Fesil-10. indd



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix17.11.2018
ölçüsü1,76 Mb.
#81022
1   2   3   4   5   6   7   8   9

288

mışdır. Bu imkanlardan nəinki dövlətlər və hüquqi şəxslər öz iş fəaliyyətlərində 

istifadə edir, adi insanlar da sosial şəbəkələr və internetin irəli sürdüyü digər 

imkanlardan  istifadə  edərək  əlaqə  saxlayır,  müxtəlif  xarakterli  informasiya 

mübadiləsi  aparırlar.  Başqa  sözlə,  dünyamız  həqiqətən  də  “kiçik  bir  kəndə” 

çevrilməkdədir. Bu prosesdə heç şübhəsiz Elmi-Texniki Tərəqqinin irəli sürdüyü 

imkanlar mühüm rol oynayır və gələcəkdə də Elmi-Texniki Tərəqqinin imkanla-

rı artdıqca, qloballaşma prosesi daha da dərinləşəcəkdir.

1945-ci ildə atom bombasının partladılmasından sonra Albert Eynşteyn de-

mişdi ki, dünya XX əsrin sonlarında əhəmiyyəti heç də az olmayacaq informasi-

ya partlayışı ilə üzləşəcək. 50 il bundan əvvəl 30 səhifəlik mətni 5 min kilometr 

məsafəyə göndərmək üçün ən azı 3 gün və 30 dollar xərc lazım idi. 20 il bundan 

əvvəl həmin həcmdə məlumatı faksla göndərmək üçün bir neçə saat və 50 dollar 

vəsait lazım idi. Bu gün İnternetin köməyi ilə həmin həcmdə məlumatı ötürmək 

üçün  bir  neçə  saniyə  və  3  sent  lazımdır.  Beləliklə,  informasiyanın  ötürülmə 

sürəti 300 min dəfə artmış, bunun üçün lazım olan xərclər isə min dəfə azalmış-

dır. Təsadüfi deyil ki, bu gün dünyanın ən zəngin insanı qızıl və neft sahibi deyil, 

məhz informasiya texnologiyalarını inkişaf etdirmiş Bill Qeytsdir.

Qloballaşma prosesi nəticəsində dünya vahid məkana çevrilir və bu məkanda 

informasiya, məhsul və xidmətlər, kapital, ideyalar və onların daşıyıcıları hərəkət 

edir.  Qloballaşma  vahid  beynəlxalq  iqtisadi,  hüquqi,  mədəni  və  informasiya 

məkanın formalaşması prosesini nəzərdə tutur.

Qloballaşma barədə bir çox peşə sahiblərinin, müxtəlif  təmayüllü (sağ, sol, 

mərkəzçi, liberal, mühafizəkar, dini) siyasətçilərin, beynəlxalq münasibətlər üzrə 

mütəxəssislərin, politoloqların, kulturoloqların, jurnalistlərin və b. müzakirələrini 

dinləyərkən bir məsələni heç zaman unutmaq lazım deyil ki, müasir qloballaşma 

hər şeydən əvvəl bir iqtisadi proses və fenomendir. Məhz buna görə heç şübhəsiz 

istənilən iqtisadi proses kimi qloballaşma da ilk növbədə insanların maddi ri-

fah  və  sosial  vəziyyətlərinə  toxunur.  Qloballaşma  prosesinin  tərəfdarları  və 

əleyhdarları öz arqumentlərini bu prosesin dünyanın ayrı-ayrı bölgələrində in-

sanların maddi vəziyyətlərinə müsbət və mənfi təsirləri üzərində qururlar. Iqtisa-

di qloballaşma özündə beynəlxalq inteqrasiyanın müxtəlif formalarını birləşdirir. 

Bura beynəlxalq ticarət, transmilli birbaşa investisiyalar, qısamüddətli dövriyyə 

kapitalının  beynəlxalq  dövriyyəsi,  texnologiyaların  yayılması  və  beynəlxalq 

miqrasiya aiddir. Heç şübhəsiz qloballaşma prosesi XXI əsrin üzümüzə gələn 

onilliklərində dünya iqtisadiyyatının və siyasətinin əsas müəyyənedici amili ol-

ması ilə yanaşı, beynəlxalq siyasi və iqtisadi münasibətlərinin yeni sisteminin 

formalaşmasında əsas təkanverici qüvvə olacaqdır.

Antiqlobalistlər hesab edir ki, qloballaşma prosesi transmilli şirkətlərin və 

inkişaf  etmiş  Qərbin  fəaliyyətinin  nəticəsidir.  Onlar  belə  hesab  edirlər  ki,  bu 

proses  özü-özlüyündə  antidemokratik,  elitar,  bir  çox  hallarda  dağıdıcı  xarak-



289

ter daşımaqla ayrı-ayrı ölkələri və insanlığı davamlı inkişafdan məhrum edir. 

Beynəlxalq  təşkilatların  və  institutların  funksiyalarını  artırmaqla  qloballaş-

ma  milli  dövlətləri  zəiflədir  və  xalqların  suveren  hüquqlarını  məhdudlaşdırır. 

Onlar  əmindirlər  ki,  müasir  dünyamızdakı    qlobal  istiləşmə,  ətraf  mühitin 

çirklənməsi, ənənəvi dəyərlərin dağılması, nəzarət edilməz miqrasiya prosesləri, 

iş yerlərinin bağlanması və s. məhz bu prosesin doğurduğu nəticələrdir. Qlobal-

laşmanın  əleyhdarları  hesab  edirlər  ki,  beynəlxalq  ticarətin  liberallaşdırılması 

inkişaf etməkdə olan ölkələrə inkişaf etmiş ölkələrin bazarlarına daxil olmaq-

da məhdudiyyətləri saxlamaqla ticarət baryerlərini aradan qaldırır. Buna görə 

də, bu proses dünyanın ayrı-ayrı regionları arasında qeyri-bərabərliyi artırmaqla 

onların arasında “assimetrik asılılığın” yaranmasına gətirib çıxarır. Yeni Şimal, 

yəni sənaye baxımdan inkişaf etmiş dünya “qloballaşma” prosesinin əsas “me-

neceri” rolunda, dünyanın digər bölgələri bu prosesin əsasən subyektləri rolunda 

çıxış edirlər.

Anti-qlobalistlərə görə qloballaşma insan inkişafına yardım edə bilər, amma 

bu proses problemləri kökündən həll edə bilməz. Bundan əlavə, bu proses daha 

geniş miqyasda yeni problemlər də yaratmaqdadır. BMT-nin məlumatına görə, 

dünyanın 54 ölkəsi bu gün 1990-cı il ilə müqayisədə daha kasıbdır. 21 ölkədə 

daha çox insan aclıqdan əziyyət çəkməkdədir. 14 ölkədə 5 yaşına qədər daha 

çox uşaq ölməkdədir. 34 ölkədə orta yaş həddi aşağı düşmüşdür. Həmçinin 80-ci 

illərdən başlayaraq 21 ölkədə insan inkişafı indeksi aşağı düşməyə başlamışdır. 

Təkcə 2003-cü ildə bütün dünyada 42 milyon insan HİV/QİÇS xəstəliyinə yo-



290

luxmuş, 2 milyon insan vərəm xəstəliyi üzündən vəfat etmişdir.

“Qərb  antiqlobalistləri”  milli  qanunvericiliklə  tənzimlənməyən  və 

vətəndaşlar  tərəfindən  nəzarət  edilməyən  transmilli  şirkətlərin  və  beynəlxalq 

maliyyə institutlarının hakimiyyətinə qarşı çıxırlar. Onlar hesab edirlər ki, qlo-

ballaşma  bu  ölkələrin  xalqlarının  maraqlarına  deyil,  transmilli  şirkətlərin  və 

beynəlxalq maliyyə qurumlarının maraqlarına qulluq edir. Dövlətin yurisdiksi-

yasından yuxarıda olan beynəlxalq institutlar demokratik yollarla qəbul edilmiş 

qanunların aliliyi prinsipini pozur. Ən maraqlısı isə, onlar hesab edirlər ki, qlobal-

laşma əmək miqrasiyasının miqyasını artırır və sənaye istehsalını inkişaf etmiş 

ölkələrdən inkişaf etməkdə olan ölkələrə köçürür, bu isə öz növbəsində işsizliyə 

gətirib çıxarır. Digər antiqlobalistlərdən fərqli olaraq, Qərb antiqlobalistləri daha 

yaxşı təşkilatlanmış, şəbəkələnmiş və ideoloji baxımdan mövqelərini daha aydın 

təqdim edirlər. 

Digər növ antiqlobalistlər “milliyətçi” antiqlobalistlərdir -- onlar əsasən in-

kişaf etməkdə olan ölkələrdə geniş fəaliyyət göstərirlər. Bu cərəyanın platforma-

sının əsasında beynəlxalq maliyyə institutlarının “hökmünə və hakimiyyətinə” 

qarşı durmaq durur. Onların fikrincə, qloballaşma Qərbin Bretton-Vuds institut-

larından və transmilli şirkətlərdən ibarət “hakim dünya elitasının” təşviq etdiyi 

bir prosesdir. İnkişaf etməkdə olan ölkələr hesab edirlər ki, onlar bu prosesdə 

əlverişsiz mövqedədirlər, belə ki, onlar öz daxili bazarlarını qoruya bilmirlər, 

çünki əsasən dövlət tərəfindən subsidiyalaşdırılmayan kənd təsərrüfatı malları 

və xammal ixrac edirlər.

“Sosialist  antiqlobalizmi”  öz  əsasını  paternalist  cəmiyyətlərdən  və  on 

illərlə  sol  partiyaların  hakim  olduğu,  hazırda  isə  keçid  dövrü  iqtisadiyyatlar 

olan ölkələrdən götürür. Onlar radikal liberallaşma konsepsiyasına, Beynəlxalq 

Ticarət Təşkilatı, Dünya Bankı və digər maliyyə institutları tərəfindən yeridilən 

“bazar fundamentalizminə” qarşı çıxırlar. Onlar hesab edirlər ki, ABŞ və digər 

inkişaf etmiş Qərb ölkələrinin hakim olduğu bu qurumlar inkişaf etməkdə olan 

ölkələrin  xalqların  maraqlarını  heç  zaman  nəzərə  almayacaqlar.  Son  iqtisadi 

böhrandan sonra isə onlar daha əminliklə iddia etməyə başladılar ki, iqtisadiy-

yatda özü-özünü nizamlayan “görünməz əl” anlayışı səhv yanaşmadır.

“Ekoloji antiqlobalizm” antiqlobalist cərəyanların içində ən məşhuru və ge-

niş yayılmışlardan biri olaraq qloballaşmanın ətraf mühitə və biosferaya dağı-

dıcı və mənfi təsirini irəli sürür. Bu cərəyanın tərəfdarları hesab edir ki, qlobal 

istiləşmənin faciəvi nəticələrinin qarşısını almaq üçün planetə intensiv iqtisa-

di inkişaf baxımından yanaşma dəyişməlidir. Yırtıcı halda gəlirlərin artırılması 

yarışına girən transmilli şirkətlər bu gün planetin bizə təqdim etdiyi resursları 

mənimsəyərək davamlı inkişaf və gələcək nəsillər haqqında düşünmürlər.

Ən  radikal  formalı  antiqlobalistlər  isə  “sivilizasiya  antiqlobalistləri”dir  -- 

onlar əsasən özlərində dini, radikal və ekstremist təşkilatları birləşdirirlər. Bu 



Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə