Fesil-10. indd



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix17.11.2018
ölçüsü1,76 Mb.
#81022
1   2   3   4   5   6   7   8   9

304

davam  etməkdədir.  Hələ  1998-ci  ildə  10  böyük  şirkət  31  milyardlıq  kənd 

təsərrüfatı gübrələrinin istehsalı bazarının 85%-nə, cəmi 10 telekommunikasiya 

şirkəti isə bu sahənin 262 milyardlıq bazarının 86%-nə nəzarət edirdi. Müxtəlif 

elmi  tədqiqatların  verilən  patentlərin  də  80-90%-i  də  məhz  bir  neçə  şirkətin 

əlində cəmlənmişdir. Bütün bu göstəricilər qlobal iqtisadi inteqrasiyanın qaçıl-

maz tərkib hissəsidir. 

Qloballaşma həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə in-

san təhlükəsizliyi üçün yeni təhlükələr yaradır. 

Son onilliklərin ən böyük nailiyyətlərindən biri odur ki, bir sıra ölkələrdə 

daha  çox  siyasi  azadlıqlar  və  stabilliyə  nail  olunmuşdur.  Lakin  qloballaşan 

dünyada  zamanın  və  məsafənin  itdiyi  və  sərhədlərin  aradan  qalxdığı  dövrdə 

insan  təhlükəsizliyinə  yeni  hədələr  onun  normal  gündəlik  həyatını  pozacaq 

yeni təhlükələr meydana çıxmışdır. Bunlara maliyyə və iqtisadi təhlükəsizliyi, 

iş  və  gəlir  təhlükəsizliyi,  sağlamlığı,  mədəni  təhlükəsizliyi,  şəxsi  həyatın 

təhlükəsizliyi, ətraf mühit və siyasi təhlükəsizlikləri aid etmək olar. Maliyyə və 

iqtisadi təhlükəsizliyi dedikdə, məsələn, 2008-ci ildə ABŞ-da başlayan iqtisadi 

böhranın təkcə bu ölkədəki deyil habelə dünyanın digər onlarla ölkəsində mil-

yonlarla insanlara təsirini göstərmək olar. Yəqin ki, bir çoxlarınızın artıq son 

iqtisadi böhranın Yunanıstanda, İspaniyada və digər Avropa Birliyinə üzv olan 

ölkələrində nə kimi dərin xarakter aldığından xəbəriniz var.  Bu böhran milyonlar-

la insanın iş və gəlirlərinə, habelə sosial təhlükəsizliklərinə və maddi rifahlarına 

necə mənfi təsir etdiyini mətbuat orqanlarından öyrənə bilərik. 1998-ci il iqtisadi 

böhranından sonra hətta dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri olan 

Fransa, Almaniya, Böyük Britaniya və digər ölkələrdə işçilərin hüquqlarını qo-

ruyan əmək qanunvericiliyində işçilərin maraqlarına zidd dəyişikliklər edilməyə 

başlanmış, sonuncu böhrandan sonra bu daha da genişlənmişdir. Maddi və iq-

tisadi problemlərlə yanaşı dünyanı iqtisadi cəhətdən geridə qalmış ölkələrində 

milyonlarla insan QİÇS və digər yoluxucu xəstəliklərindən əziyyət çəkir.  

Qərbin  500  transmilli  şirkəti  dünyada  istehsal  edilən  məhsulların  və 

xidmətlərin ¼ istehsal edir, onların 300-ü dünya kapitalının 25%-nə nəzarət edir 

və dünyada birbaşa investisiyaların 2/3 –ni həyata keçirir. Inkişaf etmiş ölkələr 

həqiqətən inkişaf etməkdə olan ölkələrə investisiyalarını yönəldə bilərlər. La-

kin onlar belə investisiyaları ölkədən çəkməklə həmin ölkələr üçün problemlər 

də yarada bilərlər. 1997-98-ci illər Asiyada iqtisadi böhranı da məhz bu cür ol-

muşdu. Bu fəlakətdən demək olar ki, yeganə xətərsiz qurtarmış ölkə Sinqapur 

olmuşdu. Sinqapurun keçmiş prezidenti bu iqtisadi böhranın səbəblərini analiz 

və izah edərkən bildirmişdi ki, Asiya liderlərindən demək olar ki, heç biri tam 

mənasında  anlamırdı  ki,  qloballaşmış  maliyyə  birjalarında  dünyanın  maliyyə 

mərkəzləri  Nyu  York,  London,  Tokio  arasında  və  onların  Cənub-Şərqi  Asi-

ya  ölkələrindəki  nümayəndələri  arasında  ani  əlaqə  mövcuddur.  İnkişaf  etmiş 



305

ölkələrdən maliyyə axını  təkcə  yüksək  iqtisadi  artım  xeyiri  deyil,  həm  də  bu 

vəsaitlərin gözlənilmədən ölkədən çəkilməsi riskini yaradır. Hökumətin istənilən 

səhvi bütün dünyadakı müştərilər üçün analiz və hesabat edilir. Beləliklə qlo-

ballaşmanın tənqidçiləri hesab edirlər ki, bu prosesdə investisiyaların yönəldiyi 

ölkələr dünyanın maliyyə mərkəzlərindən asılı vəziyyətə düşərək, özlərinin milli 

iqtisadiyyatları üzərində nəzarəti itirərək bu prosesdə sadəcə obyektə çevrilir.

10.5 

Azərbaycan qloballaşma prosesində 

Azərbaycan  1991-ci  ildə  müstəqillik  əldə  edənə  kimi  keçmiş  SSRİ-nin 

tərkib hissəsi idi. Bildiyiniz kimi, keçmiş SSRİ-nin iqtisadi siyasətinin əsasında 

ittifaqa daxil olan ayrı-ayrı subyektlərin arasında qarşılıqlı iqtisadi asılılığı artır-

maq dururdu. Mərkəzi Moskva hökuməti bunu müxtəlif məhsulların istehsalının 

ayrı-ayrı hissələrini böyük ölkənin müxtəlif bölgələrində yerləşdirməklə nail ol-

mağa  çalışırdı.  Məsələn,  hər  hansı  avtomobilin  ayrı-ayrı  hissələrinin  istehsalı 

müxtəlif subyektlərdə təşkil edilir, daha sonra isə son məhsul tamam müxtəlif 

yerdə yığılırdı. Başqa sözlə, SSRİ-yə daxil olan subyektlərin müstəqil iqtisadi 

mövcudiyyəti süni yaradılmış əmək bölgüsü ilə tam məhdudlaşdırılmışdı. SSRİ-

nin bu cür siyasəti müəyyən mənada müasir qloballaşma prosesinin nəticəsi ola-

raq müxtəlif ölkələrin qarşılıqlı iqtisadi asılılığının artması ilə oxşardır. Sadə bir 

fərqlə ki, keçmiş SSRİ-də iqtisadiyyat mərkəzləşdirilmiş planlı iqtisadiyyat idi. 

Müasir qloballaşma prosesinin əsasında isə bazar iqtisadiyyatı, onun əsasında 

fundamental prinsipləri və bu iqtisadi münasibətlərin genişlənməsi durur. Məhz 

buna görə ölkəmiz müstəqillik əldə etdikdən sonra digər keçmiş SSRİ ölkələri 

kimi böyük iqtisadi problemlərlə üzləşdi. Bir çox hallarda bu iqtisadi problemlər 

və tənəzzül dərin siyasi problemlərlə və regional münaqişələrlə müşayiət olu-

nurdu. Beləliklə, SSRİ dağılandan sonra ölkəmizə dağılmış və natamam iqtisadi 

infrastruktur və qeyri effektiv dövlət institutları miras qaldı. 

Digər mühüm problem isə ölkəmizin uzun müddət tamam başqa ictimai iq-

tisadi  münasibətlər  sistemində  -  kommunizmdə  yaşaması  idi.  Həmin  ictimai-

iqtisadi  və  siyasi  sistemdə  bazar  iqtisadiyyatının  əsasında  duran  fundamental 

elementlər,  yəni  xüsusi  mülkiyyət  və  şəxsi  təşəbbüskarlıq  sistemin  ideoloji 

doqmalarının əleyhinə olduğundan tam məhdudlaşdırılmış və bu cür fəalliyətlə 

məşğul olanlar hətta sistemin düşməni kimi cinayətkar hesab edilirdi. 

SSRİ və Şərqi Avropanın kommunist bloku dağıldıqdan sonra bu ölkələr, o 

cümlədən Azərbaycan köhnə kommunist iqtisadiyyatından imtina edərək yeni 

bazar iqtisadiyyatının qurulmasını özlərinin prioritetləri elan etdilər. Məsələ bu-

rasındadır ki, tarixdə demək olar ki, heç bir xalq və cəmiyyət bir ictimai iqti-

sadi formasiyadan digərinə keçid etməmişdir və bu sahədə demək olar ki, heç 

bir tarixi təcrübə olmamışdır. Ona görə də, keçmiş kommunist ölkələri dövlət 




306

mülkiyyətində  olan  müəsisələrin  özəlləşdirilməsini  və  bazar  iqtisadiyyatının 

prinsiplərini ölkələrində tətbiq etməklə hər biri özünə məxsus yol keçdi. 

1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan beynəlxalq siyasi 

və iqtisadi münasibətlərin habelə “soyuq müharibə”nin başa çatmasından sonra 

dərinləşən  qloballaşma  prosesinin  iştirakçısına  çevrildi.  Hər  şeydən  əvvəl  bir 

məsələni  xüsusilə  qeyd  etmək  lazımdır  ki, Azərbaycanın  beynəlxalq  iqtisadi 

münasibətlərin, o cümlədən, qloballaşma prosesinin subyektinə və aktiv iştirak-

çısına  çevrilməsinin  qarşısında  bir  sıra  maneələr  meydana  çıxmışdı.  Ölkəmiz 

hələ də bu maneələri aradan qaldırmaq və beynəlxalq iqtisadi münasibətlər sis-

teminin aktiv iştirakçısına çevrilmək üçün səylərini davam etdirməkdədir. 

Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə onun xarici dünya ilə bü-

tün münasibətləri “dəmir pərdə” ilə məhdudlaşdırılmışdı. Bütün xarici iqtisa-

di,  siyasi  və  mədəni əlaqələr mərkəzi Moskvanın  tam  nəzarəti altında həyata 

keçirilirdi. Azərbaycandan olan hər hansı bir şəxsin hətta kommunist blokuna 

daxil olan Şərqi Avropa ölkələrinə səfəri və ya hər hansı xarici ölkə vətəndaşının 

Azərbaycana  gəlməsi  çox  nadir  hal  idi.  Bu  cür  səfərlər  bir  çox  hallarda  çox 

məhdud  formada  və  SSRİ  xüsusi  xidmət  orqanlarının  total  nəzarəti  altında 

həyata keçirilirdi. Təbii ki, bütün bunlar ölkəmizin müstəqillik əldə etməsindən 

sonra qarşısına bir sıra problemlərin çıxması ilə nəticələndi. 

Müstəqillik əldə etdikdən sonra Azərbaycanda azad bazar iqtisadiyyatının 

qurulmasının qarşısında duran əsas maneələr insanlarda sahibkarlıq fəaliyyəti ilə 

məşğul olması üçün təcrübənin və ilkin kapitalın olmaması və bu sahəni nizam-

layacaq zəruri hüquqi və institusional əsasların çatışmaması idi. Bununla yanaşı 

xatırlamaq  lazımdır  ki,  kapitalizm  sisteminin  əsas  elementi  olan  ilkin  kapital 

yığımı prosesinin digər keçmiş kommunist dövlətlərində olduğu kimi ölkəmizdə 

də ağrılı keçdi. 

Qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində ölkənin bank sekto-

runda meydana çıxan bir sıra spekulyativ işbazlar əhalinin inamından istifadə 

edərək böyük miqdarda maliyyə vəsaitlərini batırması, habelə sovet dövründən 

qalan  əmanətlərin  öz  dəyərini  kəskin  şəkildə  itirməsi  əhalinin  bank  maliyyə 

sisteminə olan inamını sarsıtmışdı. Bu isə yeni bazar iqtisadiyyatının qurulması 

üçün zəruri olan bank, maliyyə-kredit sisteminin inkişafı üçün əhalinin yenidən 

öz  əmanətlərini  və  maliyyə  vəsaitlərini  banklara  etibar  etməsinə  mane  olan 

amillərdən biri idi.

Uzun  çəkən  keçid  dövrü  ərzində  ölkə  əhalisi  bir  sıra  çox  ciddi  sosial  və 

iqtisadi problemlərlə üzləşdi. Problemin daha da kəskin forma almasının səbəbi 

ölkəmizin üzləşdiyi təcavüz və ölkə əhalisinin böyük hissəsinin öz ev eşiklərindən 

və  mülklərindən  didərgin  düşməsi  idi.  Qaçqınlar  və  məcburi  köçkünlər  olan 

həmin əhali kütləsi öz daimi yaşayış və iş yerlərini itirməklə ölkə iqtisadiyyatı 

üzərində böyük ağır yükə çevrilmişdi. 



307

1994-cü ildə bağladığı Əsrin Müqaviləsi ilə Azərbaycan böyük maliyyə 

vəsaitlərini əldə edə bildi. Məhz neft müqavilələrindən gələn gəlirlər hesabı-

na ölkəmiz həm meydana çıxmış sosial-iqtisadi çətinlikləri aradan qaldırmış, 

həm də islahatları həyata keçirə bilməkdədir. Ötən müddət ərzində ölkəmizdə 

yoxsulluq səviyyəsini 2001-ci ildəki 49%-dən 2013-cü ildə 5,3%-dək enmiş-

dir. 

Gələcəkdə  də  həyata  keçiriləcək  bir  sıra  digər  layihələrin  neftdən  gələn 



gəlirlər  hesabına  həyata  keçirilməsi  planlaşdırılır.  Lakin  bildiyimiz  kimi  neft 

tükənən sərvətdir və artıq neftin istehsalında ölkəmizdə durğunluq və azalma 

meyilləri özünü göstərməkdədir. Bunun üçün də bu dollar axımının qeyri-neft 

sektorunda  effektiv  diversifikasiyası  hökumətin  qarşısında  duran  ən  başlıca 

vəzifələrdən biridir. Məhz qeyri-neft sektorunun inkişafı və müəyyən məhsulların 

istehsalı üzrə dünya bazarında ixtisaslaşmaqla Azərbaycan gələcəkdə qloballa-

şan iqtisadiyyatda özünün yerini tuta və vətəndaşlarının layiqli sosial iqtisadi 

inkişafını təmin edə bilər. 

Hazırda ölkəmizin qarşısında duran başlıca vəzifə “Holland sindromu”ndan 

qaçmaqdır. Yerli və beynəlxalq iqtisadi təhlillər onu göstərir ki, Azərbaycan bu 

sahədə kifayət qədər uğurlu nəticələr əldə etməkdədir və ölkənin ümumi daxi-

li məhsulunda qeyri-neft sektorunun payı getdikcə artmaqdadır. Lakin istənilən 

halda Azərbaycanın  qeyri-neft  sektorunda  böyük  potensialını  nəzərə  alsaq  bu 

sahədə əldə edilən heç bir uğurla kifayətlənmık olmaz. “Holland sindromu”ndan 

yayınmağın  yeganə  yolu  qeyri-neft  sektorunda  ixrac  potensialından  səmərəli 

istifadə edilməsidir. Məhz neft gəlirlərindən ölkənin gələcək asılılığının qarşısı-

nı almaq üçün Azərbaycan neft gəlirlərindən əldə edilən vəsaitin böyük hissəsini 

Dövlət  Neft  Fondunun  hesabında  xaricdə  saxlayır.  Ölkənin  aqrar  və  turizm 

sektorunun  inkişafı  üçün  konkret  layihələr  həyata  keçirilməkdədir.  Regionla-

rın sosial iqtisadi inkişaf proqramları da məhz ölkənin gələcəkdə neft asılılığını 

azaltmaq üçün həyata keçirilən tədbirlərdəndir. Ölkə rəhbərliyi tərəfindən digər 

prioritet sahə kimi informasiya və telekommunikasiya texnologiyaları sahələri 

elan edilmişdir. Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya 

peyki 2013-cü ilin fevralında açıq fəzada orbitə buraxılmışdır. Bu sahə ölkəyə 

gələcəkdə böyük maliyyə vəsaitlərinin axınını bir daha təmin edəcəkdir.

Azərbaycanın Əsrin Müqaviləsi və daha sonra bir neçə başqa neft və qaz 

müqavilələri dünyanın iri enerji şirkətlərini onlar üçün yeni olan coğrafi və siya-

si məkana gətirdi. Ölkəmizin iqtisadiyyatı getdikcə daha çox qloballaşan dünya 

iqtisadiyyatına inteqrasiya etməyə başladı. Hər şeydən əvvəl artıq ölkə iqtisa-

diyyatında dünya bazarında neft və qazın qiymətləri mühüm faktora çevrildi. 

Belə ki, əgər 1998-ci il dünya iqtisadi böhranı demək olar ki, Azərbaycandan 

yan keçsə də, artıq 2008-ci ildə başlanan iqtisadi böhran öz təsirini daha çox 

hiss etdirdi. Baxmayaraq ki, hökumət çox uğurla bu təsirin Azərbaycanda böyük 



308

təsirinin qarşısını ala bildi. 

Müstəqilliyimizi əldə etməyimizdən 20 il keçməsinə baxmayaraq ölkəmizin 

qarşısında hələ də bir sıra həll ediləcək əhalinin sosial iqtisadi rifahını layiqli 

təmin edə biləcək fundamental vəzifələr durur. Bu hər şeydən əvvəl yuxarıda 

qeyd edildiyi kimi tükənən enerji resurslarını nəzərə almaqla onlardan asılı ol-

mayan,  dayanıqlı,  çoxşahəli  və  rəqabətə  davamlı  iqtisadiyyatın  qurulmasıdır. 

Məsələ burasındadır ki, qloballaşmanın təsiri heç də həmişə inkişaf etməkdə olan 

ölkələrin iqtisadiyyatları üçün yaxşı olmur. İnkişaf etməkdə olan ölkələrin isteh-

salçıları əllərində böyük elmi-texniki tərəqqinin son nailiyyətlərini cəmləşdirən 

və böyük tarixi təcrübəyə malik istehsalçıları olan transmilli şirkətlərlə rəqabətə 

davam gətirə bilmirlər. Onların bir çox hallarda mənsub olduqları hökumətlərin 

himayəsinə ehtiyacları olur. 

Məsələn,  Seneqalın  keçmiş  prezidenti  Abdulay  Vad  Beynəlxalq  Ticarət 

Təşkilatının ticarətin bütövlükdə liberallaşdırılmasını, milli sənayenin və kənd 

təsərrüfatının müdafiəsindən imtina etməyi tələb edən siyasətini kəskin tənqid 

edərək bildirmişdi ki, bu cür yanaşma inkişaf etməkdə olan ölkələrdə milli iqti-

sadiyyatın inkişafına imkan vermir. 

Hindistanlı iqtisadçı Arjun Senqupta qeyd etmişdir ki, sırf bazar iqtisadiy-

yatı şəraitində sosial göstəriciləri yaxşılaşdırmaq cəhdləri praktiki olaraq qeyri 

realdır. Əgər liberallaşma adekvat sosial siyasətlə müşayət olunmursa, o, sosial 

münaqişələrin meydana çıxmasına gətirib çıxarır.

Məhz  elə  buna  görə  də,  2012-ci  ilin  sentyabrında Azərbaycan  Respubli-

kasının Prezidenti İlham Əliyev Fransaya səfəri zamanı xarici iş adamları ilə 

görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi ilə bağ-

lı suala cavab olaraq bildirmişdi ki, Azərbaycanda əhalinin böyük hissəsi kənd 

təsərrüfatında çalışır və biz həmin təsərrüfatları müxtəlif güzəştli subsidiyalar-

la və kreditlərlə təmin edirik. Bu siyasət isə Ümumdünya Ticarət Təşkilatının 

prinsiplərinə  ziddir.  Həqiqətən  də,  ölkəmizin  tarixinə  fikir  versək  görərik  ki, 

müstəqillik əldə etdikdən və torpaqların özəl mülkiyyətə verilməsindən sonra 

çox az müddət keçmişdir. Bu müddət ərzində dünya bazarında rəqabətə davamlı 

kənd təsərrüfatı və onun emalı müəsisələrinin yaranması qeyri-realdır.

Ən  maraqlı  məqam  ondan  ibarətdir  ki,  istər  2005-ci  ildə  Honq-Konqda, 

istərsə də 2009-cu ildə Cenevrədə keçirilən ÜTT Nazirlər Konfransının yekun-

ları  göstərir  ki,  bu  təskilata  üzv  olma  sərtləri  getdikcə  ağırlaşdırıldı.  2013-cü 

ildən etibarən isə ÜTT ixraca yönəlik bütün subsidiyaları ləğv edəcək, aqrar sek-

tor üzrə subsidiya divarı getdikcə daralır və təbii ki, bütün bunlar “güzəstli üzv 

olma” ehtimallarını sıradan çıxarır.

Lakin biz istəsək də, istəməsək də bu proseslərdən kənarda qala bilmərik. 

Bu  prosesin  alternativi yoxdur.  Ona  görə  də  bu  yaxınlarda Xarici  İşlər  Nazi-

rinin müavini Azərbaycanın ÜTT-lə danışıqlarda səlahiyyətli nümayəndəsi M. 



309

Məmmədquliyev  bildirmişdir  ki,  Azərbaycan  ÜTT-yə  üzvlük  prosesinin  ya-

rısını  keçmişdir.  Xatırlatmaq  lazımdır  ki, Azərbaycan  ÜTT-lə  danışıqlara  ilk 

dəfə  1997-ci  ildə  başlamışdır.  Bu  cür  təmkinli  danışıqlar  prosesinin  məqsədi 

ölkəmizin  həmin  təşkilata  daha  əlverişli  şərtlərlə  daxil  olmasını  təmin  etmək 

üçündür.  Bunun  digər  məqsədi  isə  ölkə  daxili  istehsalı  üzv  olana  qədər  daha 

inkişaf etmiş və rəqabətə davamlı səviyyəyə çatdırmaqdır. 

Beləliklə, qloballaşan dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycanın 

qarşısında çox mühüm həllediləsi vəzifələr durur. Bu vəzifələrin əsas qayəsi isə 

ölkə vətəndaşlarının davamlı sosial iqtisadi inkişafını və təhlükəsizliyini təmin 



edəcək rəqabətə davamlı qabaqcıl iqtisadiyyat qurmaqdır. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə