74
Eyni zamanda, Bazar imkanlarının qiymətləndirilməsi və satış bazarının
araşdırılması bolməsində, qabaqcadan Təşəbbuskar və ya onun cəlb etdiyi
ixtisaslaşdırılmış muəssisənin, bazarın oyrənilməsi məqsədilə istehlakcı rəylərinin
oyrənilməsi istiqamətində həyata kecirdiyi sorğu, fokus qrup və digər araşdırmaların
nəticələri də əks oluna bilər. Bu amil, satış bazarı haqqında məlumatların daha dəqiq
və əsaslandırılmış olmasını təmin etmək iqtidarındadır.
Sozsuz ki, Bazar imkanlarının qiymətləndirilməsi və satış bazarının
araşdırılması həyata kecirilərkən, məhz Təşəbbuskar tərəfindən bazarın coğrafiyası
muəyyənləşdirilir. Daha doğrusu, yeni ideyanın məhsulunun satılması nəzərdə tutulan
ərazidə (rayondaxili, regiondaxili, olkədaxili və s.) movcud bazar imkanlarının
qiymətləndirilməsi və satış bazarının araşdırılması həyata kecirilir.
75
Nəticə və təkliflər
Biznes – istehlakçıların tələbatının ödənilməsi və mənfəətin (gəlirin) əldə
edilməsi
məqsədilə təşəbbüskar
insanlar arasında
işgüzar
münasibətlərin
məcmusudur. Biznes və onun mühüm istiqaməti olan sahibkarlıq fəaliyyəti bazar
iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir, iqtisadi artım tempini, ümumi daxili
məhsulun strukturunu və keyfiyyətini müəyyən edir. Biznesin inkişafı demokratik
prinsiplərə və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşması
və davamlı inkişafına kömək edir.
Biznesin məqsədinə çatmaq üçün konkret vəzifələrin həlli nəzərdə tutulur.
Biznes məqsədlərinin düzgün seçilməsi və yerinə yetiriləcək konkret vəzifələrin
müəyyənləşdirilməsi müəssisənin potensial imkanlarının tam səfərbərliyə alınmasına,
əmək, material və maliyyə resurslarından daha səmərəli istifadə edilməsinə imkan
verir.
Konsepsiya əvvəlki illərdə əldə olunmuş nailiyyətlər hesabına qlobal inkişaf
meyillərinə qoşularaq diversifikasiya etmiş, səmərəli və rəqabətqabiliyyətli
iqtisadiyyatı formalaşdırmağı hədəfləyir ki, bu da özündə makroiqtisadi sabitliyin
qorunması, biznes mühitinin yaxşılaşdırılması, özəl təşəbbüsün dəstəklənməsi, xarici
iqtisadi əlaqələrin genişləndirilməsi, ölkədə investisiya mühitinin yaxşılaşdırılması,
səmərəli dövlət tənzimlənməsinin qurulması, ixrac yönümlü iqtisadiyyatın qurulması
kimi çoxsaylı məqsədləri əhatə edir
Biznes konsepsiyası dedikdə isə müəssisənin (firmanın ) məqsəd kimi onun
bütün fəaliyyətini birləşdirən davranış xəttidir. Bunsuz müəssisə və hər hansı təşkilat
fəaliyyət göstərə bilməz. Konsepsiya müəssisə üçün daha geniş anlayışdır.
Biznesmen və ya sahibkar öz işini təşkilini planlaşdırarkən bu və ya digər sahəyə
daxil olmaq üçün müəyyən iqtisadi məhdudiyyətləri də nəzərə almaq lazımdır.
Bununla yanaşı həmçinin sahədə və nəzərdə tutulmuş regionda iqtisadi konyukturanı
da yaddan çıxarmaq olmaz. Konyuktura tələb və təklif arasında nisbətləri, qiymət və
məhsul ehtiyatlarının hərəkətini, digər göstəriciləri özündə əks etdirən formalaşmış
76
iqtisadi şəraitdir. Adətən elə hallar olur ki, bəzi bölgələrdə güclü inkişaf olduğu
halda, digərləridə durğunluq müşahidə olunur. Həmişə biznesmen və sahibkar çox
vaxt inkişafda olan regionlara can atırlar. Səmərəli və iqtisadi cəhətdən seçilmiş
konsepsiya müəssisəyə qarşı müsbət fikir yaradır. Hər bir məqsədyönlü sistem bir
neçə qolları ifadə edir. Məsələn istehsalçı, istehlakçı, tədarükçü, muzdlu, ticarətçi
vergi ödəyicisi rolunu yerinə yetirir. Konsepsiyaya daxildir:
- Biznesin məqsədinin müəyyənləşdirilməsi;
- Fəaliyyət strategiyasının işlənməsi və ya məqsədlərə çatmaq üçün konkret
yolların tapılması;
- Qarşıda duran məqsədlərə təcrübi nail olmaq vasitələrinin seçilməsi.
Konsepsiyanın işlənməsi biznesin qurulmasında və inkişafında mühüm rol
oynayır. Onun biznesin uğuruna təsiri aşağıdakıları müəyyən edir:
1. Konsepsiyanın işlənməsi prosesi böyük əhəmiyyət kəsb edir, çünki
müəssisənin rəhbərliyinə onun fəaliyyətinin əsasında olan amilləri hərtərəfli
qiymətləndirməyə imkan verir.
2. Konsepsiyanın dərk edilməsi biznesin geniş sahələrini əldə etməyə kömək
edir ki, bu da həm firmanın rəhbərliyinə, həm də heyətinə baş verənlərə yaxından
baxmaq imkanı verir.
3. Konsepsiya müəssisədaxili, kənarda əlqələr üçün böyük imkanlar yaradır.
Firmanın strategiyası müəyyən edilərkən aşağıdakı üç əsas məsələ ilə
qarşılaşır:
1. hansı biznesə xitam verilsin.
2. hansı biznes davam etdirilsin.
3. hansı biznesə keçirilsin.
Bu o deməkdir ki, strategiyada əsas diqqət aşağıdakılara yönəldilir:
a) təşkilat nəyi edir və nəyi etmir.
b) fəaliyyətin həyata keçirilməsində nə mühümdir, nə vajib deyil.
Bizneslə məşğul olmağa qərar verən hər bir sahibkarın vəzifəsi ümumi
görünüşdə ona gətirib çıxarır ki, öz fəaliyyət sferasını müəyyənləşdirsin, uğura