Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə31/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

externius  -

  xarici,  kənar 

deməkdir.  Təhsil  müəssisəsində  bilavasitə  oxumayan  şəxslərin 

burada keçilən təhsil kursu üzrə imtahan verməsi sistemi) formada 

reallaşdırılır. 

Ali məktəbin fəaliyyət istiqamətləri aşağıdakılardır: 

 

dərin  elmi  biliyə,  mütərəqqi  dünyagörüşünə,  mükəmməl 



ixtisas  hazırlığına,  yüksək  erudisiyaya,  mədəniyyətə  malik 

vətəndaşlar yetişdirmək; 

 

müxtəlif  dərəcələrdən  olan  ali  təhsilli  mütəxəssislər 



hazırlamaq; 

 



gəncləri  elmi  axtarışlara  yönəltmək, onlarda təlim- idrak 

motivlərini formalaşdırmaq; 

 

elmi-metodik  ədəbiyyat,  dərslik  və  tədris  vəsaitləri 



hazırlamaq; 

 



dövlət, müəssisə və ya müvafiq təşkilatların sifarişləri ilə 

kadr hazırlamaq üçün müqavilə bağlamaq

 

elmi-pedaqoji və elmi kadrların attestasiyasını keçirmək; 



 

ixtisasartırma və kadrların yenidən ixtisaslaşmasını təmin 



etmək; 

 



xarici ölkələrin ali məktəbləri ilə əlaqə yaratmaq və s. 

Ali təhsil müəssisələri elmi-pedaqoji potensialı, maddi- 

texniki  imkanları  və  təmayüldən  asılı  olaraq  birpilləli  (bakalavr), 

ikipilləli  (magistratura),  üçpilləli  (doktorantura)  təhsil  verə  bilər. 

Elə ali məktəblər var ki, onlar yalnız bir pillədən ibarətdir və yüksək 

ixtisaslı mütəxəssis kadrlar hazırlayır (məsələn, Azərbaycan Dövlət 

Tibb Universiteti, Ali Hərbi Məktəb və s.). 

Birpilləli  ali  məktəblərdə

  müəyyən  peşə  istiqaməti  və  ya 

konkret  ixtisaslar üzrə ali  təhsilli mütəxəssislər hazırlanır. Həmin 

pillənin məzunları ali təhsilli mütəxəssis kimi dövlət orqanlarında, 

digər  idarə,  müəssisə  və  təşkilatlarda  əmək  fəaliyyətinə  başlaya 

bilər,  yaxud  müsabiqə  yolu  ilə  istiqamət  əsasında  ixtisaslaşmalar 

üzrə ali təhsili davam etdirə bilərlər. 

Magistraturada  daha  dərin  ixtisaslaşma  aparılmaqla, 

elmi-tədqiqatçılıq  bacarıqları  formalaşdırılır.  Magistraturanı  başa 

vurduqdan sonra müdavimlər universitet və institutlarda yaradılmış 

Elmi Şuranın qərarı ilə «magistr» dərəcəsi alır. 

72 



Magistr dərəcəli mütəxəssislər ali məktəbin bakalavr pilləsində orta 

ixtisas  məktəblərində  elmi-tədqiqat  mərkəzlərində,  dövlət 

orqanlarında işləyə bilərlər. 

Magistratura  pilləsində  xüsusi  elmi  hazırlıq  səviyyəsi, 

tədqiqatçılıq  bacarıqları  ilə  fərqlənən  məzunlar 

f.\ti.\a.sl(t.ş(h- 

nlmı.^-  Elmi  Şuranın

  qərarı  ilə  üçüncü  pillədə  -  doktoranturada 

saxlanmağa  məsləhət  bilinir.  Və  müvafiq  imtahanlardan  sonra 

aspiranturaya  (doktoranturaya),  adyunkturaya  qəbul  edilir. 

Doktoranturanı  başa  vurmuş  şəxs  İxtisaslaşdırılmış  Elmi  Şurada 

doktorluq  dissertasiyası  müdafiə  edir.  «Dok-  tor»  elmi  dərəcəsi 

almış  mütəxəssis  ali  məktəbin  «magisira-  tura»  pilləsində, 

elmi-tədqiqat 

mərkəzlərində,  müxtəlif  pilləli  ali  təhsil 

müəssisələrində fəaliyyət göstərə bilər. 



İxtisasartırma  tn/ısili

  təkmilləşdirmə  institutlarında  və 

kurslarında, habelə, bəzi ali məktəblərin nəzdində təşkil olunur. 

Sarbəst  təhsil  (öziifiiitəhsil)

  insanın  müstəqil  surətdə  öz 

üzərində işləməsi, müxtəlif vasitələrlə (bədii və elmi əsərlər, dövri 

mətbuat, radio, televiziya, kino, teatr, müasir texniki vasitələr və s.) 

öz  mədəni  səviyyəsini  artırması,  görüş  dairəsini  genişləndirməsi 

deməkdir. 

3.3.

 

AZƏRBAYCAN RESPUBLİKASININ 



TƏHSİL QANUNU 

Azərbaycan  Respublikasının  1992-ci  ildə  qəbul  edilmiş 

Təhsil  Qanunu  respublikada  təhsil  sisteminin  inkişafında  mühüm 

mərhələ  olmuşdur.  Hazırda  Təhsil  Qanununun  yenilə.ş-  dirilməsi 

üzərində  işlər  davam  edir.  Təhsil  Qanununun  yeni  layihəsi  altı 

fəsildən ibarətdir. 

«Ümumi müddəalar» adlanan 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə