Fesil-10. indd



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix17.11.2018
ölçüsü1,76 Mb.
#81022
1   2   3   4   5   6   7   8   9

298

Qrafiklərdən və cədvəllərdən gördüyümüz kimi ticarət nəticəsində tərəflər 

ixtisaslaşdıqları  sahələr  üzrə  məhsul  istehsal  edərək  ticarət  münasibətlərinə 

girdikdə daha çox uduşlu olurlar. Bizim misalımızda gördük ki, ferma sahibi həm 

kartof becərilməsində, həm də ət istehsalında daha çox məhsuldarlığa malikdir. 

Bir çoxları üçün sual meydana çıxa bilər ki, əgər ferma sahibi hər iki məhsulun 

istehsalında daha çox məhsuldardırsa və kartofçu hər iki məhsulun istehsalında 

daha az məhsuldardırsa, onda nə üçün ferma sahibi ticarətə girməkdə maraqlı 

olmalıdır? Bu suala cavab tapmaq üçün “müqayisəli üstünlük” anlayışının nə 

demək olduğunu bilmək və bir suala cavab vermək lazımdır: bunlardan hansı 

kartofu daha ucuz istehsal edir? Bu sualın iki cavabı var. 

Əgər biz iki istehsalçını, şirkəti və dövləti müqayisə ediriksə və bu zaman 

birinin məhsuldarlığı digərinin məhsuldarlığından yüksədirsə, başqa sözlə, bir 

tərəf hər hansı məhsulu istehsal etmək üçün daha az enerji, zaman və resurs sərf 

edirsə, o, tam üstünlüyə (“absolute advantage”) malikdir. Bizim misalımızda 

ferma sahibi həm kartof becərilməsində, həm də ət istehsalında tam üstünlüyə 

malikdir və ya daha məhsuldardır. Ferma sahibi 1 kq ət istehsalı üçün 20 dəqiqə, 

kartofçu  60  dəqiqə  sərf  edir.  Ferma  sahibi  habelə  1  kq  kartof  istehsalına  10 

dəqiqə, kartofçu isə 15 dəqiqə vaxt sərf edir.

Ancaq  bizim  misalımızda  sadəcə  istehsal  xərclərini  müqayisə  etməkdən 

başqa kartof istehsalının xərcinə başqa tərəfdən də baxmaq olar. Biz misalımızda 

belə ehtimal etmişdik ki, ferma sahibi və kartofçu 8 saatlıq iş günü ilə çalışırlar. 

Başqa sözlə məhdud iş vaxtında onlar bir məhsulu istehsal edərkən digərini is-

tehsal edə bilmirlər və ya digər məhsulun istehsal vaxtından istifadə edirlər. 

İndi gəlin belə hesablama aparaq və müəyyən edək ki, ferma sahibi və kar-

 

 



Kartofçu 

Ferma sahibi 

 

Ət 


Kartof 

Ət 


Kartof 

Ticarətsiz istehsal və istehlak 

4 kq 


16 kq 

12 kq 


24 kq 

 

 

 



 

 

Ticarət etdikdən sonra 

    

İstehsal 

0 kq 


32 kq 

18 kq 


12 kq 

Ticarət 

5 kq alr 

15 kq verir 

5 kq verir 

15 kq alr 

İstehlak 

5 kq 


17 kq 

13 kq 


27 kq 

 

    


Ticarətdən əldə edilən gəlir (fərq) 

 

 



 

 

İstehlakda artm 

+ 1 kq 

+ 1 kq 


+1 kq 

+ 3 kq 



299

tofçu 1 kq ətə sərf edilən vaxtda neçə kq kartof və 1kq kartofa sərf edilən vaxtda 

neçə kq ət istehsal edə bilərlər.

Bu  hesablamadan  görürük  ki,  ferma  sahibi  üçün  1  kq  ətin  istehsalı  2  kq 

kartofa, ferma sahibi üçün isə 1kq kartofun becərilməsi isə ¼ kq ətə baha başa 

gəlir. Bu cür müqayisəyə iqtisadi dildə müqayisəli üstünlük deyirlər. Beləliklə, 

iqtisadçıların gəldiyi ümumi nəticəyə görə, hər hansı istehsalçı bütün istehsal 

növləri üzərində tam üstünlüyə malik ola bilər, lakin o heç vaxt bütün istehsal 

növləri üzərində müqayisəli üstünlüyə malik ola bilməz.

Bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, burada məhsulun bir vahidinə 

çəkilən xərcin vaxt kimi göstərilməsi şərtidir. Əlbəttə, mürəkkəb beynəlxalq iq-

tisadi münasibətlərdə məhsulun 1 vahidinin istehsalında xərclər kimi bir çox, 

birbaşa və dolayı xərclər də nəzərə alınır. Birbaşa xərclər dedikdə əmək haqları, 

enerji xərcləri, resurslar, bazarlara yaxınlıq, daşıma xərclər və s. dolayı xərclərə 

isə ətraf mühitə təsirin yaratdığı təsirlər hesablanır. Müasir dövrümüzdə bir çox 

hallarda beynəlxalq iqtisadi münasibətlər sistemində dövlətlər siyasi, diplomatik 

və təhlükəsizlik məsələlərini sırf iqtisadi mənfəət məsələsindən irəli çəkərək öz 

siyasətlərini həyata keçirirlər. 

Azad ticarət və qloballaşma tərəfdarları belə iddia edirlər ki, məhz müqayisəli 

üstünlüklərdəki fərqlər ticarətdən bütün tərəflərin qazanmasına imkan verir. On-

lar hesab edirlər ki, hər bir dövlətin öz ixtisaslaşdığı sahələrdə istehsal etməsi 

bütün iqtisadiyyatların artımına şərait yaradır. Müvafiq olaraq ümumi iqtisadiy-

yatlar böyüdükcə bunda hər kəs bəhrələnir. 

Başqa misallar göstərək. Məsələn ABŞ-da 1 avtomobilin istehsalı 2 ton qi-

daya, Yaponiyada isə 1 ton qidaya bərabərdir. Ona görə də, Yaponiya ABŞ-la 

ticarət  münasibətləri  zamanı  avtomobil  istehsalına  görə  müqayisəli  üstünlüyə 

malikdir. Ona görə də, Yaponiya daha çox avtomobil istehsal etməklə ABŞ-a da 

ixrac edir. ABŞ isə qida istehsalı ixracında müqayisəli üstünlüyə malik olduğuna 

görə daha çox qida istehsal edərək Yaponiyaya da ixrac edir. Beləliklə, hər iki 

ölkə ixtisaslaşma və ticarət  nəticəsində daha çox qidaya və avtomobil əldə etmiş 

olur. 

Əlbəttə, reallıq bizim göstərdiyimiz misallardan daha çox mürəkkəbdir. Hər 



şeydən əvvəl ölkələr müxtəlif maraqları təmsil edən insanlardan ibarətdirlər. Qlo-

ballaşma və beynəlxalq ticarət  bu insanların bəzilərinin vəziyyətini pisləşdirə 

bilər baxmayaraq ölkənin ümumi iqtisadi vəziyyətini yaxşılaşdıra bilər. ABŞ av-

 

1 kq ət 

1 kq kartof 

Kartofçu 

4 kq kartof 

¼ kq ət 

Ferma sahibi 

2 kq kartof 

½ kq ət 



Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə