FəSİL 12. Alman tariXİ MƏKTƏBLƏRİ § almaniyada siyasi İQTİsadin meydana gəLMƏSİ. F. LİST, onun iQTİsadi baxişLari. MƏhsuldar


§2. "EKONOMİKSİN PRİNSİPLƏİ" ƏSƏRİ A.MARŞALIN



Yüklə 0,71 Mb.
səhifə4/11
tarix27.10.2017
ölçüsü0,71 Mb.
#6894
1   2   3   4   5   6   7   8   9   10   11
§2. "EKONOMİKSİN PRİNSİPLƏİ" ƏSƏRİ A.MARŞALIN

İQTİSADİ NƏZƏRİYYƏSİNİN ƏSASIDIR
İqtisadi təfəkkür tərzinin formalaşmasının yeni istiqamətini müəyyən edən Marşall nəzəriyyəsinin ümumi prinsiplərini əhatə edən "Ekonomiksin prin­sip­ləri" əsəri, iqtisadi fikir tarixinin yeni mər­hə­lə­­yə qədəm qoyduğunu əks etdirdi.

"Ekonomiksin prinsipləri" əsəri iqtisad elmi sahəsində uzun illər istifadədə olan Milin "Siyasi iqtisadın əsasları" əsərinə bir növ kölgə salmağa baş­lamışdır. XIX əsrin sonunda üzə çıxan bu əsər haqqında o qədər müsbət rəylər mövcud idi ki, sözün əsil mənasında Marşall XX əsrdə yeni siyasi iqtisad məktəbinin yaradıcısı kimi qələmə verilirdi. Marşall "Ekonomiksin prinsipləri" əsərində (gələ­cək­də bunu "Prinsiplər" əsəri adlandıracağıq) Rikar­do­ya və Cevonsa nəsib olmayan bir məsələ həll edildi. Bu da dəyərin mahiyyətinin müəyyənləşdirilməsində müva­fiq olaraq tələbin və istehsal xərclərinin oyna­dı­ğı rolun üzə çıxarılması ilə bağlıdır.

A. Marşalın sağlığında səkkiz dəfə nəşr olu­nan "Prinsiplər" əsəri, ona böyük şöhrət qazandır­maq­la, klassik məktəbə xas olan ideyaları yeni təfəkkür tər­zi ilə təkmil rəqabət şəraitində bazar iqtisadiyyatının fəaliyyət mexanizminə xas olan qanu­n­a­uyğunluq­ları üzə çıxardı. Bu qanunauyğunluqlar 3 cild­dən ibarət olan 6 kitabda ardıcıl şərh olundu. Xronoloji olaraq, eklektik formada da olsa iqtisadi prob­lemlərin qoyuluşuna diqqət yetirsək, aydın olur ki, müəllif əsas diqqətini tələb, təklif və qiymətlə bağ­lı fəaliyyət göstərən amillərin qarşılıqlı əlaqə­si­ni tədqiq edir. Əmtəələrin dəyərinin tələb və təklif müvazinatı ilə sıx əlaqədə olduğunu göstərməklə, "son hədd" prinsipi əsasında tələb faydalılıq və istehsal xərcləri nəzəriyyəsini əsaslandırmışdır.

Dörd kitabı əhatə edən birinci cilddə Marşall I kitabın tədqiqat obyekti kimi iqtisad elmi­nin ilkin şərhini verir. O iqtisad elmini, sərvəti və in­sanın bir hissəsini öyrənən elm olduğunu gös­tə­rir. Bəşəriyyətin dini və iqtisadi qüvvələrin tə'si­ri altında formalaşması tarixini, yoxsulluğun mən­şə­yi və aradan qaldırılması yollarını tədqiq edir.

Maşınlı sənaye və xarici ticarətin inkişaf et­­di­yi şəraitdə rəqabətin, sərbəst sahibkarlığın fəaliy­­yət xüsusiyyətləri və meylləri şərh edilir.

Marşall, iqtisad elminin predmetini, insan fəaliy­­yətinin kəmiyyətlə müəyyənləşən və pulda ifadə olu­nan stimul və motivasiya ilə əlaqələndirərək, ümu­mi­­ləşmiş nəticələrdə əks olunduğunu qeyd edir. İqti­sa­­diyyatla bağlı ən adi məşğuliyyətində şüurlu seçim­lə əlaqədar olduğunu göstərir.

İnsan həyatının yalnız bir sferasını öyrənən iqtisad elminin real vəziyyəti, şəraiti və mühiti əks etdirən bir proses olduğunu qeyd edən Marşall, eyni za­man­da bunları iqtisadi ümumiləşmələr və qanunlar əsasında aparır.

İqtisadi qanunların mahiyyətini təbii qanun­lar əsasında, xüsusən bioloji qanunlar əsasında şərh edən Marşall göstərirdi ki, onlar təbii qanunlara nis­bətən az dəqiq və daha mürəkkəb xarakter daşı­yır­lar. Birinci kitabın sonuncu fəsli iqtisadi tədqiqat­lar­ın qayda və məqsədlərinə həsr edilərək göstərilir ki, bütün iqtisadi ümumiləşmələr və ya qanunlar prak­tiki məsələlərlə daha çox bağlı olmalıdır. Elmin predmeti çərçivəsində aparılan tədqiqatların heç bir stimullaşdırıcı rola malik olmadığı göstərilir.

Bir neçə əsas iqtisadi məvhumların şərhinə və izahına həsr edilmiş ikinci kitabda, yenə də iqtisad el­­mi­nin, təlabatın ödənilməsi vasitəsi və cəhd gös­tər­­məsinin nəticəsi kimi sərvətin öyrəndiyi qeyd edi­lir.

Ayrı-ayrı əmtəələrin və şeylərin öz xüsusiy­yət­lə­rini və tə'yinatını dəyişdiyinə görə onların təsni­fa­­tı­nın aparılması çətinliyi diqqət mərkəzinə gəti­ri­lir.

İqtisad elminin, gündəlik həyat tərzinin mü­şa­­hidəsi praktikasına üstünlük verməsi ilə məşğul olma­ğı tövsiyə edən Marşall, göstərirdi ki, onun tət­biq olunan məvhumları dəqiq müəyyənləşdirilməlidir.

Sərvət anlayışının texniki və maddi tərəf­lə­ri­­ni göstərən Marşall qeyd edirdi ki, o hər şeydən əv­vəl malik olmaq istədiyimiz şeylərdən ibarət olub, insanın birbaşa və ya dolayı tələbatını ödəyir. Lakin hər bir belə şeyi sərvət saymaq olmaz.3

İstədiyimiz şeyləri və ya ne'mətləri Marşall mad­di və ya şəxsi və qeyri-maddi ne'mətlərə bölürdü. O, göstə­rirdi ki, maddi ne'mətlər faydalı maddi şeylər­dən ibarət olub, onlar sərəncam vermək və isti­fa­­də etmək hüququnu onlardan qazanc götürməyi və ya gələ­cəkdə qazanc əldə etməyi əks etdirir.

Sərvət anlayışı, hər cür şəxsi sərvətlərin da­­xil olduğundan ona geniş baxan Marşall onda fər­di və kollektiv sərvətin layını müəyyənləşdirmişdir.

Milli və kosmololit sərvəti fərqləndirən Marşall, sərvətə sahib olmanın hüquqi əsasını şərh etmiş, onun dəyər anlayışı ilə sıx əlaqədar olduğunu gös­tərmişdir. O, Smitin dəyərin mahiyyətinə olan ikin­ci münasibətini, yə'ni onun hər hansı bir pred­me­tin faydalılığını, bə'zən də onun başqa ne'mətlərin alın­ması qabiliyyətini əks etdirdiyini misal çəkir. Bununla da dəyərin mahiyyətinə olan öz şəxsi müla­hi­zə­sini belə ifadə edir: "... dəyər anlayışı nisbidir, konkret yerdə və konkret vaxtda iki şey arasındakı mü­na­sibəti bildirir".4

Sərvətin mahiyyətindən sonra Marşall ardıcıl olaraq istehsalı, istehlakı, əməyi, əhalinin yaşayış vasitələrini tədqiq edir. Göstərir ki, insan hər cür mad­di şeyləri deyil, ancaq faydalı olanları istehsal və istehlak edir. Məhsularlıq anlayışını da fayda­lı­lıq baxımından şərh edərək, qeyd edir ki, "ilkin ola­raq onu, istehsal vasitələrini və uzunmüddətli tələ­­batın mənbələrini əks etdirən anlayış kimi başa düşmək lazımdır".5

"Ən zəruri yaşayış vasitələri" ilə məhsul­dar­lıq anlayışlarını müqayisə edərək Marşall göstərir ki, "Layiqli həyat" şəraitinin yaradılması, müxtəlif iqlim şəraitləri, yaşayış tərzi və adətlərindən ası­lı olduğundan bir halda yaşayış vasitələrini artıq, digər halda isə çatışmaz edir. Ona görə də məhsul­dar­lıq işçinin özünün saxlanılması ilə əlaqədar mey­dana gəlir. Bu baxımdan Marşall qeyd edirdi ki, zəh­mətkeşlərin hər cür təbəqəsinin əmək haqqı, onlar­ın yüksək əmək məhsuldarlığını tə'min etməlidir. Ən zə­ru­ri yaşayış vasitələrini qiymətləndirərkən möv­cud yeri və vaxtı nəzərə almaq lazımdır.

Marşall ən böyük elmi xidməti kimi, onun in­san həyatı üçün zəruri olan yaşayış vasitələri səviy­­yə­sindən az istehlak etməli, itkilərin törənməsinə sə­bəb olduğunu göstərməsidir. İstehlak üçün zəruri olan şeylərin ödənilməsindən məhrum olma məhsuldarlığı aşağı salmaqla qənaətə deyil, itkiyə səbəb olur. Bunun­la yanaşı ən'ənəvi zəruri yaşayış vasitələrinin, yə'ni içki və tütün mə'mulatlarına, dəbdə olan paltarlara, modaya üstünlük verilməsi çox yerlərdə onun məhsul­dar­­lıq elementinə çevrilməsinə səbəb olur. Beləliklə, "məh­suldarlıq anlayışını", "ən zəruri", "zəruri", "layiqli" həyat vasitələri prizmasından təd­qiq edən Marşall belə qənaətə gəlir ki, onun özü əmək məhsuldarlığının artması ilə bağlı meydana gəlir. Əmək məhsuldarlığının səviyyəsinə tə'minat verən ya­şa­­yış vasitələrindən az istehsal etmənin, qənaətə deyil, itkiyə səbəb olduğunu qeyd edən Marşall gəlir və kapital konsepsiyasını əsaslandırır.

Sənaye-ticarət kapitalının inkişafı ilə əla­qə­dar olaraq pul gəlirlərinin artımını əlaqələn­di­rən Marşall qeyd edir ki, hər hansı bir işlə məşğul olan adam belə nominal gəliri əldə etməsinə qadirdir.

Sahibkarlıq nöqteyi-nəzərincə "xalis gəlir", "faiz", "mənfəət", "xalis qazanc", "idarəetmə gəliri", "saxta renta" kimi anlayışlar şərh edilir.

Kapital anlayışını konkret və ümumi formada şərh edən Marşall göstərirdi ki, birinci şəraitdə ona Smitin göstərdiyi kimi əmlakın o hissəsini aid etmək olar ki, ondan gəlir əldə etmək mümkündür. Lakin, ümumi şəkildə götürdükdə istehsal amillərin­dən üçündən, torpaq, əmək və kapital kimi milli gəlir­in yaradılmasındakı rolu üzə çıxartmaq mümkündür.

İqtisad elmində formalaşan baxışları nəzərə alan Marşall göstərirdi ki, adətən "kapital" və "sərvət" anlayışlarının istər-istəməz sinonim ifa­də­lər kimi işlədilir. Ancaq nəzərə almaq lazım­dır ki, kapital anlayışından istehsal amilləri haq­qın­da söhbət edərkən istifadə etmək lazımdır. Sərvət anla­yışından isə istehlak predmetləri və şeylərində əks olunan və müəyyən zövqü ödəyən istehsal nəticələri barəsində danışarkən istifadə etmək lazımdır.

III kitab tələbat və onların ödənilməsinə həsr edilmişdir.

Bu kitabın əvvəlki kitablarla olan əlaqəsini şərh edən müəllif, daha ətlaflı şəkildə tələb və təklif məsələlərinə xüsusi diqqət yetirilir.

Tələbat və fəaliyyət arasındakı əlaqəni tədqiq edən Marşall göstərirdi ki, insanın müxtəlif şeylə­rə olan tələbatının artması onları hüdudsuz edir. Tələ­batın artımı eyni zamanda şeyin faydalılığı ilə bağlı olub insanların istəyindən irəli gəlir. Tələ­batın hüdüdsuz xarakter daşımasına baxmayaraq, ayrı­lıqda hər bir tələbatın nisbi mə'nada son həddi var. Bu insan naturasından irəli gələrək şeyin ümumi fay­dalılığı ilə bağlı olub, onun hər birini ehtiyata çevrilməsi ilə onun faydalılığının aşağı düşmə­si­nə səbəb olur. Faydalılığın azalması qanununu onun "son hədd" prinsipi ilə əlaqədar olduğunu şərh edən Marşall qeyd edir ki, son faydalılıq, faydalılığın elə kəmiyyətini təşkil edir ki, onun hazır­lan­ma­sı məqsədəuyğun hesab olunur. Beləliklə hər bir adam­ın, hər hansı şeyin faydalılığının azalması, onun mövcud kəmiyyətindən hər vahid artımı ilə müşahidə olunur.

Faydalılığın azalması qanununu qiymət vasitə­si­lə izah edən Marşall göstərir ki, hər hansı məh­su­la, məsələn çaya olan daimi tələb baxımından onun alın­ması kəmiyyətini izah edir. Qeyd edir ki, alıcı­nın hər funt çay üçün ödəməyə hazır olduğu qiymət, bu onun tələbin son qiymətidir. Beləliklə aydın olur ki, fay­dalığının azalması qanunu özünü, insanın hər han­sı bir şeyi daha çox istifadə etdiyi şəraitdə digər şərtlər daxilində onun az miqdar hər əlavə vahidi üçün ödəməyə hazır olduğu qiymət azalacaqdır. Başqa sözlə ona tələbin son qiyməti azalacaqdır.

Pulun son faydalılığını izah edən Marşall, onun dövlətli adam üçün deyil, kasıb üçün daha çox əhə­miyyət daşıdığını qeyd edir. Bu baxımdan da hər hansı şeyin alınmasına olan həvəsin artması üçün onun böyük faydalılığa malik olması zəruridir. Bu döv­­lətlilər üçün deyil, kasıblar üçün nəzərdə tutul­ma­lıdır.

Tələb haqqında tam təsəvvürə malik olmaq üçün Marşall qeyd edir ki, müxtəlif qiymətlərə təklif olu­­­nan hər hansı əmtəənin alınması üçün alıcının bunlardan hər birini almağa hazır olduğu kəmiyyət vasi­təsilə müəyyən etmək olar. Belə şəraitdə tələbin artmasına xüsusi əhəmiyyət vermək lazımdır. Lakin, tələ­bi bir kəmiyyətlə deyil, qiymət siyahısında insan­ın almağa hazır olduğu müxtəlif kəmiyyətlər vasi­tə­si­lə daha dəqiq izah etmək olar. Beləliklə, əmtəələrin müxtəlif qiymətlərlə müxtəlif kəmiyyətli tələbin for­­ma­laşması prosesi və tələb əyrisinin əmələ gəlmə­si izah edilir. Fərdi tələbi izah etdikdən sonra o, məc­mu tələbi izah edir və bununla da tələb qanununun mahiyyətini şərh edir.

Marşall göstərir ki, tələbin fərdi və məcmu xarakter daşımasından irili-xırdalı bazarların fəaliyyət göstərməsindən asılı olmayaraq bir ümumi tələb qanunu fəaliyyət göstərir. Onun da mahiyyəti ondan ibarətdir ki, nə qədər satılmaq üçün çox məhsul nəzərdə tutulubsa, ona bir o qədər aşağı qiymət qoyul­ma­lı­dır ki, o özünə alıcı tapa bilsin.

Əmtəələrin kəmiyyətinə olan tələb onların qiy­məti­nin aşağı olduğu şəraitdə artacaq, qiymətlər yük­səl­dikcə isə aşağı düşəcək.

Lakin qiymətin aşağı düşməsi ilə tələbin art­ma­sı arasında eyni qəti nisbəti gözləmək mümkün deyil.6 Bu meyli xarakter daşıyaraq müxtəlif nis­bət­lərdə müşahidə oluna bilər.

Eyni zamanda biz görürük ki, fərdin hər hansı bir əmtəəni almaq istəyi, bərabər şəraitdə həmin tək­lif olunan əmtəənin hər vahid artımı ilə aşağı düşə­­cəkdir.

Marşall bu prosesi tələbatın elastikliyi ad­lan­­dırmaqla, eyni zamanda tələbin elastikliyini də müəy­yən edir. O qeyd edir ki, ayrıca bir adamın tələbində nə baş verirsə, bu bütün bazarın tələbində də baş verir. Marşall tələbin elastikliyi (cəld reak­si­ya) ilə bağlı belə ümumiləşmə edir: bazarda tələbin elastiklik dərəcəsi, onun həcmi mövcud qiymətlərin aşağı salınması ilə nə ölçüdə artacaq və yaxud mövcud qiymətlərin artımı ilə o nə qədər azala­caq.

Müxtəlif istehlak növlərinin seçilməsinə həsr edilmiş fəsildə müəllif, cari və gələcək dövr üçün tələbatın ödənilməsi üçün vəsaitlərin bölgüsünü izah edir.

Dəyər və faydalılıq fəslində qiymət və fayda­lı­lığın qarşılıqlı əlaqəsi şərh edilir. Eyni zaman­da istehlak artıqlığı ilə fərdin tələbi arasındakı əlaqə də izah edilir. Burada istər kasıb, istərsə də dövlətli adamlar üçün eyni istehlak şeylərinin, məsələn, çayın və duzun daşıdığı əhəmiyyət nəzər­də tutulmaqla onların bərabər proporsiyada fəaliy­yət göstərdiyi qeyd olunur və burada qiymətin faydalılığın real ölçüsünə çevrilməsi prosesi izah edilir.

Maddi ne'mətlərin insanların rifah halının yaxşılaşmasındakı rolu izah edən müəllif qeyd edir ki, mülkiyyətdən fərqli olaraq varlıların orta təbəqəsini və yoxsulların əldə etdiyi gəlir səviyyələri onların rifahları ilə olan əlaqə bir başadır. Çünki, insanın öz gəlirindən olan tələbatının ödənilməsi, yaşayış vasitələrinə malik olduğu ondan başlanır. Sonradan gəlirinin hər faiz artırılması ilə yaşayış vasitələrinin çoxaldılmasına səbəb olur.

Bu da belə bir tezisi əsaslandırır ki, insanlar yaşadıqlarına görə işləyirlər, lakin işlədiklərinə görə yaşamırlar.

İstehsal amillərinə həsr edilmiş ideyalar demək olar ki, Marşall iqtisadi tə'liminin əsasıdır. Çünki, o burada istehsal amillərinə, torpağa, əməyə, kapitala olan ən'ənəvi klassik baxışla ilk dəfə olaraq o bu amillər cərgəsinə təşkili də daxil etmişdir. Eyni zamanda istehsal amillərinə, özündən əvvəlki baxışlara nisbətən tamamilə fərqli şəkildə yaşamır. O göstərir ki, ümumiyyətlə, istehsalın iki amili mövcuddur: təbiət və insan. Kapital və təşkilat insan fəaliyyətinin nəticəsidir və təbiət vasitəsi ilə həyata keçirilir. İnsanın və təbiətin mövcud qüvvəsi və xüsusiyyəti şəraitində bilik və təşkilati işlər sərvət artımının səbəb və nəticəsi kimi üzə çıxır.

İnsan hər cür şəraitdə istehsal problemlərinin məqsədinə və amilinə çevrilir. Eyni zamanda o, istehlak probleminə də aiddir. Bunlardan irəli gələn problemlər "bölgü və mübadilə" üçün ikili əhəmiyyətə malikdirlər.

Əməyin əsas motivi hər şeydən əvvəl hər hansı maddi qazancı əldə etmək istəyidir. Buna görə də əmək özü özünü mükafatlandırsa da lakin onunla əldə olunan qiymət onun təklifini tənzimləyir.

Torpaq amilinin mahiyyətini şərh edərkən Marşall onun məhsuldarlığına diqqət yetirir və onun mexaniki və kimyəvi üsullarını fərqləndirir. İnsan qabiliyyətinin əksinin xüsusiyyətlərinin dəyişilməsinə qadir olduğu sübut olunur. O qeyd edirdi ki, hər şəraitdə əlavə kapital və əməkdən əldə olunan gəlir gec və ya tez azalır.

Torpağın məhsuldarlığının azalmasını əmək və kapital tətbiqi baxımından izah edir və son e'mal həddinin verimini şərh edir. İzafi məhsulun rentaya olan münasibəti müəyyən edilir. Bu əsasdan da Marşall qeyd edir ki, hər cür məhsuldarlığın ölçüsü, müəyyən məkan və vaxtla uzlaşdırılmalıdır.

Hər cür şəraitdə məhsuldarlıq ölçüsü nisbi xarakter daşıyır.

Əhali artımının tarixi doktorinasını tədqiq edən Marşall əsas diqqətini Maltus nəzəriyyəsinə yetirir. Maltus nəzəriyyəsində texniki tərəqqinin rolunun nəzərə alınmamasını qeyd edən Marşall göstərir ki, bunu heç də ona irad tutmur. Əksinə bu əsasdan kəbin kəsmək və doğum əmsallarını müəyyənləşdirir. İqlim şəraitinin, yaş həddinin, yerli adət-ən'ənələrin əhali sakinliyinə olan tə'siri, eləcə də kənd və şəhər yerlərində əhali artımı amillərini müəyyən etməklə İngiltərə əhalisinin tarixini tədqiq edir.

Əhalinin sağlamlığı, mövcud yaşayış vasitələrinin səviyyəsi, peşə tərkibi də öyrənilir. Zəiflərdən imtina olunmanın təbiətini şərh edərkən Marşall göstərirdi ki, məhz əhalinin sağlam və güclü hissəsinin artımı üçün geniş məkanın yaradılmaması zəiflərin yaşamasına səbəb olur.

Təhsilin, peşə hazırlığının, əhalinin artımındakı rolu qeyd olunur və onun milli kapitala çevrilməsi istiqaməti göstərilir.

Sərvətin artımını tədqiq edən Marşall qeyd edir ki, kapitalın az tətbiq olunan olduqca bahalı növləri, olduqca gəlirlidir və onların yığıma yönəldilməsi sür'ətlidir. Təhlükəsizliyi əmanətin mühüm şərti hesab edən Marşall, pul iqtisadiyyatının inkişafını tədqiq edir. Pulun artımı sahibkarlıq qabiliyyətinin məhdudluğu əmanət işinin təşkilinə olan diqqətin artmasını qeyd edir. Üstəlik gəlirin kapitaldan əldə olub olmamasından asılı olmayaraq yığım mənbəyi kimi qeyd edən Marşall, eyni zamanda onun dövlət yığımında təşkil etdiyini göstərir. Bu istiqamətdə kooperativ hərəkatının müxtəlif formalarının üstünlüyə malik olduğu da qeyd olunur.

Beş fəsildə ardıcıl olaraq istehsalın təşkili problemi tədqiq edilir. İstehsalın təşkilinin onun səmərəliliyinə və məhsuldarlığına olan tə'siri məsələlərini tədqiq edən Marşall əmək bölgüsünün maşınlı istehsalın əhəmiyyətini qeyd edir.

İstehsalın təşkilində ayrı-ayrı rayonlarda ixtisaslaşdırılmış istehsalın təmərküzləşməsinə üstünlük verilməsini qeyd edir.

İstehsalın təşkili prosesində iri miqyaslı istehsalın xüsusi rol oynadığını qeyd edən Marşall onun mahiyyətini e'mal sənayesinin timsalında izah edir və onun xammal qənaətindəki üstünlükləri göstərilir. Eyni zamanda müxtəlif istiqamətlərdə iri miqyaslı istehsalla firmaların müqayisəsini verir. Onların müxtəlif istiqamətlərindəki fəaliyyətləri tədqiq edilir.

İstehsalın təşkili prosesində müəyyən müəssisənin idarə olunmasına xüsusi üstünlüyün verilməsini qeyd edən Marşall ilk dəfə olaraq onun istehsalın dördüncü amilli kimi qeyd edir.

İstehsalın təşkili ilə idarə olunmasını fərqləndirən Marşall göstərir ki, sahibkarlıq qabiliyyəti əsasən idarəetmə prosesində meydana gəlir. İstehsalın təşkilindən baş çıxardan, xüsusi fərdi qabiliyyətə malik olub, risk etməyi bacaran biznesmenlərin fəaliyyəti nəticəsində əldə olunan gəlirlərin artırılması, xüsusi fəaliyyət növü kimi qiymətləndirilir.

Kapitala sahib olmayıb, ona qabiliyyəti ilə sərəncam verən biznesmenin əldə etdiyi gəlirin miqyasının artırılması mütərəqqi demokratik ölkələrin ən böyük iqtisadi nailiyyəti olduğu qeyd olunur.

İqtisadiyyatda "daimi verimi tə'min etməklə" artmaqda olan "verimə" keçidin tə'min olunması kollektiv məhsuldarlığın yüksək artımının nəticəsi olduğu qeyd olunur.

Marşall V kitabında tələbin, təklifin və dəyərin ümumi münasibətlərin tədqiqinə həsr edir. Bazarlar haqqında mə'lumatla başlanan kitab, onun məkan baxımından həddinin, ölçüsünün, təşkilinin müəyyənlədirilməsinə diqqət yetirir.

Konkret olaraq tələb və təklif arasındakı nisbəti tədqiq edir və onun fərdi səviyyəsini ilkin olaraq müəyyənləşdirən istək və cəhd arasındakı müvazinatı şərh edir. Göstərir ki, təsadüfi barter mal mübadiləsi şəraitində tam müvazinat fəaliyyət göstərmir. Lakin müstəsna hallarda belə proses baş verə bilər və onu taxıl bazarı timsalında izah edir və göstərir ki, burada müvəqqəti olsa da müvazinata nail olmaq olur. Çünki taxıl bazarında bir qayda olaraq pula olan tələbat geniş şəkildə dəyişmir, lakin əmək bazarında belə dəyişiklik həddindən artıq yüksəkdir.

Normal tələb və təklif şəraitində müvazinatı tədqiq edən Marşall göstərir ki, o tədrici xarakter daşıyır. İstehsal xərclərinin firma səviyyəsində təhlil etməklə onun tədrici müvazinat üçün daşıdığı əhəmiyyət qeyd olunur. İstehsal xərclərinin istehsal amillərinin əvəz olunması ilə əlaqədar dəyişikliklərinin tələb və təklifin tədrici müvazinatına olan tə'siri göstərilir. Təklif şkalası ilə tələb qiyməti arasındakı müvazinatın kəmiyyət müvazinatı və qiymət müvazinatı ilə bağlılığı izah olunur. Bununla əlaqədar qeyd olunur ki, təklif olunan məhsulların qiyməti ilə onların real istehsal xərcləri arasında möhkəm sıxı əlaqə fəaliyyət göstərmir. Ona görə də firma tələb səviyyəsini nəzərə almaqla "vaxtın müddəti ilə" müvazinatın normal vəziyyətini yaratmalıdır.

Faydalılığın dəyərə olan tə'siri qısa müddətli xarakter daşıyırsa, lakin istehsal xərcləri isə vaxtın müddəti ilə bağlıdır.

İnvestisiyanın resursların bölgüsünə olan tə'siri müxtəlif səviyyələrdə ev təsərrüfatı, sahibkarlıq fəaliyyəti, dövlət təsərrüfatı şəraitindəki xüsusiyyətləri göstərir. Bu istiqamətdə son istehsal xərcləri ilə dəyər arasındakı nisbətin öyrənilməsindəki çətinlik izah edilir.

"Əvəz olunmanın" son həddin müvazinat nöqtəsinin tapılması üçün olan əhəmiyyətinin müəyyənləşdirilməsi vacib cəhət kimi qeyd olunur.

Göstərilir ki, məhz əvəz olunma vasitəsi ilə müvazinatı bərpa etmək və ya yaratmaq olar. Əvəz olunma ideyasının təkcə istehlak şeyləri alternativ son həddinə deyil, eyni zamanda onun istehsal amilləri üçün tətbiq olunmasının xüsusi əhəmiyyəti var.

Əsərin V fəslində normal tələb və təklifin müvazinatını uzun və qısa müddət ərzində müəyyənləşdirilməsi ideyası demək olar ki, müvazinat prosesinin fasiləsiz xarakter daşıdığını göstərir.

Nəzərə almaq lazımdır ki, vaxt amillinin bütün iqtisadi problemlərdə roluna diqqətin yetirilməsi olduqca mürəkkəb məsələlərdəndir. Bu problemlə əlaqədar Marşall tədqiqatında ilk dəfə olaraq xarici və daxili, əsas və əlavə istehsal xərcləri arasında fərqin qoyulması ideyasını da irəli sürmüşdür.

Əsərin sonrakı dörd fəslində son istehsal xərclərini tədqiq edən Marşall onun dəyərə olan nisbətini aydınlaşdırır. Burada da son istehsal xərclərinin formalaşmasının ümumi prinsipləri, onun əsas və əlavə hissələrinin məhsulun dəyərinə olan nisbəti eləcə də onun məhsulun tələb və təklifinə olan tə'siri öyrənilir.

Xalis məhsulun mahiyyəti ilə əlaqədar Marşall olduqca tutarlı əsasla qeyd edir ki, əmək haqqı, mənfəət, renta, gəlirin formaları kimi onlar məhsulun həqiqi mahiyyətini əks etdirir. Bununla yanaşı o qeyd edir ki, təbiət elmlərində olduğu kimi, iqtisad elmində də onun elementlərinə xalis şəkildə rast gəlmək mümkün deyildir.

Ona görə də xalis məhsul anlayışı da nisbi xarakter daşıyır.

Renta və diferensial renta arasındakı fərqin və uyğun cəhətləri göstərən Marşall qeyd edir ki, onların gəlir forması kimi mövcud olması hər şəraitdə torpağın məhdudluğu ilə əlaqədardır. Rentanın, pis torpaqların mövcud olması ilə əlaqədar meydana gəlməsini qeyd etməklə yanaşı, eyni zamanda pis torpağın son hədd kimi mövcudluğunu göstərir və istehsalın pis amillərinin olması, yaxşı amillərdən rentanı artırmır, əksinə onu azaldır.

Kənd təsərrüfatında son istehsal xərclərinin dəyərə olan nisbətini müəyyən etməklə onun mövcud əkin sahələrində və yeni salınan əkin sahələrində kəsb etdiyi xüsusiyyətlər izah edilir. Eyni zamanda belə bir ümumiləşmə edilir ki, müxtəlif məhsuldarlıq səviyyəsinə malik olan torpaq sahələrin mgvcud olması renta ilə törədilir. Lakin istehsal prosesi şəraitində renta, istifadə olunan resursa görə üstəlik dəyər kimi görsənir. Bu da məhsullara olan tələbin artımı və təklif olunan əməyin yüksəlməsi ilə əlaqədardır.

Kənd təsərrüfatında rentanın əmələ gəlməsi ilə şəhərlərdə onların yaranması arasındakı fərqli cəhətləri qeyd edən Marşall burada gedən rəqabət prosesinin xüsusiyyətlərini vergiyə cəlb olunması cəhətləri şərh edir.

Rentanın əmələ gəlməsi, istehsal xərclərinin həddinin müəyyən edilməsi, Marşala normal mənfəətin əldə olunması mexanizmini müəyyən etməyə imkan vermişdir. O qeyd edirdi ki, əmtəənin normal istehsal xərclərinə, onun istehsalı ilə bağlı edilən riskə görə elə haqq daxil edilməlidir ki, o istehsalçının xərcini, itirdiklərini, sə'y və bacarığını əhatə edən mənfəətin yaradılmasına imkan yaratsın. Bu baxımdan müxtəlif maraq dairələrinə uyğun olaraq görəcəkləri hər hansı bir iş üçün (dəmir yollarının su kəmərlərinin və s.) birgə xərc çəkmələrinə səbəb olur. Əsərdə torpaq sahələrinin qiyməti, icarə haqqlarının müəyyən olunması, tikinti işlərinin aparılması və eyni torpaq sahələrində onlarla bağlı rəqabətin aparılması, torpağa olan tələbin formalaşması prosesi də şərh edilir. Maraqlı məsələlərdən biri də normal tələb və təklifin müvazinatı məsələsini, verimin artımı qanunu və maksimum ödəmə prinsipi çərçivəsində şərh olunmasıdır. Burada normal tələb və təklifin daimi azalan və artan verim şəraitindəki xüsusiyyətlərini, vergi səviyyəsini, istehsalın miqyasını, istehsal xərclərinin həcmi təhlil edilir.7

İnhisar nəzəriyyəsinə həsr edilmiş V kitabın XIV fəsli inhisarçının məhsulların kəmiyyətindən və müəyyən etdiyi qiymət səviyyəsindən əldə etdiyi qazancla əhalinin aşağı qiymətlərdən əldə etdiyi qazanc müqayisə edilir.

İnhisar şəraitində tələblə təklif tarazlaşdırılır ki, inhisarçı öz məhsulunu xalis gəlir gətirdiyi halda reallaşdırır. Xalis gəlirin tərkibinə normal mənfəət, kapitalın istifadə olunmasına görə faiz və ziyana görə sığorta daxil edilir. Əgər adam özü öz istehsalını idarə edirsə, onda idarə etməyə görə gəlir çox halarda inhisar gəliri formasını alır.

İstehsal olunan əmtəələrin kəmiyyətindən asılı olmayaraq inhisara görə verginin müəyyənləşdirilməsi istehlakın miqyasını ixtisar etmədiyini göstərən Marşall, qeyd edir ki, belə şəraitdə inhisar gəlirinin məbləği dəyişilir.

Ona görə də verginin tətbiqi inhisarçının fəaliyyətinin dəyişdirilməsinə tə'sir göstərir. Hətta əgər bu vergi proporsional olaraq inhisar gəliri ilə tətbiq olunsa da elə ciddi dəyişiklik baş verməyəcəkdir. Lakin, bu vergi istehsal olunan məhsula görə tətbiq olunsa, onda, inhisarçı istehsalının miqyasını dəyişdirməyə məcbur qalacaqdır.

İnhisar qiyməti ilə rəqabət qiymətini müqayisə edən Marşall göstərir ki, əgər inhisarçı istehsalçı, bazara çıxartdığı əmtəənin təklif qiyməti, bu əməyə olan təlb qiyməti ilə uyğun gələrsə, onda o inhisarçı gəlirindən məhrum olar.

Çünki, inhisarçı gəlirinin maksimum səviyyədə tə'min edən əmtəələrin kəmiyyətin həmişə az olur. Onda elə görünə bilər ki, mövcud inhisar şəraitində istehsal olunan əmtəələrin kəmiyyəti həmişə az olur, lakin onun istehlakçı üçün qiyməti, olmadığı şəraitdəkindən yüksəkdir.

İş burasındadır ki, istehsal bir əldə cəmləşdiyi şəraitdə mövcud istehsal xərclərinin məbləği, adətən bir neçə rəqabət aparanlara nisbətən az olur.

Çünki, rəqabət aparanlar öz mövcud mövqeylərini möhkəmlətmək diqqəti cəlb etmək, tamamilə məcmu xərclərini artırmağa məcbur olurlar. Xüsusən müxtəlif növlü reklam xərclərini buna misal çəkmək olar. Lakin iri istehsal da müxtəlif qənaətlərin həyata keçirilməsinə, texnoloji təkmilləşdirməyə, yenilikçiyə nail olmaq imkanlarına malik olurlar.

Əgər dəmir yolu bir inhisarçının əlindədirsə, onda onun xidmətindən istifadə edənlərin ona tələbi artdıqca "inhisar gəlirinin qiyməti" azalır. Ancaq inhisar prosesi pozularsa, dəmir yolunda rəqabət baş verərsə, belə şəraitdə köhnə dəmir yolu kompaniyası sərnişin daşınmasını aşağı taariflərlə həyata keçirtmək məcburiyyətində qalırlar. Deməli, inhisar xammal prosesi ilkin şəraitdə inhisar gəlirinin artımına, rəqabətin əmələ gəlməsinə səbəb olursa, sonrakı şəraitində inhisar gəlirinin azalmasına və rəqabətin dərinləşməsinə və azalan inhisar gəliri həcmində həmin məhsuldan və xidmətindən istifadə edənlər qazanırlar və onlar daha çox faydalana bilirlər.

Göründüyü kimi Marşall bununla sübut edir ki, inhisar iqtisadi məsələləri həll etmir, əksinə onların praktiki həlli məsələsini qaldırır.8

Əsərin sonuncu, XV fəsli tələb və təklif müvazinatı nəzəriyyəsinin ümumi xülasəsinə həsr edilmişdir.

Burada yenidən bazarlar haqqında, tələb və təklifin müvəqqəti və normal müvazinatı barədə, vaxt amilinin rolu ilə əlaqədar xülasələr qeyd edilmişdir.

Marşall "Prinsiplərin" iqtisadi tədqiqatının sonuncu VI kitabı milli gəlirin bölgüsünə həsr edilmişdir.

Bölgü prosesinin, işçilərlə kapital və torpaq sahibləri arasındakı gedişatı vasitəsilə öyrənən Marşall onun fiziokratlar və klassik məktəb nümayəndələri tərəfindən qəbul edilmiş formasına öz münasibətini bildirmişdir.

Gəlirlərin formalaşmasında əsas yer tutan əmək haqqının müəyyən edilməsində konkret iqtisadi şəraitin nəzərə almağın vacibliyini qeyd edən Marşall, artıq ona qədər mövcud olan "əmək haqqının dəmir qanunu" tezisinə həyat səviyyəsinin dəyişilməsi ilə diqqətin verilməsini göstərir.

Bununla əlaqədar maddi ne'mətlərin bölgüsü forması kimi əmək haqqının, Rikardonun, Milin, Maltusun və digər iqtisadçıların bu istiqamətdə göstərdikləri fikirlərin sadəliyini qeyd edən Marşall, göstərir ki, bu məsələ olduqca mürəkkəbdir.

Əməyə və kapitala olan tələbin məhsuldarlıq nöqteyi-nəzərincə tədqiq edən Marşall, belə qənaətə gəlir ki, ilkin bölgü əgər normal əmək məhsuldarlığı ilə əlaqədardırsa, lakin sonrakı törəmə bölgü, əmək məhsuldarlığının yüksəldilməsi ilə əlaqədar olmalıdır. İstehsal amillərinin təklifinə tə'sir göstərən amillərin, eyni zamanda tələbə və bölgüyə də tə'sir göstərir. Bu istiqamətdə də istifadə olunan amillərin hər birinin son həddinison məhsuldarlığını aydınlaşdırır və o göstərir ki, yalnız belə şəraitdə tələb və təklif arasında dəyişiklik baş verə bilər. Əmək və kapitala olan tələb və təklifin dəyişilməsi, onların tətbiqinin son məhsuldarlığından asılılığı, rəqabət şəraiti ilə bağlı olduğu qeyd olunur.

Marşall belə bir fikirə əsaslanır ki, kapitalın məhsuldarlığı ondan əldə olunan gəlirin ölçüsündən asılıdır.9 Çünki kapital tətbiqi, insan əməyindən ucuz başa gəlirsə, onda sahibkar işçilərin bir qismini işdən xaric etmək məcburiyyətində qalır və ya əksinə. Ona görə də kapitalın rəqabəti ilə bu ya digər maşının hər hansı bir sahədəki tətbiqi rəqabətini fərqləndirmək lazımdır. Əgər maşın hər hansı konkret əmək növünü əvəz edə bilərsə, lakin kapital ümumiyyətlə əməyi əvəz edə bilməz. Lakin bir formadakı əməyi başqa formadakı əməklə əvəz olunmasına şərait yarada bilər. Bu da qısa müddətə əmək nəticələrinin gözləməsini, uzun müddətli gözləmə ilə əvəz olunmasına səbəb olacaq.

"Milli gəlir" və "milli dividend" anlayışlarını şərh edən Marşall göstərir ki, sonuncunun əhəmiyyəti yeni tələbatların ödənilməsi üçün nəzərdə tutulacaq milli gəlirin bölgüsü üçün əhəmiyyətlidir.

İstehsal və istehlak korrelyasiyasını tədqiq edən Marşall qeyd edir ki, məhsulların iqtisadi tə'yinatından asılı olaraq milin dividend, məcmu xalis məhsulun həcmi ilə uyğun gələ bilər.

Əmək haqqının səviyyəsinin artımını əmək məhsuldarlığının yüksəldilməsi ilə əlaqələndirən Marşall qeyd edirdi ki, bərabər şərait daxilində hər hansı sahədə xalis əmək məhsuldarlığının yüksəldilməsi, digər sahələrdə real əmək haqqının yüksəldilməsinə səbəb olur.10 Bunu ayaqqabı istehsalı timsalında şərh edir.

Müxtəlif kateqoriyalı işçilər arasındakı münasibətə toxunan Marşall, göstərir ki, idarəetmə qabiliyyəti təklifinin artımı fiziki əməklə məşğul olanların əmək haqqını yüksəldir.

Belə şəraitdə təkmil rəqabətin rolu, bazarın ideal vəziyyəti nəzərə alınmalı, risk etməyin həddi müəyyənləşdirilməlidir.

Kapital və əmək arasındakı rəqabətə toxunan Marşall göstərir ki, onların tətbiqi sferasından asılı olaraq uzun və qısa müddətli gözləmələri arasındakı həddi nəzərə almaq lazımdır. Kapital artımı onun tətbiqinin son istehsal xərclərini azaldır və real əmək haqqını yüksəldir.

Beləliklə də, qeyd olunur ki, işçilərin gəlirlərinin səviyyəsi avans edilmiş kapitalın həcmindən asılıdır.

Kapital və əmək münasibətini əhatə edən bölgü sistemi göstərir ki, onda bu iki amilin qarşılıqlı fəaliyyəti olduqca əhəmiyyətlidir. Çünki kapital tətbiqi sferasını nəzərə almadan əmək tətbiqi haqqında danışmaq əslində bölgü nəzəriyyəsindən uzaqlaşmaq deməkdir. Əməyin enerjisindən, çevikliyindən asılı olaraq kapitalın bol nəticəsi əldə edilir və ondan asılı olaraq əmək nəticələri də qiymətləndirilir. Kapital və əmək arasındakı əməkdaşlığa xüsusi əhəmiyyət verən Marşall göstərdi ki, bu bir növ əyrici ilə toxucunun əməkdaşlığına bənzəyir. Hər birinin çiçəklənməsi, digərinin enerji və gücündən asılıdır. Halbuki, bunların hər biri müvəqqəti, bə'zən də daimi başqasının hesabına milli dividendlərdən bir qədər artıq pay ala bilərlər. Lakin müasir dünyada xüsusi sahibkarlıq vəziyyəti elədir ki, hərənin az bir miqdar əldə etdiyi kapital, ona gözləmək imkanı vermir. Çünki, onlar bu az kapitalla böyük bir sənayeləşmə mexanizminin qarşısında dururlar.

Kapital sahibləri ilə fəhlələrin maraq işləri onlara yaxınlaşır və uzaqlaşır. Ona görə də idarə edənlər həm kapital sahiblərindən həm də fəhlələrdən möhkəm yapışıb, kapitalın və əmək haqqının artırılması və öz sahibkar mənfəətlərinin yüksəldilməsi uğrunda əzmlə çalışırlar.

Bu istiqamətdə əməyə görə gəlir, kapitala görə faiz və mənfəət, sahibkarlıq qabiliyyətinə görə mənfəət, torpaq rentası, torpaqdan istifadə etmə ətraflı şəkildə tədqiq edilir.

Əvvəlki səkkiz fəslin qısa xülasəsini şərh etməklə Marşall bölgüyə bir daha ümumi səpkidə yanaşır.

Bölgü sistemində və onun tənzimlənməsində istehsalın müxtəlif maddi və insan amillərinin rolunun nəzərə alınması, onların qarşılıqlı tə'sirə mə'ruz qalmasının diqqət mərkəzində saxlanılması zərurəti qeyd olunur. Beləliklə də kapitalın necə artması hesabına, iş qüvvəsindən nə cür istifadə etmək imkanları haqqında problemin diqqət mərkəzində saxlanılması, onların əmək məhsuldarlıqlarının yüksəldilməsi göstərilir. Son hədd məhsulunun müəyyən edilməsi, işçilərin işlə tə'min olunması, son məhsuldarlığın nəzərə alınması bölgü prosesi üçün vacibliyi şərh edilir.

Kapitalın və əməyin tətbiqinin miqyası əsasında ümumi tərəqqinin müəyyən olunması, onun milli gəlirin səviyyəsinə tə'siri tədqiq olunur. Xarici ticarətin, emal sənayesinin inkişafı kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı əmək məsrəflərinin azaldılması tərəqqinin həm səbəbi, həm də nəticəsi kimi qeyd olunur.

Tərəqqi ilə həyat səviyyəsi arasındakı əlaqəni göstərən Marşall "Ümumi qaydalar" əsasında milli gəlirin əldə olunmasına və bölgüsünü şərh edir və sosial tərəqqinin istiqamətlərini izah edir.

VI kitab Azad sənayenin və sahibkarlığın artımı, iqtisad elminin inkişafı, iqtisad elminin predmeti və metodu, iqtisad elmində abstrakt düşüncələrdən istifadə, kapitalın mahiyyəti, barter ticarəti və s. əlavələrlə yekunlaşır.
§3. C.KLARK - NEOKLASSİK NƏZƏRİYYƏNİN AMERİKAN MƏKTƏBİNİN BANİSİDİR
Neoklassik iqtisadi nəzəriyyənin formalaşmasında Amerikan məktəbinin xüsusi rolu olmuşdur. Onun yaradıcısı Con Beyts Klark (1847-1938) hesab olunur. O, ABŞ-nın Rod-Aylend ştatının Providens şəhərində anadan olmuşdur. ABŞ-ın Amhert kollecini bitirdikdən sonra ali təhsilini Avropa Universitetlərində almışdır. Əvvəlcə Almaniyanın Heydelberq Universitetində, sonra isə İsveçrənin Surix Universitetində təhsil almışdır. Özünün iqtisadi baxışlarının formalaşmasında Heydelberqdə təhsil aldığı vaxt ona dərs demiş alman Karl Knisin böyük tə'siri olduğunu qeyd etmişdir.

ABŞ-a qayıdandan sonra əsasən müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1872-1895-ci illər ərzində amerikanın bir sıra kolleclərində iqtisadiyyat professoru kimi fəaliyyət göstərmişdir. Onun tələbələri sırasında sonralar ABŞ-da çox sanballı iqtisadçı hesab olunan T.Veblendə olmuşdur. 1895-1923-cü illər ərzində Kolumbiya Universitetində dərs demişdir.

İqtisad elminə olan böyük məhəbbəti və istəyi onun Amerikada iqtisadçılar assosiasiyasının yaradılması ideyasına gətirib çıxardı. Göstərmək lazımdır ki, bu assosiasiyanın fəaliyyəti ABŞ-da iqtisad elminin nəzəri, həm də praktiki istiqamətdə inkişaf etməsinə səbəb olur. C.Klark 1893-1895-ci illər ərzində Amerika iqtisadçılar assosiasiyasının prezidenti kimi fəaliyyət göstərir.

Əgər XIX əsrin sonunda İngiltərədə ən görkəmli iqtisadçı A.Marşall hesab olunurdusa, ABŞ-da da öz iqtisadi baxışlarına görə C.Klark hesab olunurdu. Lakin Klarkın öz Avropalı həmkarından fərqi ondan ibarət idi ki, o iqtisadi hadisələri kompleks və sistemli şəkildə deyil, konkret şəkildə öyrənməyə üstünlük verirdi. Bununla əlaqədar olaraq o öz ideyalarını bölgü vasitəsi ilə şərh etməyə üstünlük vermişdir.

Beləliklə, Klarkın özünün iki əsərini "Sərvətin fəlsəfəsi" (1886) və "Sərvətin bölgüsü" (1889) yaradır.

"Sərvətin bölgüsü" Klarkın iqtisadi baxışlarının tərənnüm edən əsas əsər kimi ona dünya şöhrəti gətirir. Ona həm ABŞ-da həm də Avropada şöhrət gətirən bu əsər keçmiş SSRİ-də 1934-cü ildə və Rusiyada 1992-ci ildə nəşr edilmşdir.

C.Klark "Sərvətin bölgüsü" əsərinin məqsədi kimi göstərir ki, "İctimai gəlirin bölgüsü" ictimai qanunlarla tənzimlənir. Əgər bu qanun heç bir maneəyə rast gəlməzsə, onda hər bir istehsal amilinə yaratmış olduğu sərvət məbləğini verərdi.

XXVI fəsildən ibarət olan bu əsər öz strukturu e'tibarı ilə olduqca spesifikdir. Onun spesifikliyi onunla müəyyən olunur ki, əvvəla əsərin ilk iki fəslində demək olar ki, bütün iqtisadi ideyaların yığcam xülasəsi verilir. İkincisi, hər bir elmi xülasə faktlarla, şərhlərlə, ilyustrativ materiallarla əsaslandırılır. Üçüncüsü, müəllif elmi diskussiya girməyəcəyini qeyd etsə də, lakin özü olduqca tutarlı disskussiya üçün material vermişdir.

Əsərin təhlilinə keçməzdən əvvəl göstərməliyik ki, Klark öz iqtisadi baxışlarını, sonralar yazmış olduğu "Əmək haqqının elmi qanunun qurulmasının mümkünlüyü" (1899), "İnhisarlar problemi" (1901), "İqtisadi nəzəriyyənin mahiyyəti" (1907) əsərlərində daha da inkişaf etdirmişdir.

Klarkın elmi müddəalarının "Sərvətin bölgüsü" əsərində daha ümumiləşdirilmiş şəkildə verildiyindən Amerikan iqtisadi məktəbinin metoloji mənbəyi öz başlanğıcını məhz bu əsərdən götürmüşdür.

Klarkın konsepsiyasına görə ictimai gəlirlər "təbii qanunlarla" tənzimləndiyindən, hər bir sosial qrup, ədalətlilik prinsipinə görə pay almaq imkanına malik olur.

Klark göstərir ki, cəmiyyətin illik gəliri üç mühüm hissəyə ayrılır. 1) Əmək haqqının ümumi məbləğinə, 2) Faizin ümumi məbləğinə, 3) Məcmu mənfəət məbləğinə.

Müvafiq olaraq bu gəlirlər əməyi, kapitalı və istehsalı təşkil edənlərin sərəncamına keçir. Klark mənfəətin gəlir növü kimi mahiyyətini həm kapitalist, həm də sahibkar baxımından çox incəliklə fərqləndirir. O göstərir ki, mənfəət kapitalistə, sahibkarın sərəncam və istifadəsinə vermiş olduğu maşın və avadanlıqlarına görə, sahibkara isə istehsal amillərinin birləşdirilməsi qabiliyyətinə görə, istehsala yenilik gətirmək və təşkilatçılığına görə çatır. Mənfəətin sahibkarlara çatacaq səviyyəsinin rolunu, Klark xüsusi qeyd edir və göstərir ki, məhz onun dərəcəsi istehsal amillərinin qarşılıqlı əlaqəsinin səmərəliliyini əks etdirir. Klarkın hər istehsal amilinə görə məhsuldan müvafiq pay əldə etmək me'yarını faydalılığın azalmasında görür. Faydalılığın azalmasını istehsal amilləri üzrə tədqiq edən müəllif belə qənaətə gəlir ki, bazar sistemi üçün istehlakçının mövqeyi nəzəriyyəsindən, istehlakçı tələbi nəzəriyyəsindən daha çox istehsal amillərinin seçilməsi nəzəriyyəsi daha çox əhəmiyyət daşıyır. İstehsal amillərinin seçilməsi həm məhsulların faydalılıq həddini, həm də son məhsuldarlıq həddini müəyyən etmək olar. Beləliklə də, hər bir sahibkar elə tətbiq olunacaq amillər qrupunu tapmağa çalışmaq istəyir ki, onların vasitəsi ilə minimum xərclə maksimum gəlir əldə etmək mümkün olsun.

Klark göstərirdi ki, əmək haqqının bazar səviyyəsi mövcuddur və o "təbii qanunla müəyyən edilir. Onun məbləğinin sahibkardan istər bicliklə, istərsə də tərsliklə əldə etmək imkanı" məhsuldarlıq səviyyəsinə görə məhduddur. Məhsuldarlıq isə tətbiq olunan amillərin kəmiyyətindən asılıdır. Burada da istifadə olunan hal vahid amillər son məhsuldarlığı müəyyən edici rol oynayır.

Konkret misal əsasında Klark bunu belə izah edir. İki amil götürülür. Əgər bu amillərin biri dəyişilməz qəbul olunsa, onda digər tətbiq olunan amilin kəmiyyətinin artımı ilə az gəlir gətirəcək. Bu əmək və kapital amili vasitəsi ilə izah olunur. Əmək onun sahibinə əmək haqqı, kapital isə mənfəət gətirir. Əgər dəyişilməz kpitalla əlavə işçi tutulursa, onda gəlir işçilərin sayına görə proporsional artmayır. Çünki, hər sonra tutulan işçinin məhsuldarlığı aşağı düşəcəkdir. Sonuncu və ya əlavə tutulan işçinin məhsulu aşağı məhsuldarlıq kimi əmək haqqının kəmiyyətini müəyyən edəcəkdir. Bu yalnız sonuncu işçi deyil, bütün digər işçilərə də şamil olunacaq. Belə analoji təhlil axırıcı buğda kisəsinin son faydalılığı ilə bağlı da aparılır. Burada vacib olan bir cəhəti nəzərə almaq lazımdır ki, əgər bir fəhlə eyni vaxtda bir deyil, bir neçə dəzgaha, məsələn, 3 dəzgaha xidmət göstərirsə, bu o demək deyil ki, məhsuldarlıq əvvəlki dəzkahda olduğu səviyyədə artacaq. Yaxud avtomobil mühərrikinin gücü iki dəfə artırılarsa, bu o demək deyil ki, qət olunan məsafəyə iki dəfə tez çatılacaq. Burada məsafəni tez qət etmək olar, lakin mühərrikin gücünün iki dəfə artımından asılı olaraq, ora iki dəfə tez çatmaq olar.

Klarkın konsepsiyasına görə əmək haqqı sonuncu əməyin məhsulu ilə uzlaşır. Muzdla tutulan işçilərin də həddi, sahibkar üçün onun gəlir gətirmə səviyyəsi ilə müəyyən olunur. Restoranda 30 xidmətçi çalışa bilər, lakin 36 nəfərlə xidmət daha tez gedə bilər. Əlavə 6 işçi restoranda xidmət səviyyəsini yüksəldirsə, lakin onun sahibinə heç bir əlavə gəlir gətirmir. Belə şəraitdə ümumi əmək haqqı fondu, sonuncu məhsul kimi çıxış edir. Əmək haqqının işçilərin sayına olan hasili, gəlir səviyyəsini müəyyən edir. Əmək haqqı fondu ilə yaradılmış məhsulun və ya əldə edilmiş gəlirin fərqi, sahibkar gəlirinin həddini müəyyən edir. Deməli, işçilərin sayının hər dəfə artımı, sahibkarın əldə edəcəyi payın azalmasına səbəb olacaqdır.

Beləliklə, sonuncu işçi öz əməyinin tam məhsulunu əldə edir. Sahibkarlın mövqeyi baxımından isə əlavə işçinin tutulması, əlavə gəlir gətirməyərək, eyni zamanda heç bir ziyan vermədən "təfavütsüz zonasına" daxil olur. Əlavə işçinin tutulması o vaxta qədər davam edir ki, əməyin son məhsulu "normal" əmək haqqı səviyyəsi ilə bərabərləşir.

Bunu Klark gəlirin əmələ gəlmə sxemi vasitəsi ilə izah edir.



V

Normal əmək

haqqı səviyyəsi E S əməyin

son


məhsulu

A D


Burada SD=EA bərabər olması son məhsulun normal əmək haqqı səviyyəsinə bərabər olduğu zonası əks etdirir. Bu bərabərlikdən yuxarı hissə sahibkarlığın gəlir faizinin həddini normal səviyyəyə qədər həddinin dəyişilməsi mümkünlüyünü əks etdirirsə, aşağı hissə isə son faydalılıq həddinin aşağı düşməsini əks etdirir.

Əməyin məhsulu Klarka görə o vaxt işçiyə tam çata bilər ki, eyni zamanda o həm işçi olsun, həm də kapitalist. Lakin işçi və kapitalist müxtəlif simalardır. Ona görə də əmək haqqının mənşəyi e'tibarilə nə qədər əməyə məxsus olduğunu müəyyən etmək qeyri mümkündür. Belə şəraitdə məhsulun əldə olunmasına kömək göstərmiş maşın və avadanlıqlar, orada çalışanlara məxsus olacaqdır. Klarkın ideyasına görə əmək haqqının səviyyəsini rəqabət bərabərləşdirir. Bazar qiymətləri "daimi standartlar" ətrafında tərəddüd edir. Müxtəlif ixtisas sahiblərinin əmək haqqı səviyyəsindəki fərqlər kəskin ola bilər. Məsələn, cərrahın bir saatlıq əmək haqqı, sürücünün və ya dərzinin bir aylıq əmək haqqına bərabər ola bilər. Lakin kəskin fərqlənməni yalnız rəqabət əsaslandıra bilər.

Faizin mənşəyi ilə əlaqədar Klark analoji olaraq belə misallardan istifad edir. O, göstərir ki, əgər işçilərin sayı dəyişilməz qəbul olunarsa, onda əsas kapitalın (dəzkahların sayı) sayının artımı ilə, tətbiq olunan kapitalın məhsuldarlığının azalmasına uyğun olaraq aşağı düşəcək. Kapital sahibi, "sonuncu vahid"in gəlirinə uyğun olaraq öz gəlir payını və ya faizini əldə edəcək.

Bununla belə Klark gəlirlərin bölgüsünün həm mikro, həm də makro səviyyədə aparılmasını fərqləndirir. Belə fərqləndirmə yolu ilə bölgü vasitəsi ilə sosial nəticələri əsaslandırır. Bununla da Klark sübut edir ki, əməyin heç bir istismarı mövcud deyildir. Əgər işçinin əmək haqqı, sonuncu işçinin minimum məhsuluna bərabərdirsə, onda işçilərin artımı səviyyəsində onun səviyyəsi obyektiv olaraq aşağı düşməlidir. Mənfəət isə "dinamik vəziyyətə" uyğun olaraq, yə'ni sahibkarın istehsalın yenilikçisi kimi fəaliyyət göstərdiyindən arta bilər. Yeniləşmə prosesi, mənfəətin səviyyəsinin qorunmasına görə sür'ətlə gedə bilər. Belə sür'ətli proses istehsal amillərinin məhsuldarlıq səviyyəsinin dəyişilməsinə uyğun olaraq seçilməsini zərərləşdirir. Məhsuldarlıq həddi, gəlirlərin bölgüsündə əsas və müəyyənedici amilə çevrilir. Bununla da məhsuldarlıq həddi elmi nəzəriyyəyə çevrilir.

Son məhsuldarlıq nəzəriyyəsi istehsal amillərinə qiymətin əmələ gəlməsini əks etdirir. Hər amilə olan qiymət, onlara olan tələbə uyğun olaraq formalaşır. Belə formalaşma prosesi Klarka, bütün istehsal amillərinin eyni mənşəli olma fikrinə gətirir. O, belə hesab edir ki, hər bir amil məhsulun istehsalında və yaradılmasında səmərəli funksiyasına uyğun olaraq öz gəlirini və ya öz payını əldə edir.

Klarkın məhsuldarlıq həddi konsepsiyasının xüsusiyyəti ondan ibarətdir ki, bölgü nəzəriyyəsi istehsal amillərinin məsrəfinə, qoyuluşuna görə deyil, hər amildən alınan nəticəyə görə formalaşır.

C.Klark iddia edirdi ki, cəmiyyətin bu formada mövcudluğu və bu cür yaşamaq ehtimalı mübahisəlidir. Çünki, cəmiyyətin üzərində bir ittiham dolanmaqdadır. Bu ittiham ondan ibarətdir ki, əmək istismar olunur. Əgər bu ittiham sübut olunsa idi, onda hər bir vicdanlı insan sosialist olmalı idi. Hər bir əsl iqtisadçının borcu bu ittihamı yoxlamaqdır. Ona görə də C.Klark bütün gücünü kapitalizmin sosial ədalət prinsipini sübut etməyə sərf etmişdir.

Bu məqsədlə Klark tədqiqatın özünəməxsus metodunu seçmişdir. O, iqtisad elmini 3 (üç) bölməyə ayırmışdır.

Birinci bölmə "universal qanunların" axtarışına həsr olunmuşdur. Təcrid olunmuş təsərrüfatı və istehsakçıların psixologiyasını tədqiq edərək, Klark üç "universal qanun" kəşf edir.

1). Faydalılıq həddi qanunu.

2). Spesifik məhsuldarlıq qanunu.

3). Məhsuldarlıq azalması qanunu.

İqtisad elminin ikinci bölməsini o, iqtisadiyyatın statik vəziyyətindəki təhlilinə, üçkünc bölməni isə onun dinamikasının qanunlarının öyrənilməsinə həsr etmişdir.

Klarkın iqtisadi baxışları sisteminə xas olan daxili zəiflik, onun statika və dinamika haqqında tə'limində əyani olaraq əks olunmuşdur. Bu tə'limi siyasi iqtisada o, nəzəri mexanikadan gətirmişdir. Burada ön plana o, statika problemlərini qoyur, və iqtisadi qanunları "müvazinat qanunları" şəklində təsvir edirdi. İnkişaf prosesini o müvazinatın bir səviyyədən digər səviyyəyə keçməsi kimi təqdim edir, bütün dəyişiklikləri ancaq kəmiyyət dəyişikliklərinə aid edirdi.

İqtisadi dinamikanı şərh edən Klark göstərir ki, belə şərait müvazinatın pozulmasının əsas səbəbidir. Məhz belə vəziyyətdə müvazinatın bir vəziyyətdən digər vəziyyətə keçməsi baş verir. Müvazinatın pozulmasının əsas səbəbini Klark sahələr arasındakı disproporsiya ilə tələb və təklif arasındakı uyğunsuzluqla əlaqələndirirdi. Bununla yanaşı o, müvazinatın pozulmasına xarici təsadüfi amillərin də tə'sir göstərdiyini qeyd edirdi.

Müvazinatın pozulması səbəblərini, eləcə də onun bərpa olunması imkanlarını siyasi iqtisadın statik qanunlarında görən Klark göstərirdi ki, dinamika statik vəziyyətin davamıdır. Beləliklə də, o göstərirdi ki, müvazinatın statik vəziyyətdə baş verməsi səbəblərini izah etməkdən ötəri, mütləq iqtisadi dinamikanı təhlil etmək lazımdır. Beləliklə də, Klark göstərirdi ki, müvazinatın dolğun şərhi, onun iqtisadiyyatda gedən inkişaf prosesləri ilə əlaqədar öyrənilməsi ilə bağlıdır.

Bir cəhəti də xüsusi qeyd etmək lazımdır ki, Klark müvazinat prosesinin şərhində J.B.Seyin istehsal amilləri nəzəriyyəsindən istifadə etmiş, onların sərvətinin artımındakı rolunu göstərmişdir.

Eyni texnoloji proseslərə, eyni akt və materiallara əsaslanan və eyni məhsul növü buraxan istehsalda heç vaxt əldə olunan ne'mətlərin kəmiyyətini nə artırmaq olar, nə də ki, azaltmaq olar. Eyni ilə bu proses əgər torpaq sahələrinə, yaxud da fabriklərə şamil edilirsə, belə şəraitdə istehsalın sosial-statik vəziyyəti dəyişməz qalır. Çünki, məhsuldar orqanizm öz formasını dəyişməz saxlayır. Ona görə də sərvətin artımında, mövcud istehsal şəraitində, mövcud texniki səviyyədə tətbiq olunan əməyin kəmiyyətində mütləq dəyişikliklər etmək lazımdır. Çünki, bir-birindən asılı olan e'mal və hasil sahələri, eləcə də tələb və təklif eyni bərabərlikdə fəaliyyət göstərmir.

Əslində statik vəziyyətdə hərəkətin qapalı sistemi müşahidə olunur. Burada müvazinatlı və iqtisadiyyatın sabit prosesi əks olunur. Lakin iqtisadiyyatın müvazinatlı və sabit prosesi böyük iqtisadi dinamik güclə rastlaşır ki, bu da onun miqyasının dəyişməsinə səbəb olur. Klark iqtisadi dinamikanın olduqca tə'sirli gücünü görərək, çox uzaqgörənliklə qeyd etmişdir ki, "dünyanın normal sərvəti və əmək haqqının təbbi səviyyəsi, indikindən 2000-ci ildə qat-qat yüksək olacaqdır". Bunun da başlıca səbəbini Klark iqtisadiyyatı qeyri-sabit vəziyyətə gətirən dinamik şəraitlə əlaqələndirirdi. Dinamik şəraiti formalaşdıran beş amil qrupunu Klark xüsusi qeyd edərək göstərdi ki, məhz belə halda cəmiyyət dinamik vəziyyəti alır və ilkin olaraq mövcud sosial strukturaya tə'sir göstərir. Dinamik şəritin amillərini Klark belə göstərirdi: birincisi, əhalinin artımı, ikincisi, kapitalın artımı, üçüncüsü, istehsal metodlarının yaxşılaşdırılması, dördüncüsü, sənaye müəssisələrinin formalarının dəyişilməsi, beşincisi, daha məhsuldar müəssisələrin köhnə və az məhsuldarlı müəssisələrə nisbətən yaşaması.

Bu amillərin hər biri cəmiyyətin dinamik inkişafının əsas səbəbi olmaqla, onun statik vəziyyətindən çıxmasının başlıca istiqaməti kimi qiymətləndirirdi.

Rikardonun və onun davamçılarının statik dünya yaradılması ideyalarını, düşünülməmiş cəhd kimi qeyd edən Klark göstərirdi ki, XX əsrin axırlarında insanlar cəmiyyətin dinamik vəziyyətə gətirən amillərin rolunu dəqiq və doğru dərk edib, qiymətləndirə biləcəklər. Belə şəraitdə "iqtisadi dinamikanın xalis nəzəriyyəsi" meydana gələcək və hər cür dəyişikliklərə mə'ruz qalan amillərin keyfiyyət halı özünü əks etdirəcəkdir.

"Universal qanunlar" axtarışında Klark robinzon metoduna üz tutaraq inandırmağa çalışırdı ki, guya hətta ibtidai insan belə kapitalla əməliyyatlar həyata keçirməlidir. Doğrudur burada o, "sosial kapitalı" nəzərdə tuturdu. İctimai istehsalı o, ayrıca firma təkin bir orqanizma bənzədirdi. Müafiq olaraq, ictimai istehsalda tətbiq olunan kapital "sosial kapital" termini adı altında bütöv bir tam (vahid) şəklində nəzərdən keçirilirdi.

Qiymət nəzəriyyəsinin əsasına Klark "məhsuldarlıq həddi qanunu" qoymuşdur ki, bu da Avstriya məktəbinin tərtib etdiyi faydalılıq həddi nəzəriyyəsinin dəyişdirilmiş variantından başqa bir şey deyildir. Klark nə kimi yenilik təklif edirdi.

Klark subyektivçilikdən yaxa qurtarmaq üçün təklif edirdi ki, ne'mətin iqtisadi faydalılığını "avstriyalılar" və Marşall yazdığı kimi fərdlər deyil, alıcılar qrupu müəyyən etməlidir. Bundan başqa qeyd olunurdu ki, əmtəənin qiymətliliyi onun ayrı-ayrı xüsusiyyətlərinin faydalılıqlarının cəminə bərabərdir, çünki qiymətin müəyyən olunması zamanı bütövlükdə əmtəənin faydalılığı deyil, onu təşkil edən hissələrin faydalılığı nəzərə alınır, belə ki, hər bir əmtəə özündə müxtəlif faydalılıqların nümunəsini əks etdirir. Beləliklə, Klark alıcılar qrupunu və hər əmtəədəki rəngarəng faydalılığı xüsusilə ayırd edirdi. Öz müddəalarını əsaslandırmaq üçün o, müxtəlif əmtəələrə qiymətlərin qoyulması misalları gətirmişdir. Belə ki, yaxta çoxsaylı faydalılığa malik olan bir əmtəə kimi nümayiş etdirilirdi. Bunlardan birincisi, insanı suda saxlamaq qabiliyyətinə malik olan quru ağacın faydalılığıdır; ikincisi, taxta parçasının köməyi ilə insanın suda hərəkətini mümkün edir; üçüncüsü, insanın quru qalmasına kömək edir; dördüncüsü, yelkəslərin köməyi cəld və təhlükəsiz hərəkəti tə'min edir; beşincisi, insanın estetik zövqünü və tələbatlarını ödəyir. Burdan belə nəticə alınır ki, bu beş xassənin cəmi, özlüyündə qayığın malik olduğu "faydalılıqlar bağlaması"nı əks etdirir. Klarkın fikrincə, qiymətin ayrı-ayrı fərdlər tərəfindən deyil, alıcılar qrupu tərəfindən müəyyən olunması səbəbindən beş faydalılığın hər biri müəyyən qrup alıcılar üçün "son həddə" malik olacaq. Belə ki, bə'zi qrup alıcılar var ki, yalnız quru ağacı, digərləri odun parçasını, üçüncülər yelkənli qayığı və s. alacaqdır. Yalnız beşinci qrup alıcılar özgələrinə görə bütün qayğı ala bilərlər. Əgər əvvəlki qrup alıcılar almasaydı, yaxtanın hər bir "faydalılıq bağlaması"nın qiymətini bir alıcı ödəsəydi, onda o, 1000 dollar xərcləməli olardı. 1500 dollar quru ağac üçün, 300 odun parçası üçün, 100 dollar - üçüncü faydalılıq üçün, 75 dollar - yelkənli qayığın keyfiyyəti üçün və yalnız 25 dollar - yaxtanın komfortuna görə, çünki, estetik tələbat burada ən az faydalılığa malikdir. Bu, guya ki, ona görə baş verir ki, quru ağacın son faydalılığı suyun üzərində qalmaq istəyən alıcılar tərəfindən yalnız 5 dollarlıq qiymətləndirilir. Odun parçasının son faydalılığı üçüncünün 15 dollar ... və nəhayət yaxtanın son faydalılığı, əvvəlki kimi, 25 dollardır. Bütün bu qiymətlərin cəmi yaxtanın ictimai qiymətini verir (75 dollar).

Klark "faydalılıq həddi nəzəriyyəsini təbliğ etməklə yanaşı, özünün "sosial faydalılıq" nəzəriyyəsini yaratmışdır ki, bu nəzəriyyəyə görə, insanın tələbatının ödənilməsi bu tələbatın vacibliyindən irəli gəlir. Onun fikrincə, ədalətlilik prnsipi cəmiyyətin ictimai gəlirinin düzgün bölüşdürülməsindən asılıdır. O, belə hesab edir ki, "hər kəsə öz yaratdığını vermək" ədalətlilik prinsipinin qanuni ifadəsidir. Klark ictimai gəlir bölgüsünün təbiət qanunu əsasında idarə edilməsini iddia edərək, göstərir ki, bölgü istehsal amillərinin (əmək, kapital və torpaq) rolu əsasında həyata keçirilir, nəticə də ictimai gəlirin bölgüsündə fəhlə öz əməyinin yaradılmış məhsulu, kapitalist isə kapitalının "məhsulunu" almış olur. Klarka görə, ictimai gəlirin bölgü prinsipi bilavasitə istehsal amillərinin yə'ni əməyin kapitalın və torpağın fəaliyyəti nəticəsində meydana çıxan və alınan payın kəmiyyəti də istehsal amillərinin "məhsuldarlıq həddinə" uyğun olur.

Klark cəmiyyətin iqtisadi qanunlarını öyrənən siyasi iqtisadi təbiət qanunlarının fəaliyyəti ilə, o cümlədən "torpaq məhsuldarlığının azalması" qanunu ilə əlaqələndirməyə çalışırdı. O, bu qanunu yalnız torpağa aid etməyib həm də əməyin və kapitalın məhsuldarlığının azalmasına aid edərək, özünün məhsuldarlıq həddi" nəzəriyyəsini irəli sürür. Burada o, göstərdi ki, "əmək məhsuldarlığının azalması" qanunu universal xarakterli olduğundan bütün təsərrüfatlarda fəaliyyət göstərir. Bu qanuna görə kapital və avadanlığın həcmi dəyişmədiyi halda, fəhlələrin sayı artarsa, onda işə yeni cəlb edilən fəhlələrin əmək məhsuldarlığı özündən əvvəlki fəhlələrin məhsuldarlığına nisbətən ardıcıl surətdə azalması ilə nəticələnir.

Klark əmək haqqı səviyyəsini müəyyən edirkən "məhsuldarlığı həddi" nəzəriyyəsinə əsaslanaraq göstərir ki, əgər müəssisədə 5 fəhlə varsa, birinci fəhlənin faydalılığı ikinci fəhləyə nisbətən və eləcə də ikinci fəhlənin faydalılığı üçüncü fəhləyə nisbətən daha yüksək olacaqdır. Klark faydalılığı müəyyən edərkən "məhsuldarlıq həddi"ni əsas götürür və onu faydalılığın ölçüsü hesab edir. Buna görə də o, əmək haqqını da sonuncu fəhlənin "məhsuldarlıq həddi" ilə müəyyən edir. Klarkın məntiqi ilə, pis istehsal şəraitində işləyən və yalnız öz istehsal xərclərini ödəyən fəhlələr ən məhsuldar fəhlələrdir. Klark iddia edir ki, əgər fəhlələrin sayının dəyişmədiyi müəssisələrdə kapitalın miqdarı artarsa, onda kapitalın işə tətbiq edilən hər bir hissəsi əvvəlki kapital artımına nisbətən az miqdarda yeni məhsul yaradacaqdır.

"Məhsuldarlıq həddi" nəzəriyyəsində Klark mənfəət səviyyəsinin əmək haqqı səviyyəsi kimi məhsuldarlıqdan asılı olduğunu sübut etməyə çalışırdı. Lakin onun fikrincə, əhalinin artımı kapital artımına nisbətən daha sür'ətli olduğu üçün bu qanun məhz fəhlələrin payına tə'sir edir və buna görə də, sonuncu əmək vahidinin yaratdığı məhsul bütün fəhlələrin əmək haqqı səviyyəsini müəyyən edən ölçü vasitəsi olur.

Klarkın "Əmək və kapitalın məhsuldarığının azalması qanunu" haqqında yürütdüyü fikir, onun "statik müvazinat" nəzəriyyəsi ilə üzvi surətdə bağlıdır. O, cəmiyyətin "statik müvazinatdan" çıxıb, dinamik müvazinata keçməsinə tə'sir göstərən müxtəlif amillərin rolunu xarakterizə edərək göstərir ki, cəmiyyətin dinamik müvazinata keçməsinə əhali artımı, kapital yığımı, istehsalın yeni təşkili, yeni sənaye sahələrinin yaranması və insan tələbatının dəyişilməsi amilləri tə'sir göstərir. Klakın fikrincə, cəmiyyətin müvazinatının pozulmasına tə'sir göstərən başlıca səbəb əhalinin artımı və kapital yığımıdır. O, statik müvazinat nəzəriyyəsi ilə cəmiyyətdə baş verən texniki tərəqqini inkar edərək, bunun əsasında özünün maltusçu "əmək haqqı" qanununu irəli sürmüşdür. Məsələn, Klark əmək haqqının aşağı səviyyəyə düşməsi və işsizlərin (Ehtiyat əmək ordusunun) yaranması səbəbini əhalinin sür'ətli artımında görürdü.

Siyasi iqtisadın iki mühüm bölgüsü olan statika və dinamika haqqında tə'limi, Klark "Öhdələnmə və bölgü" nəzəriyyəsini tərtib edərkən istifadə etmişdir. Bu nəzəriyyədə o, kapitalizmdə istismarın olmadığını və gəlirlərin ədalətli olduğunu sübut etməyə çalışırdı. Bu məqsədlə Klark "Spesifik məhsuldarlıq qanunu" formalaşdırmışdır. O, burada istehsalın dörd amilini göstərmişdir.

1. Pul formasında kapital;

2. Kapital nemətləri (istehsal vasitələri və torpaq);

3. Sahibkarın fəaliyyəti;

4. Fəhlələrin əməyi.

Daha sonra o, qeyd edirdi ki, istehsalın hər bir amili spesifik məhsuldarlığa malik olub, gəlir yaradır, özü də hər bir sahibkar sahibi olduğu amildən meydana gələn gəlir payını alır. Belə ki, kapital bankrə faiz gətirir, kapital ne'mətlər rentanı yaradır, sahibkarın fəaliyyəti ona mənfəət (sahibkar mənfəəti) gətirir, əmək isə fəhləyə əmək haqqını tə'min edir. Gördüyünüz kimi, əsas ideya burada bə'zi modifikasiya ilə Seyin "xidmətlər nəzəriyyəsindən" götürülmüşdür.

Modifikasiya bundan ibarət idi ki, Klark Seydən fərqli olaraq, kapitalı bir amil kimi deyil, iki amil kimi (pul kapitalı və kapital ne'mətləri) nəzərdən keçirirdi. Daha sonra o qeyd edirdi ki, statika şəraitində sahibkar mənfəəti mövcud deyildir. Çünki, azad rəqabət guya ki, orta mənfəətin yenidən bölgüsünə deyil, onun tam ləğv edilməsinə gətirib çıxarır. Bu müddəanı sübut etmək üçün Klark o şəxsləri sahibkar adlandırdı ki, onların kifayət qədər iş qabiliyyətləri olsa da, şəxsi kapitala malik deyillər.

Klark kapitalist iqtisadiyyatının inhisarlaşması prosesini də nəzərdən qaçırmamışdır. "İqtisadi nəzəriyyənin mahiyyəti" əsərində, o, inhisarların özünə məxsus tənqidi ilə çıxış etmişdir və inhisarları soyğunçuluqda vətərəqqinin qarşısını almaqda ittiham etmişdir.

Beləliklə, C.Klark "Amerikan məktəbinin" neoklassik məktəbinin yaradıcısı kimi cəmiyyət həyatında istehsal amillərini seçilməsinə uyğun olaraq faydalanma həddini müəyyən etmişdir.

Eyni zamanda təklif nəzəriyyəsin neoklassik mahiyyətinin dərk olunmasına dair tə'lim yaratmışdır. Son məhsuldarlıq tə'limi istehsalın təşkil və idarə olunmasının optimal variantının seçilməsi və əsaslandırmasına və uyğun inkişaf modelinin tətbiq olunmasına istiqamət vermişdir.

§4. V.PARETONUN İQTİSADİ TƏLİMİ
Görkəmli neoklassik iqtisadi nəzəriyyənin nümayəndəsi, riyazi məktəbin nəzəriyyəçisi, L.Valrasın tələbəsi və onun "lozan məktəbi" üzrə davamçısı Vilfredo Pareto (1848-1923) müvazinat nəzəriyyəsinin optimal xarakterini tədqiq etmişdir. Özündən əvvəlki sələflərindən fərqli olaraq iqtisadi hadisələrin səbəb nəticə əlaqələrindən tamamilə imtina edir. Onun üçün Cevonsun və Valrasın öyrənməyə cəhd etdikləri qiymətin, son faydalılığın, tələbin, təklifin və xərclərin qarşılıqlı əlaqə daşımasının heç bir əhəmiyyəti yoxdur. Pareto əsas diqqətini "xalis" iqtisadi nəzəriyyənin yaradılmasına yönəldir.

İqtisadi hadisələrin gedişatında "məntiqi metoddan" deyil, "riyazi" metoddan istifadə edir.

Onun 1898-ci ildə dərc etdirdiyi iki cildlik "Siyasi iqtisad kursu" və 1906-cı ildə dərc etdirdiyi Siyasi iqtisadın təlimi əsərlərində ümumi müvazinat nəzəriyyəsini əsaslandırmışdır.

V.Pareto da iqtisadi təhlilin marjinalist ideyalarından çıxış edərək ümumi müvazinatın problemlərini öyrənmişdir. Məhz Paretonun bu sahədəki tədqiqatı, onun marjinalizmin ikinci cərəyanın yaradıcısına çevrilmişdir.

V.Pareto iqtisadi hadisələrdə funksional mövqeyə üstünlük verərək ümumi müvazinatı öyrənmişdir. Xüsusən faydalılıqdan (tələbatdan) imtina edərək, göstərirdi ki, bu hal heç də mübadilənin gedişatının əsas səbəbi deyil. İqtisadi sistem və eləcə də iqtisadi müvazinatın baş verməsi üçün tələb (istehlak) və təklif (istehsal) elementləri əsas götürülür.

Ümumi tarazlıq üçün tələb və təklifin uyğun olaraq istehlak və istehsalın oynadığı rolu əsas götürən V.Pareto "xalis" iqtisadi nəzəriyyə ideyasına sadiq qalaraq hesab edirdi ki, gəlirlərin bölgüsündəki qeyri-bərabərlik onların sinfi xarakterindən irəli gəlmir. Bu qeyri-bərabərliyin əsas səbəbi istehsaldır. O yazırdı ki, "Yoxsul siniflərin" rifah halının artımı hər şeydən əvvəl istehsalın problemidir. Yoxsul siniflərin vəziyyətinin yaxşılaşdırmasının ən düzgün vasitəsi-sərvətin üstün artırılmasıdır.

"Siyasi iqtisadın tə'limi" əsərində V. Pareto faydalılığı kəmiyyətcə xarakterizə olunmasının ən'ənəvi baxışlarını şəxslər arası faydalılığın müqayisəsini inkar etmişdir. İlk dəfə olaraq maksimum ictimai fayda məvhumunu əsaslandırmışdır. İqtisadi ədəbiyyatlarda maksimum ictimai fayda "Pareto optimumu" kimi adlandırılır.

Maksimum ictimai faydaya nail olunmasının əsas me'yarını da Pareto resursların düzgün bölüşdürülməsində görürdü.

Pareto optimumu o vaxt baş verir ki, hər hansı dəyişikliyin qiymətləndirilməsi ya hamının rifah halının yaxşılaşmasını, ya hamının rifah halını pisləndirməməklə heç olmasa bir nəfərin rifah halının yaxılaşdırmasını əks etdirir.

Pareto ümumi müvazinata nail olunmasının optimallığını da məhz tələb və təklif eləcə də istehlak və istehsal arasında elə uyğunluqla və ya bərabərliklə görürdü ki, nəticədə burada maksimum ictimi fayda əldə olunsun.

Ümumi müvazinatın optimalığı onda əks olununur ki, belə şəraitdə nə istehsal prosesinə əlavə əmtəə və xidmətlər gətirilməsi ilə, nədə hər hansı fərdə ziyan gətirən mübadilənin aparılması ilə nail olmaq mümkün deyil. "Pareto optimumunun" həyata keçirilməsi, məhz mənfəətin maksimum həddə çatdırılmasında optimal qərarların qəbul olunması ilə bağlıdır.

Bir cəhəti də qeyd etmək lazımdır ki, V.Paretonun optimal müvazinat nəzəriyyəsində əsas yeri həm ayrı-ayrı fərdlərin həm də əhalinin rifah halının yaxşılaşdırılması tutur. Rifah halının yaxşılaşdırılması, əgər hər hansı dəyişiklik şəraitində baş verirsə və belə halda heç kəsin vəziyyəti pisləşmirsə, bu hal optimal müvazinata nail olunmaq kimi götürülür. Əgər iqtisadiyyatda gedən dəyişikliklər birinin vəziyyətinin yaxşılaşmasına, digərinin vəziyyətinin pisləşməsinə səbəb olursa, deməli, maksimum ictiami fayda əldə olunmur. Bu vəziyyət qeyri optimal hesab olunur. Çünki, ictimai rifah halı fərdi rifah halı ilə qiymətləndirilir.

V.Pareto optimal müvazinat prosesinin təkgə azad rəqabət şəraitində deyil, eyni zamanda müxtəlif tipli inhisarlaşdırılmış bazarlar şəratində də öyrənir. Gösətərmək lazımdır ki, ümumiyyətlə, müvazinatı inhisarçılıq şəraitində öyrənən ilk iqtisadçı kimi V.Paretonu hesab etmək olar. İqtisadi asılılıqları əks etdirən ümumi müvazinatın optimal səviyyəsini müəyyən etməklə V.Pareto iqtisadi nəzəriyyənin bu sahədəki problemlərinin həlli istiqamətini müəyyən etmişdir. Bu da müasir mərhələdə V.Leontyevin qeyd etdiyi kimi bazar mexanizmi nəzəriyyəsinin, firma və ev təsərrüfatının davranış qaydalarının təhlil olunması istiqamətləri ilə sıxı surətdə bağlıdır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə