Fesil indd



Yüklə 185,11 Kb.
səhifə2/8
tarix25.06.2018
ölçüsü185,11 Kb.
#51669
1   2   3   4   5   6   7   8

163

xəstəlikləri və digərləri daxildir. İlkin tibbi xidmətə həmçinin ana və uşaq sağ-

lamlığının qorunması, ailə planlaşdırılması xidmətləri və vaksinasiyalar daxildir.

İkinci dərəcəli xidmət adətən pasiyentlərlə ilkin yardım göstərməyən və son-

radan yönləndirilən müxtəlif tibb sahələrində ixtisaslaşmış tibbi mütəxəssislər 

daxildir.  Bunlara  kardioloqlar,  uroloqlar,  dermatoloqlar  və  digər  xüsusi 

sahələrdə ixtisaslaşmış həkimlər daxildir. İkinci dərəcəli xidmət həmçinin qısa 

müddət  ərzində  ciddi  fəsadlar  törədən  xəstəliklər,  zədələr  və  digər  sağlamlıq 

problemlərinin müalicəsini də əhatə edir. Bura uşaq doğuşuna yardım edən tibb 

işçiləri, intensiv xidmət göstərən tibbi personal və xüsusi tibbi çəkilişlər edən 

ixtisaslaşmış peşəkar heyət daxildir.

İkinci  dərəcəli  tibbi  xidmət  adətən  “hospitallaşma”  xidməti  də  adlanır. 

Belə  xidmət  göstərənlərin  çoxu  xəstəxanalarda  işləyirlər.  Bir  çox  ölkələrdə 

müəssisədən və ya dövlət qanunundan asılı olaraq ikinci dərəcəli xidmət almaq 

üçün ilkin xidmət əməkdaşlarından göndəriş olmalıdır. Bu göndərişlər adətən 

şəhər və rayonlarda yerləşən poliklinikalar vasitəsilə həyata keçirilir.

Üçüncü  dərəcəli  tibbi  xidmət  adətən  hospitallaşdırılmış  və  tibbin  xüsusi 

sahələrini əhatə edən xəstəliklərdən müalicə üçün təşkil olunmuş xidmət növü-

dür. Bu xidmət növündə xəstəxanalara göndəriş ilkin və ikinci dərəcəli xidmət 

əməkdaşları tərəfindən olunur və bu xəstəxanalarda çalışanlar adətən daha qa-

baqcıl  tibbi  tədqiqat  aparan  profesional  tibb  işçiləridir.  Üçüncü  dərəcəli  tibbi 

xidmətə  xərçəng  xəstəliyinin  idarəedilməsi,  neyrocərrahiyyə,  ürək  qan-damar 

cərrahiyyəsi, plastik əməliyyatlar, paliativ və digər kompleks tibbi müalicələr və 

əməliyyatları nümunə kimi göstərmək olar.

Ev  və  icmalara  göstərilən  səhiyyə  xidmətləri  əsasən  tibbi  müəssisələrdən 

kənar olaraq həyata keçirilir. Bu xidmətdə adətən ictimai səhiyyə alətlərindən 

istifadə  edilir  və  ümumi  sağlamlığa  dəstək  verən  fəaliyyətlər  həyata  keçiri-

lir.  Bunlara  əsasən  ərzağın  keyfiyyətinin  yoxlanılması,  qoruyucu  vasitələrdən 

istifadənin təşviqi və digər səhiyyə və sosial xidmətlər daxildir.

6.1.3

Səhiyyə sistemi

Səhiyyə  sistemi  təşkilatlar,  institutlar,  resurslar  və  insanlardan  ibarət 

sağlamlığı  artırmaq  üçün  birgə  fəaliyyət  göstərən  bir  sistemdir.  Bu  sistemi 

işlək  vəziyyətdə  saxlamaq  üçün  işçi  qüvvəsi,  maliyyə  dəstəyi,  məlumat, 

təchizat,  nəqliyyat,  əlaqə  və  idarəetmə  lazımdır.  Bu  sistemin  əsas  məqsədi 

insanlara səmərəli və maliyyə cəhətdən uyğun olan mükəmməl tibbi xidmətin 

göstərilməsidir. 

İnsanların sağlamlığı və gələcəyi səhiyyə sisteminin keyfiyyətindən birbaşa 

olaraq asılıdır. Bunun üçün bu sistemlərin necə fəaliyyət göstərdikləri və inkişaf 

etmək üçün hansı ehtiyaclarının olması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 




164

daim diqqət mərkəzində olmuşdur. Səhiyyə sisteminin gücləndirilməsi proqramı 

bir çox beynəlxalq təşkilatlar tərəfindən dünya ölkələrində aparılır. Bu proqra-

mın əsas məqsədi səhiyyə sistemlərinin insanları daha geniş əhatə etməsi və in-

sanlara çıxışını artırılması, onun keyfiyyətinin gücləndirilməsi, təhlükəsizliyinin 

artırılması və ən sonda insanların sağlamlığının daha da artırılmasıdır.

Səhiyyə  sistemi  tibbdə  daha  yaxşı  nəticələr  əldə    etmək  məqsədi  daşıyır, 

bunlara immunizasiya yolu ilə uşaq ölümlərini azaltmaq, keyfiyyətli mamalıq 

və doğum xidməti vasitəsilə anaların sağlamlığını artırmaq, İİV infeksiyasının 

və digər infeksiyon xəstəliklərin yayılmasının qarşısını almaq daxildir. Səhiyyə 

sistemlərinin gücləndirilməsi və onlardan bərabər istifadəni təmin etmək yoxsul-

luqla mübarizədə və inkişafı artırmaqda əsas strategiyalardan biri sayılır. Bu pro-

ses insanların ehtiyaclarını daha yaxşı qarşılamaq üçün hökumət, qeyri-hökumət 

təşkilatları və donor agentlikləri tərəfindən həyata keçirilir.



6.1.4

İctimai səhiyyə və onun ictimai rifaha təsiri

İctimai  səhiyyə  insanların  sağlamlığını  qorumaq  və  bərpa  etmək  üçün 

ictimaiyyət  tərəfindən  təşkil  olunmuş  səylərin  toplusudur.  İctimai  səhiyyə 

birgə təşkil olunmuş tədbirlər vasitəsilə  cəmiyyətin, təşkilatların və fərdlərin 

məlumatlı seçim etmək yolu ilə xəstəliklərin qarşısını almaq, insanların orta yaş 

həddini artırmaq, və sağlamlığı təmin etməyi xarakterizə edir. İctimai səhiyyənin 

missiyası insanların sağlam olması məqsədilə lazım olan şəraitin təmin olunması 

üçün cəmiyyətin maraqlarının yerinə yetirilməsidir. İctimai səhiyyə öz missiya-

sını həyatın keyfiyyətini yaxşılaşdırmaq üçün sağlamlığın təşviqi və xəstəliklərin 

qarşısının alınması yollarının insanlara çatdırılması ilə həyata keçirir. Əl yuma-

ğın  təşviqi,  vaksinasiyaların  edilməsi  və  reproduktiv  sağlamlıq  vasitələrinin 

əhaliyə çatdırılması ictimai səhiyyənin ölçülərinə nümunədir.

İctimai səhiyyənin üç əsas funksiyası mövcuddur. Bunlara risk altında olan 

əhalinin və icmaların sağlamlığını qiymətləndirməklə sağlamlıq problemlərinin 

və  prioritetlərinin  müəyyənləşdirilməsi,  bu  problemləri  və  prioritetləri  həll 

etmək üçün icma liderləri və hökumət nümayəndələri ilə birlikdə siyasətlərin və 

strategiyaların hazırlanması və bütün əhalinin müvafiq və keyfiyyətli qayğıya və 

tibbi xidmətlərə əlçatan olmalarının təmin edilməsi daxildir.

Ictimai səhiyyənin hədəf qrupu kiçik əhali toplusu və ya bir neçə qitədə ya-

şayan insanlar ola bilər. Hədəf əhali qrupunun böyüklüyü xəstəliyin və ya prob-

lemin daha böyük kütlə arasında yayıldığının göstəricisidir. Daha geniş kütlə 

arasında olan ictimai səhiyyə geniş epidemiyanın və ya pandemiyanın yayıldığı 

şəraitdə baş verir. 

Bildiyimiz kimi, bir çox xəstəliklərin qarşısı asan və qeyri-tibbi yollarla alına 

bilər və bunun üçün bu metodları sadəcə olaraq bilmək yetərlidir. Bir çox əhali 



Yüklə 185,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə