Fesil-10. indd



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix17.11.2018
ölçüsü1,76 Mb.
#81022
1   2   3   4   5   6   7   8   9

291

cərəyanın platformasının əsasında ənənəvi mədəniyyətlərin aşınmasına, yad ide-

ologiyaların, dəyərlərin və ideyaların yayılmasına qarşı çıxmaq durur. Ənənəvi 

dəyərlərə hörmətlə yanaşan cəmiyyətlərdə yad mədəniyyətin elementlərinin da-

xil olması sadəcə ağrı ilə deyil, həm də böyük etirazla və kəskin müqavimətlə 

qarşılanır. Bu cür cəmiyyətlərdə yad mədəniyyətin elementlərini qəbul edənlərlə 

ona qarşı çıxanlar arasında daxili qarşıdurmalar da meydana çıxır. Həm də so-

nuncular yad mədəniyyəti qəbul edənləri satqın və ya reneqat hesab edirdilər.

Hər bir halda qeyd edilməlidir ki, qloballaşma özünün obyektiv səbəbləri 

olan  real  bir  prosesdir.  Onun  əleyhdarları  bir  çox  hallarda  Avropanın  yeni 

tarixindəki “ludditlər” hərəkatını xatırladır. XVII-XVIII əsrlər İngiltərəsində bu 

hərəkatın tərəfdarları hesab edirdilər ki, bütün sosial bəlaların kökündə meydana 

yeni çıxan dəzgahlar və maşınlar durur. Onlar dəzgahları və maşınları sındırıb-

dağıdaraq “köhnə xoş günləri” qaytarmağa çalışırdılar. 2008-ci ildə başlamış iq-

tisadi böhran bir sıra Valden Bello kimi “antiqlobalist” iqtisadçılara yeni eranın 

-- “de-qloballaşma” erasının başlanmasını elan etməyə imkan verdi. Bu iddi-

aların nə dərəcədə reallaşacağını zaman göstərəcək. Ancaq bir məsələni unut-

mamaq lazımdır ki, əvvəla qloballaşma kapitalist iqtisadiyyatının dövri inkişaf 

xarakterini  dəyişəcəyini  gözləmirdi,  digər  tərəfdən  dünyadakı  iqtisadi  böhran 

mallar, xidmətlər, əmək və kapital bazarlarının qovuşması prosesinin qarşısını 

alır.

10.2 

Qloballaşma prosesində müxtəlif meyllər

İlk  növbədə  qeyd  etmək  lazımdır  ki,  qloballaşma  prosesinin  hazırki  di-

namikası  beynəlxalq  əmək  bölgüsü,  nəqliyyat  və  informasiya  texnologiya-

ları  sahəsində  elmi-texniki  tərəqqinin  nəticəsidir.  İnformasiya  mübadiləsi  və 

nəqliyyat sahəsində inkişaf hər şeydən əvvəl ölkələr arasında iqtisadi məsafəni 

azaltmışdır və ya aradan qaldırmışdır. Bu proses dərinləşdikcə isə ölkələr ara-

sında  iqtisadi  məsafə  daha  da  azalacaqdır.  Dünyanın  istənilən  nöqtəsindən 

məlumatları saniyədən də az müddətdə almağa, daha sonra emal etməyə və mü-

vafiq qərarları verməyə imkan verən müasir telekommunikasiya texnologiyaları 

beynəlxalq investisiya qoyuluşlarını və ticarət əməliyyatlarını həyata keçirməyə 

imkan verir. İnformasiya mübadiləsinin genişləndiyi dövrdə texnologiyaların və 

iqtisadiyyatın müxtəlif sahələrində beynəlxalq təcrübənin mənimsənilməsi pro-

sesi getdikcə daha da sürətlənməkdədir.

Beynəlxalq  əmək  bölgüsü  dedikdə,  müxtəlif  ölkələr  arasında  ayrı-ayrı 

məhsulların istehsalı üzrə ixtisaslaşması nəzərdə tutulur. Beynəlxalq əmək böl-

güsü əsasən ölkələr arasında təbii və iqlim şəraitin, coğrafi vəziyyətə, təbii re-

surslara və enerji mənbələrə yaxınlıq ilə müəyyən edilir. Beynəlxalq əmək bölgü-

sü ilə dünyanın ayrı-ayrı ölkələri və regionları özlərinin inkişaf səviyyələrindən 




292

asılı olaraq müxtəlif məhsulların istehsalı, xidmətlər, elmi-texniki tərəqqinin və 

istehsalın müxtəlif sahələri ilə ixtisaslaşaraq dünya bazarında göstərilən sahələr 

üzrə mübadiləyə girirlər.    

Qloballaşmanın ikinci təkanverici qüvvəsi ticarətin və iqtisadi fəaliyyətin 

müxtəlif  növlərinin  liberallaşdırılması  və  buna  müvafiq  olaraq  beynəlxalq 

ticarəti  daha  azad  edən  proteksionizm  siyasətinin  və  digər  məhdudiyyətlərin 

aradan qaldırılmasıdır. Proteksionizm siyasətinin aradan qaldırılması ilə tariflər 

aşağı  salınır,  məhsullar  və  xidmətlər  üçün  bir  çox  maneələr  aradan  qaldırılır. 

Digər  liberallaşdırma  tədbirləri  ilə  kapitalın,  məhsulların  və  xidmətlərin  azad 

hərəkəti daha da sürətlənir.

Qloballaşma prosesi bütün ölkələrin iqtisadiyyatlarına onların açıq və qapalı 

olmasından asılı olmayaraq öz təsirini göstərir. O, məhsulların və xidmətlərin 

istehsalına,  əmək  qüvvəsinin,  investisiyaların,  texnologiyaların  bir  ölkədən 

digərinə yayılmasına təsir göstərir. Bütün bunlar son nəticədə istehsalın effektiv-

liyi, əməyin məhsuldarlığı və rəqabətə davamlılığında öz əksini tapır. Məhz qlo-

ballaşma beynəlxalq rəqabətin kəskinləşməsinə gətirib çıxarmışdır. Bir məqamı 

unutmaq lazım deyil ki, istehsalın effektivliyinin və əmək məhsuladarlığının art-

ması heç də həmişə cəmiyyətdə ədaləti, bərabərliyi və insanların sosial rifahına 

təminat vermir.

Iqtisadiyyatın  qloballaşması  son  dövrlər  xüsusilə  son  onillikdə  daha  da 

genişlənmiş və dərinləşməkdədir. Bunun başlıca səbəbi müxtəlif bazarların ilk 

növbədə kapital, texnologiyalar və əmtəə, habelə müəyyən səviyyədə əmək ba-

zarlarının transmilli şirkətlər şəbəkəsində qarşılıqlı asılılıqlarının və bağlılıqla-

rının artmasından ibarətdir. Transmilli şirkətlərin böyük əksəriyyəti ticarət sek-

torunda fəaliyyət göstərsə də, ümumiyyətlə beynəlxalq şirkətlər inkişaf etməkdə 

olan ölkələrin iqtisadiyyatlarının yenidənqurulmasında yaxından iştirak edirlər. 

Bu əsasən transmilli şirkətlər tərəfindən həmin ölkələrdə maşınqayırma, neft-

kimya, elektron və s. və həmin ölkələrin iqtisadiyyatların ənənəvi sahələrinin 

modernləşdirilməsi vasitəsilə baş verir.

Son onilliklər ərzində transmilli şirkətlər tərəfindən dünyanın qabaqcıl in-

kişaf etmiş sənaye ölkələrindən maşınqayırma, neft-kimya və ümumiyyətlə ağır 

sənayenin, habelə digər real istehsal sahələrinin dünyanın inkişaf etməkdə olan, 

xüsusilə  Çin,  Cənub-Şərqi  Asiya  və  dünyanın  digər  inkişaf  etmiş  ölkələrinə 

köçürülməsi baş verməkdədir. Bir çox hallarda isə real sektorda məhsullar Çində, 

Cənubi-Şərqi Asiya və digər inkişaf etməkdə olan ölkələrdə istehsal edilsə də, 

inkişaf etmiş ölkələrdə yalnız hüquqi və fiziki şəxslər qalmaqdadır. Bir çox mü-

asir tədqiqatçılar bunu müasir beynəlxalq iqtisadi və siyasi münasibətlərin yeni 

mərhələsi -- “postindustrial” və ya sənayeləşmədən sonrakı cəmiyyət adlandı-

rırlar.


XX əsrin son rübündə inkişaf etmiş Qərb ölkələrinin və Yaponiyanın da-


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə