Fesil-10. indd



Yüklə 205,57 Kb.

səhifə1/9
tarix17.11.2018
ölçüsü205,57 Kb.
  1   2   3   4   5   6   7   8   9


286

FƏSİL 10.

Qloballaşma və insan inkişafı

10.1 

Qloballaşmaya müxtəlif baxışlar

“Bəşəriyyətin  inkişafının  müasir  mərhələsində  qloballaşma  onun  əsas 

məzmununu  müəyyən  edir”  desək  yanılmarıq.  Bu  prosesin  əsas  səbəblərini, 

təzahür formalarını, nəticələrini, müxtəlif aspektlərini aydınlaşdırmadan müasir 

dünyamızda baş verən sosial, iqtisadi, kulturuloji, geosiyasi və digər prosesləri 

düzgün anlamaq mümkün deyil. 

Bir çoxlarımız fərqinə varmasaq da, qloballaşmanın təsirini və işarələrini 

hər gün həyatımızda görə bilərik. Adi gündəlik həyatınızı gözünüzün önündə 

canlandırın.  Səhər  yuxudan  oyanıb  dişlərinizi  Avropada  istehsal  edilmiş  diş 

pastası ilə fırçalayırsınız, Türkiyə məhsulu olan sabunla yuyunursunuz, Çində 

istehsal edilmiş kompüterinizdə dünya xəbərlərini Azərbaycan xəbər portalla-

rı ilə yanaşı, ABŞ, Rusiya və b. qəzetlərdən oxuyursunuz, elektron poçtunuza 

İsveçrədə beynəlxalq konfransda iştirakınızı təsdiq edən məktub alırsınız, Ko-

reyada istehsal edilmiş telefonunuzla dostunuzla zəngləşib gündəlik planlarınızı 

dəqiqləşdirirsiniz,  səhər  yeməyi  süfrəsində  mütləq  hər  hansı  bir  qida  xaricdə 

istehsal  edilib,  İtaliyada  istehsal  edilmiş  kostyumunuzu  geyinib, Almaniyada 

istehsal edilmiş avtomobilinizlə işə gedirsiniz. Başqa sözlə, hər gün siz dünya-

nın müxtəlif bölgələrində istehsal edilən məhsullara və tanımadığınız minlərlə 

insana  arxalanaraq  gündəlik  həyatınızı  qurursunuz.  Bu  cür  qarşılıqlı  asılılıq 

məhz beynəlxalq ticarətin və qloballaşmanın xidmətləridir. Sizi yuxarıda sada-

ladığımız və sadalamadığımız məhsullarla təmin edən insanlar bunu sadəcə si-

zin rahatlığınızı fikirləşərək fədakarlıqla istehsal etmirlər. Və ya heç də həmişə 

hər  hansı  dövlət  qurumu  istəklərinizi  nəzərə  alıb  bu  istehlak  məhsullarını  is-

tehsal edib sizin ehtiyacınızı ödəməyə çalışmır. Əksinə sizin istifadə etdiyiniz 

məhsulları istehsal edən insanların özləri də, öz əməklərinin nəticəsində sizin 

kimi digər istehlak məhsullarını istifadə edirlər. Məhz bütün bunları arqument 

gətirərək müasir liberal iqtisadçılar iddia edirlər ki, genişlənən beynəlxalq ticarət 

və qloballaşma bütün xalqların və insanların maraqlarına cavab verir, çünki bu 

prosesin nəticəsində hər kəs daha yaxşı imkanlar əldə etmiş olur.

Hazırda dünyada müxtəlif mətbuat dərgilərində və elmi məcmuələrdə ən ge-

niş müzakirə edilən mövzular qloballaşma və onun ayrı-ayrı xalqların ənənəvi 

mədəni  yaşam  tərzlərinə  və  maddi  rifahlarına  təsiri  haqqında  bir-birinə  zidd 

mövqelərdir. Bu termin aktiv elmi dövriyyəyə 1983-cü ildə Harvard professoru 

Teodor Levit tərəfindən gətirilsə də, ilk dəfə 1944-cü ildə işlədilmişdir. Biz tez-

tez ayrı-ayrı ölkələrdə əhalinin neçə faizinin qloballaşmanı dəstəklədiyini, neçə 

faizinin  bu  prosesin  əleyhinə  olmasını  və  ümumiyyətlə  insanların  bu  prosesə 




287

münasibətini öyrənməyə çalışan rəy sorğularının keçirilməsi haqqında eşidirik. 

Bir çoxlarınız yəqin ki, televiziya kanallarında Böyük Yeddilərin (G7 ölkələri)  

görüşləri  zamanı  müxtəlif  ölkələrdən  olan  anti-qlobalistlərin  yürüşləri  və  bu 

yürüşlərə  qarşı  ictimai  asayiş  qüvvələrinin,  hətta  ordu  birləşmələrinin  böyük 

təhlükəsizlik tədbirləri həyata keçirməsi haqqında xəbərləri izləmisiniz. Müxtəlif 

ölkələrdən olan anti-qlobalistlər asayişi mühafizə edən qüvvələrlə açıq toqquş-

maya girir və McDonalds, Coca-Cola, Pepsi və transmilli şirkətlərin simvolları 

olan digər beynəlxalq markaların dükanlarına hücumlar edir, həmin obyektləri 

dağıdaraq mümkün qədər çox ziyan vurmağa çalışırlar. Yəqin ki, artıq bir çox-

larınız anti-qlobalistlərin nə üçün bu hərəkətləri nümayişkaranə və mütəşəkkil 

formada etdikləri sualını özünüzə vermisiniz.

Bir  qrup  hiperqloballaşma  konsepsiyasının  tərəfdarı  olan  alimlər  hesab 

edirlər ki, qloballaşma şübhəsiz hamı üçün mənfəətlidir, belə ki, ölkələr arasında 

sərhədlər aradan qalxır və buna görə də ölkələr bu prosesə daha yaxından qoşul-

maq üçün öz iqtisadiyyatlarını liberallaşdırmalıdırlar. Digərləri inkişaf etmiş və 

uzun müddət qloballaşmanın aktoru deyil, obyekti olmuş inkişaf etməkdə olan 

ölkələr prizmasından məsələyə baxaraq, qloballaşmanın və transmilli şirkətlərin 

rolunu mənfi qiymətləndirirək bu prosesə tənqidi yanaşırlar. Məsələn, məşhur 

iqtisadçı, Nobel mükafatı laureatı, Beynəlxalq Bankın və keçmiş ABŞ prezidenti 

B. Klintonun məsləhətçisi olmuş C. Stiqlits qloballaşmanı və beynəlxalq maliyyə 

qurumlarını “içəridən” neokeynsiançılıq (Neo-Keynesian) mövqeyindən tənqid 

edərək qloballaşmanın mənfi təsirlərini aradan qaldırmaq üçün dövlət nizamlan-

ması mexanizmlərinin gücləndirilməsinin əhəmiyyətini vurğulayırlar.

Əslində qloballaşma çox qədim dövrlərdən nəqliyyatın və rabitənin inkişafı 

nəticəsində  bir-birindən  təcrid  edilmiş  xalqların  ünsiyyətə  girməsindən  başla-

mışdı. Atların və dəvələrin əhliləşdirilməsi və yelkənli qayıqların inkişafı bir-

birindən  təcrid  edilmiş  xalqları  bir-biri  ilə  müxtəlif  xarakterli  münasibətlərə 

girməsinə  gətirib  çıxarmışdır.  Bu  əlaqələr  həmin  xalqların  heç  də  həmişə 

iradəsinə  və  mənfəətlərinə  uyğun  olmamışdır.  Min  illərlə  müxtəlif  ideyalar, 

incəsənət  növləri  və  mədəniyyətlər  müxtəlif  xalqlar  arasında  dünyanın  bir 

yerindən o birinə yayılmışdır.

Orta əsrlərdə dünyanın müxtəlif bölgələrində yaşayan xalqların bir-biriləri 

haqqında çox səthi və bəzən də fantastik təsəvvürləri vardı. Çox az insan bir 

qitədən digərinə səyahət edirdi. Bu səfərlər nəinki uzun zaman tələb edirdi, həm 

də bir çox hallarda insan həyatı üçün təhlükəli idi. Məsələn, Venesiyalı səyyah 

Marko  Poloya  öz  ölkəsindən  Uzaq  Şərqə  səyahət  edib  qayıtması  üçün  24  il 

vaxt lazım olmuşdu. İndiki zamanda Yer kürəsini tam dövr etməyə sadəcə bir 

neçə gün vaxt, dünyanın ən ucqar iki nöqtəsi arasında informasiya və maliyyə 

əməliyyatlarını həyata keçirmək üçün isə cəmi bir neçə saniyə vaxt lazımdır. 

Qloballaşma yeni fenomen deyil, lakin müasir dövrümüzdə o fərqli xarakter al-





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə