Fesil indd



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix20.09.2018
ölçüsü2,83 Mb.
#69535
1   ...   4   5   6   7   8   9   10   11   12

90

institusionallaşma mövcuddur (birbaşa prezidentə və ya baş nazirə bağlı yoxsul-

luqla mübarizə təşkilatı, yoxsulluqla mübarizə nazirliyi və s.). İstənilən halda 

bütün maraqlı tərəflər, xüsusilə təhsil, səhiyyə, sosial müdafiə, iqtisadi inkişaf, 

strateji planlaşdırma və s. ilə bağlı müvafiq dövlət qurumları öz fəaliyyətlərini 

koordinasiyalı şəkildə qurmalıdırlar.

İnkişaf  etmiş  ölkələrdə  yoxsulluq  problemi  ilə  mübarizə  institusional 

xarakter daşıyır və bu tədbirlərin ana xətləri aşağıdakı kimi ümumiləşdirilə 

bilər:

-  inkişaf etmiş fərdi pensiya sistemlərinin mövcudluğu;



-  qeyri-formal məşğulluqla ciddi şəkildə mübarizə və effektiv cəzalandırma 

metodlarının tətbiq edilməsi;

-  işəgötürənin sosial müdafiə fonduna köçürmələri;

-  əmək münasibətlərində çalışanlar lehinə qanunvericilik tənzimləmələri;

-  minimum  əməkhaqqının  üçlü  mexanizmlə  (işəgötürən-işçi-dövlət) 

müəyyənləşdirilməsi;

-  əməkhaqqlarının  və  çalışanlarla  əlaqədar  digər  münasibətlərin 

müəyyənləşdirilməsində işçi həmkarlar ittifaqına geniş səlahiyyətlərin verilməsi;

-  işçi həmkarlar ittifaqlarında daxili demokratik qaydaların yerləşməsinə 

nəzarət edilməsi.

Əksər inkişaf etməkdə olan ölkələrdə isə təkmil bir mexanizmin mövcud-

luğundan bəhs etmək çətindir. Bu ölkələrdə yoxsulluqla mübarizə institusional 

olmaqdan çox aşağıdakı xüsusiyyətləri özündə cəmləşdirməklə ənənəvi xarakter 

daşıyır:


-  ailə bağlarının əhəmiyyəti;

-  sosial yardımlaşma;

-  bələdiyyə kimi lokal idarəetmə qurumlarının əvəzsiz yardım paketləri;

-  mərkəzi dövlət strukturları tərəfindən ünvanlı sosial yardımlar;

-  beynəlxalq təşkilatların donorluğunda yerli qeyri-hökumət təşkilatlarının 

yardımları.

Ümumilikdə isə, yoxsulluqla mübarizədə milli infrastruktur formalaşdırıl-

malı, bir sıra beynəlxalq qurumlar tərəfindən dəstəklənən müəyyən layihələr və 

lokal  qeyri-hökumət  təşkilatlarının  fəaliyyətləri  yoxsulluq  probleminə  komp-

leks yanaşma çərçivəsində əlaqələndirilməlidir. Belə ki, yoxsulluğa qarşı qlo-

bal  mübarizədə  beynəlxalq  təşkilatlar  ön  plana  çıxmışdır.  Bunların  başında, 

əsas vəzifəsi yoxsulluqla mübarizə olan Birləşmiş Millətlər Təşkilatının İnkişaf 

Proqramı gəlir və bu qurum yoxsulluqla əlaqədar demək olar ki, bütün sahələrdə 

lokal təşəbbüsləri dəstəkləyir. Dünya Bankı da, xüsusilə 1990-cı illərdən son-

ra inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun önlənməsi ilə əlaqədar fəaliyyət 

göstərən beynəlxalq təşkilatlardan biridir və bununla bağlı üç məsələni xüsusi 

qeyd edir:



91

-  İmkanlar:  Yoxsullar  davamlı  olaraq  maddi  imkanların  əhəmiyyətinə 

işarə edirlər. Bu imkanların yaradıla bilməsi üçün ən başda iqtisadi artım olmaq-

la, investisiyaların və texnoloji inkişafın təmin edilməsi vacibdir. Bu baxımdan, 

stabil fiskal və monetar siyasətlərlə, sadə və şəffaf tənzimləmələr yolu ilə özəl 

investisiyaların önü açılmalıdır.

-  Səlahiyyətlər:  Dövlətin  və  sosial  qurumların  funksiyalarının  təkmil-

ləşdirilməsi  istiqamətindəki  addımlar  iqtisadi  artım  və  sosial  dinamizm 

üzərindəki məhdudiyyətləri azaldaraq həm inkişafa, həm də bərabərliyə töhfə 

verə bilər.

-  Risklər: Dövlət səhiyyə proqramları ilə xəstəlik, hidroelektrik stansiya-

ları tikməklə su daşqınları, güclü makro-iqtisadi və fiskal siyasətlərlə iqtisadi 

böhran risklərini azalda bilər.

Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu-

nun da təşviqi ilə bir sıra ölkələr tərəfindən yoxsulluq səviyyəsinin azaldılması 

ilə bağlı strategiya sənədləri, dövlət proqramları (Poverty Reduction Strategy 

Papers) qəbul olunmuşdur. Bu sənədlər Minilliyin İnkişaf Məqsədlərinin reallaş-

dırılması baxımından mühüm vasitə hesab edilir və onlar hazırlanarkən ölkənin 

spesifik şərtləri, dövlətlə maraqlı tərəflər arasında əməkdaşlıq imkanları nəzərə 

alınmalı, uzunmüddətli yanaşma çərçivəsində əhatəli olmaqla birlikdə nəticələrə 

fokuslanılmalıdır.  Günümüzdə  insan  inkişafı  konsepti  çərçivəsində  problemin 

daha geniş şəkildə ələ alınması və ÇYİ-dən istifadə olunması bu istiqamətə daha 

səmərəli nəticələrin əldə olunmasına imkan yarada bilər.

3.4  

Bərabərsizlik, sosial inteqrasiya və insan inkişafı

Yoxsulluğun səbəblərindən biri iqtisadi resursların məhdud olmasıdır. Lakin 

mövcud olan resursların qeyri-bərabər bölgüsü yoxsulluğun daha əhəmiyyətli 

səbəbi kimi qəbul edilir. İlk halda cəmiyyət sadəcə yoxsulluq və ərzaq problemi 

ilə üzləşdiyi halda, ikinci vəziyyətdə bunlarla birlikdə sosial bərabərsizliklər və 

narazılıqlar da özünü büruzə verir və yoxsulluğun xroniki problemə çevrilməsinə 

səbəb olur. Bu baxımdan, yoxsulluq problemi ilə mübarizədə mövcud istehsal 

səviyyəsinin yüksəldilməsinə paralel olaraq, artan gəlirlərin ədalətli bölgüsü də 

xüsusi əhəmiyyət daşıyır.

Bərabərsizliklərin dərinləşdirdiyi yoxsulluq gəlir-yoxsulluğu və ya istehlak-

yoxsulluğu ilə yanaşı, xidmətləri əldə etmədə məhdudiyyətlər və bacarıqların, 

fiziki qabiliyyətlərin yetərsizliyi səbəbindən məhrumiyyət şəklində də tərif edi-

lir. Çoxfaktorlu məhrumiyyət (Şəkil 4) daha geniş bir anlayış olaraq təhsil al-

maq, informasiya əldə etmək kimi sahələri də əhatə edir.




92

Öz daxilində də qarşılıqlı əlaqə içərisində olan bu məhrumiyyətlər (çatış-

mazlıqlar)  bərabərsizliklərin  mənbəyini  təşkil  etdiyinə  görə,  bərabərsizliyin 

azaldılması baxımından yoxsulluqdan rifaha doğru inkişaf həmin sahələr üzrə 

müsbət dəyişiklikləri də ehtiva etməklə hərtərəfli olmalıdır (şəkil 5).

Bir  ictimai  qrupun  (və  ya  sosial  təbəqənin)  digərindən  daha  güclü  və  ya 

iqtisadi resurslara əlçatanlığının daha yüksək olması ilə ümumi insan inkişafı-

nı bərqərar etmək qeyri-mümkündür. Ona görə də, ictimai bərabərsizlikləri və 



Şəkil 4. Yoxsulluğun çatşmazlqlar və çoxfaktorlu məhrumiyyət 

 

Mənbə: UNDP (2006). Poverty in Focus: What is poverty? Concepts and measures, International Poverty Centre. 



İnstitutlar və 

əlyetərlilik 

Maddi yoxsulluqlar 

Siyasi nüfuz 

yetərsizliyi 

Yoxsulluq 

yeri 

Zaman 


yoxsulluğu 

Mövsümi 


amillər 

Fiziki 


yetərsizliklər 

Təhlükələr 

Təhsil / bacarq 

yetərsizliyi 

Məlumat 

yetərsizliyi 

İctimai 

münasibətlər 

Səlahiyyət və 

hüquq yetərsizliyi 



Şəkil 5. Yoxsulluqdan rifaha doğru 

 

Mənbə: UNDP (2006). Poverty in Focus: What is poverty? Concepts and measures, International Poverty Centre. 



Təhlükəszilik 

Seçim və fəaliyyət 

azadlğ 

Yaxş ictimai 

münasibətlər 

Yaxş həyat üçün 

yetərlilik 

Fiziki rifah 

Pis ictimai 

münasibətlər 

Zəiflik 

Təhlükələr 

Fiziki zəiflik 

/ xəstəlik 

Maddi çatşmazlq / 

yoxsulluq 



YOXSULLUQ 

RİFAH 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə