Fesil indd



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix20.09.2018
ölçüsü2,83 Mb.
#69535
1   2   3   4   5   6   7   8   9   ...   12

73

Məsələn, bir ölkədə ÜDM-in həcmi başlanğıc ilində 30 milyard ABŞ dolla-

rı təşkil edirsə, 8 il sonra ÜDM-in həcminin mövcud səviyyəsinin iki qatına (60 

milyard ABŞ dollarına) çatması üçün illik iqtisadi artım tempi nə qədər olmalıdır?

Göründüyü kimi hədəfə çatmaq üçün faizlə ifadə etsək illik təqribən 9%-lik 

iqtisadi artım tempi tələb olunur.

İqtisadi  ədəbiyyatda  bir  sıra  hallarda  ÜDM  ilə  yanaşı  ümumi  milli  gəlir 

(ÜMG) anlayışından da istifadə olunur. ÜMG hesablanarkən bir ölkənin digər 

ölkələr ilə iqtisadi əlaqələri nəticəsində yaranan ilkin gəlirlərin saldosu nəzərə 

alındığından, bu göstərici, başqa ölkələrə verilmiş və ya başqa ölkələrdən alın-

mış ilkin gəlirlərin fərqinin miqdarı qədər ÜDM-dən fərqlənir.

Bir qayda olaraq hər nəfərə düşən real ÜDM-in həcmi (



t

) də ölkə əhalisinin 

sayına (P

t

) bölünməklə tapılır:

Hər nəfərə düşən real ÜDM-in artım tempi isə (faizlə) cari və bazis ilinin 

göstəriciləri arasındakı fərq bazis ilinin göstəricisinə bölünməklə hesablanır:

Alınan  nəticəyə  görə  hər  nəfərə  düşən  real  ÜDM-in  artım  tempi  (faizlə) 

təqribən real ÜDM-in həcmindəki faizlə dəyişmə ilə əhalinin sayındakı faizlə 

dəyişmə arasındakı fərqə bərabərdir. Yəni, real ÜDM-in həcmi 5%, əhalinin sayı 

2% artarsa, hər nəfərə düşən real ÜDM-in həcmi təqribən 3% artar.



3.1.2

İqtisadi artım nəzəriyyələri

İqtisadi  ədəbiyyatda  iqtisadi  artım  nəzəriyyələri  ənənəvi  iqtisadi  ar-

tım  modelləri  və  müasir  iqtisadi  artım  modelləri  olmaqla  iki  əsas  qrupda 

ümumiləşdirilir (Şəkil 1).



� �



� �� � ��

  



� �


�� � ��


  



� � ��





� �  

� � log


�����

��



⁄ �  



́

́

́



́

́

́



� � ��





� � � �60 30



� � � 0�0�  

́

́



́

́

́



́

́

�́



� �




⁄   

́

́



́

́

�́



�́



��́


���

�́

���



� ���  

Burada da 

� �

⁄  ifadəsinin törəməsini alaq: 



��� �

⁄ � � ���� � ���� �

⁄   


Son tənliyin hər iki tərəfini 

� �


⁄  ifadəsinə bölək: 

��� �


⁄ � �� �

⁄ �


� �� �


⁄ � �� �

⁄   


Yenə axrnc tənliyi sadəlik baxmndan aşağdak kimi də ifadə etmək olar: 

��́ �́


⁄ � �� �

⁄ � �� �


⁄   


74

Klassik  iqtisadi  artım  modellərindən  biri  olan  və  Adam  Smit  tərəfindən 

irəli  sürülən  “mütləq  üstünlüklər  nəzəriyyəsi”nə  görə,  bir  ölkə  digərləri  ilə 

müqayisədə hansı malları aşağı xərclərlə istehsal edirsə, həmin malların isteh-

salında ixtisaslaşmalı və bu malları ixrac edərək ölkə daxilində istehsal olunma-

yan və ya istehsalı digər ölkələrlə müqayisədə çox xərc tələb edən malları idxal 

etməlidir. Bu yanaşma ixtisaslaşma (əmək bölgüsü) və kapital yığımını iqtisadi 

artımın əsas amilləri kimi qəbul edir.

Mənbə: Taban, S. (2008). İktisadi Büyüme: Kavram ve Modeller, Ankara, Nobel Yayın Dağıtım.

Klassik iqtisadi artım məktəbinin digər təmsilçisi Tomas Maltus, əhalinin 

sayının yüksək sürətlə artmasını iqtisadi artımın davamlılığını təhdid edən ün-

sür olaraq görmüşdür. Ona görə, əhalinin sayı həndəsi silsilə ilə artdığı halda, 

ərzaq mallarının istehsalı ədədi silsilə ilə artır. Bu baxımdan, əhalinin sayının 

nəzarətsiz artması ictimai rifah üçün təhlükə mənbəyinə çevriləcəkdir.

David Rikardo tərəfindən irəli sürülən “müqayisəli üstünlüklər nəzəriyyəsi”nə 

əsasən isə, bir ölkədə əksər malların istehsalı ucuz olduğu halda belə, həmin ölkə 

müqayisəli olaraq hansı malları daha az xərclərlə istehsal edirsə, həmin malla-

rın istehsalında ixtisaslaşmalı və bunları ixrac edərək istehsalı digər ölkələrlə 

müqayisədə daha çox xərc tələb edən malları idxal etməlidir. Beləliklə, ölkələr 

məhdud resurslarını ən effektiv şəkildə dəyərləndirə və ictimai rifahı maksimum 

səviyyədə yaxşılaşdıra bilərlər.

“Əmək  dəyər  nəzəriyyəsi”  ilə  məşhurlaşan  Marksist  yanaşmaya  (baxışa) 

görə, iqtisadi artımın mənbəyi kapital yığımıdır və o, izafi dəyərin kapitala çev-

́

́



́

́

́ ́



Şəkil 1. İqtisadi artm modellərinin təsnifat 

 

Klassik iqtisadi artm modelləri



Karl Marks 

Cozef Şumpeter 

Con Meynard Keyns 

İqtisadi artm modelləri 

Ənənəvi iqtisadi artm modelləri 

Müasir iqtisadi artm modelləri 

Harrod-Domar iqtisadi artm modeli 

Neo-klassik iqtisadi artm modeli 

Endogen iqtisadi artm modeli 

Adam Smit 

Tomas Maltus 

David Rikardo 



75

rilmiş formasıdır. İzafi dəyəri yaradan əmək olduğu üçün işçiləri daha çox ça-

lışdırmaq, onlara ödənilən əməkhaqqını azaltmaq və ya əməyin məhsuldarlığını 

artırmaqla məcmu izafi dəyəri yüksəltmək mümkündür.

Cozef  Şumpeter  iqtisadi  artım  amilləri  sırasına  yenilik  (innovasiya) 

məfhumunu daxil etmişdir. İstehsal səviyyəsini artıran hər növ dəyişikliyi yeni-

lik olaraq qəbul edən Şumpeter, onu yeni məhsul istehsalı, yeni istehsal texnolo-

giyası, yeni bazarlara daxilolma, yeni təchizat mənbələrinin inkişaf etdirilməsi 

və yeni təşkilatlanma formasında beş qrupa ayırmışdır.

Ənənəvi iqtisadi artım modellərindən biri də Con Meynard Keyns tərəfindən 

inkişaf etdirilmişdir. Bu yanaşmaya əsasən, durğunluq (staqnasiya) vəziyyətində 

olan iqtisadiyyatı bu haldan xilas etmək üçün məcmu tələbin genişləndirilməsi 

zəruridir. Belə ki, artan tələb özündən daha yüksək nisbətdə gəlir artımına səbəb 

olacaqdır.

Müasir  iqtisadi  artım  modellərindən  Harrod-Domar  yanaşmasının  əsasını 

iqtisadi yığımlar təşkil edir. Nəzəriyyəyə görə, iqtisadi inkişaf üçün zəruri olan 

investisiyaların mənbəyi rolunda daxili və xarici yığımlar iştirak edir. İqtisadi 

artım sürətini isə yığım faizini kapital/istehsal nisbətinə bölməklə əldə etmək 

olar. Dolayısilə, iqtisadi artım sürətini artırmaq üçün ya iqtisadi yığım faizi, ya 

da kapitalın məhsuldarlığı (istehsal/kapital nisbəti) yüksəldilməlidir.



Şəkil 2. Endogen iqtisadi artm modeli 

 

Mənbə: Kibritçioğlu, A. (1998). Determinants of Economic Growth and the Role of Human Capital in New Growth Models, 



AÜSBF Dergisi, 53 (1-4): 207-230. 

İnsan kapital 

Sağlamlq siyasəti 

Təhsil siyasəti 

Texnologiya siyasəti 



İqtisadi artm 

Texnoloji infrastruktur 

Tədqiqat və inkişaf 

Bilik istehsal və texnoloji 

inkişaf 

Yenilik 


Mədəni, tarixi, sosioloji, 

psixoloji, dini və s. səbəblər 

Özəl müəssisələr 

Ev təsərrüfatlar 

İcra edərək öyrənmə 

Yaradclq 

Təsadüflər 



Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə