Fesil indd



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix20.09.2018
ölçüsü2,83 Mb.
#69535
1   ...   4   5   6   7   8   9   10   11   12

88

Ev  təsərrüfatlarının  25%-nin  (4-də  1-nin)  yoxsul  olmasına  baxmayaraq, 

yoxsul ev təsərrüfatı daha geniş (7 nəfər) olduğu üçün əhalinin yoxsulluq nisbəti 

də yüksəkdir (37%).

Sonda yoxsulluğun intensivliyini və ÇYİ-ni hesablayırıq:

3.3.3

Yoxsulluq səviyyəsinin azaldılması siyasətləri

Müxtəlif  ölkələrdə  fərqli  şəkillərdə  təzahür  edən  yoxsulluğun  başlıca 

səbəbləri sırasında iqtisadi, siyasi, sosial amillərlə yanaşı ətraf mühit və coğrafi 

xüsusiyyətlər də qeyd edilir. Yoxsulluq səviyyəsinin azaldılması istiqamətində 

həyata keçirilən siyasətlərin effektivliyi yoxsulluğun səbəblərinin düzgün diaq-

nozundan birbaşa asılıdır.

Adətən yüksək səviyyəli yoxsulluq aşağı iqtisadi artım tempi və gəlirlərin 

bölgüsündə ciddi bərabərsizliklərlə birlikdə müşahidə edilir. Ona görə də daya-

nıqlı  və  əlverişli  makroiqtisadi  mühitin  mövcudluğu  iqtisadi  inkişafla  yanaşı, 

yoxsulluq səviyyəsinin ixtisarı baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu 

çərçivədə makro səviyyədə üç göstəriciyə xüsusi diqqət yetirilir: qiymət stabil-

liyi, tam məşğulluq və xarici sektorun balansı (tədiyyə balansı). Ənənəvi siyasət 

alətləri rolunda isə fiskal, monetar və valyuta məzənnəsi siyasətləri çıxış edir. 

Çoxfaktorlu yoxsulluq nöqteyi-nəzərdən qeyd etmək lazımdır ki, makroiqtisadi 

siyasətlər gəlirlərin bölgüsü nümunəsində olduğu kimi mikro təsirlərə də sahib-

dir və ya əksinə, mikro səviyyədə fəaliyyətlər (məsələn, mikromaliyyələşmə) 

makro səviyyədə də öz təsirlərini büruzə verir.

Valyuta  məzənnəsi,  inflyasiya  səviyyəsi  və  faiz  dərəcələrinin  yoxsulluğa 

təsiri  düzgün  qiymətləndirilməlidir.  Belə  ki,  real  valyuta  məzənnəsi  ölkənin 

rəqabət qabiliyyətinə və buradan da iqtisadi artım tempinə (o cümlədən, investisi-

ya qoyuluşlarına, məşğulluğa, kredit bazarına), dolayısilə yoxsulluq səviyyəsinə 

təsir göstərir. Eyni zamanda, real valyuta məzənnəsinin dəyişməsi (məsələn, de-

valvasiya) yoxsulluq üzərində ərzaq qiymətləri, real əməkhaqqı səviyyəsi və s. 

formasında birbaşa təsirlərə də malikdir.

Digər tərəfdən, yoxsul insanların gəlirləri əsasən sabit olduğu üçün, yüksək 

inflyasiya “inflyasiya vergisi” formasında onların real gəlirlərinin azalmasına yol 

açır. Nəzərə almaq lazımdır ki, yüksək inflyasiya şəraitində əməkhaqqı səviyyəsi 

əksər hallarda ümumi qiymətlərlə müqayisədə daha aşağı templə artır. Yüksək 

inflyasiya iqtisadiyyatda qeyri-müəyyənliklərin və risklərin artmasına, nəticədə 

investisiya qərarlarının ertələnməsinə və məşğulluq artımının məhdudlaşmasına 

səbəb  olur.  Həmçinin,  yüksək  gəlirlilər  inflyasiya  effektini  alternativ  maliyyə 

� � ∑ �




���


� ∑ �



���

� ����� � �� ��� � ��



� ����  


��� � � � � � ���� � ���� � ����  


89

alətləri vasitəsilə kompensasiya edə bildiyi halda, adətən aşağı gəlirlilər bu im-

kanlardan məhrum olduqları üçün gəlirlərin bölgüsü daha da pisləşir.

Nəhayət, yoxsul  təbəqə üçün  faiz dərəcələrinin məqbul səviyyədə qorun-

ması və kreditlərə əlyetərliliyin təmin olunması zəruridir ki, bu çərçivədə kom-

mersiya bankları, mikromaliyyə institutları və bank olmayan kredit təşkilatları 

mühüm rol oynaya bilərlər:

-  Kommersiya  bankları:  Əhalinin  geniş  təbəqəsinin  maliyyə  vəsaitlərinə 

əlçatanlığının  təmin  olunması,  bank  filiallarının  bütün  bölgələri  əhatə  etməsi 

yoxsulluq  səviyyəsinin  azaldılması  baxımdan  olduqca  vacibdir  və  bir  sıra 

ölkələrdə aparılan empirik araşdırmalar göstərir ki, kiçik həcmli kreditlərin geri 

qaytarılma ehtimalı böyük həcmli kreditlərdən daha yüksəkdir.

- Mikromaliyyə institutları: Kiçik sərmayə şəklində təmin edilən mikrokre-

dit, yoxsulluğun azaldılmasında, xüsusilə qadın yoxsulların rifah səviyyələrinin 

artırılmasında effektiv bir vasitədir. Mikrokreditlər yolu ilə təşəbbüskarlıq ru-

huna  sahib  olan,  ancaq  sərmayəsi  olmayan  yoxsullara  daha  sadə  şərtlərlə  ki-

çik miqyasda kredit verilməkdə və beləcə yoxsullar istehsalçı hala gətirilərək 

gəlirləri artırılmaqdadır.

-  Bank  olmayan  kredit  təşkilatları:  Əsas  müştəri  təbəqəsini  kiçik  sahib-

karlar və kənd təsərrüfatı istehsalçıları təşkil etdiyi üçün bank olmayan kredit 

təşkilatları yoxsulluğun ixtisarında əsas vasitələrdən biri kimi diqqəti cəlb edir.

Dövlət vergi, sosial müdafiə, sosial yardım, səhiyyə və təhsil kimi sahələrdə 

həyata keçirilən tədbirlər vasitəsilə milli gəlirin təkrar bölgüsü prosesində fəal 

iştirak  edir.  Həmçinin,  fürsət  bərabərliyinin  təmin  edilməsi,  yoxsul  qrup  və 

fərdlərin cəmiyyətdən təcridinin qarşısının alınması, bütün hüquqlarının təminat 

altına  alınması,  yoxsulların  istifadə  etdiyi  mal  və  xidmətlərə  subsidiyaların 

verilməsi, minimum əməkhaqqı, məşğulluğu artıran müxtəlif tədbirlər, uşaqların 

təhsili və qidalanması proqramları ön plana çıxır.

Yoxsulluq  səviyyəsinin  azaldılmasına  yönəldilən  ünvanlı  tənzimlənməyə 

nail olmaqla yanaşı, dövlət tərəfindən prioritet sektorların müəyyənləşdirilməsi, 

özəl investisiyaların bu sahələrə cəlbinin müxtəlif metodlarla (vergi endirimləri 

və  ya  vergidən  azadolmalar,  müəyyən  xərclərdə  dövlətin  iştirakı,  ucuz  və 

uzunmüddətli  kreditlər,  logistika,  infrastruktur  və  məsləhət  dəstəkləri  və  s.) 

təşviq  edilməsi,  milli  investisiya  agentliklərinin  formalaşdırılması,  dövlət-

özəl  sektor  əməkdaşlığının  inkişaf  etdirilməsi,  resursların  yerində  və  effektiv 

istifadəsini təmin etməklə və lokal potensialı hərəkətə keçirməklə regional inki-

şafın sürətləndirilməsi, regionlararası və regondaxili inkişaf fərqlərinin azaldıl-

ması, inkişafda davamlılığın təmin edilməsi zəruridir.

Yoxsulluğu doğuran səbəbləri müəyyənləşdirmək və onları aradan qaldır-

maq, qısaca yoxsulluqla effektiv mübarizə aparmaq məqsədilə komissiya, şura 

və komitələr təşkil olunur. Bəzi ölkələrdə bu istiqamətdə daha yüksək səviyyədə 



Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə