Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə29/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

bakalavr,  magistr,  fəlsəfə  doktoru,  elmlər  doktoru,  mütəxəssis, 

lisenziat,  tədqiqatçı

  və  digər  dərəcələri  özündə  əks  etdirən  təhsil 

sənədləri  mövcuddur.  Hər  bir  ölkə  bu  sənədlərə  özünəməxsus 

kriteriyalarla yanaşır. 

Azərbaycan  Respublikası  öz  təhsil  sisteminin  inkişaf 

prioritetlərini  Avropa  məkanında  gedən  proseslərə  inteqrasiya 

olunmaqla  müəyyənləşdirir.  Uzun  illər  boyu  elmlər  namizədi  və 

elmlər  doktoru  strukturu  ilə  fəaliyyət  göstərən  Azərbaycanda  bu 

gün fəlsəfə doktoru və elmlər doktoru modelinə keçid ideyası əsas 

götürülür. 

66 



2003-

 

cü  ilin  may  ayında  respublika  hökuməti  «Xarici 



dövlətlərin  ali  təhsil  sahəsində  ixtisasların  tanınması  və  ekviva- 

ientliyinin müəyyən edilməsi (nostrifikasiyası)» qaydalarını təsdiq 

etmiş.  Təhsil  Nazirliyində  yaradılan  xüsusi  komissiya  bu 

istiqamətdə real fəaliyyətə başlamışdır. 

ƏSAS MÜDDƏALAR 

XX  yüzilliyin  60-cı  illərindən  başlayaraq  ali  məktəb 

tələbələrinin təhsili və tərbiyəsinin özünəməxsus xüsusiyyətləri, ali 

təhsil  müəssisələrində  pedaqoji  və  elmi  fəaliyyətin  vəhdəti,  ali 

məktəbin  təşkili,  idarə  olunması  və  ona  rəhbərlik  məsələləri  elmi 

tədqiqatların, əsas mövzusuna çevrildi. 

Son illərdə ali məktəb pedaqogikası ilə bağlı dəyərli dərslik 

və  dərs  vəsaitləri  yarandı.  Təlim  prosesinin  reallaşdırılmasının 

innovasiya  texnologiyaları,  distant  təlim  texnologiyaları,  təlimin 

keyfiyyətinin  təkmilləşdirilməsi,  rəqabətə  dözümlü,  kompe- 

lenlliyi,  yüksək professional peşəkarlığı, mədəniyyəti və intellekti 

ilə  seçilən  mütəxəssis  hazırlığı  məsələləri  yeni  kitabların  əsas 

mövzusuna çevrildi. 

B.  Bəşirovun  «Ali  məktəb  pedaqogikası»,  «Ali  məktəb  di- 

daktikası», N.Kazımovun «Ali məktəb pedaqogikası» bu sahədə ilk 

uğurlu addım və sonrakı tədqiqatlar üçün təkan oldu. 

90-cı illərdə Azərbaycan AAK-nın qərarı ilə bütün ixtisaslar 

üzrə  aspirant  və  dissertantların  ali  məktəb  pedaqogikasından 

minimum  imtahanı  verməsi,  pedaqoji  təmayüllü  universitet  və 

institutların  magistraturasında  ali  məktəb  pedaqogikasının  tədrisi. 

Təhsil  Problemləri  İnstitutunda  ali  məktəb  problemlərini  tədqiq 

edən şöbənin yaradılması ali təhsillə bağlı tədqiqatlara stimul verdi. 

67 



68 

 



III

 FƏSIL


 

AZƏRBAYCAN RESPUBLİKASINDA 

TƏHSİL SİSTEMİ 

3.1.


 

TƏHSİL SİSTEMİ HAQQINDA ANLAYIŞ 

Təhsil sistemi  - 

hakimiyyət  orqanlarının  rəhbərliyi  ilə ölkə 

daxilində qarşılıqlı asılılıq və ardıcıllıqla fəaliyyət göstərən 

təhsil-tərbiyə 

müəssisələrinin 

kompleksindən 

ibarət 

mürəkkəb bir təsisatdır. 

Təhsil, 


tərbiyə və inkişaf 

kateqoriyaları bir-birilə 

vəhdətdə təhsil 

sistemi  daxilində  həyata  keçirilir.  Bu  sistem  mürəkkəb  bir  qurum 

təşkil edərək insanın şəxsi və ictimai həyata hazırlığım təmin edir. 

Təhsil sisteminin bir sıra özünəməxsus əlamətləri var. Bunlar 

aşağıdakılardır: 

 



təhsil  sistemi  hər  bir  xalqın  milli  xüsusiyyətləri  nəzərə 

alınmaqla iqtisadi, siyasi, elmi, texniki, mədəni inkişaf səviyyəsinə 

uyğun qurulur, cəmiyyətin və dövlətin mənafeyinə xidmət edir

 



təhsil  sistemi  ölkə  daxilində  mövcud  olan  bütün 

təhsil-tərbiyə müəssisələrini əhatə edir və onların qarşılıqlı əlaqə və 

asılılıqda fəaliyyətini təmin edir

 



təhsil  sistemi  idarə  olunan  mürəkkəb  və  dinamik 

qurumdur; 

 

təhsil sistemi Təhsil Qanunu ilə təsdiq olunur



 

təhsil sistemi cəmiyyət üzvlərinin milli mənlik şüurunun, 



intellektual və emosional sferalarını inkişaf etdirir, onların əməyə, 

ictimai fəaliyyətə, şəxsi həyata hazırlığını təmin edir; 

 

təhsil  tendensiyalarına  verilən  tələblər  dövlətin  təhsil 



sahəsindəki strategiyası ilə müəyyənləşdirilir

 



təhsil  sistemi  təhsilin  məzmununun  müasir  standartlara 

uyğun modernləşdirilməsini təmin edir; 

69 



• təhsil standartı yaratmaq və tətbiq etməklə dövlət özünün 

təhsil sistemi üzərində rəhbəredici rolunu həyata keçirir. 

Təhsil sistemi üstqurum hadisəsidir. Bu səbəbdən də hər bir 

ölkənin milli kaloriti, iqtisadi və ictimai quruluşuna müvafiq təhsil 

sistemi  vardır  və  dövlət  tərəfindən  müəyyən  edilmiş  prinsiplərə 

əsaslanır.  Buna  görədir  ki,  iqtisadi,  siyasi  və  mədəni  inkişafı 

müxtəlif olan ölkələrin təhsil sistemləri biri-birindən fərqlənir. Bu 

müxtəliflikdən  asılı  olmayaraq,  təhsil  sistemlərinin  hamısına  xas 

olan  ümumi  cəhətləri  vardır.  Hansı  ölkədə  yerləşməsindən  asılı 

olmayaraq,  vətəndaşların  şəxsiyyət  kimi  inkişafını  təmin  etməsi, 

sosial-ictimai 

həyata 


hazırlaması, 

fəal 


həyat 

mövqeyi 


formalaşdırması bütün təhsil sistemlərinə xas olan keyfiyyətdir. 

Azad,  müstəqil,  demokratik  respublikamızda 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə