68
növbəsində verilmiş səlahiyyəti üzərinə götürür. İşçi yeni öhdəlikləri həyata keçirmək
üçün lazım olan qərarları qəbul etmək və resursları xərcləmək hakimiyyətinə də
malik olmalıdır.
Hakimiyyət və öhdəliklər arasında balansın olması səlahiyyətlərin verilməsinin
səmərəliliyi üçün başlıca şərtdir. Bu balans adətən naritet prinsipi adlanır və
öhdəliklərlə hakimiyyətin bərabər olmasını təsdiq edir.
Məsuliyyət səlahiyyətlərin verilməsinin üçüncü elementidir. Məsuliyyətin nə
olduğunu başa düşmək üçün iki ünsürü yadda saxlamaq lazımdır. Birincisi, əmin
olmalısınız ki, sizin işçiniz tapşırılan öhdəliyin uğurla yerinə yetirilməsi üçün
məsuliyyət daşıdığını başa düşür və razılaşır. Bu qəbul olunmuş öhdəlik hissi işçilərin
öhdəliklərə diqqətini təmin etməyə kömək edir, onları sual verməyə və “qaranlıq
yerləri” aydınlaşdırmağa sövq edir, eləcə də işçilərin inamlılıq səviyyəsini ölçməkdə
və nəzarət etməkdə menecerlərə kömək edir. İkincisi, menecerlər məsuliyyəti işçilərə
verə bilmir. Menecer işçisinə müəyyən öhdəliyi tapşırır və nəzərdə tuta bilər ki,
həmin adam məsuliyyətlidir. Lakin menecer özünün məsuliyyətindən imtina edə
bilməz, əmək bölgüsü müəyyən əmrlər zəncirindən keçdiyi üçün menecer tapşırığın
kim tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq tapşırığın yerinə yetirilməsi
üçün məsuldur.
Səlahiyyətlərin
bölüşdürülməsinin
müəyyən
üstünlüklərinin
olmasına
baxmayaraq bu prosesdən səmərəli istifadə edilməsinə mane olan müxtəlif sədlər
mövcuddur. Bu sədlərin mənbələri bunlardadır:
1) supervizorda (menecerdə) 2) tabeliyindəki işçilərdə 3) təşkilatda
1) Supervizorlar və ya menecerlər səlahiyyətlərin bölüşdürülməsinə mane olurlar və
bu halda onlar aşağıdakı mövqelərindən birində və daha çoxunda dayanırlar:
- onlar hakimiyyətə malik olmaq istəyirlər və hakimiyyətin bir zərrəsini də
tabeliyindəki işçilərə vermək istəmirlər;
- onlar səlahiyyətlərin verilməsinə zəiflik əlaməti kimi baxırlar;
- fəaliyyətin öhdəsindən gələ bilməsinə şübhə edirlər;
69
- onlar öz fəaliyyətlərində təhlükəsizliyi hiss etmirlər və qorxurlar ki, yaxşı işləyən
işçi onlardan daha yaxşı görünə bilər;
- onlar hiss edirlər ki, nəyisə yaxşı görmək lazımdırsa, bunu onlar özləri etməlidirlər;
- tabeliyindəki işçiyə işin necə yerinə yetirilməsini öyrətmək üçnü vaxt sərf etmək
istəmirlər.
2) Tabelikdəki işçilər də səlahiyyətlərin verilməsinə mane ola bilərlər. Belə ki :
- əlavə öhdəlik götürmək üçün imkana malik olduqlarına əmin deyillər;
- uğursuzluqdan qorxurlar;
- onlar əlavə öhdəliyə əlavə mükafatı olmayan, növbədənkənar iş kimi baxırlar;
- işin yerinə yetirilməsi üçün informasiyanın və ya resursların çatışmaması ilə
üzləşirlər;
- onlar hesab edirlər ki, problemi özləri həll etməkdənsə supervizordan (menecerdən)
soruşmaq daha asandır.
3) Səlahiyyətlərin bölüşdürülməsinə təşkilatın göstəriciləri və ya onun mədəniyyəti
mane ola bilər:
- təşkilatın ölçüsü ya kiçikdir, ya da işçiyə tapşırılacaq fəaliyyət növləri azdır;
- təşkilatda səlahiyyətlərin bölüşdürülməsi ənənəsi yoxdur.
Təşkilati vahidlər arasında səlahiyyətlərin bölüşdürülməsi təşkilatın nə dərəcədə
mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş olmasını müəyyənləşdirir.
Hakimiyyətin menecerdən işçiyə keçməsində olduğu kimi təşkilatda hakimiyyət
çox sayda vahidlər, şöbələr və menecment səviyyələri üzrə də bölüşdürülür. Qeyri-
mərkəzləşdirmə hakimiyyətin bütün təşkilat üzrə bölüşdürüldüyünü, mərkəzləşdirmə
isə hakimiyyətin təşkilatın yuxarı pillələrində cəmləşdiyini göstərir.
3.3. Biznes planın inkişaf strategiyaları ilə əlaqələndirilməsi
Muasir biznesin tələblərindən biri də yeni ideyaların planlaşdırılmasından,
daha dəqiq desək biznes-planların işlənib hazırlanmasından ibarətdir. Bu, ilk
novbədə, sahibkarlıq subyektlərinə oz strategiyasını qurmağa, movcud vəziyyəti real
70
qiymətləndirməyə, nəzərdə tutulan ideyanın həyata kecirilməsi ucun tələb olunan
maliyyə vəsaitlərinin həcmini duzgun muəyyənləşdirməyə, lazımi işci personal
toplamağa, bazarı strategiyaya uyğun olaraq araşdırmağa imkan verir.
Dunya təcrubəsi gostərir ki, yeni ideyanın həyata kecirilməsində
planlaşdırmanın lazımi səviyyədə aparılmamağı, adətən gozlənilməz problemlər
əmələ gətirir. Məhz yeni ideyanın həyata kecirilməsi ucun butun aspektlər nəzərə
alınmaqla duzgun tərtib olunmuş biznes-planın movcudluğu musbət nəticələrin əldə
edilməsi ucun zəmin yaradır.
Biznes-plan, həyata kecirilməsi nəzərdə tutulan ideyanın dərin analizini, həyata
kecirilmə prosesində qarşılaşması mumkun olan problemlərin oyrənilməsini və bu
problemlərin həlli yollarının tapılmasını təmin edir. Həqiqətən də, duzgun tərtib
olunmuş biznes-plan, son nəticədə, nəzərdə tutulan ideyanın həyata kecirilməsinin
məqsədəuyğun olub-olmamağını, bu ideyanın həyata kecirilməsinə sərf ediləcək vaxt,
guc və maliyyə vəsaitlərinin ozunu doğruldub-doğrultmayacağından xəbər verir.
Beləliklə, məlum olur ki, hər bir ideyanın həyata kecirilməsi ucun biznes-
planın movcudluğu dovrumuzun vacib tələblərindəndir. Bu kitabda, biznes-planın
tərkib hissələri, onun hazırlanması prinsipləri, nə ucun istifadə edilməsi, muxtəlif
yerli və xarici maliyyə institutlarının biznes-planların hazırlanmasına olan tələbləri
haqqında məlumatlar oz əksini tapmışdır.
Son zamanlar olkəmizin bazar iqtisadiyyatına kecməsi ilə əlaqədar olaraq cox
teztez “biznes”, “biznes ideya”, “biznes plan” kimi sozləri eşidir, muxtəlif KİV
vasitələrində onlara rast gəlirik. Bəs biznes nədir? Terminologiya luğətlərində
“biznes” – “gəlir əldə etməyə yonəldilmiş iqtisadi fəaliyyət” kimi izah edilir, yəni
bizneslə məşğul olmaq deməkdir, biznesin məqsədi isə gəlir əldə etməkdir. İnkişaf
etmiş bazar iqtisadiyyatlı olkələrdə iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada
sahibkarlar əvvəlcədən ozlərinin Biznesplanlarını tərtib etmədən işə başlasınlar. Bu
tamamilə aqrobizneslə, yəni kənd təsərrufatı, emal sənayesi və onların xidmət
sahələri ilə məşğul olan iş adamlarına da aiddir.