Fesil-11. indd



Yüklə 5,04 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix23.09.2018
ölçüsü5,04 Mb.
#70311
1   2   3   4   5   6   7   8   9   ...   12

323

İlk ciddi xəbərdarlıq 1986-cı il Aprelin 26-da Ukraynada yerləşən və keç-

miş Sovet İttifaqı tərəfindən tikilmiş Çernobıl nüvə reaktorundan gəldi. Qəza 

nəticəsində reaktor sıradan çıxmış, həm stansiya işçiləri, həm sonradan köməyə 

gəlmiş minlərlə insan təhlükəli şüalanmaya məruz qalmış, milyardlarla vəsait 

stansiyanın dəmir və beton vasitəsilə  kənar aləmdən tamamilə təcrid edilməsinə 

xərclənmişdir. Stansiyanın özünün nə qədər iqtisadi fayda verməsi məlum de-

yildi, ancaq heç şübhəsiz onun vurduğu maddi ziyan xeyri qat-qat üstələyirdi. 

Milyardlarla  dollar  stansiyanın  təhlükəsiz  vəziyyətə  gətirilməsinə  sərf  edildi, 

yüz minlərlə insan ev-eşiyindən didərgin düşdü, minlərlə kvadrat kilometr əkin, 

meşə sahələri təsərrüfat fəaliyyətindən çıxarıldı. Maraqlısı budur ki, Kiyev kimi 

iri şəhərdən cəmi 80 km məsafədə yerləşən qəza barədə bir həftə ərzində əhaliyə 

heç bir məlumat verilməmişdir, və yalnız Qərbi Avropada qəribə radioaktiv şüa-

lanma müşahidə edildikdən sonra keçmiş SSRİ rəhbərliyi faciənin baş verdiyini 

etiraf etmişdir.

Digər qlobal faciə 2011-ci il martın 11-də Yaponiyanın Fukuşima nüvə elekt-

rik stansiyasında baş verdi. Zəlzələ və ondan doğan sunami nəticəsində nüvə 

stansiyasının reaktorunda qəza baş vermiş, yenə də maddi ziyan dəymiş, insanlar 

həlak olmuşlar. Təxmini hesablamalara əsasən, qəzanın aradan qaldırılmasına 

210 milyard dollardan çox vəsait sərf edilmişdir. Özü də alim və mühəndislərin 

özlərinin də etiraf etdikləri kimi, qəzanı bir növ xoşbəxt təsadüf nəticəsində ara-

dan qaldırmaq mümkün olmuşdu. Qəza vəziyyətinə düşmüş reaktoru söndürmək 

mümkün olmasaydı, faciənin nəticələri daha ağır ola bilərdi.

Bu misallar nüvə enerjisinin ənənəvi sayılan kömür, neft və təbii qaza al-

ternativ olsa da, özü ilə böyük miqyaslı, bəşəriyyətin özünü təhlükə altına alan 

faciələrə səbəb ola biləcəyini üzə çıxardı. Beləliklə, nüvə enerjisi eyforiyası get-

gedə  səngiməyə  başladı.  Məsələn, Yaponiyadakı  Fukuşima  faciəsindən  sonra 

əhalinin kəskin etirazları ilə qarşılaşmış Federativ Almaniya hökuməti 31 May 

2011-ci  ildə  2022-ci  ilədək  ölkədəki  bütün  17  nüvə  reaktorunu  dayandırmaq 

qərarına gəldi. Nüvə enerjisinin heç də uğurlu alternativ olmadığı aydın oldu. 

Hal-hazırda Avropa əhalisinin 70% nüvə enerjisinin əleyhinədir. 

Digər tərəfdən alimlər yer kürəsinin bütövlükdə qlobal təhlükələrlə qarşılaş-

dığını görməyə və öz rahatsızlıqlarını ictimaiyyətlə bölüşməyə başladılar. Əvvəl 

hidro-karbonların  yandırılması  nəticəsində  əmələ  gələn  və  insan  həyati  üçün 

zərərsiz görükən karbon di oksidin doğrudan da ayrı-ayrılıqda hər bir insana elə 

də böyük ziyan vurmasa da, bəşəriyyət üçün əsl faciəyə gətirə biləcəyi üzə çıxdı. 

Əvvəlki bölmələrdə göstərdiyimiz kimi, karbon di oksidi istixana effekti yarat-

maqla bəşəriyyətin başı üzərində Damokl qılıncı kimi asıldı. Neft və təbii qazın 

çıxarılması zaman baş verən sızmalar karbon di oksiddən dörd dəfə daha güclü 

istixana effekti yaradan metanın havadakı tərkibini artırırdı.

Belə şəraitdə qədimdən məlum olan enerji mənbələrinə - külək, günəş, su və 



324

bio


2

 enerjiyə maraq yenidən artmağa başladı. Məhz XX əsrin son onilliklərində 

alternativ enerjiyə həm tələbat yarandı, həm də təklif artdı. 

İş burasındadır ki, texnika və texnologiyanın inkişafı əslində ənənəvi olan, 

lakin indi alternativ adlanan enerji mənbələrinin bir sıra mənfi keyfiyyətlərini dəf 

etməyə kömək etmişdir. Yuxarıda göstərdiyimiz kimi, onlardan biri alınan enerji-

ni toplamağın çətinliyi, digəri isə digər yerlərə nəql edilməsi idi. Su və ya külək 

dəyirmanında üyütməyə dən olsa da, olmasa da, - siz bu dəyirmanın imkanların-

dan məhz bu yerdə istifadə edə bilərdiniz. Lakin elektrik generatorun ixtirası indi 

imkan verirdi ki, enerji elektrik formasında istehsal edilsin və toplansın, müxtəlif 

enerji mənbələri bir şəbəkəyə qoşulsun, lazım olanda enerji sərf edilsin, tələbat 

olmayanda isə toplansın. Beləliklə, sabit enerji təminatı hətta bu, qədim enerji is-

tehsalçıları  vasitəsilə  də  mümkün  olurdu.  İstehsalçı-istehlakçı  münasibətləri  də 

dəyişirdi, eyni obyekt gah enerji istehlakçısı, gah da enerji istehsalçısı rolunda çı-

xış edə bilərdi, gah şəbəkədən elektrik enerjisi alan, gah da əksinə, şəbəkəni elekt-

rik enerjisi ilə təmin edən iştirakçı olurdu. Elektrik enerjisinin hər iki istiqamətdə 

hərəkətini ölçməyə imkan verən sayğaclar bunu mümkün edirdi.

Digər tərəfdən, iş elə gətirmişdi ki, texnika və texnologiya sahəsində ən bö-

yük nailiyyətlər əldə etmiş Qərb dövlətləri bu mərhələdə öz hidro-karbon enerji 

ehtiyatlarını artıq əsasən tükətmişlər və həyatın demək olar ki, bütün sahələrində 

yüksək nailiyyət əldə etmələrinə baxmayaraq, indi daha zəif inkişaf etmiş, an-

caq zəngin hidro-karbon resurslarına malik ölkələrdən asılı vəziyyətə düşmüşlər. 

1973-cü  və  1979-cu    illərdə  dünyanın  34%  neftini  təmin  edən  Səudiyyə 

Ərəbistanının digər əsas neft çıxaran dövlətləri Neft İxracatı Ölkələri Təşkilatı 

(OPEC) çərçivəsində birləşdirərək embarqo qoyması nəticəsində ABŞ və digər 

Qərb iqtisadiyyatları əsl böhran vəziyyətinə düşdülər. Ona görə bu dövlətlər neft 

və təbii qaza alternativ enerji növlərinin inkişafı barədə düşünməyə başladılar. 

Üstəlik,  inkişaf  etmiş  dövlətlərdə  elm,  ictimai  fikir  və  bundan  doğan 

bəşəriyyətin gələcəyi barədə rahatsızlıq da artmaqda idi. İstixana effekti və iq-

lim dəyişikliyi artıq yazıçı-fantastların uydurmaları hesab olunmurdu. 1992-ci 

ildə dünya liderlərinin iştirakı ilə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil 

edilmiş və tarixə “Rio”

3

 iqlim dəyişikliyi üzrə qlobal konfrans adı ilə düşmüş 



2

 Qeyd etmək lazımdır ki, bio-kütlədən enerji alınarkən atmosferə müəyyən miqdarda metan, 

karbon-dioksid və digər qazlar daxil olur. Ancaq bu, bio-kütlənin təbiətdə kor-təbii çürüməsi 

baş verərkən, havaya əlavə olunan ziyanlı qazların miqdarı qat-qat çoxdur.

3

 Haşiyə çıxaraq qeyd etməliyik ki, dünya liderləri 2012-ci ilin iyununda yenidən Rio-de-



Janeyroda “Rio+20” konfransına yığışdı. Ümidlər var idi ki, onlar razılığa gələrək mənfi iqlim 

dəyişiklərinin qarşısını ala biləcək öhdəliklər götürə biləcəklər. Təəssüf ki, bu, baş vermədi. 

Əsas mübahisə öz ətrafında digər inkişaf edən dövlətləri birləşdirmiş Çinlə artıq inkişaf etmiş 

dövlətlər arasında kimin daha çox öhdəlik götürməsi oldu. Çin hesab edir ki, indiki iqlim 

böhranının əsas baiskarları artıq inkişaf etmiş dövlətlər olduğundan əsas öhdəlikləri də məhz 

onlar götürməlidirlər. Əksinə, inkişaf etmiş dövlətlər əsas məsuliyyəti indi Çin kimi sürətlə 

inkişaf edən dövlətlərin daşımalı olduğunu iddia edirlər. Razılıq alınmır və təhlükəli iqlim 

dəyişiklikləri davam etməkdədir.




Yüklə 5,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə