Fesil-11. indd



Yüklə 5,04 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix23.09.2018
ölçüsü5,04 Mb.
#70311
1   2   3   4   5   6   7   8   9   ...   12

325

yığıncaq bəşəriyyətin bu sahədə böyük rahatsızlığını ifadə etdi. Qərbdə ekoloji 

hərəkat güclənməyə başlamışdı.  Beləliklə, enerji istehsalında yeni dövr – su, 

külək, günəş və bio-kütlədən böyük miqdarda enerji istehsalı başladı.  



11.4 

Alternativ enerji qlobal müstəvidə: Beynəlxalq təcrübə

11.4.1

Braziliya

Ən  uğurlu  nümunələrdən  birini  Braziliya  göstərdi.  Braziliya  iqtisadiyyatı 

XX əsrin son onilliklərində dünyada ən dinamik inkişaf edən iqtisadiyyatlardan 

biri oldu. Sənayenin inkişafı üçün yanacaq çox vacib idi, lakin Braziliyanın neft 

yataqları o vaxt hələ aşkar edilməmişlər. 

2009-cu ilin yekunlarına əsasən, Braziliyada istehsal olunan elektrik ener-

jisinin 85.4% alternativ enerji növlərinin payına düşür. Öz növbəsində bu, al-

ternativ enerjinin 75% su elektrik stansiyaların hesabına düşür. Ancaq son illər 

ərzində  Braziliya  hökuməti  bio  və  külək  enerjisindən  yararlanmağı  prioritet 

istiqamətlər  kimi  özü  üçün  təyin  etmişdir.  1970-ci  illərin  neft  böhranları  ilə 

əlaqədar Braziliya alternativ avtomobil yanacağının inkişafına üstünlük verdi. 

Braziliya dünyada ən çox şəkər qamışı istehsal edən ölkələrdən biri idi, buna 

görə  şəkər  istehsalının  qalıqlarından  etanol  spirti  istehsal  olunmağa  başladı. 

Artıq 1985-ci ildə Braziliyada istehsal olunan avtomobillərin 91% məhz etanol 

spirtinə hesablanmış mühərriklərlə istehsal olunurdu. 2003-cü ildə həm benzin, 

həm də etanol istifadə edə bilən hibrid mühərriklərin ixtira edilməsi etanol yana-

cağının istehlakını 50%-ə çatdırmağa imkan verdi.  

Braziliya  digər  dayanıqlı  enerji  növlərinə  də  önəm  verirdi.  Braziliyanın 

7500-kilometrlik sahilboyu sahəsi olduğu üçün, ölkə böyük külək enerjisi po-

tensialına malikdir. Hal-hazırda Braziliyada 605 MW elektrik enerjisi küləyin 

hesabına istehsal olunur, bu da Latın Amerikasında istehsal olunan külək enerji-

sinin 70%-ni təşkil edir. 450 MW-lıq əlavə güc isə hal-hazırda qurulmaq üzrədir. 

Üzümüzə  gələn  illər  ərzində  Braziliya  çox-milyardlı  vəsait  yatırımı  hesabına 

2020-ci ildə külək enerjisi hesabına elektrik enerjinin istehsalını 10 QW çatdır-

maq niyyətindədir. Ölkənin bütöv külək enerjisi potensialı isə 143 QW həcmində 

olduğu ehtimal edilir. Özü də Braziliyada küləkli fəsillər məhz o fəsillərdir ki, bu 

fəsillərdə nisbətən az yağış yağır. Bu da bu mövsümlərdə su elektrik stansiyala-

rının kəsirlərini külək enerjisi hesabına balanslaşdırmağa imkan verir.



11.4.2

Çin

Son illər iqtisadi möcüzə nümayiş etdirən əsas ölkə Çin Xalq Respublikası-

dır. Çin dünyada əsasən istehlak malları istehsalçısı kimi tanınır. Ancaq Çin eyni 

zamanda qlobal miqyaslı dayanıqlı enerji istehsalçısıdır.




326

Artıq 2007-ci ildə Çində istehsal olunmuş elektrik enerjisinin 17%-i alternativ 

enerji növləri hesabına mümkün olmuşdur, və son illər alternativ enerjinin istehsal 

həcminə və faizinə görə Çin dünyada birinci yeri tutur. 2009-cu ildə Çinin su elekt-

rik stansiyalarının quraşdırılmış gücü 200 QW təşkil edirdi. Alternativ enerjiyə 

qoyulan investisiyalar Çin iqtisadiyyatının əsas inkişaf perspektivlərindən biridir. 

Tədqiqatlar göstərir ki, Çin 2030-cu ildə elektrik enerjisinə olan bütün tələbatını 

yalnız külək enerjisi hesabına ödəyə bilər. Son illərdə məhz külək və günəş ener-

jisinin inkişafı Çində alternativ enerji inkişafı sahəsində əsas istiqamətlər olmuş-

lar. Ancaq ölkə rəhbərliyi, necə deyərlər, bütün yumurtaları bir zənbilə qoymağa 

tələsmir. Ölkə Nazirlər Kabinetinin sədri Wen Jiabao 5 mart 2012-ci il çıxışında 

qeyd etdiyi kim, Çin bütün alternativ enerji növlərini, o cümlədən nüvə, su elekt-

rik, və bio-enerjini də inkişaf etdirmək niyyətindədir.

 

11.4.3



Amerika Birləşmiş Ştatları

2011-ci ilin göstəricilərinə əsasən, ABŞ-da istehsal olunmuş elektrik ener-

jisinin 14.3%-i alternativ enerjinin payına düşmüşdür. Bir çox digər ölkələrdə 

olduğu kimi, ABŞ-da da istehsal olunan elektrik enerjisinin çox hissəsi su elekt-

rik stansiyalarının payına düşmüşdür. Bu yaxınlara kimi, ABŞ dünyada ən çox 

alternativ enerji istehsal edən ölkə idi, və yalnız son illərdə Çin bu göstəriciyə 

görə ABŞ-nı ötüb keçmişdir. Buna baxmayaraq, ABŞ hələ də dünyada ən böyük 

geotermal və günəş enerjisi istehsal edən ölkədir. ABŞ-ın quraşdırılmış külək 

enerjisi gücü 50 QW-dır və ABŞ-da istehsal olunan elektrik enerjisinin 3%-ni 

təşkil edir. Maraqlıdır ki, neft və qazla zəngin Texas ştatı bu göstəriciyə görə 

ABŞ ştatları arasında liderdir. Bütövlükdə ABŞ-ın 11 milyon MW sahil-boyu və 

4 milyon MW dəniz-içi külək potensialı var. Günəş enerjisinə gəldikdə, ABŞ-ın 

əsəsən ölkənin cənub-şərgində mövcud olan əlverişli şərait hesabına müvafiq 

potensial 10-20 milyon MW arasındadır. 

Dünyanın ən iri günəş elektrik stansiyası da ABŞ-da Moyave Səhrasında qu-

raşdırılmış 354 MW gücə malik stansiyadır. Öz növbəsində, Şimali Kaliforniya 

qeyzerlərinin isti suyundan istifadə edən stansiya dünyada ən böyük geotermal 

enerji istehsalçısıdır.   

24 fevral 2009-cu il tarixdə Konqres qarşısında çıxışında Prezident Obama 

3 il ərzində alternativ enerjinin istehsalını iki dəfə artırmağa çağırmışdır. 2012-

ci il “Ölkədə Vəziyyət” adlı ənənəvi illik çıxışında o bir daha alternativ enerji 

və enerji səmərəliyi sahəsində fəaliyyətləri gücləndirməyə çağırmışdır. ABŞ al-

ternativ enerjinin istehsalının artımı ilə bərabər enerji səmərəliliyinə də xüsusi 

önəm verir. Növbəti illər ərzində enerji istehlakının ABŞ-da artımı gözlənilsə 

də, sonra, 2050-ci ildə bu rəqəmin enerji səmərəliliyi hesabına aşağı düşməsi 

gözlənilir.




Yüklə 5,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə