1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
BAYRAMLI NƏRMİN MÖHSÜN qızı
“BİZNES KONSEPSİYASININ SEÇİLMƏSİ ”
mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: 060409 – Biznesin idarə edilməsi
İxtisaslaşma: - Biznesin təşkili və idarə edilməsi
Elmi rəhbər: Magistr proqramının rəhbəri:
b.m, i.ü.f.d.A.T.Hüseynli i.e.n., dosent. R.Ə.Abbasova
“Biznesin idarə edilməsi”
kafedrasının müdiri:
i.e.n., dosent M.Ə.Əliyev
Bakı – 2015
2
Mündəricat
GİRİŞ....................................................................................................................3
FƏSİL I. BİZNES KONSEPSİYASI VƏ ONUN HAZIRLANMASININ
NƏZƏRİ ASPEKTLƏRİ
1.1. Biznes konsepsiyasının işlənib hazırlanması və əsas məqsədləri...............6
1.2. Biznes strategiyalarının təyin edilməsi və əsas istiqamətləri.....................10
1.3. Biznes konsepsiyasının inkişaf strategiyaları..............................................16
FƏSİL II BİZNESİN STRATEJİ BAXIŞININ SEÇİLMƏSİ VƏ MİSSİYA
HESABATI
2.1. Strateji baxışının müəyyən edilməsi və missiya hesabatının tərtib edilməsi..26
2.2. Xarici mühitin təhlilində istifadə olunan təhlil metodları................................30
2.3. Müəssisənin strateji baxışının daxili və xarici istifadəçilərə çatdırılması və
strateji planın hazırlanması..............................................................................39
FƏSİL III. BİZNESİN STRATEJİ İNKİŞAFININ ƏSAS İSTİQAMƏTLƏRİ
3.1. Biznes strategiyasına uyğun olaraq əməliyyat strategiyalarının müəyyən
edilməsi.................................................................................................................54
3.2. Biznesdə mövqelərin təhlili və səlahiyyətlərin bölüşdürülməsi..................62
3.3. Biznes planın inkişaf strategiyaları ilə əlaqələndirilməsi.............................69
Nəticə və təkliflər................................................................................................75
İstifadə edilmiş ədəbiyyat..................................................................................79
3
Giriş
Mövzunun aktuallığı:
Biznesin konsepsiyası (missiyası və fəaliyyət xətti)
müəssisənin inkişafının və formalaşmasının ideologiyasını xarakterizə edir.
Onun hazırlanması fəaliyyət xəttinin formalaşmasına imkan verir. Səmərəli
seçilmiş konsepsiya müəssisəyə qarşı müsbət fikir yaradır. Kollektivi konkret
fəaliyyətə səfərbər edir. Bir sözlə konsepsiya – firmanın bütün rollarının çoxluğunu
birləşdirən davranış xəttidir. Firma onsuz fəaliyyət göstərə bilməz.
Hər hansı dərəcədə konsepsiyada qeyri real ideyallar – nəticələr göstərir.
Konsepsiyaya daxildir: biznesin məqsədlərinin müəyyənləşdirilməsi; fəaliyyət
strategiyasının işlənməsi və ya məqsədlərə çatmaq üçün konkret yolların tapılması;
- qarşıda duran məqsədlərə praktiki nail olmaq vasitələrinin seçilməsi.
Konsepsiyanın işlənməsi, biznesin qurulmasında və inkişafında mühüm rol
oynayır. Konsepsiyanın biznesə təsiri müxtəlif cür təzahür edir.
Konsepsiyanın işlənməsi prosesi böyük əhəmiyyət kəsb edir, çünki firmanın
rəhbərliyinə onun fəaliyyətinin aşağıda olan amilləri hər tərəfli qiymətləndirməyə
məcbur edir. Konsepsiyanın dərk edilməsi biznesin geniş panaramasını əldə etməyə
kömək edir ki, bu da həm firmanın rəhbərliyinə və həm də heyyətinə baş verənlərə
yaxından baxmaq imkanı yaradır. Bunsuz uzunmüddətli rəqabət qabiliyyətini və
müvəffəqiyyətlərini təmin etmək ağlasığmazdır.
Biznes konsepsiyasının işləyib hazılayərkən müəssisənin fəaliyyətinin əsas
xəttini istehlakçıların arzularından başlamaq lazımdır.
Fəaliyyət xətti həmişə əsas suala cavab verməlidir. Müəssisə hansı məqsədlə
yaradılmışdır və kimlərə xidmət edir? Bu sualın cavabı müəssisə işinin qurulmasına
və təşkilinə xidmət edir. Biznes konsepsiyasının işlənməsi onun məqsədlərini
müəyyənləşdirməyi nəzərdə tutur. Məqsədlər – o müəssisənin fəaliyyətində cəhd
etdiyi əsas nəticələrdir.
4
Tədqiqatın obyekti. Təşkilati hüquqi forması Açıq Səhmdar Cəmiyyət olan
biznes subyektləri tədqiqatın obyektini təşkil edir.
Tədqiqatın predmeti. Biznes konsepsiyasının formalaşmasında əhəmiyyət
daşıyan pinsiplər, mexanizmlər və qaydalarının məcmusu tədqiqatın predmetini təşkil
edir.
Tədqiqatın məqsədi və vəzifələri. Tədqiqatın məqsədi biznes konsepsiyasının
formalaşmasının mühüm istiqamətlərinin müəyyənləşdirilməsi, müasir biznes
idarəçiliyində tətbiq edilən mexanizmlərin və texnologiyasının aydınlaşdırılmasıdır.
Bundan irəli gələrək dissertasiya işində biznes konsepsiyasının hazırlanmasının
nəzəri- metodoloji tərəfləri öyrənilir, mahiyyəti açıqlanır.
biznes strategiyalarının işlənib hazırlanması və tətbiqi menecmentinin müasir
vəziyyəti araşdırılır, biznesin strateji idarə edilməsi mexanizminin təkmilləşdirilməsi
istiqamətləri göstərilir. Bundan əlavə biznesdə mövqelərin təhlili və səlahiyyətlərin
bölüşdürülməsi və biznes palnın onun inkişaf strategiyaları ilə əlaqələndirilməsi izah
edilir
Tədqiqatın informasiya bazası. Tədqiqatın informasiya bazasını yerli biznes
təşkilatlarının konsepsiyalarının formalaşması sahəsində hazırladıqları metodik
sənədlər və əsasnamələr, strateji menecment sistemini quran dünyanın aparıcı
firmalarının və kompaniyalarını konsepsiyalarını təcəssüm etdirən internet səhifələri,
beynəlxal səviyyədə tanınan ekspert və müəlliflərin fikirlərinin yer aldığı ayrı-ayrı
ədəbiyyatlar, məqalələr, habelə ən son statistik göstəricilər təşkil edir.
Tədqiqatın praktiki əhəmiyyəti.
Biznes konsepsiyasının tətbiq edilməsinin praktiki tətbiq modelinin göstərilməsi,
dünyanın aparıcı qlobal kompaniyalarının keçdiyi inkişaf yolu və tətbiq etdiyi
təkmilləşmə modelləri barədə məlumatlar zəngin təcrübə rolunu oynayır.
Dostları ilə paylaş: |