FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   2   3   4   5   6   7   8   9   ...   26

 

17

XX əsrin 70-ci illərinin ortalarından rəqabətin təzyiqi artmış və təşkilatlar malların 



böyük  kütləsinin  idarə  edilməsində  tədricən  aralanmış,onların  strategiyaları  isə  bir 

neçə  növə  parçalanmışdır.Strategiyanın  hərfi  mənasın  gəldikdə  isə,strategiya  yunan 

dilindən  tərcümədə  “strategos”    sözündən  götürülüb.Birinci  hissə  olan  ”stratos” 

sözü “ordu”,”aqo”  isə  idarəetmə  mənası  kimi “aparıram”,lüğəti  mənasına  görə  isə 



“general.sərkərdə  məharəti”,”hərb  sənəti”deməkdir.  Deməli,strategiya  “ordunun 

idarə  olunması”,”generalın  müharibə  aparma  məharəti”,”generalın  ustalığı”  və  s. 

kimi başa düşülür.Lakin hərbdə çox işlədilən “strateji mövqe”,”strateji uğur”,”strateji 

yüksəklik”,”strateji  əməliyyat”,”strateji  baxımdan  çox  əlverişli  gediş”  və  bu  kimi 

onlarca  söz  olduğuna  görə,bu  söz  iqtisad  elmində  də  əhəmiyyətli  termin  kimi 

idaretmədə  işlədilməlidir.  Hərbi  terminologiyanın  idarə  edilməsində  görünür, 

sahibkarlığın döyüş xarakterini bir daha təsdiq edir. Bu terminin hərbi mənşəli olması 

təsadüfi  deyil,  çünki  məhz  strategos  Makedoniyalı  İsgəndərə  bütün  dünyanı  zəbt 

etməyə imkan vermişdir.Bu günkü dövrdə elə  məhz strategiya vasitəsilə təşkilatların 

səmərəli  idarəedilməsi  həyata  keçirilir.  Bütövlükdə  strategiya  dedikdə  strateji 

məqsədləri  əldə  etmək  üçün  işlənib  hazırlanmış  ali  proqram  başa  düşülür.Strategiya 

idarəetmənin  və  planlaşdırmanın  alt  sistemidir.  Strategiya  təşkilatın  məqsədlərinin 

formalaşdırılmasını,  onun  həyata  keçirilməsini,  təşkilatın  artımını,  inkişafını  təmin 

edir və iqtisadi cəhətdən möhkəmləndirilməsinə yönəlir.  

Biznesin idarə edilməsinin əsasını onun strategiyasının işlənib hazırlanması, onun 

şirkətin  spesifikasına  adaptasiyası  və  onun  reallaşdırılması  təşkil  edir.  Şirkətin 

strategiyası  bazarda  şirkətin 

mövqeyini 

möhkəmləndirməli 

və  qüvvəərin 

koordinasiyasını,  istehlakçıların  cəlb  edilməsini  və  tələblərinin  ödənilməsini,  uğurlu 

rəqabət  və  qlobal  məqsədlərə  nail  olunmasını  təmin  edəcək  idarəetmənin  kompleks 

planıdır.Başqa  sözlə,  strategiya  şirkətin  inkişaf  yollarının,  bazarların,  rəqabət 

metodlarının  və  biznesin  aparılmasını  seçməsini  bildirir.  Strategiya  məhsuldarlığın 

oriyentirlərini,  rəqabət  üstünlükləri  haqda  təsəvvür,  alıcıların  tələbatının  ödənilməsi 

və yüksək məhsuldarlığa nail olma üçün hərəkət planı yaradır. Ciddi dürüstləşdirilmiş 



 

18

strategiya  olmadan  təşkilatın  fəaliyyəti  öz  mahiyyətini,  rəqabət  qabiliyyətini  itirir, 



daxili durğunluğa və nəticələrin pisləşməsinə doğru gedir. 

Beləlikə Strategiya – təşkilatın vəzifəsini həyata keçirməyə və onun məqsədə nail 

olunmasını  təmin  etməyə  yönələn  dəqiqləşdirilmiş,hərtərəfli,kompleks  plan  nəzərdə 

tutulur.Müəssisənin  menecerləri  strategiyanı  müəssisənin  inkişaf  istiqamətlərini 

müəyyən etmək və fəaliyyət üsullarının seçilməsində əsaslandırılmış qərarların qəbul 

edilməsini təmin etmək  üçün  hazırlayırlar.Hər  hansı bir strategiyanın qəbul edilməsi 

o  deməkdir  ki,müəssisə  inkişaf  istiqamətləri  və  fəaliyyət  üsulları  üzrə  mövcud  olan 

alternativ  variantlardan  birinə  üstünlük  vermişdir.Qəbul  edilmiş  strategiya  menecer 

üçün  biznes  aləmində  xəritə  və  yol  göstərən  (orientirlər)  rolunu  oynayaraq  ,qarşıya 

qoyulmuş  vəzifə  və  məqsədlərə  çatmaq  üçünvahid  fəaliyyət  proqramı  kimi  qəbul 

olunur.  Strategiya  –  çoxcəhətli  anlayışdır.  Onun  ən  mühüm  xüsusiyyətləri  kimi 

aşağıdakı  tərifləri  vermək  olar  ki,  bunlar  bu  anlayışın  mahiyyətinə  tamamilə  cavab 

verirlər: 

  Son nəticənin əldə edilməsi vasitəsi; 

  Təşkilatın bütün hissələrinin vahid tamda birləşməsi; 

  Firmanın fəaliyyətinin bütün əsas aspektlərinin əhatə edilməsi; 

  Firmanın bütün planlarının bir-birinə uyğunluğununun təmin edilməsi; 

  Hərəkət planı; 

  Mühafizə,  yəni  rəqabət  mübarizəsində  qələbəyə  yönəldilmiş  hərəkətlər  kimi 

nəzərdən keçirilir; 

  Hərəkətlərin  ardıcıllığı,  yəni  plan  reallaşmaya  bilər,  lakin  hərəkətlərin  ardıcıllığı 

hər halda təmin edilməlidir; 

  Ətraf mühitdə mövqe, bu, öz əhatəsi ilə əlaqə deməkdir; 

  Perspektiv, yəni cəhd etdiyi vəziyyəti qabaqcadan görmək; 

  Firmada  işin  təşkilinin  güclü  və  zəif  tərəflərinin  analizinin  nəticəsi  və  onun 

inkişafının imkan və əngəllərinin müəyyən edilməsi; 

  Ətraf mühitin dəyişikliklərinə qarşı firmanın qabaqcadan hazırladığı reaksiya. 



 

19

Firmanın  inkişaf  strategiyasının  hazırlayarkən,  onun  bir  sıra  tələblərə  cavab 



verməsinə nail olmaq vaciblir: 

  Nail olunması ümumi iş üçün həlledici olan əsas məqsədlərdən ibarət olmalı; 

  Koordinasiya edilmiş rəhbərlik bildirilməli; 

  Mütərəqqi təşəbbüsə kömək olmalı; 

  Başlıca qüvvələr lazımi yerdə və lazımi vaxtda cəmləşməli; 

  Zəmanətli resursları təmin etməli; 

  Maksimum nəticə əldə edilməsi zamanı resurslardan minimum istifadə üçün 

taktiki hərəkətlərin çevikliyini nəzərdə tutmalıdır. 

Təşkilatın  strategiyasının  məyyənləşdirilməsi  zamanı  “bunu  nə  üçün  etmək 

lazımdır”,”mövcud 

qüvvə 

və 


vasitələrdən 

istifadə 

edilməsini 

necə 


yaxşılaşdırmalı”,”məqsədə  nail  olma  mərhələləri  hansılardır”  suallarına  cavab 

axtarılması  nəzərdə tutulur.Başqa tərəfdən  yanaşıldıqda  isə, Strategiya – təlimatların 

planlaşdırılmasıdır – təkcə işdə deyil, həm də işçilərin və  müştərilərin qəlblərində və 

şüurlarında.  Strategiya  strukturu  müəyyənləşdirir;  özünüzdən  razılığı  aradan  qaldırır 

və  bütün  səyləri  maliyyə  və  strateji  hədəfləri  qət  etməyə  yönəldir.  “Strateji 

idarəetmə”  menecerlərə  istənilən  şirkətdə  strateji  planları  tətbiq  etməyi  öyrətmək 

üçün  hazırlanmışdır.Strategiya  haqqda  müxtəlif  iqtisadçıların  fikirləri  var, bunlardan 

P.Druker idarəetmə strategiyasını məqsədinə görə 4 qrupa bölür: 

  İlk daxil olmaq və kütləvi zərbə endirmək; 

  Cəld və gözlənilmədən hücum etmək; 

  Ekoloji boşluqları tapmaq və zəbt etmək; 

  Əmtəənin,bazarın yaxud sahənin iqtisadi xarakteristikasını dəyişmək. 

Təşkilatların  idarəedilməsində  strategiyalar  müxtəlifliyi  ilə  seçilir,yəni  istifadə 

etmə  məqsədi  və  xüsusiyyətlərinə  görə    strateji  strategiyalar,çoxməqsədli 

strategiyalar,satış 

və 


mənafelərin 

dinamikası 

üzrə 

strategiyalar,düzüm 



strategiyaları,artım  strategiyaları,bazara  daxil  olma  strategiyaları,təşkilatın  inkişaf 

strategiyaları  və  s.  bölünür.Bu  məqsədlə  təşkilatın  strategiyalarını  əlamətlərinə  görə 

aşağıdakı kimi qruplaşdırmaq olar: 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə