Fesil-11. indd



Yüklə 5,04 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix23.09.2018
ölçüsü5,04 Mb.
#70311
1   ...   4   5   6   7   8   9   10   11   12

327

11.4.4

Almaniya

Almaniya da alternativ enerji sahəsində dünya liderləri sırasındadır. Bu, ilk 

növbədə böyük investisiyalar hesabına mümkün olmuşdur. Təkcə 2010-cu ildə 

Almaniyanın  alternativ  enerji  sektoruna  26  milyard  Avro  yatırım  edilmişdir. 

Rəsmi məlumatlara əsasən, 2010-cu ildə Almaniyanın alternativ enerji sektorun-

da 370 min insan çalışırdı, özü də əsasən orta və kiçik miqyaslı müəssisələrdə. 

Məhz 2010-cu ildə Almaniyada elektrik enerjisinin 17% alternativ enerji he-

sabına istehsal edilməklə, bu göstəriciyə görə alternativ enerji stansiyaları təbii 

qazla işləyən istilik elektrik stansiyalarını ötüb keçmişlər. 

Hesab olunur ki, Almaniyanın bu nailiyyətləri 2000-ci ildə qəbul edilmiş 

“Bərpa Olunan Enerji Mənbələri” Fərmanı hesabına mümkün olmuşdur. Alter-

nativ enerji hesabına istehsal olunan elektrik enerjisinin payı 2000-2012-ci illər 

arasında 6.3%-dən 25%-ə qədər yüksəlmişdir. 

Ümumilikdə, 2010-cu ildə Almaniyada alternativ enerji istehsalı 101.7 TVt-

saat təşkil etmişdir, bunun da 36.5 TVt-saat külək enerjisi, 33.5 TVt-saat bio 

və bio-tullantılardan alınan enerji, 19.7 TVt-saat su elektrik, 12.0 TVt-saat isə 

günəş fotoelementləri hesabına alınan enerjinin payına düşmüşdür.

Almanıyada, bir çox digər ölkələrdə olduğu kimi, güzəştli tariflər alternativ 

enerjinin inkişafında çox mühüm rol oynamışlar. Aşağıdaki diaqram Almaniya-

da külək və günəş enerjisi sektorunda tətbiq edilən güzəştləri göstərir.



11.4.5

Kanada

Kanada  öz  elektrik  enerjisinə  olan  tələbatını  əsasən  su  elektrik  stansiya-

ları  hesabına  ödəyir.  Buna  baxmayaraq  digər  alternativ  enerji  mənbələrindən 

alınan enerji də artmaqdadır. Potensiala gəldikdə, günəş enerjisi üçün ölkənin 



Diaqram: Almaniyada külək və günəş enerjisi sektorunda tətbiq edilən güzəştlər 

Güzəştli 

tariflər

64%

Vergi 


güzəştləri

23%


Digər

13%


Külək

Güzəştli 

tariflər

87%

Vergi 


güzəştləri

6%

Digər



7%

Günəş



328

cənubunda yerləşən Ontario, Kvebek  kimi ştatlar və yenə də cənubda yerləşən 

düzənlik ərazilər daha əlverişlidir. Günəş enerjisinin istifadəsinə gəldikdə, Kana-

da əsasən qeyri-elektrik üsullara, əsasən su qızdırmaq üçün istifadə edir. Bununla 

belə, Kanadanın ərazisi çox böyük olduğundan və bir çox ucqar ərazilərdə elekt-

rik şəbəkəsi olmadığından günəş hesabına elektrik enerjisinin istehsalı da diqqət 

mərkəzindədir. Kanada təcrübəsində ən maraqlı və qabaqcıl nümunələrdən biri 

də Nova Scotia ştatında yerləşən və Fundi körfəzinin gün ərzində qalxıb enən su 

səviyyəsi hesabına fəaliyyət göstərən 15 MW Annapolis qabarma stansiyasıdır. 

Ölkə rəhbərliyi alternativ enerjidən daha geniş istifadə edilməsinin tərəfdarıdır.

Bu məsələdə Ontario ştatı xüsusilə fərqlənir. Almaniya təcrübəsindən ya-

rarlanaraq,  2009-cu  ildə  burada  “Yaşıl  Enerji  və  Yaşıl  İqtisadiyyat”  Fərmanı 

qəbul etmişdir. İndi də qüvvədə olan bu Fərman bir tərəfdən alternativ enerji 

növlərinin inkişafını, digər tərəfdən enerji səmərəliliyinin artırılması hesabına 

enerjiyə qənaət etməyi nəzərdə tutur. Fərman həm də yerlərdə xüsusi “Alterna-

tiv Enerjinin İnkişaf Etdiricisi” vəzifəsinin təyin edilməsini nəzərdə tutur. Bu 

şəxsin vəzifəsi alternativ enerji sahəsində layihələri ləngimədən təsdiq etməkdir. 

Fərmana əsasən ev sahibləri alternativ enerji qurğuları, məsələn günəş panelləri 

əldə etmək üçün aşağı-faizli kreditlər ala bilərlər.

11.4.6

Norveç

Məlum  olduğu  kimi,  Şimal  dənizində  1970-ci  ildə  aşkar  edilmiş  neft  ya-

taqlarının  hesabına  Norveç  zəngin  hidro-karbonatlara  malik  nadir  Avropa 

ölkələrindən  biridir.  Buna  baxmayaraq,  Norveç  alternativ  enerjinin  inkişafına 

görə  də  ən  qabaqcıl  ölkələrdən  biridir.  Hal-hazırda  Norveçdə  istehsal  olunan 

elektrik enerjisinin 99%-i su elektrik stansiyalarının payına düşür. Norveç adam-

başına istehsal olunan su elektrik enerjisinin payına görə dünyada birinci, cəmi 

5-milyon əhalisi olmasına baxmayaraq, ümumilikdə istehsal olunan su elektrik 

enerjisinin miqdarına görə isə dünyada 6-cı yeri tutur. 

Norveçin digər alternativ enerji növləri potensialı da böyükdür. İlk növbədə 

burada külək enerjisi, xüsusilə sahilyanı sahələrdə, dalğa enerjisi və ağac isteh-

salı zamanı əmələ gələn qalıqlardan alınan bio-enerjidir. Baxmayaraq ki, Nor-

veçin özü günəş enerjisi baxımından o qədər də əlverişli yer deyil, yaradılmış 

Alternativ  Enerji  Korporasiyası  hesabına  o,  dünyada  ən  böyük  silikon  günəş 

panelləri istehsal edən ölkədir.

11.4.7

Türkiyə

Vacib geo-strateji mövqe tutan Türkiyə 2050-ci ildə dünyanın 10 ən güclü 

iqtisadiyyatı olan ölkələr sırasında olmaq iddiasındadır. Bunun reallaşması ilk 



329

növbədə sürətlə böyüyən iqtisadiyyatın enerji ilə sabit təmin edilməsindən asılı-

dır. 2010-cu ildə Türkiyənin enerji tələbatı 9.4% artmışdır. Ölkə hal-hazırda neft 

və neft məhsullarının 92%-ni, təbii qaza olan ehtiyacının isə 98%-ni xaricdən 

alır. Hal-hazırda Avropada ən bahalı benzin məhz Türkiyədədir. 

Təbii olaraq, Türkiyə öz artan enerji ehtiyaclarını alternativ enerji hesabına 

ödəməyə çalışır. 2010-cu ilin göstəricilərinə görə Türkiyənin ümumi enerji ba-

lansında alternativ enerji hesabına istehsal edilmiş elektrik enerjisi 19.7% təşkil 

edir. Bunun 18.5% su elektrik stansiyaların payına, 0.8% külək enerjisi hesabına 

və 0.4% tullantılardan alınan qazın, bio-qazın və biokütlədən alınan enerjinin 

hesabına düşür. 

Ölkənin  təbii  iqlimi  külək,  günəş  və  geotermal  enerjidən  yararlanmağı 

mümkün  edir.  Məsələn,  orta  hesabla  gün  ərzində  7  saat  tam  günəşli  saat  sa-

yılır. Türkiyə  artıq  2023-cü  ildə, Türkiyədə  Cümhuriyyətin  qurulmasının  100 

illiyi ərəfəsində alternativ enerjidən istifadə payını 30% çatdırmağı planlaşdırır, 

və bu məqsədlə alternativ enerjinin inkişafına 40 milyard ABŞ Dolları miqda-

rında yatırım etmək fikrindədir.  Alternativ enerjinin inkişafı ilə bərabər enerji 

səmərəliliyinə də önəm verilir. 2009-cu ildə Dünya Bankından alınmış yarım 

milyardlıq  kredit  və  100-milyon  dollarlıq  ölkədaxili  “Təmiz  Texnologiyalar 

Fondu”  ölkədə  özəl  sektor  tərəfindən  alternativ  enerjinin  inkişafına  və  enerji 

səmərəliliyinin  artırılmasına  yönəlib.  Türkiyə  çox  iddialı  bir  plan  –  regionda 

enerji istehsalçısı və təminatçısına çevrilməyi qarşısına məqsəd qoyub. Məsələn, 

son illər Gürcüstanın kiçik su elektrik stansiyalarına ən böyük yatırım qoyan 

xarici ölkə məhz Türkiyədir. 

Hal-hazırda Türkiyədə günəş enerjisindən əsasən fərdi təsərrüfatlarda suyun 

qızdırılması üçün istifadə edilir. Bu göstəriciyə görə Türkiyə dünyada ən aparıcı 

yerlərdən birini tutur. 8.2 milyon kvadrat metr ümumi sahəsi olan sadə günəş 

qızdırıcıları 7.8 GW/s istilik enerjisi toplamağa imkan verir, bu da 300 min ton 

şərti yanacaq deməkdir.  Bu bizneslə ölkədə yüzdən çox özəl qurum məşğuldur, 

onlar da hər il əlavə 750 min kvadrat metrlik günəş enerjisi toplayan avadanlıq 

qurmaq potensialına malikdirlər. 

Günəş enerjisindən elektrik enerjisi istehsalı ilk  dövrlərdə Türkiyədə aşağı 

səviyyədə idi. Ancaq son illərdə bu istiqamətdə də ciddi irəliləyiş edilmişdir. 

2012 ilin may ayına olan məlumata əsasən qoşulmuş müvafiq güc 5 MW-ə  çat-

dırılmışdır. Türkiyənin cənubunda yerli istehsal olan günəş panelləri hesabına 

100 MW-lıq günəş stansiyası qurulacaq. Hələlik Türkiyə şəbəkədən-kənar günəş 

enerjisinə üstünlük verir, günəş hesabına istehsal olunan elektrik enerjinin 90% 

şəbəkəyə qoşulmadan istehlak edilir. Əlbəttə istehsal artdıqca, digər ölkələrdə 

olduğu kimi, şəbəkəyə qoşulma faizi də yüksələcəkdir, və istehsalçılar şəbəkəyə 

ötürdükləri artıq enerjinin əvəzinə ödəniş ala biləcəklər.

Türklər alternativ enerjinin istehsalında doğrudan da çox yaradıcı münasibət 



Yüklə 5,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə