Fesil indd



Yüklə 185,11 Kb.
səhifə4/8
tarix25.06.2018
ölçüsü185,11 Kb.
#51669
1   2   3   4   5   6   7   8

167

azalması daxildir. 2011-ci ildə Ümumdünya Səhiyyə Gününə həsr olunmuş əsas 

mövzu antibiotiklərə və dərmanlara davamlılıq olmuşdur. 

6.2  

Sağlamlığa və insan inkişafına təsir edən amillər

6.2.1

Bərabər qaydada tibbi xidmət

Səhiyyə  sistemində  bərabərsizlik  diqqət  çəkən  həyati  mövzulardandır.  Bu 

məfhum  insanlar  və  qruplar  arasında  sağlamlıq  və  tibbi  xidmətin  keyfiyyətində 

fərqlilikləri  öyrənir.  Fərqliliklər  əsasən  etnik,  irsi,  cinsi  və  sosial-iqtisadi  qrup-

lar arasında xəstəliklərin mövcudluğunda, sağlamlıq dərəcəsində və tibbi xidmətə 

əlçatanlıqda mövcud olur. Təəsüf ki, dünyada tibbi xidmətdə və ümumiyyətlə insan-

ların sağlamlığında bu cür bərabərsizlik qalmaqdadır. Hətta inkişaf etmiş ölkə olan 

Amerika Birləşmiş Ştatlarında belə müxtəlif irqlər arasında bu fərq mövcuddur.

Əfqanıstanda ana ölümlərinin riski 11 nəfərdən birində olduğu halda, Av-

ropada bu rəqəm 31.800 nəfərdə birdir. Bu rəqəmlərdəki böyük fərq təkcə ba-

carıqlı ginekoloqların Əfqanıstanda az olması deyil, həmçinin iqtisadi və sosial 

quruluşun düzgün olmamasının göstəricisidir. Səhiyyədə və sağlamlıqda böyük 

fərqliliklər  gücün,  vəsaitin  və  resursların  qeyri  bərabər  olaraq  paylanmasının 

nəticəsidir.  Sağlamlıqda  və  səhiyyədə  mövcud  olan  bərabərsizlik  qadınlar  və 

kişilər, uşaqlar və böyüklər, işləyən və işləməyən insanlar arasında müşahidə olu-

nur. Bu bərabərsizlik təkcə ölkələr arasında deyil həmçinin eyni ölkə daxilində 

də geniş yayılmışdır.

Sosial  bərabərsizlik  cəmiyyətin  irəliləməsinə  çox  böyük  mənfi  təsirini 

göstərir. Adətən cəmiyyətdə qeyri-ədalətli yanaşmaya məruz qalanlar milli azlıq-

lardır. Əslində tibbi xidmətdə olan bərabərsizlik elə sosial fərqliliyin təzahürüdür. 

Bərabər  qaydada  tibbi  xidmət  almayan  vətəndaş  digər  xidmətlərdən  də  rahat 

şəkildə istifadə edə bilmir. Bərabər qaydada tibbi xidmət almayan nəsillərdə in-

sanların gələcəyi və onların inkişafı çətinliyə məruz qalır. Bərabərsizliyin qurba-

nı olmuş şəxslərin həm səhhətlərində problem olur, həm təhsildə geri qalır, həm 

də cəmiyyətdə qabaqcıl yer tuta bilmirlər. 

6.2.2

Ətraf mühit və sağlamlıq

Yaşadığımız dövrdə ətraf mühit amili və ətraf mühitin insan həyatına geniş 

təsiri danılmaz bir faktdir. Ölkənin yerləşdiyi landşafdan və iqlimdən asılı olaraq 

bəzi insanlar təbiətin gözəlliklərindən və faydasından səmərəli şəkildə istifadə 

edə bilirlər. Dünyanın bir çox ölkələri və böyük şəhərləri isə çirklənmiş ətraf 

mühitin zərərindən qaça bilmirlər. Qlobal istiləşmə getdiyi bir dövrdə bu pro-

ses daha da pisləşməkdədir. Çirklənmiş və ya əlverişsiz ətraf mühit insanların 



168

sağlamlığına birbaşa mənfi təsirini göstərməkdədir. Bu da öz növbəsində insan 

inkişafına mane olan əsas maneələrdən biridir.

Ətraf mühitin amillərinin mənfi təsiri nəticəsində insanların səhhətlərində 

müxtəlif problemlər yaranır. Bu təsirlər əsasən çirklənmiş su, ərzaq və atmosfer, 

karbon qazı, yüksək radiasiya və digər vasitələrlə baş verir. Ətraf mühit amilləri 

insan sağlamlığında problemləri sonradan büruzə verir. Davamlı olaraq çirkli 

su ilə yaşamaq və ya radiasiyaya məruz qalmaq sonradan bədəndə xəstəliklərin 

yaranmasına şərait yaradır.

Ümumdünya  Səhiyyə  Təşkilatının  hesablamalarına  görə,  dünyada  baş 

verən xəstəliklərin 24%-i və ölüm hallarının (erkən ölümlərin) 23%-i ətraf mü-

hit amillərinin təsiri nəticəsində baş verir. Uşaq ölümlərində isə bu rəqəm daha 

çox, 36% səviyyəsindədir. Dünyada geniş yayılmış 102 xəstəliyin 85-nin yaran-

masında ətraf mühit amillərinin təsiri vardır. Ətraf mühitin daha geniş təsiri ilə 

yayılan xəstəliklərə mədə-bağırsaq pozulmaları (diarrea), aşağı tənəffüs yolu in-

feksiyası, malyariya və digər ətraf mühitlə təmasda yaranan xəstəliklər daxildir.

Dünyada  ətraf  mühit  amillərinin  təsiri  riski  uşaqlarda  böyüklərə  nisbətən 

5 dəfə artıqdır. Bu vəziyyət inkişaf etməkdə olan ölkələrdə və zəif inkişaf et-

miş ölkələrdə daha da acınacaqlıdır. Belə ölkələrdə uşaqlar arasında erkən ölüm 

dəfələrlə çoxdur. 

Ətraf  mühit  təsirlərinin  azaldılması  və  dünyanı  yaşamaq  üçün  əlverişli 

etmək bir çox Avropa və Amerika ölkələrinin, eləcə də beynəlxalq təşkilatların 

diqqət mərkəzindədir. Ətraf mühitin çirklənməsinin qarşısının alınması bir çox 

yollarla həyata keçirilir. Bunlara qlobal istiləşmənin qarşısının alınması, dünya 

əhalisinin təmiz su və qida ilə təmin olunmasının artırılması, atmosferə buraxı-

lan zərərli qazların azaldılması, yaşayış yerlərinin şəraitinin yaxşılaşdırılması və 

sair tədbirlər daxildir. Hesablamalara görə, ətraf mühiti daha təmiz saxlamaqla 

hər il 13 milyon ölümün qarşısı alına bilər.

Minilliyin  Inkişaf  Məqsədlərindən  biri  2015-ci  ilə  qədər  təmiz  sudan  ya-

rarlana bilməyən və normal sanitariyası olmayan insanların probleminin aradan 

qaldırılmasıdır. Hesablamalara görə bu məqsədlə xərclənən vəsait sonradan 8 

dəfəyədək artıq xeyir gətirəcəkdir. Bu faydalara əsasən iqtisadi məhsuldarlıqda 

artım, səhiyyəyə xərclənəcək vəsaitdə azalma, xəstəliklərin azalması nəticəsində 

insanların həyatında artım müşahidə olunması daxildir. 



6.2.3

Yaşam standartı və orta yaş həddi

Orta  yaş  həddi  insanların  doğularkən  nə  qədər  müddət  yaşayacaqlarını 

göstərən meyardır. Bu nəticəyə bir ərazidə və ya ölkədə yaşayan insanların orta 

ölüm yaşlarını hesablamaqla gəlirlər. Orta yaş həddi riyazi hesablamada ortala-

ma olduğundan, fərdi insanlar bu yaş həddindən çox və ya az yaşaya bilərlər. Bu 



Yüklə 185,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə