Fesil indd



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix20.09.2018
ölçüsü2,83 Mb.
#69535
1   2   3   4   5   6   7   8   9   ...   12

81

3.2  

Rifah və həyat standartları

3.2.1

Rifah məfhumu

Rifah  anlayışı,  fərdlərin  layiqli  gəlir  səviyyəsinə  sahib  olduğu,  fizioloji 

tələbatları ilə yanaşı sosial və mədəni ehtiyaclarının da ödəndiyi inkişaf etmiş 

cəmiyyəti ifadə edir. Buna müvafiq olaraq, rifah dövləti də ictimai mənafeyi ön 

planda tutan, bazar iqtisadiyyatına əsaslanan bir anlayışı təmsil edir. Sosial rifah 

dövlətinin başlıca məqsədləri aşağıdakılardır:

- bütün ölkə vətəndaşları üçün minimum yaşayış səviyyəsini və standartla-

rını təmin etmək;

- gəlirlərin ədalətli bölgüsünə nail olmaq;

- ictimai mal və xidmətlərin təklifini artırmaq və bunun davamlılığını təmin 

etmək;

- regional qeyri-tarazlıqları aradan qaldırmaq;



- iqtisadi qeyri-stabilliklərin qarşısını almaq;

-  imkan  bərabərliyini  təmin  edərək  fərdlərə  maksimum  seçim  azadlığı 

vermək və s.

Ümumiyyətlə,  rifah  dövləti  anlayışında  dövlət  mənzil,  səhiyyə,  təhsil,  iş 

və s. ictimai tələbatların təmin edilməsindən məsuldur. Yuxarıda da qeyd edil-

diyi kimi, sosializmdən fərqli olaraq rifah dövlətində ictimai tələbatlar sərbəst 

rəqabətə  əsaslanan  bazar  iqtisadiyyatı  və  özəl  mülkiyyətin  toxunulmazlığı 

şəraitində  böyük  büdcə  xərcləri  vasitəsi  ilə  və  hətta  bəzi  fəaliyyətlər  birbaşa 

dövlətə məxsus müəssisələr vasitəsilə təmin olunur.

Rifah səviyyəsinin yüksəldilməsi üçün dövlətin əlində bir sıra alətlər möv-

cuddur:

- artan dərəcəli vergiləndirmə;



- sosial müdafiə və işsizlik müavinətləri;

- kənd təsərrüfatı istehsalçılarını dəstəkləmə siyasətləri;

- ödənişsiz və ya aşağı qiymətlərlə təhsil;

- səhiyyə, mənzil kimi ictimai infrastruktur investisiyaları və s.

Burada büdcə xərcləri ilə iqtisadi artım arasındakı əlaqənin yönünə dair iki 

fərqli yanaşmanın mövcudluğundan da qısaca bəhs etmək yerinə düşər. Daha 

əvvəl də bildirdiyimiz kimi, Keynsçi yanaşmada dövlət xərcləri ekzogen amil 

kimi iqtisad artımın səbəbi rolunda çıxış edir. Yəni, dövlət xərcləri sayəsində 

tələbi canlandırmaqla iqtisadi artımın stimullaşdırılması hədəflənir. “Vaqner qa-

nunu” olaraq məşhurlaşan alternativ yanaşmaya görə isə dövlət xərcləri endogen 

dəyişəndir. Belə ki, rifah dövləti anlayışına uyğun olaraq, iqtisadi artım tempi 

özündən daha yüksək nisbətdə büdcə xərclərinin artmasına yol açır.




82

3.2.2

Həyat standartları və onun indikatorları

Həyat  standartları  insanların  gəlir  səviyyəsi,  yığımları,  istehlak  xərcləri 

içərisində qeyri-ərzaq mallarının xüsusi çəkisi, səhiyyə xidmətlərindən istifadə 

səviyyəsi və s. kimi olduqca müxtəlif amillərlə birbaşa əlaqəlidir. Bu baxımdan 

həyat standartları ölçülərkən ayrı-ayrı məqsədlər ön plana çıxır.

Məqsədlərin müxtəlifliyi araşdırılan indikatorların və istifadə edilən alətlərin 

də sayının artmasına səbəb olmuşdur. Cədvəl 1-də həyat standartlarını ölçmək 

üçün qarşıya qoyulan məqsədlər və bunlara müvafiq olaraq istifadə edilən alətlər 

öz əksini tapmışdır.

Göründüyü  kimi,  həyat  standartlarının  ölçülməsi  məqsədilə  əsasən  dörd 

araşdırma alətindən istifadə edilir:

- Ev təsərrüfatı sorğu anketi: Bu anketlə məlumatlar ev təsərrüfatlarından 

və  individual  kanallardan  əldə  edilir.  Məlumatlar  ev  təsərrüfatlarının  iqtisadi 

fəaliyyət növləri (kənd təsərrüfatı və ev təsərrüfatı müəssisələri) ilə əlaqədardır.

-  İctimai  sorğu  anketi:  Ev  təsərrüfatlarının  fəaliyyət  göstərdiyi  iqtisadi 

mühitlə əlaqədar (mövcud xidmətlər, iqtisadi fəaliyyətlər, bazarlara giriş, sosial 

kapital və s.) məlumatlar toplanılır.

- Qiymət sorğu anketi: Ev təsərrüfatlarının həyat standartlarına təsir edən 



Cədvəl 1. Həyat standartlarnn ölçülməsi: Məqsədlər və araşdrma alətləri 

Məqsədlər 

İndikatorlar Alətlər 

Fərdi və ev təsərrüfatlarnn rifahnn ölçülməsi 

•  Səviyyələr, bölgü və 

korrelyasiyalar 

•  İstehlak 

•  Gəlir 

•  Sərvət, yğm 

•  İnsan kapital 

•  Antropometriya 

•  Ev təsərrüfat sorğu anketi 

•  Qiymət sorğu anketi 



Siyasətin analizi 

•  Dövlət xərclərindən/ 

proqramlarndan faydalananlar 

•  Dövlət xərclərinin/ proqramlarnn 

təsiri 

•  Təklif edilən xidmətlər 



•  Xidmətlərin keyfiyyəti 

•  Xidmətlərin qiyməti 

•  İqtisadi siyasətlərin effekti 

•  Xidmətlərdən istifadə 

•  Xidmətləri və transfertləri alanlar 

•  Xidmətlərin maliyyəti 

•  Siyasətlərin təsiri 

•  Ən yaxn xidmətə olan məsafə 

•  Təmin edilən xidmətlərin çeşidi 

•  İşçi, büdcə, digər daxilolmalar 

•  Sektorlararas xalis transfertlər 

•  Ev təsərrüfat sorğu anketi 

•  İctimai sorğu anketi 

•  İmkanlar sorğu anketi 

•  Qiymət sorğu anketi 

Determinantlarn müəyyənləşdirilməsi 

•  Müşahidə edilən nəticələrin ortaya 

çxma səbəbləri 

•  Ev təsərrüfatlarnn davranşna 

təsir edən amillər 

•  Ev təsərrüfatnn tərkibi, insan 

kapital, rifah, əldə edilə bilən 

xidmətlər və s. 

•  Ev təsərrüfat sorğu anketi 

•  İctimai sorğu anketi 

•  İmkanlar sorğu anketi 

•  Qiymət sorğu anketi 

Mənbə: Scott, K., Steele, D. & Temesgen, T. (2005). Living Standards Measurement Study Surveys, Household Sample Surveys in Developing and 

Transition Countries, United Nations. 




Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə