Fesil-10. indd



Yüklə 205,57 Kb.

səhifə5/9
tarix17.11.2018
ölçüsü205,57 Kb.
1   2   3   4   5   6   7   8   9

295

niyalar olan bu ölkələrin əhalisi qısa zaman müddətində özlərinin nəinki yaşam 

tərzlərini, həm də keyfiyyətlərini dəyişdirə bildilər.

Ölkələrin və insanların məhsulların və xidmətlərin istehsalında bir-birindən 

asılılığı  nə  üçün  seçdiklərini  və  bu  seçimin  onların  həyatını  necə  daha  yaxşı 

etdiyini  sübut  etmək  üçün  müasir  liberal  iqtisadçılar  adətən  buna  bənzər  mi-

sal gətirirlər. (Bu misal Qərbdə müxtəlif universitetlərdə iqtisadiyyat fənninin 

tədrisində geniş istifadə edilən və Mankivin müəllifliyi ilə “Ekonomiks” kita-

bından götürülmüşdür ). Təsəvvür edin ki, dünyada iki məhsul istehsal edən iki 

insan və ya ölkə vardır. Bu məhsullardan biri ət, digəri kartofdur. Kartof sahəsi 

və heyvandarlıq ferması olan iki ayrı-ayrı insan həm kartof, həm də ət yemək 

istəyirlər. 

Ticarət hər iki tərəfə o zaman mənfəətli olardı ki, ferma sahibi yalnız ət, 

kartof sahəsinin sahibi yalnız kartof istehsal etsin. Əlbəttə onlar bir-biri ilə heç 

bir əlaqəyə girmədən yaşaya bilərlər. Ancaq bir müddətdən sonra ferma sahibi 

əti, kartof sahəsinin sahibi kartofu müxtəlif formalarda bişirib yedikdən sonra 

belə  qərara  gəlirlər  ki,  öz  qida  rasionlarını  dəyişmək  lazımdır.  Bundan  sonra 

onlar ticarət mübadiləsinə girmək əvəzinə hər biri ayrılıqda onlara lazım olan 

məhsulları daha böyük xərclə istehsal etməyə çalışır. Ferma sahibi kartof becərir, 

kartofçu isə özünün ehtiyacını ödəmək üçün mal-qara saxlamağa çalışır. Ferma 

sahibi kartof becərmək üçün ixtisaslaşmayıb, onun infrastrukturu, təbii şəraiti 

və təcrübəsi kartof sahibininkindən, kartof sahəsinin sahibi isə mal-qara saxla-

maq üçün ixtisaslaşmayıb, onun infrastrukturu, təbii şəraiti və təcrübəsi ferma 

sahibinkindən daha zəifdir. Belə olduğu şəraitdə ferma sahibi və kartof becərənin 

öz ənənəvi ixtisaslaşdığı sahələr üzrə işlərini davam etdirməyi və bir-biriləri ilə 

ticarət mübadiləsinə girməyi daha məqsədə uyğun olardı. 

Ticarətin  üstünlükləri  o  zaman  daha  açıq  aşkar  olur  ki,  tərəflərdən  hər 

biri  müəyyən  məhsulun  istehsalında  tam  üstünlüyə  malikdir.  Başqa  sözlə 

üstünlüyə  sahib  olan  tərəf  həmin  məhsulun  istehsalını  daha  ucuz  və  daha  az 

vaxta  həyata  keçirir.  Əgər  tərəflərdən  biri  bütün  məhsulların  istehsalında 

üstünlüyə malikdirsə ticarətin üstünlüyünü görmək bir qədər çətindir. Ona görə 

də, ticarətin üstünlüklərini görmək üçün məsələlərə daha diqqətlə fikir vermək 

və analiz etmək ehtiyacı meydana çıxır. Bizim misalda gəlin belə ehtimal edək 

ki, ferma sahibi həm mal-qara saxlanılmasında, həm də kartof becərilməsində 



“müqayisəli üstünlüyə” (orijinal termin: “comparative advantage”) malikdir. 

Başqa sözlə ferma sahibi həm əti, həm də kartofu daha qısa müddətə və az xərclə 

istehsal edir. 

Tutaq ki, ferma və kartof sahəsinin sahibləri gündə 8 saat işləməklə vaxtları-

nı ya ayrıca kartof və ət istehsal etməyə, ya da hər ikisini etməyə sərf edə bilərlər.  

Aşağıdakı cədvəl hər birinə 1 kiloqram ət və kartof istehsal etmək üçün nə qədər 

vaxt tələb edildiyini göstərir.



296

Kartof becərən orta hesabla 1 kq kartof becərmək üçün 15 dəqiqə vaxt, 1 kq 

ət istehsal etmək üçün isə 60 dəqiqə vaxt sərf edir. Ferma sahibi isə gördüyü-

müz kimi hər iki məhsulun istehsalına daha az vaxt sərf edir. O, 1 kq kartofun 

istehsalına 10 dəqiqə, 1 kq ətin istehsalına isə 20 dəqiqə vaxt sərf edir. Cədvəlin 

ikinci hissəsində 8 saatlıq iş günü ərzində müvafiq olaraq kartofçunun və ferma 

sahibinin nə qədər kartof və ət istehsal edə biləcəklərini göstərir.  

Qrafik 1-də kartofçunun nə qədər kartof və ət istehsal edə biləcəyi öz əksini 

tapıb. Əgər kartofçu özünün 8 saatlıq iş gününün hamısını kartof istehsalına həsr 

edərsə, o, 32 kq kartof istehsal edər. Bu halda o, heç bir ət istehsal edə bilməz. 

Əgər kartofçu özünün 8 saatlıq iş saatının hamısını ət istehsalına sərf etsə, bu 

zaman o, 8 kq ət istehsal edəcək, ancaq o tamamilə kartofsuz qalacaq. Əgər o 

vaxtını yarı bölsə, yəni, kartof becərməyə və ət istehsalına 4 saat vaxt ayırsa, 

kartofçu 16 kq kartof və 4 kq ət istehsal etmiş olacaq. Bu qrafik göstərdiyimiz 3 

variantı və bütün digər mümkün variantları özündə əks etdirir. Bu qrafik kartof-

çunun “istehsal imkanları həddini” (orijinal termin: “production possibilities 

frontier”) göstərir.

Qrafik  2  ət  istehsalı  ilə  məşğul  olan  ferma  sahibinin  “istehsal  imkanları 

həddini” özündə əks etdirir. Əgər ferma sahibi özünün 8 saatlıq iş gününün ha-

mısını kartof istehsalına sərf etsə, bu zaman o, 48 kq kartof istehsal etmiş olar və 

tamamilə ətsiz qalar. Əgər o, həmin 8 saatlıq iş vaxtının tamamını ət istehsalına 

 

1 kq məhsulun istehsalna 

sərf edilən vaxt 

8 saatda istehsal edilən 

məhsul 

 

Ət 


Kartof 

Ət 


Kartof 

Kartof sahəsinin 

sahibi 

60 dəq/kq 

15 dəq/kq 

8 kq 


32 kq 

Ferma sahibi 

20 dəq/kq 

10 dəq/kq 

24 kq 


48 kq 


297

sərf etsə, bu zaman o, 24 kiloqram ət istehsal etmiş olar. Əgər ferma sahibi öz 

vaxtını tam olaraq yarı bölsə, 4 saat ərzində 24 kq kartof və 12 kq ət istehsal etmiş 

olar. Əgər tərəflər ticarət etməyin əvəzində özlərini öz imkanları ilə təmin etmək 

qərarına gəlsələr, göstərdiyimiz “istehsal imkanları həddi” həmçinin “istehlak im-

kanları həddi” (orijinal termin: “consumption possibilities frontier”) olur.

Qeyd etmək lazımdır ki, bu qrafik yalnız kartofçunun və ferma sahibinin 

istehsal imkanlarının və seçimlərinin həddlərini göstərir, lakin bu qrafik realda 

onların hansı seçim edəcəklərini göstərmir. Bu seçimi müəyyən etmək üçün biz 

onların zövqlərini və tələbatlarını bilməliyik. Ona görə tutaq ki, onların seçimi 

Qrafik 1 və 2-dəki  A və B nöqtələri ilə üst üstə düşür. Kartofçu 4 saat ərzində 

16 kq kartof və 4 kq ət, ferma sahibi isə 4 saat ərzində 24 kq kartof və 12 kq ət 

istehsal edərək istehlak edir.

Bu hal bir müddət davam etdikdən sonra ferma sahibi kartofçu ilə əlaqəyə 

girərək ona belə bir təklif irəli sürür. “Mənim hesablamalarıma görə əgər sən 

özünün 8 saatlıq iş gününün hamısını kartof istehsalına həsr etsən 32 kq kartof 

istehsal etmiş olarsan. Əgər sən mənə istehsal etdiyin kartofun 15 kq-nı versən 

mən  sənə  əvəzində  hər  gün  5  kq  ət  verərəm.  Əgər  sən  mənim  planıma  əməl 

etsən, sənin ətin də, kartofun da daha çox olar. Sənin hər gün 17 kq kartofun və 

5 kq ətin olar.” (müqayisə üçün A nöqtəsində 16 kq kartof, 4 kq ət). Kartofçu 

bu ticarətin ferma sahibinə necə xeyir verdiyini soruşduqda o bildirir ki, onlar 

razılığa gəldiyi təqdirdə ferma sahibi gündəlik 8 saatlıq iş vaxtının 6 saatını mal-

qara saxlamağa 2 saatını isə kartof becərilməsinə sərf edəcək. Bu zaman o, 18 

kq ət and 12 kq kartof istehsal edə bilər. Ferma sahibi özünün 5 kq ətini 15 kq 

kartofun əvəzində dəyişdikdə, onun 13 kq əti  və 27 kq kartofu olacaqdır. 

Yuxarıdakı qrafiklərdə siz kartofçu ilə ferma sahibi arasında ticarətdən sonra 

onların istehsal imkanları həddindən daha çox istehlak etmək imkanlarının necə 

meydana çıxdığını görürsünüz. Ticarətdən sonra tərəflərin necə qazancda oldu-

ğunu daha aydın görmək üçün aşağıdakı cədvələ baxmaq lazımdır.






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə