Fesil indd



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix20.09.2018
ölçüsü2,83 Mb.
#69535
1   2   3   4   5   6   7   8   9   ...   12

79

Belə  ki,  ev  təsərrüfatlarının  gəlirlərini  xərcləmə  meyili  insan  inkişafı-

na  bilavasitə  töhfə  verir.  Məsələn,  ərzaq,  içməli  su,  təhsil  xərcləri  gəlirlərin 

səviyyəsindən  və  ev  təsərrüfatları  arasında  bölgüsündən,  təsərrüfat  daxilində 

xərclərə kimin nəzarət etməsindən asılı olaraq dəyişir.

Ümumilikdə, əhalinin yoxsul təbəqəsinin gəlirləri artdıqca, gəlirin nisbi ola-

raq daha böyük hissəsi insan inkişafı ilə əlaqədar xərclərə yönəldilir. İnsan in-

kişafı xərcləri əhalinin yoxsul təbəqəsinin gəlirləri artdıqca yüksəlir. Beləliklə, 

daha yüksək və bərabər paylanan iqtisadi artım insan inkişafı xərclərini artırır.

Empirik araşdırmalara görə, ev təsərrüfatı xərcləri üzərində qadın nəzarəti 

yüksək olduqda insan inkişafı ilə əlaqədar mal və xidmətlərə daha çox vəsait 

ayrılır (məsələn, spirtli içki və siqaret xərclərinin azalması müqabilində ərzaq 

xərclərinin artması).

Dövlət sektoru xərclərinin nə qədərinin və hansı kanallarla insan inkişafına 

yönəldilməsi mühüm əhəmiyyətə malikdir. Ranis və digərləri (2000) bu baxım-

dan əsasən üç göstəricinin əhəmiyyətini xüsusi qeyd edirlər: dövlət xərclərinin 

ÜDM-ə nisbəti, dövlət xərclərində insan inkişafı ilə əlaqədar sosial ayırmaların 

payı və insan inkişafı ilə əlaqədar dövlət xərclərində insan inkişafı sektoru üzrə 

prioritet sahələrin payı.

İnsan  inkişafı  sektoru  üzrə  prioritet  sahələr  anlayışı  insan  inkişafında 

irəliləyişlərə nail olmaq baxımdan daha məhsuldar sahələri ifadə edir. Məsələn, 

ibtidai təhsil (xüsusilə, inkişafın ilkin mərhələsində) insan inkişafı üzərində ali 

təhsillə müqayisədə daha yüksək təsirə malikdir. Nəzərə almaq lazımdır ki, insan 

inkişafında hansı sahələrin prioritet olması ölkədən ölkəyə görə fərqlənir.

Ümumilikdə, iqtisadiyyatla insan inkişafı arasında qarşılıqlı əlaqənin möv-

cud olmasına baxmayaraq, bu rabitə öz-özünə yaranmır və iqtisadiyyatın struktu-

ru, gəlirlərin bölgüsü, həyata keçirilən siyasət tədbirləri kimi bir sıra amillərdən 

asılıdır.  İnsan  inkişafına  qoyulan  xərclərin  səmərəliliyinin  artırılmasında 

əhəmiyyətli həlqələrdən biri də “insan inkişafını təkmilləşdirmə funksiyası”dır. 

Məsələn,  bu  istehsal  funksiyasında  əsas  amillərdən  birini  körpə  ölümlərinin 

azalmasında və qidalanmanın yaxşılaşmasında mühüm rol oynayan qadınların 

təhsili təşkil edir.

İnsan  inkişafının  yüksək  səviyyəsi  insanların  imkanlarının  genişlənməsi, 

nəticədə  onların  yaradıcılığı  və  məhsuldarlığı  sayəsində  iqtisadiyyata  təsir 

göstərir. İnsanların daha yaxşı qidalanması, təhsili və sağlamlığı yüksək əmək 

məhsuldarlığı, təkmilləşdirilmiş texnologiya və yüksək ixrac vasitəsilə iqtisadi 

artıma daha çox yardım edir.

Gəlirlərin  artması  öz  növbəsində  əlavə  təhsilə,  yəni  təhsil  illərinin  uzan-

masına da yol açır. Təhsilin daha əhatəli olması, aztəminatlı insanların iqtisadi 

imkanlara çıxışını yaxşılaşdırdığından uzunmüddətli dövrdə gəlirlərin bölgüsü-

nü təkmilləşdirir. Öz növbəsində təkmilləşmiş gəlir bölgüsü də iqtisadi artıma 



80

müsbət təsir göstərir. Xüsusilə yoxsul insanlar arasında sağlamlıq və qidalanma-

dakı yaxşılaşma, əmək məhsuldarlığına birbaşa təsiri edir.

Aydındır ki, sadəcə təhsil və səhiyyə ilə iqtisadiyyatın transformasiyasına 

nail olmaq mümkün deyil. Daxili və xarici investisiyaların həcmi və xüsusiyyəti, 

ümumi  siyasi  şərait  iqtisadi  fəaliyyətin  mühüm  determinantları  rolunda  çı-

xış edir. Eyni zamanda insan inkişafının səviyyəsi də bu amillərdən təsirlənir. 

Yenə qeyd edilməlidir ki, insan inkişafı ilə iqtisadi artım arasındakı əlaqə də öz-

özünə yaranmır. Məsələn, təhsilli insanların sayının artırılması yetərli deyil, əgər 

məhsuldar məşğulluq imkanları mövcud deyilsə, bu sadəcə təhsilli işsizlərin sa-

yının artmasına səbəb ola bilər. Ümumi siyasi çərçivə, yığımların və investisi-

yaların səviyyəsi, texnologiya seçimləri təhsilli işçi qüvvəsi üçün zəruri tələbi 

fomalaşdırmalıdır.

Empirik nəticələr adambaşına ÜDM-in artımı ilə körpə ölümlərində azal-

ma arasında əhəmiyyətli dərəcədə müsbət əlaqənin mövcudluğunu göstərir. Belə 

ki, adambaşına gəlirlərdəki yüksək artım insan inkişafında tərəqqiyə səbəb olur. 

Həmçinin araşdırmalar insan inkişafında tərəqqi ilə yoxsulluq səviyyəsi və Cini 

əmsalı  arasında  əhəmiyyətli  dərəcədə  mənfi  əlaqənin,  ümumi  ibtidai  təhsildə 

qızların qeydiyyat səviyyəsi və dövlətin səhiyyə və təhsil xərclərinin ÜDM-də 

payı arasında isə müsbət əlaqənin mövcudluğunu ortaya qoyur. Eyni zamanda, 

iqtisadi artımla həm ümumi daxili investisiyaların ÜDM-ə nisbəti arasında, həm 

də insan inkişafındakı tərəqqinin müxtəlif parametrləri - savadlılıq səviyyəsi, sa-

vadsızlığın azalması, gözlənilən ömür uzunluğu - arasında əhəmiyyətli dərəcədə 

əlaqənin olduğunu göstərir.

Qısacası, bütün bunlar insan inkişafı ilə iqtisadi artım arasında müxtəlif ka-

nallarla mövcud olan qarşılıqlı əlaqənin əhəmiyyətini sübut edir. Bu eyni zaman-

da daha yaxşı nəticələrə müxtəlif alternativlərlə nail olmağın da mümkünlüyünü 

göstərir.

İnsan  inkişafında  ciddi  tərəqqi  əldə  edən  ölkələrin  təcrübəsinə  dayanaraq 

qeyd edə bilərik ki, ümumilikdə dövlət xərclərində sosial ayırmaların payının 

və  təhsildə  qeydiyyat  əmsalının  yüksək  olması  mühüm  əhəmiyyət  kəsb  edir. 

Məsələn, yüksək iqtisadi artıma baxmayaraq dövlət xərclərində sosial ayırma-

ların aşağı olması səbəbindən zəif insan inkişafı müşahidə edilə bilər. Həmçinin 

yüksək insan inkişafına baxmayaraq resursların məhdudluğu səbəbindən inves-

tisiyaların yetərsiz olması zəif iqtisadi artıma yol açacaqdır. Aydındır ki, belə 

birtərəfli inkişaf davamlı xarakter ala bilməz və qarşılıqlı təsirlənmə nəticəsində 

pis və ya yaxşı tsikllə əvəz olunacaqdır.



Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə