Fesil indd



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix20.09.2018
ölçüsü2,83 Mb.
#69535
1   2   3   4   5   6   7   8   9   ...   12

76

İqtisadi  fəal  əhalinin  sayının  artmasını  və  texnoloji  dəyişiklikləri  ek-

zogen  dəyişənlər,  yığım,  investisiya  və  iqtisadi  artımı  endogen  dəyişənlər 

olaraq qəbul edən, Solou və Svan tərəfindən inkişaf etdirilən neo-klassik iq-

tisadi artım modelində, insan kapitalındakı məhsuldarlıq artımı nəzərə alın-

mamışdır.

Yeni  iqtisadi  artım  nəzəriyyələrində  təhsil,  öyrənmə,  tədqiqat  və  inki-

şaf  etdirmə  fəaliyyətlərinin  təsiri  nəzərə  alınaraq  texnoloji  tərəqqi  endogen 

amil kimi qəbul edilir və insan kapitalı modelin mərkəzində yer alır (Şəkil 2). 

Məsələn, Robert Lukas qeyd edir ki, yüksək təhsilli işçi qüvvəsinin mövcud-

luğu  kapitalın  ümumi  məhsuldarlığının  da  artması  ilə  müşayiət  olunur,  çünki 

yuxarı təhsillilər innovasiyaya meyillidirlər və bu hamının məhsuldarlığına təsir 

göstərir. Həmçinin, təhsilin yaxşı olması gəlirlərin ədalətli bölgüsünə də müsbət 

təsir göstərir.



3.1.3

İqtisadi artım amilləri

İqtisadi  artımın  səviyyəsi  və  davamlılığı  baxımından  resursların  səmərəli 

bölgüsü mühüm əhəmiyyət kəsb edir. Elmi ədəbiyyatda iqtisadi artımın amilləri 

sırasında əsasən aşağıdakılar göstərilir:

- təbii resursların kəmiyyət və keyfiyyəti;

- əmək resursların kəmiyyət və keyfiyyəti;

- əsas kapitalın həcmi;

- iqtisadi təşəbbüskarlıq qabiliyyəti;

- texnoloji tərəqqi.

Təbii resurslara torpaq, xammal, su ehtiyatları və s. misal göstərilə bilər. Re-

surslar tükənən (neft, təbii qaz və s.) və bərpa olunan resurslara (günəş enerjisi, 

külək enerjisi və s.) ayrılır.

Əmək resurslarından bəhs edərkən isə əhali və onun strukturu ilə demoq-

rafik  göstəricilər,  əmək  ehtiyatlarının  kəmiyyət  və  keyfiyyət  parametrləri 

nəzərdən  keçirilir.  Belə  ki,  inkişaf  etməkdə  olan  ölkələrdə  məşğulluğun 

strukturunun təkmilləşdirilməsi, o cümlədən kənd təsərrüfatının, sənayenin 

və xidmətlər sektorunun məşğulluqda xüsusi çəkisinin ÜDM-in hədəf struk-

turuna  uyğunlaşdırılması  kimi  məsələlər  ön  plana  çıxır.  İnkişaf  səviyyəsi 

yüksəldikcə isə əhalinin illik artım tempi, asılılıq əmsalı (əmək qabiliyyətli 

yaşda olmayanların əmək qabiliyyətli yaşda olanlara nisbəti), əhalinin təkrar 

istehsalının xalis əmsalı kimi parametrlərin nisbətən yaxşılaşdırılması daha 

aktual hala gəlir.

Digər mühüm resurs rolunda əsas kapitalın həcmi çıxış edir və bu zaman 

kapital yığımının həcmi, əsas kapitalın yaradılan əlavə dəyərə nisbəti, əsas fond-




77

ların aşınma nisbəti kimi zəruri göstəricilərə baxmaq lazımdır.

İqtisadi  təşəbbüskarlıq  qabiliyyəti  sahibkarlıq  fəaliyyəti  və  idarəetmə  ilə 

bağlı bacarıqların formalaşmasında və digər resursların bir araya gətirilərək is-

tehsal prosesinə cəlb edilməsində həlledici amildir.

İstehsal texnologiyasını və yenilik yaratma potensialını inkişaf etdirməklə 

mal və xidmət istehsalında daha yüksək əlavə dəyərin formalaşmasına nail ol-

maq mümkündür və bu məqsədlə insan kapitalının inkişaf etdirilməsi yeni inno-

vasiya tutumlu sahələrin yaradılmasına yol açacaqdır. 

Qısamüddətli  dövrdə  iqtisadi  artım  mövcud  resurslardan  daha  effektiv 

istifadə etməklə təmin oluna bilər. Bu adətən iki halda, ya boş qalan resurslar 

(əgər varsa) istifadəyə cəlb edilməklə, ya da məhsuldarlığın artırılması sayəsində 

mümkün olur.

Uzunmüddətli  dövrdə  isə  iqtisadi  artıma  mövcud  istehsal  amillərinin 

kəmiyyət  artımının  təmin  edilməsi,  keyfiyyətinin  yüksəldilməsi  və  ya  hər  iki 

vəziyyətin eyni zamanda reallaşması ilə nail oluna bilər.

Bununla yanaşı, qısamüddətli iqtisadi artım iqtisadiyyatda cari dövrdə əvvəlki 

dövrlə müqayisədə əmtəə və xidmətlərin istehsalındakı artımı, uzunmüddətli iq-

tisadi artım isə ÜDM-dəki dəyişmələrin fundamental meyillərini ifadə edir.

3.1.4

İqtisadi artım və insan kapitalı

İnkişafın  əsas  məqsədi  insanlara  uzun,  sağlam  və  yaradıcı  həyatlarından 

zövq almaları üçün əlverişli mühitin yaradılmasından ibarətdir. İnsan inkişafı bu 

baxımdan insanların seçim imkanlarının artırılması prosesidir.

İqtisad  üzrə  Nobel  mükafatı  laureatı Amartya  Sen  qeyd  edir  ki,  “İnkişa-

fın  məqsədləri  ilə  vasitələri  arasındakı  əsas  fərqin  bilinməsi  zəruridir.  Bütün 

fəaliyyətlərin son məqsədi insanlardır və inkişaf insanların nailiyyətləri, azadlıq-

ları və bacarıqları üzərində qurulmalıdır. Əsl əhəmiyyətli olan, fərdlərin yaşadığı 

həyatdır, əldə etdikləri mallar ya da gəlirləri deyil.”

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən 1990-cı ildən 

etibarən nəşr edilən İnsan İnkişafı Hesabatları, “iqtisadi artıma, yoxsa insan in-

kişafına fokuslanmalı?” sualının aktuallaşmasına öz töhfəsini vermişdir.

İqtisadi artım insan inkişafının davamlı yaxşılaşması üçün zəruri resursları 

təmin edir. Digər tərəfdən, əmək resurslarının keyfiyyətinin yaxşılaşması iqtisa-

di artım baxımından mühüm əhəmiyyət kəsb edir. Nəticə olaraq, insan inkişafı 

(insan kapitalı) ilə iqtisadi artım arasında qarşılıqlı əlaqə mövcuddur. Alıcılıq 

qabiliyyəti paritetinə (AQP) əsasən 96 ölkə üzrə hazırlanan paylanma qrafikində 

(Qrafik 1) bu əlaqəni aydın şəkildə müşahidə etmək mümkündür.




78

Elmi ədəbiyyatda iqtisadi artımın dövlət, ev təsərrüfatları, ictimai və qeyri-

hökumət təşkilatlarının fəaliyyətləri üzərindən insan inkişafına öz töhfəsini ver-

diyi göstərilir (Şəkil 3). Bu üç istiqamət arasında necə paylanmasından asılı ola-

raq eyni həcmdə ÜDM insan inkişafı üzərində çox müxtəlif təsirlərə səbəb ola 

bilər.


Qrafik 1. Hər nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi və İnsan İnkişaf İndeksi 

 

Mənbə: Oxford Poverty & Human Development Initiative, University of Oxford. 



0,000

0,100


0,200

0,300


0,400

0,500


0,600

0,700


0,800

0,900


1,000

0

5000



10000

15000


20000

25000


30000

İn

san

 İn

ki

şaf

 İ

nd

eksi

Adambaşna ÜDM (AQP, $)

Şəkil 3. İqtisadi artm və insan inkişaf arasnda qarşlql əlaqə 

 

Mənbə: Ranis, G., Stewart, F. & Ramirez, A. (2000). Economic Growth and Human Development



World Development, 28 (2): 197-219. 

İnsan inkişaf 

İqtisadi artm 

İnsan inkişafn 

təkmilləşdirmə funksiyas 

İnvestisiyalar, xarici 

və daxili yğmlar 

Əmək bacarqlar, 

menecerlər və sahibkarlar 

Texnologiya seçimi: Tədqiqat və inkişaf

yerli uyğunlaşma və yenilik 

Ev təsərrüfat xərclərinin 

xüsusiyyətləri və bölgüsü 

İxrac və istehsal 

səviyyəsi, strukturu 

Ev təsərrüfatlarnn gəliri 

və yoxsulluq səviyyəsi 

Sosial ayrmalar və 

prioritet nisbətləri 

QHT-lərin gəlirləri, bölgüsü 

və prioritet nisbətləri 

Gəlirlərin 

bölgüsü 

Dövlət xərclərinin nisbəti 

(mərkəzi və yerli) 



Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə