FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   2   3   4   5   6   7   8   9   ...   26

 

5

Biznes  konsepsiyasının  hazırlanması  və  reallaşması,  bazarda  müvazinətin  və 



struktur  dayanıqlığının  təminatı,  rəqabətə  davamlı  fəaliyyətin  təşkili,  səmərəli 

maliyyə-kredit  mexanizminin  formalaşması  üzrə  təkliflərin  verilməsi  baxımından 

vacibdir.  

       Tədqiqatın  elmi  yeniliyi:  Tədqiqatın  elmi  yeniliyi  kimi  aşağıdakıları  qeyd 

etmək olar: 

- biznes strategiyasının əsas məqsədləri müəyyənləşdirilmişdir; 

- biznes konsepsiyasının əsas istiqamətləri göstərilmişdir; 

- konsepsiyanın strateji inkişafa təsiri müəyyənləşdirilmişdir: 

-biznes konsepsiyalarının təkmilləşdirilməsi istiqamətləri göstərilmişdir; 

-  biznes  konsepsiyasının  hazırlanmasının  müasir  formaları  təhlil  edilmiş  və  dəyərli 

təkliflər verilmişdir. 



       Dissertasiya işinin strukturu: Dissertasiya işi Giriş, 3 Fəsil, Nəticə və 

təkliflərdən ibarət olmaqla 80 səhifədir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

6

FƏSİL I. BİZNES KONSEPSİYASI VƏ ONUN HAZIRLANMASININ 



NƏZƏRİ ASPEKTLƏRİ  

 

1.1.Biznes konsepsiyasının işlənib hazırlanması və əsas məqsədləri 

 

Yeni  müəssisə  və  fəaliyyət  sahəsi  sahibkarın  öz  istəyilə  müəyyən  olunur.  Buna 

görə  də  biznes  konsepsiyası  müəssisənin  yaradılması  və  inkişafı  mərhələsini 

xarakterizə  edir.      Konsepsiyasının  işlənib  hazırlanması  qarşıya  qoyulan  məqsədə 

çatmağa  və  kollektivi  sıx  birləşdirən  fəaliyyət  istiqamətini  müəyyən  etməyə  imkan 

verir.  Düzgün  müəyyən  edilmiş  konsepsiya  müəssisənin  fəaliyyətində  müsbət  şərait 

yaradır və insanları konkret fəaliyyətə səfərbər edir. 

Konsepsiya  dedikdə  -  müəssisənin  (firmanın  )  məqsəd  kimi  onun  bütün 

fəaliyyətini  birləşdirən  davranış  xəttidir.  Bunsuz  müəssisə  və  hər  hansı  təşkilat 

fəaliyyət  göstərə  bilməz.  Konsepsiya  müəssisə  üçün  daha  geniş  anlayışdır. 

Biznesmen  və  ya  sahibkar  öz  işini  təşkilini  planlaşdırarkən  bu  və  ya  digər  sahəyə 

daxil  olmaq  üçün  müəyyən  iqtisadi  məhdudiyyətləri  də  nəzərə  almaq  lazımdır. 

Bununla yanaşı həmçinin sahədə və nəzərdə tutulmuş regionda iqtisadi konyukturanı 

da yaddan çıxarmaq olmaz. Konyuktura tələb və təklif arasında nisbətləri, qiymət və 

məhsul  ehtiyatlarının  hərəkətini,  digər  göstəriciləri  özündə  əks  etdirən  formalaşmış 

iqtisadi  şəraitdir.  Adətən  elə  hallar  olur  ki,  bəzi  bölgələrdə  güclü  inkişaf  olduğu 

halda,  digərləridə  durğunluq  müşahidə  olunur.  Həmişə  biznesmen  və  sahibkar  çox 

vaxt  inkişafda  olan  regionlara  can  atırlar.  Səmərəli  və  iqtisadi  cəhətdən  seçilmiş 

konsepsiya  müəssisəyə  qarşı  müsbət  fikir  yaradır.  Hər  bir  məqsədyönlü  sistem  bir 

neçə  qolları  ifadə  edir.  Məsələn  istehsalçı,  istehlakçı,  tədarükçü,  muzdlu,  ticarətçi 

vergi ödəyicisi rolunu yerinə yetirir. Konsepsiyaya daxildir:(12,37) 

- Biznesin məqsədinin müəyyənləşdirilməsi; 

-  Fəaliyyət  strategiyasının  işlənməsi  və  ya  məqsədlərə  çatmaq  üçün  konkret 

yolların tapılması; 

- Qarşıda duran məqsədlərə təcrübi nail olmaq vasitələrinin seçilməsi. 



 

7

Konsepsiyanın  işlənməsi  biznesin  qurulmasında  və  inkişafında  mühüm  rol 



oynayır. Onun biznesin uğuruna təsiri aşağıdakıları müəyyən edir: 

1.  Konsepsiyanın  işlənməsi  prosesi  böyük  əhəmiyyət  kəsb  edir,  çünki 

müəssisənin  rəhbərliyinə  onun  fəaliyyətinin  əsasında  olan  amilləri  hərtərəfli 

qiymətləndirməyə imkan verir. 

2.  Konsepsiyanın  dərk  edilməsi  biznesin  geniş  sahələrini  əldə  etməyə  kömək 

edir  ki,  bu  da  həm  firmanın  rəhbərliyinə,  həm  də  heyətinə  baş  verənlərə  yaxından 

baxmaq imkanı verir. 

3. Konsepsiya müəssisədaxili, kənarda əlqələr üçün böyük imkanlar yaradır. 

Biznes  konsepsiyası  işlənib  hazırlanarkən  müəssisənin  fəaliyyətinin  əsas  xəttini 

istehlakçıların  arzularından  başlamaq  lazımdır.  Müəssisənin  əsasnaməsində  və  ya 

nizamnaməsində  verilmiş  təyinatlar  mövcud  vəziyyəti  tam  əhatə  etmir.  Müəssisənin 

fəaliyyət xətti, rəqabət mübarizəsi öz məhsulunun istehsalına inana bilməsidir. Biznes 

konsepsiyasının  işlənib  hazırlanması  onun  məqsədlərinin  müəyyən  edilməsini 

nəzərdə  tutur.  Məqsədlər  müəssisənin  öz  fəaliyyətində  can  atdığı  əsas  nəticələrdir. 

Biznesmen  və  sahibkar  qarşılarına  müəyyən  məqsədlər  qoymaqla  öz  istiqamətlərini 

əsas götürür ki, onlar müəssisənin bütün fəaliyyətinə nəzarət edə bilsin.  

Məqsədlər  təşkilatı,  motivləşdirici  və  nəzarət  funksiyalarını  yerinə  yetirərək 

müəssisənin idarəetmə sisteminin əsas elementi hesab olunur.  

Müəssisənin  məqsədləri  təşkilatın  fəaliyyətini  təyin  edir,  nəticələrə  nail  olmaq 

üçün  kollektivi  səfərbər  edir.  Satış  bazarında  müəssisənin  rolu,  biznesin  həcminin 

artması, onun mənfəəti, rentabelliyi və digər xüsusiyyətlərlə əlaqədar məqsədlər əsas 

sayılır.  Məqsədlərin  qoyuluşu  müəssisənin  fəaliyyət  xəttində  istifadə  olunan  əsas 

funksiyaların  yerinə  yetirilməsinə  kömək  edir.  Bundan  başqa  funksional  nəticələrin 

əldə olunmasına yönəldilmiş yardımçı məqsədlərdə müəyyən edilir.   

Biznesin  xəttini  və  məqsədlərini  təyin  etdikdən  sonra  strategiyanın  işlənməsi 

mərhələsi  başlayır.  Strategiya  qoyulmuş  məqsədlərə  nail  olmaq  üçün  lazimi 

hərəkətlərin  ümumiləşdirilmiş  xəttini  ifadə  edir.  Strategiya  öz  məqsədlərinə  çatmaq 

və missiyanı yerinə yetirmək üçün təşkilatın haraya getmək istəyini müəyyən edir. O, 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə