Fesil indd



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix26.08.2018
ölçüsü4,67 Mb.
#64794
1   2   3   4   5   6   7   8   9

278

müəssisələri, banklar, maliyyə-kredit, biznes və ticarət müəssisələri və sair) öz 

fəaliyyətlərini müəyyən qaydalar əsasında qurur.  Əhaliyə xidmət göstərərkən 

öz fəaliyyətində insanların fərqli imkanları, maraqları və ehtiyaclarını nəzərə 

almayan qurumlar, standart dairəvi qapısı olan gəmiyə bənzəyir. Onlar yalnız 

bir tipli müştəriyə xidmət göstərə bilir və beləliklə də tətbiq etdiyi dar standart-

lara uyğun gəlməyənlər üçün qeyri-bərabər, ədalətsiz şərait yaradır. Nəticədə 

inkişaf prosesi insanların seçimlərini genişləndirmək əvəzinə qarşılarına əlavə 

məhdudiyyətlər qoyur. Eyni zamanda, cəmiyyət inkişafdan kənarda qalmış in-

sanların bilikləri, istedad və bacarıqlarından bəhrələnə bilmir və beləcə ümumi 

tərəqqi prosesinə ziyan vurulur.

GAD  yanaşmasına  görə,  dünyanın  bir  çox  bölgələrində  ailə  və  icma 

çərçivəsində  hökm  sürən  gender  bərabərsizliyi  ailədən  kənarda  olan  və  in-

kişaf siyasətini milli və qlobal səviyyədə həyata keçirən qurumlarda davam 

edir. Əksər ölkələrdə inkişafdan kənarda qalan və ya zərər çəkən əhali qrupları 

(bunların arasında qadınlar əksəriyyət təşkil edir) məhz cəmiyyətdə fəaliyyət 

göstərən  əsas  qurumların  ədalətsiz  qaydaları  üzündən  inkişafda  fəal  iştirak 

etmək imkanından məhrum olur. Bu şəraitdə insan inkişafına nail olmaq üçün 

institusional (yəni təsisatlar və qurumların fəaliyyət qaydalarına aid olan) is-

lahatların keçirilməsinə ehtiyac var. Eyni zamanda, əlverişsiz mövqedə olan 

qrupların inkişaf siyasətinin müəyyənləşdirilməsində və icrasında fəal iştirakı 

təmin olunmalıdır.



9.6  

Gender yönümlü həssas yanaşma

GAD yanaşması gender münasibətlərini dəyişən institusional dəyişikliklər 

sahəsində “gender meynstriminq” strategiyasını irəli sürmüşdür. Gender yö-

nümlü həssas yanaşmanın bütün sahələrə tətbiq edilməsi (gender mainstre-

aming)  –  istənilən  sahədə  və  istənilən  səviyyədə  (qanunvericilik,  siyasət  və 

proqramlar da daxil olmaqla) planlaşdırılan fəaliyyətin kişi və qadınlara olan 

təsirinin qiymətləndirilməsi prosesidir. Bu strategiya, siyasi, iqtisadi və sosial 

sahələrdə həyata keçirilən siyasət və proqramların işlənib hazırlanması, ic-

rası, monitorinqi və qiymətləndirilməsində tətbiq olunur və qadın və kişilərin 

maraq və təcrübələrində ola biləcək fərqləri hər zaman nəzərə alır. “Gender 

meynstriminq” – strategiya, gender bərabərliyi isə məqsəddir

13

.

“Gender meynstriminq” strategiyası 1995-ci ildə Pekində keçirilmiş BMT-

nin dördüncü Dünya Qadın Konfransı tərəfindən dəstəklənmişdir və dünyanın 

bir çox ölkələrində (o cümlədən Azərbaycanda) dövlət siyasəti səviyyəsində 

13

 Agreed Conclusions on Gender Mainstreaming. Geneva: United Nations Economic and 



Social Council, 1997,  http://www.un.org/documents/ecosoc/docs/1997/e1997-66.htm


279

tətbiq olunmaqdadır. Dördüncü Dünya Qadın Konfransından sonrakı dövrdə bu 

strategiyanın tətbiq edilməsi bəzən uğurla, bəzən isə böyük çətinliklərlə həyata 

keçmişdir. Məsələn, son 15 il ərzində “gender meynstriminqin” tərkib hissəsi 

olan gender statistikası dünyada uğurla inkişaf etmişdir. Gender statistikası - 

cinslər üzrə toplanaraq təhlil edilmiş və cəmiyyətdə gender məsələlərini əks 

etdirən statistik məlumatlardır. 

Gender yönümlü həssas yanaşmanın tətbiqində üzə çıxan problemlər hal-

hazırda BMT konfranslarında və digər beynəlxalq forumlarda müzakirə edi-

lir.  Məsələn,  bu  strateqiyanı  tənqid  edənlərin  bir  hissəsi  qeyd  edir  ki,  gen-

der yönümlü həssas yanaşma əsas mübarizəni, yəni gender əsaslı istismar və 

ayrı-seçkiliklə  mübarizəni,  texniki  bürokratik  prosedurların  müxtəlif  əhali 

qruplarının ehtiyaclarına daha dəqiq cavab verməsi ilə əvəz edir. Digər irad 

ondan  ibarətdir  ki,  gender  yönümlü  həssas  yanaşmanın  davamlı  tətbiqi  yal-

nız səmərəli şəkildə idarə edilən təsisatlarda mümkündür. Səmərəli idarəçilik 

prinsipləri,  məsələn,  siyasətlərin  şəffaf  şəraitdə,  müxtəlif  ictimai  qrupların 

iştirakı  ilə  formalaşdırılması,  inkişaf  edən  ölkələrin  reallıqlarından  kifayət 

qədər uzaq olan ideal mənzərədir. Bu ölkələrin bir çoxunda milli hökumətlər 

səviyyəsində “gender meynstriminq” davamlı strategiya kimi yox, bir dəfəlik 

konkret layihə çərçivəsində tətbiq edir.        



9.7  

Gender bərabərsizliyi göstəricisi və insan inkişafı

Gender bərabərliyi sahəsində ayrı-ayrı ölkələrdə mövcud vəziyyəti araş-

dırmaq,  zamanla  onun  dinamikasını  izləyə  bilmək  və  ayrı-ayrı  ölkələr  və 

dünya regionları arasında müqayisələr aparmaq məqsədi ilə BMT-nın İnsan 

İnkişafı Hesabatları 1995-ci ildən başlayaraq GDI (Gender related Develop-

ment  Index)  və  GEM  (Gender  Empowerment  Measure)  göstəricilərindən 

istifadə etmişdir. Hər iki göstəricinin müsbət tərəfləri ilə bərabər metodolo-

ji nöqsanları da mövcud idi. Ən son olaraq, 2010-ci ildə İnsan İnkişafı He-

sabatının  20-ci  yübiley  buraxılışı  qadınlarla  kişilərin  nailiyyətləri  arasında 

olan  uyğunsuzluğu  ölçən  göstəricini  (Gender  Inequality  İndex/GII)  təqdim 

etmişdir. GII gender bərabərsizliyi üzündən insan inkişafına vurulan ziyanı 

əks etdirir. Ölkənin Gender Bərabərsizlik İndeksinin 0-a yaxın olması gen-

der bərabərsizliyinin aşağı səviyyədə, 1-ə yaxın olması isə yuxarı səviyyədə 

olmasını göstərir

14

. Cədvəl 1 Əfqanistan, Norveç, Qətər, Azərbaycan və Uk-



rayna üçün Gender Bərabərsizliyi İndeksi və İnsan İnkişafı İndeksi əsasında 

mövqeyi təqdim edir.

14 

Human Development Reports, Gender Inequality Index, http://hdr.undp.org/en/statistics/gii/ 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə