Fesil-10. indd



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix17.11.2018
ölçüsü1,76 Mb.
#81022
1   2   3   4   5   6   7   8   9

302

siyalar üçün açılması ilə baş verir. Maraqlıdır ki, azad dünya bazarı üçün stan-

dartlar, siyasətlər və institutlar müəyyən edilsə də, insanlar və onların hüquqları 

üçün kifayət qədər iş görülməmişdir. 

Rəqabətin  olduğu  azad  bazar  ola  bilər  ki,  effektivliyi  təmin  edir,  ancaq 

bu  heç  də  həmişə  bərabərlik  demək  deyildir.  İqtisadiyyatın  liberallaşdırılma-

sı və özəlləşdirmə rəqabətin olduğu azad bazara böyük addım ola bilər ancaq 

onlar üçün qarantiya olmaya bilər. İnsanın inkişafı üçün bir çox məhsullar və 

fəaliyyətlər bazardan kənarda istehsal edilir və bunlar dünya rəqabəti ilə sıxışdı-

rılır. Dövlətin sosial xərcləri üzərində maliyyə, qayğı fəaliyyəti üzərində zaman, 

ətraf mühit üzərində iqtisadi inkişaf təzyiqi vardır. 

Bazar sosial və siyasi məsələlər üzərində daha çox hakim olduqca, qlobal-

laşmanın nəticələri ədalətsiz və qeyri-bərabər paylanır. Bu zaman hakimiyyət 

və  güc  bir  qrup  insanların,  transmilli  şirkətlərin  və  xalqların  əlində  cəmlənir, 

digərləri isə marginallaşır. Bazar nəzarətdən çıxanda iqtisadiyyatlar ya sürətli 

inkişafla ya da çöküşlə özünü göstərir. Məsələn 1998-2000-ci illərdə Şərqi Asi-

yadakı iqtisadi böhran dünyanın ümumi daxili məhsulunu 2 trilyon azaltdı so-

nuncu, 2008-ci ildə başlayan hələ də davam etməkdə olan iqtisadi böhranı isə 

təkcə ABŞ-da trilyonlarla dollar ziyana səbəb olmuşdur.

Hazırda  bəşəriyyətin  qarşısında  duran  vəzifə  genişlənməkdə  olan  qlobal-

laşma prosesinin qarşısını almaq deyil. Qarşıda duran vəzifə yerli, regional və 

qlobal səviyyədə dünya bazarının müsbət tərəfi olan rəqabəti  saxlamaqla in-

san, yerli icmaların maraqlarına xidmət edən və təbiət resurslarının qorunmasını 

təmin edən qaydaların və institutların yaradılmasıdır. Başqa sözlə qloballaşma-

nın imkanları və mənfəətləri daha geniş dairədə paylanmalıdır.

1980-ci illərdən başlayaraq Çili, Dominikan, Hindistan, Türkiyə və Brazili-

ya dünya bazarına daha fəal daxil olaraq xarici investisiyaları cəlb edərək dina-

mik inkişaf mərhələsinə daxil oldular. Onların ixracatları illik orta hesabla 5% 

artdı. Lakin digər tərəfdən Madaqaskar, Niger, Tacikistan, Asiya və Afrikanın 

bir  sıra  digər  ölkələri  düşdükləri  yoxulluq  və  iqtisadi  problemlər  burulğanın-

dan xilas ola bilmirlər. Bu tip ölkələr dünya iqtisadiyyatına getdikcə daha çox 

inteqrasiya  etməklərinə  baxmayaraq  onların  vəziyyəti  heç  də  yaxşılığa  doğru 

dəyişmir. Məsələn, Afrikanın tropik ölkələrinin ÜDM-də əsas etibarı ilə ixracın 

payı 30%-dirsə, inkişaf etmiş Qərbi Avropa ölkələrində və ABŞ-da bu göstərici 

19%-dir. Beləliklə bu problemli ölkələrinin iqtisadiyyatları əsas etibarı ilə dünya 

bazarında xammala olan tələbatın səviyyəsindən və qiymətlərdən asılıdır. Onlar 

iqtisadiyyatlarının digər sahələrinin ixraclar imkanlarının genişləndirilməsində 

və xarici investisiyaların cəlb edilməsində demək olar ki, heç bir kiçik də olsa 

müsbət dəyişikliklərə nail ola bilməmişlər.

Əgər  qloballaşmanın  gətirdiyi  imkanlar  bərabər  şəkildə  bölünməsə,  son 

illərin  mənfi  tendensiyaları  davam  edəcəkdir.  Belə  ki,  dünyanın  80  ölkəsinin 



303

ümum  daxili  məhsulun  adambaşına  düşən  səviyyəsi  keçən  son  onilliklərlə 

müqayisədə daha aşağı olmuşdur. Digər tərəfdən dünyanın digər 40 ölkəsinin 

eyni göstəricisi 3%-lik artımla demək olar ki, eyni səviyyədə qalmışdır. 

Qloballaşmanın  gətirdiyi  və  insanların  bir  başa  rifahına  təsir  edən 

yeniliklərdən  biri  odur  ki,  əmək  bazarı  da  getdikcə  qloballaşmaqdadır  və  bu 

şəraitdə  bu  bazarda  rəqabət  daha  da  artmışdır.  Getdikcə  əmək  bazarına  daxil 

olan işçilər və hazırkı çalışanlardan daha çox tələblər və qabiliyyətlər tələb edi-

lir. Müxtəlif ölkələrdə ölkə daxili qeyri-bərabərlik daha da artmaqdadır. Çində 

sosial bərabərlik doqmasının hakim olduğu Kommunist partiyasının hakim ol-

masına və bu ölkənin son onilliklərdə bütün dünyanın qibtə edə biləcəyi iqti-

sadi  yüksəlişə  baxmayaraq  ölkə  daxili  qeyri-bərabərlik  armaqdadır.  Çinin  ix-

rac  meyilli  dəniz  sahili  iqtisadi  bölgələrində  əgər  insan  yoxsulluq  indeksi  20 

%-dirsə, ölkə daxili vilayətlərdə bu indeks 50 % və daha çoxdur. Kommunizmin 

çöküşündən sonra Şərqi Avropa və keçmiş SSRİ ölkələrində gəlir bərabərsizliyi 

indeksi olan Gini indeksində kəskin artım olmuşdur. Bu indeksdə artım təkcə 

bu  ölkələrdə  deyil,  habelə  inkişaf  etmiş  ölkələrdə  də  müşahidə  edilməkdədir. 

Belə  ki,  dünyanın  ən  qabaqcıl  inkişaf  etmiş  34  ölkəsini  birləşdirən  İqtisa-

di  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının  (İƏİT)  2011-ci  il  hesabatına  görə,  bu 

ölkələrdə gəlir bərabərsizliyi indeksi (Cini əmsalı) 1970-ci illərin sonlarından 

başlayaraq xüsusilə ingilis-dilli ölkələrdə artmağa başlamış, 1980-ci illərdən isə 

bu proses daha da dərinləşməkdədir. Son trendlər onu göstərir ki, yoxsullar və 

zənginlər arasında gəlir bərabərsizliyi üzrə Cini indeksi artıq bu sahədə yüksək 

qeyri-bərabərliyi olan İsrail və ABŞ-da artmaqdadır. Ənənəvi olaraq bu fərq az 

olan ölkələr Danimarka, Almaniya və İsveçdə də bu bərabərsizlik artmaqdadır. 

Əslində qeyri-bərabərlik dünyada daha çox bu 3 ölkədə artmışdır. Bununla yana-

şı bir sıra ölkələr gəlir bərabərsizliyində azalmanı qeyd etsələr də, bu ölkələrdə 

əvvəllər bu rəqəmlər çox yüksək həddə olmuşdur (Çili, Meksika və Türkiyə). 

Bundan əlavə İƏİT üzv ölkələrinin əksəriyyətində əhalinin yüksək təbəqəsinin 

gəliri  əhalinin  aşağı  təbəqələrinin  gəlirlərindən  10%  daha  çox  sürətlə  artmış, 

beləliklə qeyri-bərabərlik də artmışdır. Artım sürətində fərqlər daha çox ingi-

lis-dilli,  Skandinaviya  və  İsrail  kimi  ölkələrdə  özünü  göstərmişdir.  İsrail  və 

Yaponiya kimi ölkələrdə əslində 1980-ci illərdən başlayaraq əhalinin ən aşağı 

təbəqələrinin gəlir səviyyələrində geriləmələr özünü göstərmişdir.

Bundan əlavə, dünya ölkələrinin ümumi gəlir səviyyələri arasında da qeyri-

bərabərlik  mövcuddur.  Belə  ki,  İƏİT-ə  üzv  ölkələrin  əhalisi  dünya  əhalisinin 

cəmi 19%-ni təşkil etsə də, dünya əmtəə və xidmət ticarətinin 71%-i, beynəlxalq 

investisiyaların  58%-i  bu  ölkələrin  payına  düşür.  1980-ci  illərdən  başlayaraq 

dünyanın ən zəngin 200 insanı özlərinin sərvətlərini artıraraq 1998-ci ildə 1 tril-

yondan 2012-ci ildə 4,6 trilyon dollara çatdırmışdır. İqtisadiyyatın və sənayenin 

müxtəlif  sahələrinin  müxtəlif  böyük  korporasiyaların  əlində  təmərküzləşməsi 



Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə