Fesil indd



Yüklə 185,11 Kb.
səhifə5/8
tarix25.06.2018
ölçüsü185,11 Kb.
#51669
1   2   3   4   5   6   7   8

169

göstərici insanların həyat səviyyəsinin və sağlamlamlıqlarının hansı səviyyədə 

olmasını qiymətləndirmək üçün ən dolğun vasitələrdən biridir. 

Son illərdə dünyada orta yaş həddi ümumiyyətlə qalxsa da bəzi ölkələrdə 

bu, hələ də aşağıdır. Dünya ölkələri arasında uzunömürlülük və orta yaş həddi 

çox fərqlidir. Svazilandda yaşayan insanlar ortalama 49 yaş yaşadıqları halda, 

Yaponiyada bu rəqəm 82-dir. Bunların səbəbi ictimai səhiyyə, tibbi xidmət və qi-

dalanma arasında böyük dərəcədə fərqin olmasıdır. Zəif inkişaf etmiş ölkələrdə 

yüksək səviyyədə ölümlərin çoxunun səbəbi müharibə, aclıq və xəstəliklərdir. 

İİV virusunun geniş yayılması bir çox Afrikan ölkələrində insanların qısaömürlü 

olmasının  başlıca  səbəbidir.  BMT-nin  araşdırmasına  görə  əgər  bəzi  ölkələrdə 

məsələn  Botsvanada,  Cənubi Afrikada  və  Zimbabvedə  İİV  virusu  olmasaydı, 

onların orta yaş həddi iki dəfə çox olardı. 

Uzunömürlülüyə təsir edən amillər arasında tibbi xidmətə əlçatanlıq, iqlim 

şəraiti və iqtisadi durum daha geniş yer alır. Məsələn, Birləşmiş Krallığın daha 

varlı yerlərində insanların orta yaş həddi kasıb ərazilərə nisbətən çoxdur. Bu, 

həyat səviyyəsinin, qida rejiminin və tibbi xidmətə əlçatanlığın fərqliliyindən 

yaranan amildir. Nəqliyyat vasitələri və sənaye səbəbindən hava çirklənməsinin 

orta yaş həddinə böyük təsiri vardır. Beləliklə, müxtəlif peşələrin uzunömürlülüyə 

təsiri  qaçılmazdır.  Məsələn,  kömür  mədənlərində  işləyənlərin  orta  yaş  həddi 

digər peşələrdə çalışan insanlara nisbətən daha az olur.

Orta yaş həddinin əsas göstəricilərindən biri də cinslar arasındakı fərqdir. 

Qadınlar kişilərə nisbətən daha çox yaşayırlar. Bütün yaş həddndə, hətta yeni do-

ğulmuş insanlarda da qadın cinsində olanların yaşamaq şansı əks cinsə nisbətən 

çoxdur. Digər statistikaya nəzər yetirsək görərik ki, 110 yaşdan yuxarı insanların 

90%-ni qadınlar təşkil edir. Cinslər arasında belə fərqin olması bir çox səbəblərə 

bağlıdır. Bir çox ölkələrdə kişilər qadınlardan daha çox siqaret çəkir, alkoqol 

qəbul edir və uyuşduruculardan istifadə edirlər və adətən ağciyər xərçəngi, vərəm 

və  qara  ciyərin  serrozu  xəstəliyindən  dünyalarını  dəyişirlər.  Kişilər  həmçinin 

daha çox zədələrə məruz qalır və peşə xəstəliklərinə yoluxurlar.

Orta yaş həddinə təsir edən digər amillərə xəstəliklərin və epidemiyaların 

çox yayılması, ana və uşaq ölümləri, bərabər tibbi xidmətin olmaması, ətraf mü-

hit amilləri və sair daxildir. Bu amillərin aradan qaldırılması üçün dünya ölkələri 

mübarizə aparırlar.



6.3  

Xəstəliklərin insanların rifahına və insan inkişafına təsiri

6.3.1

Xəstəliklər və onların növləri

Xəstəlik  orqanizm  və  bədənin  funksiyasına  təsir  edən  və  səciyyəvi 

göstəricilərə və simptomlara malik olan patoloji prosesdir. O bütün bədənə və ya 



170

bədənin hər hansı bir hissəsinə təsir edə bilər. Xəstəliklər həm kənar amillərin 

təsiri  nəticəsində,  həm  də  daxili  pozulma  nəticəsində  yarana  bilər.  İnsanlar 

adətən xəstəlik dedikdə ağrı, pozulma, narahatlıq və acı kimi hisslərə səbəb olan 

vəziyyəti nəzərdə tuturlar. Bunlara zədə, sindrom, infeksiya, qeyri-normal dav-

ranış və digərləri daxildir. Xəstəliklər insanları təkcə fiziki olaraq deyil, həm 

də emosional olaraq təsir edirlər, belə ki insanlar xəstələndikdə onların həyata 

münasibətləri və baxışı dəyişir, xarakterlərində fərqlilik yaranır.

Xəstəliklər öz xüsusiyyətlərinə görə müxtəlif növlərə ayrılırlar. Bunlara pa-

togen xəstəliklər, çatışmazlıq, irsi və psixoloji xəstəliklər daxildir. Xəstəliklərin 

ümumiyyətlə yoluxucu və qeyri-yoluxucu olmaqla iki cür xüsusiyyətləri möv-

cuddur.


Xəstəliklərin  yaranma  səbəbləri  çox  müxtəlifdir.  Hər  bir  xəstəlik  öz 

xüsusiyyətinə  görə  müxtəlif  növ  yaranma  və  yayılma  səbəbinə  malikdir. 

Məsələn, irsi xəstəliklər valideynlərdən uşaqlara ötürülür, yoluxucu xəstəliklər 

ətrafımızda olan digər insanlar və ya canlılar vasitəsilə yayılır, bəzi xəstəliklər 

isə müxtəlif zədələr və ya ətraf mühit amilləri vasitəsilə yaranır.

İnsanlarda infeksiyon olaraq yayılan xəstəliklərə səbəb müxtəlif növ mikro-

orqanizmlərdir. Bu mikro-orqanizmlər həmçinin patogenlər sayılır və müxtəlif 

növ bakteriya, virus, protoza və göbələklərdən ibarət olurlar. İnfeksiyon xəstəliklər 

müxtəlif  yollarla  yayılır,  məsələn,  əldən  ağıza,  həşəratların  dişləməsindən, 

çirklənmiş su və ya ərzaqlar vasitəsilə və cinsi yolla. Bəzi xəstəliklər, məsələn, 

xərçəng, ürək xəstəlikləri, ruhi pozğunluq yoluxucu xəstəlik sayılmır və onlar 

əsasən genetik olaraq bir nəsildən digərinə keçə bilir.

Xəstəliklərin insan həyatına və sağlamlığına təsiri çox genişdir. İnsan bədəni 

xəstə  olduqda  əlavə  fəaliyyətlə  məşğul  olmaq  iqtidarında  olmur.  Sağlamlığı 

digər amillərlə müqayisə etmək mümkün deyil. Məsələn, təhsilsiz insan fəaliyyət 

göstərmək üçün hər hansı bir iş görə bilər, amma xəstə insan demək olar ki, heç 

bir fəaliyyətlə məşğul ola bilmir. Cəmiyyətdə normal inkişafa və irəliləyişə ma-

lik olmaq üçün ilk növbədə əhalinin sağlamlığı ön plana çəkilməlidir.



6.3.2

Epidemiya

Epidemiologiya  hər  hansı  bir  bölgədə  yaşayan  insanlarda  baş  verən  sağ-

lamlıq məsələlərinin yayılması və göstəricilərini öyrənən və bu məlumatlardan 

istifadə etməklə sağlamlıq problemlərinin qarşısını alan və nəzarətdə saxlayan 

prosesdir.  Epidemioloqlar təkcə xəstəliklər, ölüm və problemlərlə məşğul ol-

mur,  həmçinin  pozitiv  tibbi  göstəricilərlə  məşğul  olaraq  sağlamlığı  inkişaf 

etdirməklə məşğul olurlar. Epidemiologiya əsasən dünyada yayılan epidemioloji 

xəstəliklərin nəzarəti və monitorinqini öyrənir.

Epidemiya insanlar arasında hər hansı bir xəstəliyin normadan artıq yayıl-



Yüklə 185,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə