Fesil indd



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix26.08.2018
ölçüsü4,67 Mb.
#64794
1   2   3   4   5   6   7   8   9

268

cəmiyyətlərdə və cəmiyyət içərisində müxtəlif qruplarda kişi və qadınlara aid 

edilən  qaydalar,  qadağalar  və  gözləntilərdə  öz  əksini  tapır.  İctimai  qaydalar 

və  qadağalar  kişi  və  qadınlar  üçün  fərqli  davranış  tərzlərini  müəyyənləşdirir. 

Gözləntilər isə qadınların və kişilərin (qızların və oğlanların) həyatda nəyə nail 

olacağına dair ailə, icma, iş kollektivi və digər sosial mühitlərdə olan ümumi 

rəyləri əks etdirir.

Məsələn,  evdən  kənarda  təhsil  almaq  qadağası  20-ci  əsrin  əvvəllərində 

Azərbaycan ailələrinin əksəriyyətində qızlara şamil edilirdi. O dövrdə yalnız bəzi 

ziyalı ailələrində qızların təhsilinə icazə verilirdi. Xalqımızın böyük maarifçiləri, 

məşhur yazıçıları və ictimai xadimləri M. F. Axundov, Y. V. Çəmənzəminli, Ə. 

Haqverdiyev, Ə. Ağayev, C. Məmmədquluzadə, H. Cavanşir, S. Axundzadə, Ş. 

Əfəndiyeva, N. Şıxlinskaya, H. Z. Tağıyev, M. Ə. Sabir, Ü. Hacıbəyov, C. Cab-

barlı, Ö. F. Nemanzadə və başqaları Azərbaycanda qadın təhsilinin ictimai qa-

dağalardan azad olması yolunda yorulmadan çalışmışlar. 

Üstündən 30-40 il keçdi. Tarixi miqyasda kifayət qədər kiçik vaxt ərzində 

Sovet siyasəti (kollektivləşmə, təhsil islahatları, sənayeləşmə, şəhər əhalisinin 

artımı,  ailə,  qadın  və  nikah  sahəsində  qəbul  edilən  qanunlar  və  aparılan  ic-

timai kampaniyalar) və İkinci Dünya Müharibəsi şəraitində cəmiyyətdə əmək 

bölgüsünün dəyişməsi  gender münasibətlərinə ciddi dəyişikliklər gətirdi. Qa-

dınlara tətbiq olunan bir sıra qadağalar bu dəyişikliklərin nəticəsində aradan 

qaldırıldı: qadınlar və qızlar təhsil almaq imkanını qazandı, oğlan və qızların 

ictimai sahədə mütəmadi olaraq ünsiyyətdə olması üçün şərait yarandı, qadın-

ların müəllimlik sahəsində ixtisaslaşıb işləməsi kütləvi hal aldı. Artıq 2012-ci 

ildə Azərbaycanda təhsil müəssisələrində oxuyanların 47%-ni qızlar təşkil et-

miş, təhsil sahəsində çalışanların mütləq əksəriyyəti (68%) qadınlar olmuşdu

3

.

Müasir  dövrdə  qadınlara  qarşı  tətbiq  olunan  gender  əsaslı  ayrı-seçki-

lik, qadağalar və stereotiplər həm elmi sahədə, həm də ictimai müzakirələrdə 

və  media  səhifələrində  geniş  işıqlandırılır.  Kişilərin  rastlaşdığı  gender  əsaslı 

məhdudiyyətlər isə yalnız arabir müzakirə predmetinə çevrilir. Lakin bu demək 

deyil  ki,  müxtəlif  cəmiyyətlərdə  kişilər  bu  kimi  problemlərlə  üz-üzə  gəlmir. 

Məsələn, ənənəvi patriarxal

4

 dəyərlərin hökm sürdüyü şəraitdə iqtisadi böhran 



üzündən “ailənin əsas təminatçısı” funksiyasını yerinə yetirə bilməyən kişilər 

ciddi  mənəvi-psixoloji  və  sosial  təzyiqlərə  məruz  qala  bilər.  Buna  bənzər 

mühitdə həyatını ev işlərinə və uşaqların tərbiyəsinə həsr etməyə qərar verən 

kişi də ətrafdakıların qınaq və ya istehza obyektinə cevrilir.

Gender münasibətlərində ictimai və özəl sahədə baş verən dəyişikliklər əksər 

3

 Azərbaycanda qadınlar və kişilər 2012, Azərbaycan Respublikasının Dövlət Statistika 



Komitəsi, Bakı, 2012, səh. 63, 87

4

 Patriarxiya – kişilərin sosial təşkilatlanmada, siyasi idarəçilikdə, mənəvi dəyərlərin müəyyən 



edilməsində və mülkiyyətə nəzarətdə əsas hakim mövqeyə malik olduğu sosial sistemdir.


269

hallarda  ağır  və  mürəkkəb  prosesdir.  Gender  əsaslı  güc  balansının  dəyişməsi 

ailədə, ictimai sahədə, iş yerlərində, hakimiyyət strukturlarında və bütövlüklə 

cəmiyyətdə mövcud olan mühüm iyerarxiyaları silkələyir. Özəl və ictimai sahədə 

qərar vermə proseslərinə yeni qüvvələr qoşulur, ənənəvi normalar pozulur, bu 

vaxta qədər qadağaları etirazsız qəbul edənlər öz haqqlarını tələb etməyə başla-

yır, mühüm ehtiyatlardan istifadə və nəzarət bölgüsü dəyişir. Müxtəlif sosial və 

iqtisadi şəraitdə gender bərabərsizliyi də fərqli formalarda özünü biruzə verir. 

Tariximizə nəzər salaq:

20-ci  əsrin  əvvəllərində  ilk  azərbaycanlı  qadın-həkimlər  kəskin  ictimai 

qinaqla  üzləşirdi.  1922-ci  ildə  Baki  Dövlət  Universitetinin  Tibb  Fakultəsinin 

məzunları arasında yalnız iki qız, Adilə xanım Şaxtaxtinskaya və Ceyran xanım 

Sultanova var idi. Qadınların bu sahəyə daxil olması cəmiyyətdə güclü etirazla-

ra səbəb olmuşdu. Qadının evdən kənarda işləməsi, həkimlik sahəsində çalışa-

raq hər iki cinsdən olan insanlarla ünsiyyətdə olması o dövrün “qadın” sosial 

kateqoriyasına aid edilən qadağa və vəzifələrə zidd idi. Qadınların mütəxəssis 

olaraq evdən kənar əmək fəaliyyətinə görə pul qazanması və ictimai həyatda 

söz  sahibi  olması  ailədə  və  cəmiyyətdə  oturuşmuş  hakimiyyət  bölgüsünü  po-

zurdu. İllər keçdi və hal-hazırda səhiyyə sektoru Azərbaycanda qadınların ən 

çox  çalışdığı  sahələrin  birinə  çevrildi.  2011-ci  ilin  sonuna  səhiyyə  və  sosial 

xidmətlər sektorunda qadınlar 77,6%, kişilər isə 22,4% təşkil edirdi

5

. 2005-ci 

ildə Azərbaycan Milli İnsan İnkişafı Hesabatı üçün keçirilmiş sorğu nəticələrinə 

əsasən respondentlərin əksəriyyəti həkimliyi qadınlar üçün ən münasib ixtisas-

lardan biri sayır

6

. Lakin ümumi səhiyyə sistemində azlıq təşkil edən kişi işçilər 

rəhbər vəzifələrdə çoxluq təşkil edir

7

. 

Eyni peşə sahəsində, qurum, təşkilat və ya da şirkətdə bir gender kateqori-

yasına aid insanların yuxarı, orta və ya aşağı vəzifələrdə cəmləşməsinə şaquli 

gender seqreqasiyası deyilir. Şaquli seqreqasiya cəmiyyətdə dərin kök salmış 

gender bərabərsizliyinin əlamətidir. Ümumi saya görə səhiyyə sektorunda az-

lıq təşkil edən kişi işçilərin rəhbərlik vəzifələrində cəmləşməsi bir sıra faktorlar 

nəticəsində  əmələ  gələ  bilər:  kadr  siyasətində  yazılmamış  patriarxal  qaydalar 

və stereotiplərin təsiri, iş rejimi və vəzifəyə aid tələblərin qadınların kişilərdən 

fərqli ailə vəzifələrini nəzərə almaması,  qadınların öz profesional səviyyəsini 

artırmaq  üçün  olan  imkanlardan  istifadə  edərkən  məhdudiyyətlərlə  üzləşməsi 

və s.


5

 Azərbaycanda qadınlar və kişilər 2012, Azərbaycan Respublikasının Dövlət Statistika 

Komitəsi, Bakı, 2012

6

 Gender Attitudes in Azerbaijan: trends and challenges, National Human Development Report



2007

7

 Gender Attitudes in Azerbaijan: trends and challenges, National Human Development Report, 



2007, səh. 51


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə