56
Hadisələrin gözlənildiyi kimi cərayan etməməsi halında tələb olunan
hərəkətlərin və qərarların həyata keçirilməsi ilə baglı fəaliyyət.
Belə ki,nəzərdə tutulan və ya planlaşdırılan strategiya faktiki strategiya deyil,onun
yalnız bir hissəsidir,ikinci hissəsi isə dəyişən şərtlərlə bağlı rəhbərlik tərəfindən
operativ qəbul edilmiş strategiyadır.Sonuncular aşağıdakı səbəblərdən meydan gələ
bilər:
İri texniki və texnoloji dəyişikliklərin meydana gəlməsi;
Rəqiblərin bazara uğurla yeni məhsullar çıxarması;
Yeni qanunların və ya dövlət qərarlarının meydana çıxması;
Dövlət siyasətindəki dəyişikliklər;
İstehlakçıların zövqlərinin dəyişməsi və ya başqa əvəzedici məhsullara meylli
olmaları və s.
Bütün bu sadalanan amillər onu göstərir ki,strategiya planlaşdırılmış strategiya ilə
ətrafda baş verənlərə qarşı cavab hərəkətləri nəticəsində meydana gələn qərarların
toplusu kimi baxılması daha yaxşı olar.
Biznesin nəzəriyyəvə praktikası işin təşkili və idarə edilməsinə müxtəlif strateji
yanaşmalar hazırlanmışdir.Bu müxtəliflik biznesin həyata keçirildiyi konkret mühit
,xarici
və
daxili
amillərin
məcmusu
,müvafiq
biznes
sahəsindəki
tendensiyalar,qarşıya qoyulan məqsədin xarakteri və bir sıra digər amillərlə şərtlənir.
Biznes aləmində strategiyaların bütün növlərini 3 qrupda təsnifləşdirmək olar:
Hücum,yaxud sıçrayış strategiyası;
Müdafiə,yaxud sağalma strategiyası;
Biznes növünün azalması və dəyışdirilməsi strategiyası.
Biznes məsələləri üzrə tanınmış mütəxəsis P.Druker biznes strategiyasının 4
növünü ayırır:
İlk daxil olmaq və kütləvi zərbə endirmək;
Cəld və gəzlənilmədən hücum etmək;
Ekolji boşluqları tapmaq və zəbt etmək;
Əmtəənin ,bazarın,yaxud sahənin iqtisadi xarakteriktikasını dəyişdirmək.
57
Sxem 5. Müəssisənin işgüzar strategiyası (29,4)
Bütün bu strategiyalar adlarından da göründüyü kimi hucum xaraketri daşıyırlar.
Hucum strategiyası firmanın rəqabət şəraitində bazarda birinci olmaq,bazara yeni
yüksək keyfiyyətli mallar təklif etmək və onların istehsalının effektiv üsullarını təmin
etmək cəhtini əks etdirir.Bu strategiya böyük məbləğdə xərc ,yüksək qeyri-
müəyyənlik və risklərlə səciyyələnən təşkilati yanaşma tələb edir.
İlk növbədə strategiyanın seçilməsində həlledici amil sahənin və müəssisəningüclü
tərəfləri tədqiq olunur.Belə ki,mövcud imkanlardan maksimum səviyyədə istifadə
olunmalıdır.Bununla birgə biznesin genişləndirilməsinə və yeni ,artım potensilaına
malik sahələrə nüfuz etmənin yolları araşdırılmalıdır.
Strategiyanın seçilməsində müəssisənin maliyyə imkanları mühüm əhəmiyyət
kəsb edir.Müəssisənin yeni bazarlara çıxması ,yeni növ məhsulun buraxilması,yaud
yeni sahəyə keçid və s. bu kimi mühüm addımları əsaslı maliyyə xərcləri hesabına
Müəssisənin işgüzar strategiyası
Satış və mənfəət
dinamikası üzrə
Rəqib üstünlüklərin
reallaşdırilması üzrə
təsnifat
Çox məqsədli
strategiya
Hücum strategiyası
Müdafiə strategiyası
Qaymağın çıxarılması
strategiyası
Diversifikasiya,ixtisas
laşdırma strategiyası
Aşağı istehsal xərcləri
strategiyası
Artım strategiyası
İşgüzar əməliyyatlarınm və
biznes növünün
dəyişdirilməsi
Strategiyası
Bazara daxil olma
strategiyası
Yeni bazarın
tezliklə
mənimsənilməsi
strategiyası
Bazarın inkişaf
starategiyası
58
başa gəlir.Bu baxımdan geniş maliyyə resurslarına malik olan,yaxud onlara rahat
çıxış imkanı olan müəssəsələr strategiyanın variantlarının seçilməsi zamanı daha
münasib durumda olurlar.
İşçilərin ixtisas səviyyəsi də maliyyə resursları kimi strategiyanın seçilməsi
zamanı mühüm məhdudlaşdırıcı amil kimi çıxı edir.İşçilərin ixtisas potensialının
dərinləşməsi və genişlənməsi yeni istehsala ,yaxud da mövcud texniki imkanların
keyfiyyət baxımındna yeniləşdirilməsinə keçidə imkan verən vacib şərtlərdən biridir.
Müəssisənin strategiyasının seçilməsində xarici mühitdən asılılıq səviyyəsi
böyük təsir göstərir.Bəzən elə situasiyalar olur ki,müəssisə öz malgöndərənlərindən o
dərəcədə asılı olur ki,istər – istəməz strategiyanı mövcud potensialdan daha düzgün
istifadə etmək imkanından çıxış edərək seçməli olur.Bu vəziyyətdə xarici asılılıq
strategiyanın seçilməsində digər amillərlə müqayisədə daha həlledici rola malik olur.
Daha vacib həlledici amil- müəssisə rəhbərlərlinin maraqlarıdır.Məsələn
,rəhbərlik risk etməyi xoşlayır,yaxud əksinə ,hər vəcdlə riskdən uzaqlaşmağa
çalışır.Bu da öz növbəsində strategiyanin seçilməsində həlledici əhəmiyyət kəsb edə
bilər.Bəzən kimlərləsə hesab çürütmək,yaxud kimlərə isə nəsə sübut etmək xatirinə
rəhbərlik vacib qərarlar verə bilər ki,bu zaman digər amillər tamamilə kənarda qalmış
olur. Zaman amili də mütləq nəzərə alınmalıdır.Belə ki,müəssisənin istər
imkanları,istərsədə üzləşdiyi çətinliklər,yaxud planlaşdırılan hər hansı dəyişikliklər
müəyyən zaman kəsiyinə malikdir.Bu halda həm təqvim zamanı,həm də
strategiyanın reallaşması üzrə konkret fəaliyyətin həyata keçirilməsi arasındakı
zaman intervalı eyni dərəcədə nəzərə alınmalıdır.Adətən zaman proseslərini uğurla
idarə etməyi bacaran müəssisələr daha müsbət nəticələr əldə edirlər.
Məhsul portfelinin təhlili zamanı müəssissənin ,yaxud onun məhsulllarının
bazardakı payı ilə bütövlükdəki təsərrüfat fəaliyyətinin artım tempi ilə müqayisəsi
aparılır.
Strategiyanın seçilməsinin ən son mərhələsi- onun qiymətləndirilməsidir.Bütün
bu prosedurlar son olaraq mumi nəticəyə -seçilmiş strategiya ilə qarşiya qoyulmuş