Fesil-11. indd



Yüklə 5,04 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix23.09.2018
ölçüsü5,04 Mb.
#70311
1   ...   4   5   6   7   8   9   10   11   12

332

yuxarı qiymətləndirilir. Müqayisə üçün buxar-qaz İES-lərin tikintisi üçün analoji 

xərclər bundan təxminən iki dəfə azdır. Bu qədər əhəmiyyətli qiymət fərqi daha 

mürəkkəb və çətin hidrotexniki obyektlərin tikintisi ilə bağlıdır. 

Böyük  neft  və  qaz  ehtiyatları  olmasına  baxmayaraq,  son  illər  ölkə 

rəhbərliyi kiçik (1-8 MW) və orta (20-50 MW) güclü SES-lərin tikintisi pro-

sesini  intensivləşdirmək,  eyni  zamanda  mövcud  SES-ləri  modernləşdirmək 

niyyətindədir. 

«AzərEnerji», Sənaye və Energetika Nazirliyi və AREA Dövlət Şirkətinin 

planlarına  əsasən,  yaxın  onillikdə Azərbaycanda  çaylar,  suvarma  kanalları  və 

su anbarları boyunca 61 kiçik SES tikintisi planlaşdırılır. Bu stansiyalarda illik 

elektrik enerjisi istehsalının 3,2 milyard kW/s olması gözlənilir. Bu layihələrin 

reallaşdırılması  üçün  AREA  Dövlət  Şirkəti  və  BMT  İnkişaf  Proqramı  kiçik 

SES-lərə texniki yardım layihəsi həyata keçirir. İlk pilot layihəsi üçün Şəkinin 

Dəyirmanarxı çayı seçilib.

11.5.2

Günəş enerjisi

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  verdiyi  məlumata  əsasən, 

Azərbaycanın  böyük  günəş  enerjisi  potensialı  var.  Potensial  baxımından 

Azərbaycanda 260-280 günəşli gün olur, günəşli saatların miqdarı isə ildə 2400-

3200 saatfır və 1 kvadrat metr əraziyə düşən günəş enerjisinin miqdarı 1500-

2100 kW/s təşkil edir. Bu enerjidən tam istifadə indi istehsal olunan enerjinin 

20%-ə  qənaət  etməyə  imkan  verərdi. Abşeron  yarımadası,  Xəzərin  sahilyanı 

əraziləri və Naxçıvan Muxtar Respublikasında xüsusilə əlverişlidir.



11.5.3

Külək enerjisi

Azərbaycanda artıq külək enerjisindən istifadə təcrübəsi var və bu sahəyə 

maraq artmaqdadır. Ətraf mühit, iqtisadi infrastruktur və coğrafi yerləşmə nəzərə 

alınmaqla, Azərbaycanda külək enerjisi üzrə  potensial 800 MW qiymətləndirilir. 

İlkin hesablamalara əsasən, bu enerji resursu təqribən 2,4 mlrd. kW/s elektrik 

enerjisi deməkdir. Bu da öz növbəsində hər il təqridən 0,8 mln. ton şərti yana-

cağa qənaət etmək deməkdir. Külək enerjisinin inkişaf etdirilməsi üçün ən yaxşı 

yer Abşeron yarımadası hesab olunur. Abşeronda küləyin orta illik sürəti 5-8 

m/san təşkil edir. Yarımadada küləkli günlərin sayı isə ildə 245-280 gün təşkil 

edir. Azərbaycanın qərbində-Gəncə və Daşkəsəndə və Naxçıvan MR-in Culfa 

və Şərur rayonlarında küləyin orta  illik sürəti 3-5 m/san təşkil edir ki, bu da, 

qeyd olunan rayonlarda orta güclü külək elektrik stansiyalarının quraşdırılması-

na imkan verir. Qeyd etmək lazımdır ki, külək turbinləri üçün 5-6 m/san külək 

ən əlverişli sayılır.




333

Buna görə ölkənin külək enerjisi potensialının dəqiqləşdirilməsi vacibdir. 

Belə bir xəritə mövcuddur. İndi AREA tərəfindən quraşdırılmış ölçmə stansiya-

ları daha dəqiq məlumat əldə etməyə imkan verəcəklər.



Şəkil 5: Dövlət Şirkəti AREA rəhbərliyi Alternativ Enerji üzrə 

Qobustan poliqonunu xarici təşkilat, idarəetmə orqanları və elmi dairələrin 

nümayəndələrinə nümayiş etdirərkən

11.5.4

Biokütlə enerjisi

Аzərbaycanda bio-kütlədən enerji mənbəyi kimi istifadəsi üçün böyük po-

tensial imkanları var. Təxmini hesablamalara əsasən, heyvanların gübrələrindən 

alınmış metan ildə 40-45 mln. kub metr səviyyəsində ehtimal olunur. Heyvanla-

rın 60%-ə qədəri kənd fermerlərinin nəzarətindədir və bioqaz qurğuları işləndiyi 

halda, bu fermerlər il ərzində 25-27 mln. kub metr qaz əldə edə bilərlər. Aşağı-

dakı xəritə kənd təsərrüfatında əmələ gələn biokütlədən bio-qazın alınması po-

tensialını göstərir (AREA-ya əsasən).




334

Xəritə: Azərbaycan kənd təsərrüfatının rayonlar üzrə bio-enerji potensialı

Bununla yanaşı, məişət tullantılarının da böyük istifadə potensialı mövcud-

dur. Hal-hazırda Azərbaycanda ümumi sahəsi 900 ha-dan artıq olan 200-dən artıq 

məişət tullantıları poliqonu mövcuddur. Orta hesabla adam başına Azərbaycanda 

təxminən 0.5-0.6 kg məişət tullantısı əmələ gəlir, bu da ildə ölkə üzrə təxminən 

2 mln ton tullantı deməkdir. Məişət tullantılarından il ərzində Bakı şəhərində 15 

mln kub metr, Gəncə və Sumqayıtda 2-3 mln kub metr  metan qazı almaq imkanı 

var. 


11.5.5

Geotermal enerji

Azərbaycanda  həyata  keçirilmiş  araşdırma  və  qiymətləndirmə  geotermal 

enerjinin inkişafının yüksək potensiala malik olduğunu göstərir. 

Termal  suların  temperaturu  350C  dərəcədən  1000C  dərəcəyə  qədər  ça-

tır. AREA-nin məlumatlarına əsasən, ölkəmizin geotermik göstəriciləri nəzərə 

alınaraq, bu enerjini Böyük Qafqaz, Abşeron yarımadası, Qubanın Xəzəryanı 

ərazisi, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Talış-Lənkəran, Cəlilabad, Şamaxı-Qo-

bustan zonaları, Acınohur-Kür-İori çaylararası bölgəsi və Naxçıvan Muxtar Res-

publikasında almaq olar. Bu zaman onların ümumi ehtiyatı gün ərzində 400 min 

kub metr təşkil edə bilər. 




335

11.5.6

Qabarma və dalğa enerjisi

Hələlik tədqiqatlar aparılmasa da, heç şübhəsiz, Kanada və Norveçdə oldu-

ğu kimi, Xəzərdən qabarma və dalğa hesabına da alternativ enerji mənbəyi kimi 

istifadə etmək olar. Bunun üçün dəqiq ölçmə və tədqiqatlar aparılmalıdır.



11.5.7

Azərbaycanda alternativ enerjinin texniki, iqtisadi və sosial

 

reallıqları

Göstərdiyimiz  kimi,  Azərbaycanın  alternativ  enerji  potensialı  yüksəkdir. 

Ancaq bu potensialın reallaşması bir çox texniki, iqtisadi və sosial amillərdən 

asılıdır. Belə ki, hal-hazırda Azərbaycanda elektrik enerjisi 1 kW görə 6 qəpiyə, 

1 kubik metr təbii qaz isə 10 qəpiyə satılır. Öz növbəsində su elektrik enerjisi is-

tehsalçıları şəbəkəyə verdikləri1 kW görə 4.1 qəpik, İES-lərdə istehsal olunmuş 

enerjinin şəbəkəyə verilməsinə görə isə 4.5 qəpik alırlar. 

Təxmini hesablamalar göstərir ki, Azərbaycanda bioenerjidən alınan elektrik 

enerjisinin tarifi təxminən 12-13 qəpik, külək enerjisinin tarifi 25-30 qəpik, günəş 

enerjisinin tarifi 50-60 qəpik olduqda, bu sahələr rentabelli ola bilərlər. Yəni, al-

ternativ enerjini rentablelli etmək üçün mövcud tariflər bir neçə dəfə artırılmalı-

dır. Lakin tarifin artırılması bilavasitə insanların alıcılıq qabiliyyətindən asılıdır. 

Azərbaycanda yoxsulluğun səviyyəsi 2003-cü ildən 2012-ci ilin yanvarınadək 

44.7%-dən 7.6%-ə qədər endirilsə də, hələ də elektrik və qaz enerjisi ödəmələri 

bir  çox  ailələrdə  büdcənin  mühüm  hissəsini  təşkil  edir.  Belə  şəraitdə  əhaliyə 

satılan  enerji  tariflərini  qaldırmaq  çətindir.  Bərpa  olunan  enerji  mənbələrinin 

inkişaf etdirilməsi hökumətin strateji prioritetlərindən biri olsa da, sahənin iq-

tisadi  cəhətləri,  təşkilati,  tənzimləyici  və  tarif  mühiti  hələ  özəl  sektorun  yatı-

rımları üçün kifayət qədər stimul yaratmır. Ancaq tarifləri də ölçüb-biçmədən 

artırmaq olmaz. Alternativ enerjinin inkişafı üçün bu sahənin digər sahələrlə, 

ölkənin ümumi inkişaf modeli ilə, ölkə prioritetləri ilə əlaqə və münasibətləri 

öyrənilməli, təhlil edilməli və yalnız bundan sonra addımlar atılmalıdır. Ölkənin 

bütün  maraqları  qarşılıqlı  şəkildə  tənzimlənməlidirlər.  Həm  də  nəzərə  almaq 

lazımdır ki, qlobal miqyasda istilik qazlarının ümumi həcmində Azərbaycanın 

payı çox kiçikdir, 0.5%-dən də aşağıdır. Buna görə tələsqənlik etmədən ölçülüb-

biçilmiş siyasət yürütmək gərək.



11.5.8

“Alternativ”, “Bərpa olunan”, yoxsa “Dayanıqlı”?  

Bu hissədə bizim ən çox istifadə etdiyimiz ifadə “alternativ enerji” oldu, çün-

ki son illər su, külək, günəş və bio-enerjidən alınan enerji ümumiləşdirilərək daha 

çox məhz belə, ya da “bərpa olunan” enerji adlandırılır. Yuxarıda göstərdiyimiz 




Yüklə 5,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə