32
PEST analizi:-Situasiyanın təhlili olaraq tanınan analizlərdən biridir:
P :Political;
E :Economical;
S :Social;
T :Technological.
PEST analizi spesifik mühakimə və ya biznes nöqteyi nəzərindən rəqiblər daxil
olmaqla bazarı qiymətləndirmək üçün istifadə olunan analizdir. Bu analizin SWOT
analizindən əvvəl keçirilməsi daha faydalıdır. Ona görə ki, PEST analizi SWOT təhlil
metodunda istifadə olunacaq kriteriyaların müəyyənləşdirilməsi üçün istifadə olunur.
Bu iki analiz fərqli olsalar da, oxşar cəhətləri də var.
Şəkil 2. PEST analizi
Meyar nümunələri:
Ekoloji qanunvericilik
Gələcək qanunvericilik
Beynəlxalq qanunvericilik
Tənzimləyici orqanlar
Hökumət siyasətləri
Müharibə və konfliktlər
Beynəlxalq təzyiq qrupları
Ticarət siyasətləri
Maliyyələşdirmələr , qrantlar və
təşəbbüslər
Political
Economical
Meyar nümunələri:
Ölkə iqtisadiyyatı
Iqtisadi ənənələr
Xarici iqtisadiyyatlar
Ümumi vergiqoyma
Müəyyən
məhsul
və xidmətlərə
vergiqoyma
Mövsümülik problemləri
Beynəlxalq ticarət və pul kredit
problemləri
Mübadilə kursları
Meyar nümunələri:
Həyat tərzi
Demoqrafiya
Istehlakçı fikirləri
Media təsvirləri
Sosial faktorlara təsir edən qanun
dəyişiklikləri
Marka, şirkət, texnologiya imici
Dəb və yamsılama nümunələri
Etnik dini faktorlar və problemlər
Reklam və aşkarlıq
Social
Technological
Meyar nümunələri:
Rəqabət aparan texnologiya inkişafı
Maliyyələşdirilən tədqiqatlar
Qlobal kommunikasiyalar
Intellektual mülkiyyət problemləri
Texnologiya, lisenziya, patentlər
Innovasiya potensialı
Texnologiya qanunvericiliyi
əvəzedici texnologiyalar
informasiya və kommunikasiyalar
33
“Dəyərlər zənciri” konsepsiyası:-Müəssənin strateji vəziyyətini xarakterizə
edən əsas göstəricilərdən biri də qiymətlər və məsrəflərdir. Ümumiyyətlə iki cür sahə
fərqləndirilir:
Standart xassəli məhsullar istehsalı;
Differensassiya olunmuş sahələr.
Yəni əgər müəssisə standart xassəli məhsullar istehsal edirsə bu zaman ən az xərclə
istehsalı həyata keçirən müəssisələr bazar lideri olacaq. Amma differensassiya
olunmuş sahələr üzrə istehsalı həyata keçirən bazar iştirkaçıları məsrəflərini eyni
saxlamaq istəyirlər. Çünkü məsrəflərin artması, istənilən halda qiymətlərin artması ilə
nəticələnəcək ki, bu da məhsuldan alınan faydanı artırmalıdır. əks halda müəssisənin
məhsulları alınmaya bilər:
Rəqiblərin məsrəflərindəki müxtəliflik;
Xammal, material, enerji və başqa yarımfabrikatların alış qiymətlərindəki
fərqlər;
Texnologiya və texniki vasitələrin yeniliklərindəki fərqlər;
Istehsal məsrəflərindəki fərqlər.(məs. əməyin ödənilməsində);
Rəqiblərin infilyasiya və valyuta məzənnələrindən asıllığı;
Marketinq və satış sisteminə çəkilən xərclər;
Nəqliyyat xərcləri.
Məsrəflərin strateji təhlili müəssisənin məsrəfləri ilə rəqiblərin məsrəflərinin
müqayisəsi vastəsilə mümkündür. Bu təhlilin aparılması üçün MAYKL PORTER in
təqdim etdiyi “ dəyərlər zənciri” konsepsiyasından istifadə olunur. Bu konsepsiyaya
görə müəssisənin fəaliyyəti 2 yerə bölünür:
Texnoloji;
Iqtisadi.
Müəssisənin bu fəaliyyətləri birləşdirərək yaratdığı dəyər isə alıcıların bu dəyərə
görə ödəməyə razı olduqları məbləğlə ölçülür. Müəssisənin fəaliyyəti isə o zaman
mənfəətli olur ki, onun yaratdığı dəyərin miqdarı bu dəyərin yaranmasına çəkilən
34
məsrəflərin miqdarından artıq olsun. Rəqabət üstünlüyü isə o halda təmin oluna bilər
ki, belə dəyərin yaranması üçün gedilən məsrəflər (iqtisadi və texnoloji fəaliyyət
növlərini daha aşağı məsrəflərlə həyata keçirmək) ən az olsun.
Sxem 2.Müəssisənin dəyərlər zənciri
Köməkçi fəaliyyət
Rəqabət mövqeyinin qiymətləndirilməsi:- Rəqabət mövqeyinin qiymətləndirlməsi
dedikdə aşağıdakıların aydınlaşdırılması nəzərdə tutulur(26,380):
Müəssisənin əsas rəqibləri arasındakı mövqeyi;
Müəssisənin malik olduğu rəqabət üstünlükləri və çatışmazlıqları;
Hal-hazırda müəssisənin rəqabət mövqeyinin möhkəmliyi;
Rəqabət mövqeyini müəyyənləşdirmək üçün nəzərə alınan əsas göstəricilər isə:
Əhəmiyyətli əsas üstünlüklər.(məhsulun keyfiyyəti və.s);
Bazar payı;
Liderlik və ya fərqli strategiya;
Müəssisə məhsuluna tələbat və imic;
Satış həcmi;
Məsrəflərin səviyyəsi;
Mənfəətlilik səviyyəsi;
Texnoloji və innovasiya üstünlükləri;
Operativ menecment və.s;
Təchizat
Istehsal
Daşıma
Marketinq
satış
Xidmət
Yeni məhsullar texnoloji və informasiya sistemləri inkişafı
Insan resurslarının idarə edilməsi
Ümumi rəhbərlik