11
hissəsində ixtsaslaşır,digərləri isə bütün sahə üzrə və ya bir neçə sahədə
diversifikasiya olunmuş fəaliyyət göstərirlər.Bəzi hallarda müəssisələr öz
missiyalarını yanlış olaraq mənfəət terminləri ilə ifadə edirlər.Unutmaq olmaz
ki,mənfəət müəssisənin fəaliyyət nəticəsində yaranır.Mənfəətin əldə edilməsi
məqsədi bizə hansı sahədə fəaliyyət göstərəcəyimizi və yaxud,bu mənfəəti hansı
sahədə əldə edəcəyimizi əks etdirmir.Nümunə üçün ,”Samsung” və “General Motors”
korporasiyaları tamamilə müxtəlif fəaliyyət növləri ilə məşğul olurlar,baxmayaraq
ki,onların hər biri mənfəət əldə etməyə istiqamətlənirlər.
Müəssisənin strateji təyinatının müəyyən edilməsinin əsas üç cəhətini qeyd edək:
Müəssisənin fəaliyyət göstərdiyi biznes sahələrinin üəyyən edilməsi;
Müəssisənin strateji təyinatının aydın ,səlis və ilhamlı izahı;
Müəssisənin strateji kursunun və missiyasının nə zaman dəyişdirilməsi barədə
vaxtlı qərarın qəbulu.
Hər bir müəssisədə strateji təyinat müəyyən edildikdən sonra onun əsas funksional
(elmi-tətqiqat və sınaq işləri,maliyyə,marketinq .istehsal və b) və köməkçi
(kadrlar,informasiya təminatı və s.) bölmələrinin missiyaları müəyyən edilir.
Müəssisənin strateji təyinatı və missiyasının izahatının hər bir menecerə və işçiyə
çatdırılması bu təyinatın özünün müəyyən edilməsi qədər mühümdür.Dəqiq ifadələrlə
ifadə olunmuş strateji təyinat və missiya işçilərin daha keyfiyyətli işləmələrinə və
yüksək motivasiyaya malik olmalarına şərait yaradır.Qəbul edilmiş strateji təyinat və
missiya zaman keçdikcə dəyişə bilər.Belə ki,alıcıların tələbatlarında baş verən
keyfiyyət və kəmiyyət dəyişiklikləri sahə bazarlarının mənfəətlilik dərəcələrinin
azalması və risk səviyyələrinin yüksəlməsi kimi səbəblər müəssisənin strateji təyinatı
və missiyasinda dəyişikliklər etməyin vaxtının çatmasından xəbər verir.Sahibkarlar
məhz belə anları vaxtında tuta bildikləri halda uğur qazana bilirlər.
Strategiyanın təyinatı dedikdə onun hansı məqsədə ,nə üçün və hansı sahələrdə
istifadə edilməsi başa düşülür.Strategiyanın istifadə olunduğu sahələr onun tətbiqi
sahələrdir.Strategiyanən tətbiqi dedikdə qarşıda qoyulan məqsədə çatmaq üçün
strategiyanın necə tətbiq olunması məsəsləsi başa düşülür.Bu işi həyata keçirməyin
12
yüksək ixtisaslaşma və məharət tələb etdiyi məlumdur.Strategiyanın tətbiqi praktiki
məsələ olsa da onun inzibati meylləri də vardır.Bu əsasən aşağıdakəlardan
ibarətdir(19,113):
Strategiyanı müvəffəqiyyətlə həyata keçirə bilən bir təşkilatı yaratmaq;
Bütün imkanları strategiyanın uğur qazanmasına yönəldə bilən maliyyə planı
hazırlamaq;
Strategiyanı dəstəkləməyə yönələn siyasət yürütmək;
İşçilər üçün elə həvəsləndirmə üsulları işləyib hazırlamaq kiŞo qarşıya qoyulan
məqsədlərə çatmaqda səfərbəredici rol oynasın;
Lazım gəldiyi halda onların arasında mümkün olan yerdəyişmələri aparmaq şərti
ilə optimal iş bölgüsünə və strategiyanın reallaşmasında müvəffəqiyyətli nəticəyə
nail olmaq;
Qarşıya qoyulmuş məqsədə nail olmaq ilə həvəsləndirmə sistemi arasında
uyğunluq yaratmaq;
Şirkət daxilində elə işçi münasibətlər yaratmaq lazımdır ki,bütün imkanlar
strategiyanın müvəffəq tətbiqinə yönəlmş olsun;
Şirkət daxilində əlaqələndirmə və işə birgə münasibət elə formalaşdırılmalıdır
ki,hər bir fərd günbəgün şirkətin strategiyasının təkmilləşməsinə və reallaşmasına
kəməklik etmiş olsun;
İş üsulunda daimi təkmilləşmə və təcrübələrin tətbiqinə xüsusi diqqət
göstərilməlidir;
Strategiyanın həyata keçirilməsində və iştirak edənlər arasında daxildə liderlik
hisləri aşılanaraq hər zaman strategiyanın reallaşdırılması sürətlənməli və tətbiqin
səviyyəsi yüksəldilməlidir.
Bu prosesdə inzibati məsələ ondan ibarətdir ki,faktın həyata keçirilmə səviyyəsi
ilə strategiyanın nəzərə tutduğu proqram tutuşdurulsun və kənarlaşmalar
müəyyənləşdirilib aradan götürülsün.
Beləliklə,strategiyanın tətbiqi ,praktiki inzibati işdən, təşkil etmədən ,maliyyə
planlaşdırılmasından ,siyasi xətt yürütməkdən ,həvəsləndirmə üsulunu tətbiq
13
etməkdən,idarəetmənin
mədəni
üsullarından
istifadə
etməkdən
ibarət
olmaqla,bunların düşünülmüş kombinasiyalarının birgə əlaqələndirilməsidir.
Biznes strategiyası təşkilatın mövcud olduğu vəziyyət ilə arzu etdiyi vəziyyət
arasındakı yolun necə gediləcəyini göstərir.Yəni bu strategiya ilə təşkilatın
məqsədlərini, hədəflərini müəyyənləşdirib və bunlara hansı dəyərlər ilə necə
çatacağımızı göstərən bir plan tərtib etmiş olarıq ki, bu plan da uzun müddətli və ən
əsası da gələcəyə yönəlik olur.Tərtib etdiyimiz bu plan büdcənin strateji məqsədlərə
çata biləcək vəziyyətə gətirilməsinə və resurs mənbələrinin əvvəlcədən
müəyyənləşməsinə rəhbərlik edər.
Bir sözlə Biznes strategiyası:
Nəticələrin planlaşdırılmasıdır:-Yəni hər hansı cari fəaliyyəti deyil,
uzunmüddətli fəaliyyət nəticələrinin planlanmasıdır.
Qeyri müəyyənliyin planlaşdırılmasıdır:-Dəyişmələrin istənilən vaxt olmasına
hazır olmalıdır, və bu dəyişmələri dəstəkləməlidir.Dinamik olmalıdır,gələcəyi
yönləndirməlidir.Zaman keçdikcə dəyişən şərtlərə görə düzəlişlərin edilməsi
labüddür.
Realdır. Arzu edilən vəziyyətin real olması vacibdir ki, ruh düşkünlüyü
yaranmasın;
Keyfiyyətli idarəetmə üçün əsasdır:-Bir təşkilatın nə edəcəyini, niyə edəcəyini,
necə edəcəyini əvvəlcədən müəyyənləşdirib sistemli bir idarəetmə formalaşdırır;
Cavab vermə məsuliyyətinə dayanır:-Nəticələrə necə və nə qədər nail
olunmasının izlənməsinə, dəyərləndirilməsinə və nəzarət edilməsinə şərait yaradır.
Hazırlanan Biznes strategiyası aşağıdakı 4 suala cavab verməlidir:
Hardayıq ?
Hara getmək istəyirik ?
Getmək istədiyimiz yerə necə çata bilərik ?
Getməyimizi (nailiyyətimizi) necə ölçə bilər və izləyə bilərik.
İndi isə qeyd edilən suallara necə cavab verilməsini araşdıraq.
Dostları ilə paylaş: |