77
gətirən yeni ideyanı tapsın, mümkün risk nöqtəyi-nəzərindən onu hərtərəfli
qiymətləndirsin və sonra isə nəzərdə tutulanları konkret nətijə alana qədər həyata
keçirsin.
Biznesin təşkili bir neçə mərhələləri əhatə edir:
1. Yeni ideyaların axtarışı və düzgün izah edilməsi.
2. Onun hərtərəfli qiymətləndirilməsi.
3. Bazarda «boşluqların» axtarışı.
4. Biznes planın işlənib hazırlanması.
5. Fəaliyyət konsepsiyasının formalaşdırılması və biznesin məqsədlərinin seçilməsi.
6. Fəaliyyət strategiyasının işlənib hazırlanması.
7. Layihənin reallaşdırılması.
8. Müəssisənin təşkili və idarə edilməsi.
Ən mühüm strateji məsələlərdən biri müəssisənin yerinin seçilməsidir. Bu
halda aşağıdakıları nəzərə almaq zəruridir.
1. İşçi qüvvəsi ilə təminat imkanları.
2. Material xammalarla təminat.
3. Xidmət imkanları.
4. Nəqliyyat imkanları.
5. Bazarlar.
6. Dövlət güzəştləri.
Müəssisənin yeri haqqında məsələyə baxarkən xammalın göndərilməsinə və
hazır məhsulun istehlakçılara çatdırılmasına sərf edilən məsrəfləri nəzərə almaq
lazımdır. Bizneslə loqosik sistem kimi baxıla bilər. Müəssisənin yerləşdiyi yerin
seçilməsi xüsusi əhəmiyyət kəsb edirlər. Burada yuxarıdakı hallardakı göstərilənlər
nəzərə alınmalıdır.
Müəssisənin yerləşməsi ilə yanaşı onun işinin təşkili də xüsusi yer tutur.
Müəssisənin təsis etdiklərindən və dövlət qeydiyyatından keçdikdən sonra
hazırlanmış biznes plana uyğun işin təşkili vacibdir.
78
Effektiv iş üçün əməkdaşların funksional vəzifələrini və səlahətlərini, qarşılıqlı
münasibətlərin dəqiq və aydın müəyyənləşdirmək lazımdır. Burada hər müəssisənin
hər bir əməkdaşı özü üçün aydınlaşdırsın.
- onlar nəyi gözləyirlər.
- hansı səlahətlərə malikdir.
- digər əməkdaşlarla onun qarşılıqlı münasibətləri necə olmalıdır.
79
İstifadə olunmuş ədəbiyyat
1. “Müəssisələr haqqında” Azərbaycan Respublikasının Qanunu Bakı - 1994
2. T. S. Vəliyev, Ə. P. Babayev, M. X. Meybullayev “ İqtisadi nəzəriyyə”
Bakı - 2001
3.
Biznesin əsasları. A.B.Abbasov, R.Ə.Abbasova, A.H.Fərruxov və b. Bakı-2005.
-656 s.
4.
Menecement. Şahbazov K., Məmmədov M.H., Həsənov H.S. və b. Bakı-2005
1000 s.
5.
Korporativ katiblik institutu və onun korporativ idarəetmədə yeri. Rəşad Rəsullu-
Ataholdingin korporativ katibi. Təqdimat materialı. Bakı – 2006. -33 s.
6.
Beynəlxalq Bankın strateji inkişaf departamentinin əsasnaməsi. 2005.
7.
Bağırov D.A., i.e.d. Purhani S.H. Nurlan, Bakı, 2005. 2 cild, 1078 səh.
8.
İqtisadi Nəzəriyyə. Dərslik. Vəliyev T.S., Qafarov Ş.S. Bakı, 2002. 516 səh.
9.
Azərbaycanın iqtisadiyyatı.Ali məktəblər ucun dərs vəsaiti. Dərslik. ƏliyevM.T.
Maarif, Bakı, 1997. 218 səh.
10. Kicik və orta sahibkarlıq subyektləri ucun əyani vəsait.Azərbaycan
Respublikası
11. İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Komək Milli Fondu. Bakı, 2002. 78
səh.
12. A.H. Tağıyev, S.A. Fərzəliyev – “Biznesin təşkili və idarə edilməsi”,
Nəşriyyat “Təknur” Bakı-2007
13. Ə. Ələkbərov, F. İbrahimov – Menecment Bakı-2007
14. Hosking – “Business Studies”, “The HLT Group Ltd”. London-2000
15. K.A. Şahbazov, M.H. Məmmədov, H.S. Həsənov – “Menecment” Nəşriyyat
“AMAKA“ Bakı – 2005
16.
Ламбен Ж..Ж.. Менеджмент, ориентированный на рынок. СПб., 2006. –
800 s.
17.
Стратегический менеджмент. Под. редакцией Петрова. СПб., 2006. – 496 s.
80
18.
Герчикова И.Н. Менеджмент. 4-е. издание. Юнити, Москва – 2006. -830 s.
19.
А.А. Блажевич. Стратегический менеджмент. УФА-2005. – 113 s.
20.
Портер М.С. Конкуренция. Пер.с. англ. Москва – 2000. – 495 s.
21.
Дойл П. Менеджмент: стратегия и тактика. Питер 2000. – 560 s.
22.
Стратегия бизнеса /Под. Редакцией Г.Б.Клейнера. Москва 2000. -320 s.
23.
Томпсон А.А., Стрикленд А.Дж. Стратегический менеджмент. Пер.с. англ.
Москва – 1999.- 576 s.
24.
Мескон М., Альберт М., Хедоури. Основы менеджмента. Пер.с. англ. 1998.-
720 s.
25.
Ансофф И. Стратегическое управление. Москва – 1989. -519 s.
26.
Developing Business Strategies. David A. Aaker. Ottawa-1997. – 380 s.
27.
Strategic Management. David Cowley. Granfield School of Management – 2001.
110 s.
28.
Kinaki William. “Strategic management: How Star Managers realize a Grand
Design”. The McGraw-Hill companies-2003. - 70 s.
29.
www.google.az
30.
www.iqtisad.net
31.
www.gyte.edu.tr
32.
www.arama.com
81
SUMMARY
Bussines concept is an idea for a business that includes basic information such as
the service or product, the target demographic, and a unique selling proposition that
gives a company an advantage over competitors. A business concept may involve
a new product or simply a novel approach to marketing or delivering an existing
product. Once a concept is developed, it is incorporated into a business plan.
This deliverable deals with concepts and not processes. A business concept is closely
linked to the processes required to achieve any kind of objectives. It defines an
environment for all processes to allow an open model based collaboration between all
stakeholders. The focus is set on the early design phase.
82
РЕЗЮМЕ
Бизнес-концепция – концептуальное описание ключевой бизнес-идеи,
формата бизнеса. Концепция бизнеса является составной частью стратегии
компании – той ключевой идеей, вокруг которой, и для которой подробно
прописывается стратегия предприятия.
Формально написанный документ позволяет прочитать и одинаково понимать
его всем сотрудникам компании, которые должны быть знакомы с бизнес-
концепцией, в том числе это важно для вновь приходящих в организацию
сотрудников.
Формально написанный документ позволяет акционерам и топ-менеджерам
контролировать деятельность организации, сравнивая запланированное и
сделанное.
Акционеры должны понимать ключевую идею своего бизнеса. Только чётко
сформулированная, логичная и оригинальная бизнес-концепция может лечь в
основу
разработки
полноценной
стратегии
предприятия.
Оценивая
разработанную стратегию или предлагаемые к ней изменения, акционеры
должны контролировать, чтобы стратегические разработки не противоречили,
но были направлены на успешное развитие концепции бизнеса.
83
Bayramlı Nərmin Möhsün qızının “Biznes konsepsiyasının seçilməsi”
mövzusunda dissertasiya işinin
R E F E R A T I
Mövzunun aktuallığı:
Biznesin konsepsiyası (missiyası və fəaliyyət xətti)
müəssisənin inkişafının və formalaşmasının ideologiyasını xarakterizə edir.
Onun hazırlanması fəaliyyət xəttinin formalaşmasına imkan verir. Səmərəli
seçilmiş konsepsiya müəssisəyə qarşı müsbət fikir yaradır. Kollektivi konkret
fəaliyyətə səfərbər edir. Bir sözlə konsepsiya – firmanın bütün rollarının çoxluğunu
birləşdirən davranış xəttidir. Firma onsuz fəaliyyət göstərə bilməz.
Hər hansı dərəcədə konsepsiyada qeyri real ideyallar – nəticələr göstərir.
Konsepsiyaya daxildir: biznesin məqsədlərinin müəyyənləşdirilməsi; fəaliyyət
strategiyasının işlənməsi və ya məqsədlərə çatmaq üçün konkret yolların tapılması;
- qarşıda duran məqsədlərə praktiki nail olmaq vasitələrinin seçilməsi.
Konsepsiyanın işlənməsi, biznesin qurulmasında və inkişafında mühüm rol
oynayır. Konsepsiyanın biznesə təsiri müxtəlif cür təzahür edir.
Konsepsiyanın işlənməsi prosesi böyük əhəmiyyət kəsb edir, çünki firmanın
rəhbərliyinə onun fəaliyyətinin aşağıda olan amilləri hər tərəfli qiymətləndirməyə
məcbur edir. Konsepsiyanın dərk edilməsi biznesin geniş panaramasını əldə etməyə
kömək edir ki, bu da həm firmanın rəhbərliyinə və həm də heyyətinə baş verənlərə
yaxından baxmaq imkanı yaradır. Bunsuz uzunmüddətli rəqabət qabiliyyətini və
müvəffəqiyyətlərini təmin etmək ağlasığmazdır.
Biznes konsepsiyasının işləyib hazılayərkən müəssisənin fəaliyyətinin əsas
xəttini istehlakçıların arzularından başlamaq lazımdır.
Fəaliyyət xətti həmişə əsas suala cavab verməlidir. Müəssisə hansı məqsədlə
yaradılmışdır və kimlərə xidmət edir? Bu sualın cavabı müəssisə işinin qurulmasına
və təşkilinə xidmət edir. Biznes konsepsiyasının işlənməsi onun məqsədlərini
84
müəyyənləşdirməyi nəzərdə tutur. Məqsədlər – o müəssisənin fəaliyyətində cəhd
etdiyi əsas nəticələrdir.
Tədqiqatın obyekti. Təşkilati hüquqi forması Açıq Səhmdar Cəmiyyət olan
biznes subyektləri tədqiqatın obyektini təşkil edir.
Tədqiqatın predmeti. Biznes konsepsiyasının formalaşmasında əhəmiyyət
daşıyan pinsiplər, mexanizmlər və qaydalarının məcmusu tədqiqatın predmetini təşkil
edir.
Tədqiqatın məqsədi və vəzifələri. Tədqiqatın məqsədi biznes konsepsiyasının
formalaşmasının mühüm istiqamətlərinin müəyyənləşdirilməsi, müasir biznes
idarəçiliyində tətbiq edilən mexanizmlərin və texnologiyasının aydınlaşdırılmasıdır.
Bundan irəli gələrək dissertasiya işində biznes konsepsiyasının hazırlanmasının
nəzəri- metodoloji tərəfləri öyrənilir, mahiyyəti açıqlanır.
Biznes strategiyalarının işlənib hazırlanması və tətbiqi menecmentinin müasir
vəziyyəti araşdırılır, biznesin strateji idarə edilməsi mexanizminin təkmilləşdirilməsi
istiqamətləri göstərilir. Bundan əlavə biznesdə mövqelərin təhlili və səlahiyyətlərin
bölüşdürülməsi və biznes palnın onun inkişaf strategiyaları ilə əlaqələndirilməsi izah
edilir
Tədqiqatın informasiya bazası. Tədqiqatın informasiya bazasını yerli biznes
təşkilatlarının konsepsiyalarının formalaşması sahəsində hazırladıqları metodik
sənədlər və əsasnamələr, strateji menecment sistemini quran dünyanın aparıcı
firmalarının və kompaniyalarını konsepsiyalarını təcəssüm etdirən internet səhifələri,
beynəlxal səviyyədə tanınan ekspert və müəlliflərin fikirlərinin yer aldığı ayrı-ayrı
ədəbiyyatlar, məqalələr, habelə ən son statistik göstəricilər təşkil edir.
85
Tədqiqatın praktiki əhəmiyyəti.
Biznes konsepsiyasının tətbiq edilməsinin praktiki tətbiq modelinin göstərilməsi,
dünyanın aparıcı qlobal kompaniyalarının keçdiyi inkişaf yolu və tətbiq etdiyi
təkmilləşmə modelləri barədə məlumatlar zəngin təcrübə rolunu oynayır.
Biznes konsepsiyasının hazırlanması və reallaşması, bazarda müvazinətin və
struktur dayanıqlığının təminatı, rəqabətə davamlı fəaliyyətin təşkili, səmərəli
maliyyə-kredit mexanizminin formalaşması üzrə təkliflərin verilməsi baxımından
vacibdir.
Tədqiqatın elmi yeniliyi: Tədqiqatın elmi yeniliyi kimi aşağıdakıları qeyd
etmək olar:
- biznes strategiyasının əsas məqsədləri müəyyənləşdirilmişdir;
- biznes konsepsiyasının əsas istiqamətləri göstərilmişdir;
- konsepsiyanın strateji inkişafa təsiri müəyyənləşdirilmişdir:
-biznes konsepsiyalarının təkmilləşdirilməsi istiqamətləri göstərilmişdir;
- biznes konsepsiyasının hazırlanmasının müasir formaları təhlil edilmiş və dəyərli
təkliflər verilmişdir.
Dissertasiya işinin strukturu: Dissertasiya işi Giriş, 3 Fəsil, Nəticə və
təkliflərdən ibarət olmaqla 80 səhifədir.
Sonda aşağıdakı nəticə və təkliflər verilmişdir:
Biznes – istehlakçıların tələbatının ödənilməsi və mənfəətin (gəlirin) əldə
edilməsi
məqsədilə təşəbbüskar
insanlar arasında
işgüzar
münasibətlərin
məcmusudur. Biznes və onun mühüm istiqaməti olan sahibkarlıq fəaliyyəti bazar
iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir, iqtisadi artım tempini, ümumi daxili
məhsulun strukturunu və keyfiyyətini müəyyən edir. Biznesin inkişafı demokratik
prinsiplərə və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşması
və davamlı inkişafına kömək edir.
Biznesin məqsədinə çatmaq üçün konkret vəzifələrin həlli nəzərdə tutulur.
Biznes məqsədlərinin düzgün seçilməsi və yerinə yetiriləcək konkret vəzifələrin
86
müəyyənləşdirilməsi müəssisənin potensial imkanlarının tam səfərbərliyə alınmasına,
əmək, material və maliyyə resurslarından daha səmərəli istifadə edilməsinə imkan
verir.
Konsepsiya əvvəlki illərdə əldə olunmuş nailiyyətlər hesabına qlobal inkişaf
meyillərinə qoşularaq diversifikasiya etmiş, səmərəli və rəqabətqabiliyyətli
iqtisadiyyatı formalaşdırmağı hədəfləyir ki, bu da özündə makroiqtisadi sabitliyin
qorunması, biznes mühitinin yaxşılaşdırılması, özəl təşəbbüsün dəstəklənməsi, xarici
iqtisadi əlaqələrin genişləndirilməsi, ölkədə investisiya mühitinin yaxşılaşdırılması,
səmərəli dövlət tənzimlənməsinin qurulması, ixrac yönümlü iqtisadiyyatın qurulması
kimi çoxsaylı məqsədləri əhatə edir
Biznes konsepsiyası dedikdə isə müəssisənin (firmanın ) məqsəd kimi onun
bütün fəaliyyətini birləşdirən davranış xəttidir. Bunsuz müəssisə və hər hansı təşkilat
fəaliyyət göstərə bilməz. Konsepsiya müəssisə üçün daha geniş anlayışdır.
Biznesmen və ya sahibkar öz işini təşkilini planlaşdırarkən bu və ya digər sahəyə
daxil olmaq üçün müəyyən iqtisadi məhdudiyyətləri də nəzərə almaq lazımdır.
Bununla yanaşı həmçinin sahədə və nəzərdə tutulmuş regionda iqtisadi konyukturanı
da yaddan çıxarmaq olmaz. Konyuktura tələb və təklif arasında nisbətləri, qiymət və
məhsul ehtiyatlarının hərəkətini, digər göstəriciləri özündə əks etdirən formalaşmış
iqtisadi şəraitdir. Adətən elə hallar olur ki, bəzi bölgələrdə güclü inkişaf olduğu
halda, digərləridə durğunluq müşahidə olunur. Həmişə biznesmen və sahibkar çox
vaxt inkişafda olan regionlara can atırlar. Səmərəli və iqtisadi cəhətdən seçilmiş
konsepsiya müəssisəyə qarşı müsbət fikir yaradır. Hər bir məqsədyönlü sistem bir
neçə qolları ifadə edir. Məsələn istehsalçı, istehlakçı, tədarükçü, muzdlu, ticarətçi
vergi ödəyicisi rolunu yerinə yetirir. Konsepsiyaya daxildir:
- Biznesin məqsədinin müəyyənləşdirilməsi;
- Fəaliyyət strategiyasının işlənməsi və ya məqsədlərə çatmaq üçün konkret
yolların tapılması;
- Qarşıda duran məqsədlərə təcrübi nail olmaq vasitələrinin seçilməsi.
87
Konsepsiyanın işlənməsi biznesin qurulmasında və inkişafında mühüm rol
oynayır. Onun biznesin uğuruna təsiri aşağıdakıları müəyyən edir:
1. Konsepsiyanın işlənməsi prosesi böyük əhəmiyyət kəsb edir, çünki
müəssisənin rəhbərliyinə onun fəaliyyətinin əsasında olan amilləri hərtərəfli
qiymətləndirməyə imkan verir.
2. Konsepsiyanın dərk edilməsi biznesin geniş sahələrini əldə etməyə kömək
edir ki, bu da həm firmanın rəhbərliyinə, həm də heyətinə baş verənlərə yaxından
baxmaq imkanı verir.
3. Konsepsiya müəssisədaxili, kənarda əlqələr üçün böyük imkanlar yaradır.
Firmanın strategiyası müəyyən edilərkən aşağıdakı üç əsas məsələ ilə
qarşılaşır:
4. hansı biznesə xitam verilsin.
5. hansı biznes davam etdirilsin.
6. hansı biznesə keçirilsin.
Bu o deməkdir ki, strategiyada əsas diqqət aşağıdakılara yönəldilir:
a) təşkilat nəyi edir və nəyi etmir.
b) fəaliyyətin həyata keçirilməsində nə mühümdir, nə vajib deyil.
Bizneslə məşğul olmağa qərar verən hər bir sahibkarın vəzifəsi ümumi
görünüşdə ona gətirib çıxarır ki, öz fəaliyyət sferasını müəyyənləşdirsin, uğura
gətirən yeni ideyanı tapsın, mümkün risk nöqtəyi-nəzərindən onu hərtərəfli
qiymətləndirsin və sonra isə nəzərdə tutulanları konkret nətijə alana qədər həyata
keçirsin.
Biznesin təşkili bir neçə mərhələləri əhatə edir:
9. Yeni ideyaların axtarışı və düzgün izah edilməsi.
10. Onun hərtərəfli qiymətləndirilməsi.
11. Bazarda «boşluqların» axtarışı.
12. Biznes planın işlənib hazırlanması.
13. Fəaliyyət konsepsiyasının formalaşdırılması və biznesin məqsədlərinin seçilməsi.
14. Fəaliyyət strategiyasının işlənib hazırlanması.
88
15. Layihənin reallaşdırılması.
16. Müəssisənin təşkili və idarə edilməsi.
Ən mühüm strateji məsələlərdən biri müəssisənin yerinin seçilməsidir. Bu
halda aşağıdakıları nəzərə almaq zəruridir.
7. İşçi qüvvəsi ilə təminat imkanları.
8. Material xammalarla təminat.
9. Xidmət imkanları.
10. Nəqliyyat imkanları.
11. Bazarlar.
12. Dövlət güzəştləri.
Müəssisənin yeri haqqında məsələyə baxarkən xammalın göndərilməsinə və
hazır məhsulun istehlakçılara çatdırılmasına sərf edilən məsrəfləri nəzərə almaq
lazımdır. Bizneslə loqosik sistem kimi baxıla bilər. Müəssisənin yerləşdiyi yerin
seçilməsi xüsusi əhəmiyyət kəsb edirlər. Burada yuxarıdakı hallardakı göstərilənlər
nəzərə alınmalıdır.
Müəssisənin yerləşməsi ilə yanaşı onun işinin təşkili də xüsusi yer tutur.
Müəssisənin təsis etdiklərindən və dövlət qeydiyyatından keçdikdən sonra
hazırlanmış biznes plana uyğun işin təşkili vacibdir.
Effektiv iş üçün əməkdaşların funksional vəzifələrini və səlahətlərini, qarşılıqlı
münasibətlərin dəqiq və aydın müəyyənləşdirmək lazımdır. Burada hər müəssisənin
hər bir əməkdaşı özü üçün aydınlaşdırsın.
- onlar nəyi gözləyirlər.
- hansı səlahətlərə malikdir.
- digər əməkdaşlarla onun qarşılıqlı münasibətləri necə olmalıdır.
Dostları ilə paylaş: |