Fesil-10. indd



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix17.11.2018
ölçüsü1,76 Mb.
#81022
1   2   3   4   5   6   7   8   9

300

tomobil idxal edərək qida ixrac edərkən bunun amerikan avtomobil sektorunda 

çalışanına, qida sektorunda çalışanına təsiri eyni deyil. 

İqtisadi qloballaşmanın artan əhəmiyyətinə baxmayaraq dünya iqtisadiyya-

tının inteqrasiyası çox qeyri-bərabər, ekstensiv deyil, yalnız müəyyən sahələri 

əhatə edərək davam etməkdədir. 

Ayrı-ayrı ölkələrin iqtisadi inteqrasiyasının və qarşlıqlı asılılığının əsas ölçü-

sü iqtisadçıların “bir qiymətin qanunu”dur. Belə ki, eyni adlı mallar və xidmətlər 

ayrı-ayrı iqtisadiyyatlarda bərabər və ya təxmini eyni qiymətlərdə olur. Ancaq 

faktlar onu göstərir ki, hətta ən liberal, qloballaşmış və inkişaf etmiş iqtisadiy-

yatlarda  belə  qiymətlər  bir-birindən  fərqlənir.  Dünya  üzrə  əmək  bazarlarında 

qiymət fərqləri xüsusilə nəzərə çarpandır. Bu onu göstərir ki, dünya iqtisadiyya-

tının qloballaşma səviyyəsi hələ iddia edilən səviyyədə deyil.

10.4 

Qloballaşan dünyada iqtisadi və maliyyə böhranların 

   

insanların maddi rifahına təsiri

Qədim dünya və orta əsrlərdə dövlətlərin və onları idarə edənlərin uğurla-

rının və güclərinin əsas göstəriciləri onların yalnız ərazi bütövlüklərinin qorun-

ması deyil, həm də geniş işğalçı müharibələr apararaq qonşularının ərazilərinə 

qata bilməsində idi. Müasir dövrdə  ümumi anlayış bir qədər dəyişmişdir. Artıq 

dövlətin uğurunun əsas göstəricisi onun öz vətəndaşlarının iqtisadi vəziyyətini, 

sosial sığortasını və təhlükəsizliyini nə dərəcə də təmin etməsi ilə ölçülür və hər 

bir dövlətə əsasən bu prizmadan qiymət verilir. Başqa sözlə ölkə vətəndaşlarının 

maddi rifahı ilə bağlı konkret gözləntilər və onların nə dərəcədə təmin edə bilən 

“sosial dövlət” meydana çıxmışdır.

Yəni,  qloballaşma  dövründə  ideologiyalar  və  ya  cəmiyyətlərin  inkişaf 

səviyyələrini  qiymətləndirmə  konsepsiyası  dəyişməkdədir.  Hazırda  rəqabətə 

davamlılıq  sadəcə  yüksək  iqtisadi  artıma  nail  olmaq  və  onu  saxlamaqla 

məhdudlaşmır. Rəqabətə davamlılığın əsas göstəricisi əhalinin həyat səviyyəsinin 

keyfiyyəti və İnsan İnkişafının səviyyəsidir.

Məsələ bundan ibarətdir ki, müasir iqtisadiyyatlarda yalnız maddi əmtəələr 

və xidmətlər deyil, həm də intellektual potensial və innovativ inkişaf da mühüm 

rol oynamaqdadır. Rəqabətə davamlı olmaq üçün xalqların müasir və effektiv 

təhsil  sisteminə  və  əmək  ehtiyatlarının  intellektual  səviyyəsinin  artırılmasına 

getdikcə daha çox ehtiyac yaranır. Dövlətlər bir-biri ilə yalnız istehsal etdikləri 

məhsullarla və xidmətlərlə deyil, habelə ictimai dəyərləri, vətəndaşlarının yaşa-

yış səviyyəsi və keyfiyyəti, sosial sığorta sistemləri, təhsil və səhiyyələri ilə də 

yarışırlar.

Əslində hər bir dövlətin həqiqi sərvəti onun insanlarıdır. Buna görə də hər 

bir normal dövlətin inkişafının başlıca vəzifəsi öz vətəndaşlarının uzun, sağlam 



301

və yaradıcı həyat yaşaması üçün şəraitin yaradılmasından ibarətdir. Bu sadə, la-

kin çox mühüm həqiqət bir çox hallarda maddi və maliyyə sərvətləri nəzərdən 

keçirilərkən unudulur. 

Qloballaşma  ilə  bağlı  dünyada  gedən  çoxsaylı  mürəkkəb  siyasi,  iqtisadi, 

və  digər  texnoloji  proseslər  iqtisadi  qloballaşmanı  və  onun  nəticələrini  təhlil 

etməyi  və  çətinləşdirmişdir.  XX  əsrin  sonlarında  dünya  iqtisadiyyatında  baş 

verən ən mühüm dəyişiliklərdən biri odur ki,  inkişaf etmiş ölkələrdə iqtisadiy-

yatın əsas çəkisi istehsaldan xidmət sahələrinə keçmişdir. Bu isə ilk növbədə 

son  onilliklərdə  elmi-texniki  tərəqqidə  baş  verən  inqilabi  dəyişiliklərlə  bağlı-

dır. Kompüter, internet və digər informasiya texnologiyaları ilə meydana çıxan 

dəyişiliklər artıq “informasiya iqtisadiyyatı” anlayışını meydana atmışdır.  

Beynəlxalq  maliyyə  bazarlarının  gündəlik  dövriyyəsi  1,5  trilyondan  ar-

tıqdır və illik istehsal edilən məhsulların və xidmətlərin təxminən 1/5 hissəsi 

beynəlxalq ticarət əməliyyatlarının obyektinə çevrilir. Lakin qloballaşma sadəcə 

pul və xammalın beynəlxalq dövriyyəsi deyil o həm də, dünya xalqlarının bir-

birindən asılılığının artmasıdır. Qloballaşma təkcə dünya iqtisadiyyatının deyil 

həm də mədəniyyətin, texnologiyaların və idarəçiliyin inteqrasiyasıdır. Xalqlar 

dünyanın ayrı-ayrı ucqarlarında müxtəlif hadisələrin təsiri ilə bir-biri ilə bağ-

lanır. Məsələn, 1997-ci ildə Tayland valyutasının devalvasiyası bütün Cənub-

Şərqi Asiyanı  dərin  iqtisadi  böhrana  sürükləməklə  yanaşı,  milyonlarla  insanı 

qısa müddət ərzində işsiz qoydu. Bu böhran təkcə regionda yaşayan insanların 

sosial-iqtisadi vəziyyətlərinə deyil, həm də regiondan uzaq Latın Amerikasında 

sosial investisiyaları həcmini aşağı saldı habelə Afrikaya ixrac edilən dərman və 

tibbi preparatların qiymətlərini qaldırdı. 

Son proseslər onu göstərir ki, qloballaşma bəşəriyyət üçün böyük imkanlar 

açsa da, bu imkanların reallaşdırılması effektiv idarəçiliklə mümkündür.    

Artan ticarət, yeni texnologiyalar, kütləvi informasiya vasitələrinin, İnterne-

tin əlaqələrinin inkişafı iqtisadi və insan inkişafı üçün yeni imkanlar açır. Bütün 

bu imkanlar  XXI əsrdə XX əsrin sonlarından artmağa başlayan yoxsulluğun 

aradan qaldırılması üçün geniş imkanlar aça bilər. Bəşəriyyət hazırda əvvəlki 

dövrlərlə müqayisədə daha çox sərvətə, imkanlara və texnologiyalara malikdir  

bu isə eyni zamanda o deməkdir ki, bəşəriyyətin bu sahədə daha çox məsuliyyəti 

vardır. 


Soyuq  Müharibənin  başa  çatmasından  keçən  əsrin  sonra  90-cı  illərində 

Birləşmiş  Millətlər  Təşkilatı  və  digər  beynəlxalq  təşkilatlar  çərçivəsində 

dövlətlər ətraf mühit, əhali, sosial inkişaf, qadın və uşaq hüquqları haqqında bir 

sıra mühüm beynəlxalq sənədlər qəbul edərək bu sahədə özlərinin beynəlxalq 

öhdəliklərini artırmışlar. 

Müasir  qloballaşma  prosesləri  əsasən  bazar  iqtisadiyyatının  inkişafı  ilə 

genişlənməkdədir.  Bu  əsasən  milli  sərhədlərin  ticarət,  investisiyalar,  informa-



Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə