Fesil-11. indd



Yüklə 5,04 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix23.09.2018
ölçüsü5,04 Mb.
#70311
1   ...   4   5   6   7   8   9   10   11   12

339

şaldılması (mitiqasiya) yollarından bir neçəsinə toxunulumuşdur (yaşıl iqtisa-

diyyat, alternativ və bərpa olunan enerji növlərindən istifadə və s.).  İndi isə bizə 

(uyğunlaşma) adaptasiya mexanizmlərindən söhbət açacağıq. 

Əsrlər boyu insanlar müxtəlif adət, həyat tərzi və mədəniyyət formalaşdıra-

raq onları əhatə edən ətraf mühitə uyğunlaşmağa çalışırlar (Aralıq dənizi sahili 

ölkələrində günorta isti hava şəraitində yuxu fasiləsi (siesta) və ya musson yağış-

larından qorunmaq üçün Vyetnamda evlərin yerdən hündür taxtlar üzərində inşa 

edilməsi və s.). Lakin iqlim dəyişmələri mövcud bəşəriyyəti əvvəlki sivilizasi-

yaların belə rastlaşmadığı proseslərlə üz-üzə qoya bilər.

Uyğunlaşma tədbirlər planlı şəkildə və ya lokal təzyiqin nəticəsində spon-

tan formada həyata keçirilə bilər. Uyğunlaşma tədbirləri iri həcmli infrastruk-

tur layihələrindən tutmuş (dəniz suyunun səviyyəsinin qalxmasından qorunmaq 

üçün bəndlərin tikilməsi, anomal istilərə tab gətirməsi üçün magistrallarda as-

falt örtüyü keyfiyyətinin yaxşılaşdırılması və s.) individual səviyyədə aparılan 

tədbirləri əhatə edə bilər (ev təsərrüfatında sudan istifadəyə qənaət, fermerlər 

tərəfindən becərilən ənənəvi bitki növlərinin digərləri ilə əvəz olunması və s.)

Dünyanın bütün ölkələri iqlim dəyişmələrinə uyğunlaşmalı olacaqdır. İnki-

şaf etmiş ölkələrin hökumətləri öz vətəndaşlarını qorumaq üçün büdcədən bö-

yük maliyyə vəsaitləri ayırır və geniş çaplı strategiyalar həyata keçirirlər. İnkişaf 

etməkdə olan ölkələrdə isə uyğunlaşma (adaptasiya) başqa formada həyata keçi-

rilir. Gündəlik həyatlarında quraqlıq, daşqın, tropik qasırğa təhlükələri ilə üz-üzə 

qalan dünyanın yoxsul ölkələrinin əhalisi isə iqlim dəyişmələrinə öz məhdud 

resursları  hesabına  uyğunlaşmağa  çalışırlar.  Yuxarıda  qeyd  olunduğu  iqlim 

dəyişmələrin uyğunlaşma üzrə potensialdakı fərqlər sərvət, təhlükəsizlik və in-

san inkişafındakı bərabərsizliyin aparıcı qüvvələrindən birinə çevrilməkdədir. 



11.6.2 

İnkişaf etmiş ölkələrdə iqlim dəyişmələrinə uyğunlaşma

İqlim  dəyişmələrinə  uyğunlaşma  inkişaf  etmiş  ölkələrdə  sürətlə  inkişaf 

edən sənaye sahəsinə çevrilmişdir. Mərkəzi hökumətlər, regional planlaşdırma 

idarələri, bələdiyyələr və sığorta şirkətləri bir məqsədə qulluq edən uyğunlaş-

ma (adaptasiya) strategiyaları hazırlamaqla məşğuldurlar. Bu məqsəd isə insan 

həyatı, daşınmaz əmlak və iqtisadi infrastrukturu iqlim dəyişmələri risklərindən 

mühafizə etməkdir. 

  İqlim dəyişmələrinə uyğunlaşma gündəliyini formalaşdıran əsas faktor-

lardan biri ictimai rəydir. Bir çox inkişaf etmiş ölkələrdə əhali arasında hava ilə 

əlaqədar yaranan təbii fəlakətlərin iqlim dəyişmələri ilə əlaqədar olmasına dair 

fikir formalaşmışdır. İnkişaf etmiş ölkələrin vergi ödəyiciləri hökumətdən iqlim 

dəyişmələrinə uyğunlaşmaya geniş maliyyə vəsaitlərinin artırılmasını tələb edir. 

Belə ölkələrin hökumətləri iqlim dəyişmələrinin təsirindən mühafizə olunmaq 

üçün müxtəlif proqramlar icra edirlər. Aşağıda bunlara iki nümunə verilir:




340

•  Niderland  Krallığı.  Əhalisinin  yüksək  sıxlığı  ilə  seçilə  bu  ölkənin 

ərazisinin  1/3-i  dəniz  səviyyəsindən  aşağıda  yerləşir.  Bu  da  ölkəni  iqlim 

dəyişmələri riskin həssas bölgə hesab etməyə imkan verir. Bu riskdən mühafizə 

olunmaq  üçün  ölkə  ərazində  geniş  kanal,  bənd  və  nasos  şəbəkəsi  fəaliyyət 

göstərir.  Salınmış  bəzi  su  bəndlərin  əsas  rolu  hər  10  min  illikdə  bir  dəfə  baş 

verə biləcək təbii fəlakətlərin qarşısının alınmasıdır. Lakin təhlükə yalnız dəniz 

səviyyəsinin  qalxmasından  deyil  həm  də  gur  sulu  çayların  gətirəcəyi  daşqın-

lardan da gözlənilir. Bütün bu amillər şiddətli qasırğa və ölkə ərazisinə düşən 

yağıntının miqdarının 25% artım ehtimalı Niderlandda iqlim dəyişmələrinə uy-

ğunlaşmanı planlaşdırılmasını milli təhlükəsizlik məsələsinə çevirmişdir.  



Şəkil 6. Reyn çayında suyun səviyyəsinin qalxması, Niderland Krallığı

Hökumət  qurumları  mövcud  infrastrukturun  çaylarda  və  dənizdə  suyun 

səviyyəsinin qalxmasının qarşısının alınmasına kifayət etməyəcəyini düşünərək, 

2000-ci  ildə  yeni  adaptasiya  strategiyası  tərtib  etmişlər.  Strategiyada  əsas 

diqqət yaşayış məntəqələrinin salınmasının planlaşdırılması və su hövzələrinin 

idarə olunmasının təkmilləşdirilməsinə yönəlmişdir. Strategiyada daşqınlardan 




341

müdafiə təbirlərinə 3 milyard ABŞ dolları miqdarında vəsait nəzərdə tutulur.

•  Yaponiya. İqlim dəyişmələrinin fəsadlarına ən çox məruz qalan inkişaf 

etmiş  ölkə  dedikdə  dərhal Yaponiya  yada  düşür.  İqlim  dəyişmələrinə  uyğun-

laşmanın  vacibliyi  məsələsi Yaponiyada  2004-cü  ildən  etibarən  ictimaiyyətin 

diqqət  mərkəzinə  gəlmişdir.  Çünki  həmin  il  ölkəni  10  tropik  qasırğa  vur-

muşdu  və  büdcəyə  dəyən  ziyan  təxminən  14  milyard ABŞ  dolları  həcmində 

qiymətləndirilirdi. Dəniz səviyyəsinin qalxması və artan hərarət göstəriciləri iq-

lim dəyişmələrinin fəsadlarını daha da şiddətləndirir. Yüksək texnologiyalardan 

istifadə olunaraq hazırlanmış seldən mühafizə infrastrukturu olmasına baxma-

yaraq, bu ölkənin sahilboyu əraziləri daim subasma risklərinə həssas ərazilərdir. 

Yaponiya iqtisadçılarının hesablamalarına əsasən dəniz səviyyəsinin hər 1 metr 

qalxması mühafizə tədbirləri üçün büdcədən 93 milyard dollar həcmində vəsaitin 

ayrılmasını tələb edir.

Misallardan  göründüyü  kimi  inkişaf  etmiş  ölkələrdə  iqlim  dəyişmələrinə 

uyğunlaşma sektoruna kifayət qədər böyük investisiyalar qoyulur. İndi çəkilən 

xərclərin  məqsədi  gələcəkdə  bu  ölkələrdə  yarana  biləcək  təbii  fəlakətlərin 

zərərində sığortalanmaqdır.  Məsələn, Böyük  Britaniyada aparılan tədqiqatlara 

əsasən  daşqında  mühafizəyə  xərclənmiş  hər  1  ABŞ  dollarına  daşqın  zamanı 

dəymiş zərəri 5 ABŞ dolları azaltmaq olar. İqtisadi faktorlar və ictimai rəy in-

kişaf etmiş ölkələrin hökumətlərini uyğunlaşma (adaptasiya) planlarına kifayət 

qədər ciddi yanaşmağa vadar edir. İnkişaf etməkdə olan ölkələrdə isə vəziyyət 

bir qədər fərqlidir.

11.6.3

İnkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələrinə

 

uyğunlaşma

İnkişaf etmiş ölkələrdə iqlim dəyişmələrinə uyğunlaşmaq işləri tam sürətlə 

davam etdiyi bir zaman inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələrinin ya-

şayış standartları, iqtisadi artım və insan inkişafına mənfi təsirini özünü ən kəskin 

və qısa müddət ərzində büruzə verir. Varlı ölkələrdə olduğu kimi yoxsul ölkələrdə 

də insanlar iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşmaq məcburiyyətindədirlər. 

Lakin burada iki əsas fərq var.

Birincisi tropik və subtropik iqlim qurşağında yerləşən inkişaf etməkdə olan 

ölkələrin iqlim dəyişmələrinin ən kəskin mənfi təsirlərinə məruz qalacaqları eh-

timal olunur. İkincisi, iqlim dəyişmələri hədsiz yoxsulluğun və iqtisadi durğun-

luğun  hökm  sürdüyü  ölkələrdə  öz  təsir  qüvvəsini  daha  çox  hiss  etdirəcəkdir. 

İnkişaf etmiş ölkələrdə iqlim dəyişmələrinə uyğunlaşmaq üçün maliyyə və in-

san resursları çatdığı halda, yoxsul ölkələrdə bu sahə üzrə imkanlar məhduddur. 

Həmçinin yuxarıda qeyd olunduğu kimi, belə ölkələrə adaptasiya üçün ayrılan 

xarici maliyyə dəstəyinin həcmi çox kiçikdir və son illərdə qlobal maliyyə böh-

ranın təsiri nəticəsində daha da azalmışdır. 




342

Bütün  bunlara  baxmayaraq,  inkişaf  etməkdə  olan  ölkələrin  əhalisi  də  iq-

lim  dəyişmələrinin  təsirlərin  uyğunlaşmağa  çalışır.  Varlı  ölkələrdə  iqlim 

dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşmaq üçün insanlara hökumət və özəl 

sektor dəstək verdiyi halda, yoxsul ölkələrin əhalisi öz imkanları hesabına bunu 

etməyə çalışırlar. Buna misal olaraq aşağıdakıları göstərmək olar:

•  Keniya.    Bu  ölkənin  şimalında  quraqlıq  dövrlərinin  tezliyinin  art-

ması  nəticəsində  qadınlar  su  əldə  etmək  üçün  daha  çox  məsafə  qət  etmək 

məcburiyyətində  qalırlar  (təxminən  gündə  10-15  km).  Bu  qadınlar  müxtəlif 

təhlükələrlə  üz-üzə  qoyur  və  gənc  qızların  məktəbdən  ayırır.  Nəticədə  ev-

təsərrüfat  işlərinə  sərf  edilən  müddət  təhsilsiz  nəslin  yetişdirilməsinə  “töhfə” 

verir.


•  Nepal.  Sel  və  daşqın  təhlükəsi  olan  ərazilərdə  məskunlaşmış  icmalar 

erkən xəbərdarlıq funksiyası yerinə yetirən taxta və ağaclardan istifadə edərək 

müşahidə qüllələri qururlar. 

•  Vyetnam.  Bu  ölkənin  kənd  icmaları  dəniz  səviyyəsinin  qalxmasından 

mühafizə  olunmaq  üçün  köhnə  su  bəndlərini  təmir  edirlər.  Mekonq  çayının 

deltasında yerləşən kolxozlar səhilboyu ərazilərin subasmada mühafizəsi üçün 

əhalidən xüsusi vergi toplayır.

Göstərilənlərdən qənaətə gəlmək olar ki, iqlim dəyişmələri həm varlı, həm 

də yoxsul ölkələrdə insan inkişafı ləngidir. İqlim dəyişmələri hər iki kateqoriya 

ölkələrdə fərdi və dövlət təsərrüfatlarına maddi və fiziki ziyan vurmaqla əhalinin 

maddi rifahı və təhlükəsizliyinə ciddi risk yaradır. Bundan əlavə iqlim dəyişmələrinə 

adaptasiya xərcləri getdikcə artmaqdadır. Bu da insan inkişafına yönəldilə biləcək 

milyardlarla vəsaitin infrastruktur layihələrinə yönəldilməsinə səbəb olunur. Bu 

bölmənin sonuncu hissəsində biz Azərbaycanda iqlim dəyişmələri üzrə ssenarilər, 

həssaslıqlar və uyğunlaşma tədbirlərindən söz açacağıq.

11.7 

Azərbaycan: İqlim Dəyişmələri üzrə Ssenarilər

   

Həssaslıqlar və Uyğunlaşma

11.7.1

Azərbaycanda iqlim dəyişmələrinin temperatur artımına təsiri

Hər bir dünya ölkələri kimi Azərbaycan da iqlim dəyişmələrinin təsirində 

sığortalanmamışdır. Ölkədə iqlim dəyişmələri və qlobal istiləşmənin təsirlərini 

adi insanlar da hiss edirlər. Çoxumuz son illərdə yayın həddən artıq isti və ya 

qışın çox soyuq keçdiyində gileylənirik. Bəzilərimiz isə fəsillərdə ayların yer 

dəyişməyini iddia edirik. Bir çox iqlimşünas alimin fikrincə bütün bunlar qlobal 

səviyyədə iqlim dəyişmələrinin lokal təsirlərinin nəticəsidir. 

Yuxarıda qeyd olunduğu kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensi-

yaya üzv dövlət kimi Azərbaycan da ölkədə bu fenomenlə əlaqədar prosesləri 



343

müşahidə edərək baş vermiş dəyişikliklərlə bağlı hesabatlar hazırlayır. Ekolo-

giya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 

bir  sıra  stansiyalarının  məlumatlarından  istifadə  olunaraq  1991-2000-ci  illər 

ərzində illik temperatur və yağıntı anomaliyaları təhlil edilmişdir. Təhlil edilmiş 

temperatur məlumatlarından məlum olmuşdur ki, ölkədə göstərilən 10 il ərzində 

orta temperatur 0,41°C artmışdır. Bu artım 1961-1990-cı illərdəki artımdan (30 

il ərzində artım 0,34°C olmuşdur) çoxdur, yəni 1991-2000-ci illər ərzində artım 

3 dəfə sürətlənmişdir. 

Yerli iqlimşünaslar tərəfindən müxtəlif proqramlar vasitəsilə tərtib olunmuş 

proqnozlara əsasən 2021-2050-ci illərdə ölkəmizdə orta illik temperatur artımı 

1,5°C-1,6°C təşkil edəcəkdir. Nəticəyə görə temperatur artımı bu əsrin birinci 

yarısında hər on ildə təqribən 0,3°C ola bilər. Hesablamalar rütubətin artması 

nəticəsində yağıntıların 1961-1990-cı illərə nisbətən 2050-ci ilədək 10-20% art-

ması proqnozunu da verir. 

11.7.2

Azərbaycanda iqlim dəyişmələrinə həssas sahələr və mümkün

 

uyğunlaşma tədbirləri

Azərbaycanda iqlim dəyişmələrin həssas sahələr su təminatı, kənd təsərrüfatı 

və insan sağlamlığı  hesab edilir. Göründüyü kimi bu sahələr yuxarıda qeyd olun-

muş iqlim dəyişmələrinin insan inkişafını ləngidən sahələri ilə üst-üstə düşür.  



Su ehtiyatları. Gözlənilən iqlim dəyişmələri nəticəsində 2021-2050-ci illərdə 

səth su ehtiyatları 23% azalaraq 22.5km

3

 təşkil edəcək. Azərbaycan Cənubi Qaf-



qazda su ehtiyatlarına görə ən kasıb ölkə hesab olunur. Nəzərə alsaq ki, ölkənin 

su ehtiyatlarının 70%-i digər qonşu ölkələrin ərazisində formalaşır bu vəziyyəti 

daha da gərginləşdirəcəkdir. Çünki iqlim dəyişmələrinin qonşu ölkələrdə də su 

qıtlığına səbəb olması və mövcud ehtiyatlar üzərində tələbat və təzyiqi artırma-

sı labüddür. İndi olduğu kimi, gələcəkdə də ən həssas sahələr kənd təsərrüfatı, 

hidroenergetika və əhalinin su təchizatı olacaq. Bütün bu amillər ölkədə insan 

inkişafı  prosesinə  mənfi  istiqamətdə  təsir  göstərəcək.  Azərbaycan  əhalisinin 

40%-dən  çoxunun  məşğulluğunun  kənd  təsərrüfatında  olması  su  təminatında 

problemlərin yaranmasını arzuolunmaz edir. Bundan əlavə iqlim dəyişmələrinin 

təsiri nəticəsində xüsusilə iri şəhərlərdə su təchizatı ilə əlaqədar problemlərin 

yaranması və ölkənin indiki şəraitdə belə məhdud hidroenerji potensialının azal-

ması ölkədə insan inkişafını ləngidə bilər.

Gözlənilən  iqlim  dəyişmələrinin  mənfi  təsirlərini  yumşaltmaq  məqsədilə 

aşağıdakı uyğunlaşma tədbirləri həyata keçirilə bilər: 

a)  su ehtiyatlarını idarə etmə sistemlərinin təkmilləşdirilməsi;

b)  əlavə su mənbələrinin cəlb edilməsi

c)  daşqın və sellərə qarşı mübarizənin gücləndirilməsi



344

d)  su kəmərləri sistemində su itkilərinin azaldılması və keyfiyyətinin yaxşı-

laşdırılması; 

e)  dağ çayları və irriqasiya kanalları üzərində kiçik HES-in tikilməsi və s.



Kənd  təsərrüfatı.  İqlim  dəyişmələrinin  mənfi  təsirləri  kimi  müsbət 

təsirlərinin olması mümkündür. Qlobal istiləşmənin təsiri nəticəsində ölkəmizdə 

isti  ehtiyatlarının  və  vegetasiya  dövrünün  davamiyyətinin  gözlənilən  artması 

pambıq sahəsinə müsbət təsir göstərə bilər. Belə ki, hazırda becərilən pambıq 

sortlar daha keyfiyyətli uzunlifli gecyetişən sortlarla əvəz edilə bilər. Onların 

məhsuldarlığını keçən əsrin 80-cı illərində olan və daha yüksək səviyyəyə çatdır-

maq olar. Proqnozlar deməyə imkan verir ki, əsrin sonunadək taxılçılığın indiki 

arealının sərhədinin dağlara doğru irəliləməsinə imkan yaranacaqdır. Lakin bu 

ərazilərdə əlverişli torpaq ehtiyatlarının məhdud olması səbəbindən taxıl zəmiləri 

sahələrinin dağlara doğru əhəmiyyətli dərəcədə genişlənməsi gözlənilmir.

2021-2050-ci illərdə sənaye əhəmiyyətli üzümlüklərin sərhədləri regiondan 

asılı olaraq indiki 800-900m-dən daha 200-450m dağlara doğru yüksələ bilər. 

Lakin bu yüksəkliklərdə geniş və üzümçülük üçün yararlı sahələrin kifayət qədər 

olmaması onun bu ərazilərdə kütləvi yayılması gözlənilmir. 

Göründüyü  kimi  havanın  isti  keçməsi  istisevər  bitkilərin  Azərbaycanda 

becərilməsinə  şərait  yaratsa  da,  bostan  və  meyvə  bitkiləri  üçün  əlverişsizdir. 

Bundan əlavə suvarılan kənd təsərrüfatı ərazilərində gözlənilən su çatışmazlığı 

da vəziyyəti gərginləşdirə bilər.

Gözlənilən  iqlim  dəyişmələrinin  mənfi  təsirini  yumşaltmaq  və  mümkün 

qədər qarşısını almaqdan üçün aşağıdakı uyğunlaşma tədbirləri görülməlidir: 

a)  istisevər, quraqlığa dayanıqlı və yüksək məhsuldarlığa malik olan sortla-

rının seleksiya, introduksiya və təsərrüfata tətbiqi

b)  torpaqların şoranlaşma və eroziyası, quraqlıq və ağ yellərə qarşı aparılan 

meliorasiya tədbirlərini davam etdirmək və genişləndirməsi; 

c)  suvarılan  ərazilərdə  suya  qənaət  edən  texnologiyaları  kütləvi  şəkildə 

tətbiq edilməsi; 

d)  kənd təsərrüfatı məhsulunun mövcud saxlama sisteminin (anbar, soyudu-

cu və s.) təkmilləşdirilməsi və genişləndirilməsi və s.



Əhalinin  sağlamlığı.  Bakı  şəhərində  2003-2006-cı  illərin  yay  ayların-

da  havanın  orta  temperaturunun  1,5°C  artması  əhalinin  müxtəlif  səbəblərdən 

xəstələnməsi hallarını qabaqkı illərə nisbətən 20-34% artmışdır. Əlavə ölüm halı 

çox deyil (3,4%), bu da uzun sürən isti yay şəraitinə yerli əhalinin uyğunlaşma 

xüsusiyyətləri  ilə  bağlıdır.  Lakin  miokard  infarktından  və  insultdan  ölənlərin 

sayı müvafiq olaraq 26 və 56% artmışdır. Gələcəkdə risk qrupu sayılan yaşlı 

əhalinin sayının artması və şəhərlərdə «istilik adalarının» mövcud olması kəskin 

istilərin mənfi təsir effektini daha da artıra bilər. 

Ölkə ərazisi malyariya xəstəliyinin yayılması xüsusiyyətlərinə görə üç zo-



345

naya bölünür: endemik, epidemik və malyariyasız zonalar. İqlimin istiləşməsi 

nəticəsində istər endemik, istərsə də epidemik malyariyalı zonaların sərhədlərinin 

dağlara doğru yüksələcəyini, əsasən də dağlıq ərazilərdə epidemiya mövsümü-

nün uzanacağını gözləmək olar. Lakin nəzərə alsaq ki, dəniz səviyyəsindən 1500 

m-dən  yüksək  olan  ərazilərdə  yaşayış  məntəqələri  seyrək  yerləşib  və  hazırda 

ölkə əhalisinin cəmi 1,2%-i bu zonada yaşayır, onda həmin yüksəkliklərdə mal-

yariyanın yeni ocaqlarının yaranması ehtimalı  böyük deyil.      

Gözlənilən  iqlim  dəyişmələrinin  əhalinin  sağlamlığına  mümkün  mənfi 

təsirini azaltmaq üçün aşağıdakı əsas uyğunlaşma tədbirləri həyata keçirilə bilər: 

a)  yaşayış məntəqələrinin və tikintilərin layihələşdirilməsi zamanı mövcud 

«istilik adaları» effektinin və gözlənilən iqlim dəyişmələrinin nəzərə alınması;

b)  şəhərlərin sürətlə yaşıllaşdırılması və şəhər ətrafında yaşıllıq massivlərinin 

salınması; 

c)  malyariya epidemiyasının baş verə biləcəyi halların proqnozlaşdırılması 

və qarşısının alınması; 

d)  içməli suyun keyfiyyətinin yüksəldilməsi və s.

Göstərilənlərdən qənaətə gəlmək olar ki, iqlim dəyişmələri ölkəmizdə də öz 

təsirlərini büruzə verir və ümumilikdə insan inkişafı prosesinə təsir göstərir. Yu-

xarıda sadalanan sahələr üzrə mənfi təsirlərin əksəriyyəti Azərbaycan əhalisinin 

daha həssas insan təbəqələrini əhatə edir (kənd yerlərində məskunlaşmış əhali, 

yaşlılar və s.). Bu bütün dünya da belədir. İqlim dəyişmələri qlobal müstəvidə 

daha çox həssas insan təbəqələrinin mövcud problemlərini daha da kəskinləşdirir. 

Məhz buna görə də iqlim dəyişmələri ilə mübarizə aparılmalı, onun təsirlərinin 

yumşaldılması  üçün  tədbirlər  həyata  keçirilməli  və  ona  uyğunlaşmaq  üçün 

zəruri addımlar atılmalıdır. Bu problemə səthi yanaşdıqda və onu ciddi qəbul 



etmədikdə artıq çox gec ola bilər.

Yüklə 5,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə