53
ədəbiyyatlarda bu anlayış inzibati metodların mənasını daha geniş mənada açır.
İdarəetmənin inzibati metodu bəzi hallarda, idarəetmənin müstəqim drektiv
metodu kimi izah edilir. Onlar məna etibarilə yaxın olsalar da anlayış etibarilə
müstəqillik təşkil edirlər.
İdarəetmənin müstəqim-drektiv metodları ondan ibarətdir ki, yuxarı orqanlar
və ya özlərinə tabe olanlara ən müxtəlif iqtisadi planlaşdırma və istehsal
məsələlərinə aid olan lazımı tapşırıqları müəyyənləşdirir. Bu tapşırıqlar tabe
olmayanların nə edəcəyini dürüstləşdirir. Məqsəd, vəzifə, müstəqim və s.
anlayışlar bilavasitə müəyyən edilir. Və buna görə də işçiyə, müəssisə kollektivinə
bu cür təsirə müstəqim təsir deyilir.
Qeyd etmək olar ki, biznesin strateji idarə edilməsinin müasir konsepsiyası
özündə rəqabət üstünlüklərindən rasional istifadə edərək və onu inkişaf etdirərək,
risklərin idarə edilməsini həyata keçirərək, müasir innovasiyaların imkanlarından
yararlanaraq, keyfiyyət sistemini ən yüksək səviyyəyə çatdıraraq, yeni bilik və
idarəetmə vərdişlərinə yiyələnməklə, bütövlükdə firma davranışının idarə edilməsini
təmin etməklə strateji məqsədlərə, missiyanın nisbi realizasiyasına nail olan, ətraf
mühitin tələblərinə ən optimal şəkildə adaptasiyanı təşkil edən idarəetmə
tenologiylarının, mexanizmlərinin nəzəri və təcürbi müddəlarını ehtiva edən ideyalar,
düşüncələr, fikirlər və baxışların məntiqi sistemini birləşdirir.
54
FƏSİL III BİZNESİN STRATEJİ İNKİŞAFININ ƏSAS İSTİQAMƏTLƏRİ
3.1. Biznes strategiyasına uyğun olaraq əməliyyat strategiyalarının müəyyən
edilməsi
Məqsədin müəyyənləşməsi biznesmenin(iş adamının) fikirləşdiyı bir sıra
əhəmiyyətli düşüncələri konkret məqsəd kimi qarşiya qoymaqdır.Bu məqsədlər son
nəticədə təşkilatın inkişafına və tərəqqisinə gətirib çıxarır.Məqsədlər elə qoyulmalıdır
ki,onun həyata keçirilməsi ixtisaslaşmış bir şəkildə gərgin və məhsuldar əməyin
bəhrəsi kimi səmərə versin.Faktiki və nəzərdə tutulan halların tutuşdurulması yolu ilə
məqsədə çatmadıkı əskikliklər ortaya çıxır və rəhbərliyin vəzifəsi bu çatışmazlığı
aradan götürməkdir.Bu halda bir çox dəyişikliklərin aparılması ortaya çıxır.Xüsusilə
maliyyə,bazar,tədarük məsələlərində gərəkli olan hallarda dəyişikliklər aparmaq
lazım olur.
Çox ideal bir hal kimi rəhbərliyin idarəetmə fəaliyyətinin səmərəli təşkil
etmək niyyəti qarşıya qısa müddətli və uzun müddətli məqsədlər qoyulur.Qısa
müddətli məqsədlərdə rəhbərlik daha yaxın müddət ərzində görüləcək iş və vəzifələri
qoyur,təşkilatın fəaliyyəi ilə bağlı təkmilləşdirmələr aparır.Uzun müddətli
məqsədlərdə isə rəhbərlik mövcud fəaliyyətdə və idarəetmədə elə işlərin aparılmasını
məqsədə
gətirir
ki,bunun
nəticəsində
təşkilat
uzun
müddət
fəaliyyətdə
olsun,rəqabətdə uduzmasın ,maliyyə vəziyyətini yüksəltsin. Bu məqsədlərin
müqayisə
edilməsində
həmişə
uzun
müddətli
məqsədlərə
üstünlük
verilir,çünki,rəhbərlik
müəssisənin
bu
gününü
yox,daha
çox
gələcəyini
düşünməlidir.Uzun müddətli məqsədlərin qisa müddətli məqsədlər qurban verilməsə
çox az təsadüf olunur.
Bir qayda olaraq bütün şirkətlərin fəaliyyətinin iki əsas kriteryanı gözləyərək
təşkil olunması əsas vəzifədir.Bunlardan biri maliyə məqsədi ,digəri strateji
məqsəddir.Birincidə maliyyə ona görə durmalıdır ki,risq dərəcəsi müəyyənləşsin və
gəlir xərclərdən aşağı düşməsin ,çünki əks halda təşkilat iflasa ugrayar.İkinci halda
55
isə strateji məqsəd bazarı itirməyi,rəqabətdə uduzmamağı,fəaliyyətin davamlı
olmasını təmin edir.
Təbii ki,bu iki faktorun diqqət mərkəzində durmasını bir çox digər səbəblərlə
də əsaslandira bilərik.Məsələn ,maliyyə məqsədi qazancın artması,investisiya
qoyulma
şəraitinin
yaranması,kreditlərin
vaxtında
qaytarılması,səhmdarların
gəlirlərinin çoxalması və bu kimi bir çox əlamətlərlə xarakterizə edilə bilər.
Strateji məqsədlərdə sahə üzrə təşkilatın nüfuzunun artması, keyfiyyət
göstəricilərinin yüksəlməsi,yeni texnogiyanın mənimsənilməsinin yüksəlməsi və s.ilə
xarakteizə oluna bilər. Aşağıda bir nəçə iri şirkətlərin maliyyə və strateji məqsədləri
gostərilmişdir.
Nations Bank- ABŞ da maliyyə xidmətləri üzrə ən yaxşı şirkət yaratmaq
Exxon-səhmdarların investisiya qoymaları üçün ən yüksək gəlirli sahələr
yaratmaq
General Electric-Dünyada şirkətin çalışdığı hər bir sahədə ən yüksək,yaxud
ikinci böyüklüyə malik olan bazarı qazanaraq ən rəqabət qabiliyyətli şirkətə
çevrilmək.
Apple Computer-Ən yeni texnologiya ilə fərdi komputer texnikası istehsalını
təklif etməklə,onu işlətmək istəyən ən çox sayda insanlara onları çatdırmaq.
Strategiyanın işlənilməsi əsas məqsədə necə nail olma məsələləsini meydana
çıxarır. Bu isə ,idarəetmənin ən başlıca məsələləsidir.Məqsəd hər hansı bir nəticəyə
çatmaqdır,strategiya isə bu nəticəyə çatmaqda başlıca bir vasitədir. Deməli təşkilatın
strategiyası rəhbərlərin son nəticəyə çatması üçün qəbul etdiyi hərəkətələr və işçi
münasibətlərinin toplumudur.Təbii ki,yuxarıda qeyd etdiyimiz kimi ,əsas kriteriyalar
maliyyə və strateji məqsədlər olmaq şərti ilə ,strategiyanın işlənilməsi məsələsinin
həllinə şirkətin daxili və xarici mkanlarını müayinə etməklə başlanılır.Çünki,bu
imkanları doğru düzgün qiymətləndirmədən strategiya düzgün müəyyənləşə bilməz
və risq hədsiz dərəcədə böyüyər.Şirkətin strategiyası əsasən iki hissənin
birləşməsidən yaranır:
Düşünülmüş və məqsədyönlü fəaliyyət;