Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə4/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

ümumi  və  əbədi

 

kateqoriyadır. 



İctimai

 kateqoriya olan tərbiyə dəyişməz qalmır. Cəmiyyətin 

maddi  əsaslarının,  ideologiyasının  inkişafı  ilə  birlikdə  tərbiyənin 

məzmunu,  məqsəd  və  vəzifələri,  forma  və  metodları  da  dəyişir. 

Konkret  tarixi  və  sinfi  məzmun  -  tərbiyənin  son  dərəcə  mühüm 

xarakteristikasıdır. 

Tərbiyənin  mühüm 

funksiyası

  gənc  nəsli  bəşəriyyətin  tarix 

boyu yaratmış olduğu ictimai təcrübə ilə silahlandırmaqdır. İctimai 

təcrübə deyilərkən, bilik, bacarıq və vərdişlər sistemi, münasibətlər 

sistemi,  yaradıcılıq  təcrübəsi  başa  düşülür.  İctimai  təcrübə  gənc 

nəslə əsasən təhsil vasitəsilə verilir. 

Deməli, pedaqoji prosesin bütün komponentlərinin kəmiyyət 

və  keyfiyyət  göstəricilərini  müəyyənləşdirən,  onun  həyata 

keçirilməsinin məqsədi və nəticəsi olan 

təhsil

 pedaqogika elminin 

predmetidir.  Təhsil  həm 

dəyər,

  həm 


proses,

  həm 


sistem,

  həın  də 



nəticədir.

 

Təhsil  tərbiyədən  ayrılmazdır.  Orta  əsr  şərq  filosoflarının 



fikrincə,  tərbiyə  verməyən  bilik  odunsuz  ocağa,  bilik  verməyən 

tərbiyə  isə  bədənsiz  ruha  oxşayır.  Xüsusi  təşkil  olunmuş  tədris 

müəssisələri  vahid  təhsil  sistemini  təşkil  edərək,  müəllimlərin 

bəşəri təcrübəni gənc nəslə «ötürməsini» təmin edir. 

Sosial  fenomen  olan  təhsil  iki  mənada  - 

geniş

  (insanların 

ümumiyyətlə  bilik,  bacarıq  və  vərdişlərə  yaxud  elmi-texniki 

biliklərə  yiyələnməsi)  və 



dar  mənada

  (təlim  prosesinin  nəticəsi 

kimi 

10 



bu prosesdə qazanılmış bilik, bacarıq və vərdişlər sistemi) işlədilir. 

Təhsil 


cdiviyy!)lin

  və 


dövlətin  mənafeyi  naminə  .şəxsiyyətin 

intellektual  və  emosional  sferalarını  inkişaf  etdirmək,  onu 

həyata  hazırlamaq  məqsədi  ilə  müasir  .standartlara  uyğun 

olaraq 

müəyyənlə.şdirilmi.ş 

məzmunun 

tədris 

müə.s.si.sələrində mənimsənilmə səviyyə.sinin qəhul olunmuş 

meyarlarla  yoxlanılması,  qiymətləndirilmə.si  və  hüquqi 

sənədlərdə tə.sbit olunan nəticə.sidir. 

Təhsilə verilən bu tərifdən məlum olur ki

 

təhsil cəmiyyətin və dövlətin mənafeyinə xidmət edir



 

təhsilin əsas məqsədi şəxsiyyətin intellektual, emosional 



iradi  sferalarını  inkişaf  etdirmək,  onu  ictimai  və  şəxsi  həyata 

hazırlamaqdır; 

 

təhsilin  məzmunu  müasir  dünya  standartlarına  uyğun 



olaraq müəyyənləşdirilir

 



təhsilin məzmunu təhsil müəssisələrində həyata keçirilən 

pedaqoji prosesdə reallaşdırılır; 

 

mənimsəmənin  səviyyəsi  qəbul  olunmuş  meyarlarla 



yoxlanılır; 

 



təhsil müəyyən hüquqi sənədlərin verilməsi ilə ba.şa 

çatır. 


Təhsildə təcrübənin mənimsədilməsi (ötürülməsi, verilməsi) 

və  mənimsənilməsi  (qavranılması,  öyrənilməsi)  kimi  aktlar  ayırd 

edilir.  Bu,  təhsilin  əsası  (nüvəsi)  olan  təlim  prosesi  vasitəsilə 

reallaşdırılır. Təlim pedaqogikanın əsas kateqoriyalarından biridir. 

Təlim - 

iəhsil verən və təhsil alanların xüsu.si təşkil olunmuş 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə