  aspiranturada  təhsil 

müddəti  3  ildir.  Aspirant  həmin  müddət  ərzində  elmi  işini 

hazırlanmalı  və  fakültənin  açıq  iclasında  onu  müdallə  etməlidir. 

Aspirant  elmi  işlə  yanaşı,  təhsil  illərində  rus  dilini,  həm  də 

milliyətindən asılı olmayaraq xarici dillərdən birini öyrənməlidir. 

Milli kadrlar hazırlamaq məqsədilə 1929-cu ildə ADU- da, 

«İrəli çəkilmiş tələbələr institutu» təşkil edildi. Həmin 



6A 


instiUltıın  fəaliyyətini  tənzimləyən  «Əsasnamə»də  yazılırdı: 

«Tələbələrin  proletar  hissəsindən  daha  hazırlıqlı  olanlarını 

əvvəlcədən müəyyən edib irəli çəkmədən və onlara hələ tələbəlik 

skamyalarından başlayaraq tədricən elmi işə hazırimaq üçün faktik 

imkan  yaratmadan,  elmi  işçi  kadrlarının  planlı  surətdə 

komplektləşdirilməsi kifayət  dərəcədə  yaxşı  aparıla bilməz. Məhz 

bu  vəzifəni  yerinə  yetirmək  məqsədilə  ali  məktəblərin  nəzdində 

«İrəli  çəkilmiş  tələbələr  institutu»  yaradılır».  Belə  bir  təşəbbüsün 

həyata  keçirilməsi  bilavasitə  aspirantura  vasitəsilə  Azərbaycanda 

milli elmi-pedaqoji kadr hazırlığına xidmət edirdi. 

SSRİ  AAK-ı  1992-ci  ilə  kimi  Azərbaycanın  ali  məktəb  və 

elmi-tədqiqat  institutları  Elmi  Şuralarının  qərarına  əsasən  alimlik 

dərəcələrini  təsdiq  etmiş,  elmi-pedoqoji  kadrların  attestasiya 

şuralarının  fəaliyyətinə  nəzərət  etmiş,  respublikamızda  yaranan 

şuralara doktorluq və namizədlik dissertasiyalarını müdafiə etmək 

hüququ  vermiş,  onların  tərkibini  təsdiq  etmişdir.  Hazırda  bu  işi 



Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya 

Komissiyası  həyata  keçirir.

  Azərbaycanda  elmi  və  elmi-pedaqoji 

kadr  hazırlığında  yaranmış  ənənə  hələ  də  saxlanılır.  Avropa 

ölkələrindən  fərqli  olaraq  yüksək  elmi  ad  almaq  üçün  iki  dəfə 

(namizədlik və doktorluq) dissertasiya müdafiə etmək tələb olunur. 

Respublikamızda ikipilləli ali təhsil sisteminə keçid bäjyük 

miqyaslı və mühüm əhəmiyyətli dəyişkənliyə səbəb oldu. İkipilləli 

mütəxəssis hazırlığının birinci pilləsində məzunlara «baka- lavr» ali 

peşə-ixtisas  dərəcəsi,  ikinci  pillənin  məzunlarına  «ma-  gislr»  ali 

peşə-ixtisas dərəcəsi, pillələrə bölünməyən ixtisaslar üzrə təhsilini 

başa vuran məzunlara isə ali ixtisas dərəcəsi verilir. 

Azərbaycan  Respublikasının  «Təhsil  Qanunu»nun  yeni 

layihəsinə görə, ali məktəb təhsilindən sonrakı təhsil doktoranturada 

həyata keçirilir. Müvafiq  -felmi  dərəcələrin  alınması doktorantura 

yolu ilə həyata keçirilir. 

Azərbaycan  Respublikasında  aşağıdakı  elmi  dərəcələr 

müəyyənləşdirilmişdir: 

-

 



fəlsəfə doktoru (R.H.D) (elm sahələri göstərilməklə), 

-

 



elmlər doktoru (Dr. Sc) (elm sahələri göstərilməklə). 

65 



«Doktor» - ixtisaslaşdırılmış Elmi Şura tərəfindən verilən ən 

yüksək elmi dərəcədir. 

Yeni təhsil strukturlarına müvafiq fəaliyyətə başlayan təhsil 

sistemində ilk doktoranturalar açılana qədər «elmlər namizədi» elmi 

dərəcəsi  saxlanır.  Yeni  doktoranturalar  fəaliyyətə  başlayarkən 

elmlər  namizədlərinin  attestasiyası  keçirilir.  Attestasiyanın 

nəticələrinə uyğun olaraq «magistr» və ya «doktor» elmi dərəcəsi 

verilir. 

«Dosent» və «professor» elmi adlarını ali məktəblərin, elmi 

tədqiqat  institutlarının  Elmi  Şuraları  verir  və  müəyyən  olunmuş 

qaydada  təsdiqlənir.  Magistrdən  sonra  birbaşa  doktor  elmi 

dərəcəsinə  keçilməsi  ilə  əlaqədar  olaraq  «dosent»  və  «professor» 

elmi  adlanmn  verilməsinə  tələbkarlığın  artırılması  gözlənilir.  Ali 

məktəb  vəzifələrinə  seçkilərdə  ancaq  doktorların  iştirakı 

məqsədəuyğun hesab olunur. 

2005-2006-cı tədris ili üçün respublikamızda ali məktəblərin 

magistraturasına  yeni  qəbul  qaydaları  müəyyənləşdirilmişdir. 

Azərbaycan  Respublikasının  dövlət  və  qanunvericilikdə  müəyyən 

edilmiş  qaydada  qeydiyyatdan  keçmiş  qeyri-  dövlət  ali 

məktəblərinin  magistraturasına  qəbul  mərkəzləşdirilmiş  şəkildə 

həyata keçirilir. 

Ümumiyyətlə,  müxtəlif  ölkələrin  akademik  və  elmi 

dərəcələrin  verilmə  reqlamentlərində,  strukturu,  sertifikat  və 

diplomların forma və xüsusi çəkisində bir çox oxşar cəhətlər var. 

Lakin  bununla  belə  iki  elə  ölkə  tapmaq  mümkün  deyil  ki,  təhsil 

modelləri, diplomlar və onların əldə olunması üçün verilən tələblər 

və  qoyulan  şərtlər  biri-birinin  eyni  olsun.  Ayn-ayrı  ölkələrdə 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə